AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə48/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   44   45   46   47   48   49   50   51   ...   144

Cədvəl 138 

 

İnkişafda olan ölkələrin regionları 



        20-24 

Keçmiş sosialist ölkələri 

          6-10 

   


     

Beynəlxalq mübadilənin coğrafi strukturu tez-tez dəyişir.lakin 

ümumi  meyllər,  təkrar  olunan  proseslr  mövcuddur.  Məsələn,  inkişaf 

etmiş  ölkələr  çox  vaxt  bir-birilə  ticarət  edirlər  və  inkişafda  olan 

ölkələrin  ixracı  da  əsasən  onları  özləri  üçün  nəzərdə  tutulur.  Keçmiş 

sosialist  ölkələrinin,  (MDB  ölkələrinin  və  Rusiyanın)  dünya  xarici 

ticarətində rolu azalır. Çinin payı isə artır.Neft ixrac edən ölkələrin də 

dünya ticarətindəki payı getdikcə azalır. “Yeni sənaye ölkələri”nin rolu 

isə  artmaqdadır.  ABŞ  yenə  də  liderliyi  ələ  almışdır,  lakin  onunla 

dabandabana  hərəkət    edən  Sinqapuru,  Honkonqu  və  Yaponiyanı 

yaddan çıxarmaq olmaz. 

 

§2.Kapitalın beynəxalq hərəkəti 

 

2.1. Məsələnin qoyuluşu 

 

Dünya 



iqtisadiyyatının  inkişafı  və  səmərəliliyinin  yüksəldilməsi 

hər şeydən əvvəl dünya təsərrürat əlaqələrinin durmadan genişlənməsini 

tələb  edir.  Məhsuldar  qüvvələr  inkişaf  etdikcə,  hökumətlər  rəhbərlik 

etdikləri ölkə əhalisinin qayğısına daha çox qalmağa və özlərinə yaxın 

bir qrup adamın şəxsi və qərəzli maraqlarını kənara qoyub ümumi milli 

inkişafa 

diqqəti 

artırdıqca, 

dövlətlərin



 

 

iqtisadi  və  siyasi  sərbəstlikləri  artdıqca,  milli  iqtisadiyyatların  aciqlıq 

səviyyəsi  yüksəldikcə,  beynəlxalq    əmək  bölgüsü  dərinləşdikcə  dünya 

təsərrüfat  əlaqələrinin  sürətlə  inkişafı  üçün  yaxşı  şərait  yaranır. 

Sadaladığımız  amil  və  şərtlər  XX  əsrdə  daha  güclü  olmuş,  əsrin 

əvvəlindən  və  xüsusən  onun  ikinci  yarısından  bu  günə  qədər  dünya 

təsərrüfat  əlaqələri  misli  görünməmiş  səviyyədə  inkişaf  etmişdir. 

Dünyada  formalaşmış  uzun  bir  tarixə  malik  olan  təsərrüfat  əlaqələri 

həmişə  dəyişikliklərə  məruz  qalmış,  təzələnmiş,  mürəkkəbləşmiş  və 

müxtəlifləşmişdir.  Müasir  dövrdə  dünya  təsərrüfat  əlaqələri  müxtəlif 

istiqamətlərdə  və  xüsusən  kapitalın  beynəlxalq  hərəkəti  və  işçi 

qüvəsinin  beynəlxalq  miqrasiyası  sferalarında  diversifıkasiyaya  məruz 

qalır.  Bütün  bunlar  "Beynəlxalq  iqtisadi  münasibətlər"  fənnində 

öyrənilir.  Lakin  biz  dünya  iqtisadiyyatının  inkişaf  parametrlərini  və 

daxili enerjisini başa düşmək və təcrübədə istifadə etmək üçün onları bu 

kitabda da qısaca nəzərədən keçirməyi məsləhət bildik. 

 

 

 



2.2.Kapitalın beynəlxalq hərəkətinin amil və şərtləri 

 

İstehsahn beynəlmiləlləşməsi və qloballaşması nəticəsində ölkələr 



arasında əmtəə və xidmətlərin hərəkəti ilə  yanaşı kapitalın da hərəkəti 

baş  verir.  Kapitalın  ölkələrarası  hərəkətinin  səbəbi,  onun  iqtisadi 

əsaslandırılması  əmtəə  və  xidmətlərin  hərəkətinin  iqtisadi 

əsaslandınlmasında  işlədilən  üsul  və  yanaşmaların  vasitəsilə  həyata 

keçirilə  bilər.  Buna  baxmayaraq  dünya  miqyasında  iqtisadçı  alimlər 

kapitalın    ölkələrarası  hərəkətinin  nəzəri  əsaslarını  işləməkdən 

çəkinməmişlər və bu məsələni həll etməyə çalışmışlar. Belə alimlərdən 

biri ingilis alimi Core S.Milldir. 0, ilk dəfə XIX əsrdə kapitalın ölkələr 

arasında  hərəkəti  məsələlərini  araşdırmağa  başladı  və  D.Rikardonun 

əmtəələrin  hərəkəti  üçün  irəli  sürdüyü  "nisbi  üstünlük"  prinsipini 

kapitalın hərəkətinə də aid etdi və göstərdi ki, kapital ölkələr arasında 

ona görə hərəkət etdirilir ki, kapital cəhətdən varlı olan ölkədə kapitalın 

verə  biləcəyi  səmərə  mənfəət  norması  getdikcə  aşağı  düşür.  Belə 

vəziyyətdə  kapital  sahibi  (dövlət  və  yaxud  da  sahibkar)  öz  vəsaitini 




 

 

mənfəət norması çox olan ölkəyə çıxarmağa calışır. Deməli, C.S.Millın 

nəzəriyyəsinin əsasını mənfəət norması təşkil edir ki, bunun nəticəsində 

də kapital aşağı mənfəət norması olan ölkədən yüksək mənfəət norması 

olan ölkəyə hərəkət etdirilməli olur. İstər neoklassik nəzəriyуө deyilən 

nəızəriyyənm  nümayəndələri  (C.S.Mill,  E.Hekşer,  B.Olin,  R.Nurkse, 

K.İversen)  və  istərsə  də  neokeysian  nəzəriyyə  deyilən  nəzəriyyənin 

nümayəndələri (Sam Keyns, R.Xarrod və s.) kapitalın bir ölkədən digər 

ölkələrə hərəkətinin iqtisadi mexanizmini açmışlar və qiymətli nəticələr 

çıxarmışlar.  Bu  nətıcələrə  əsasən  kapitalın  ölkələrarası  hərəkəti 

asağıdakıları tələb edir: 

-

ölkələr arasında "mənfəət norması" fərqi çox olmalıdır ki, xarici 



investorun özgə ölkədə riskə getməsi mümkün olsun; 

-

kapitalın beynəlxalq hərəkətinə  gömrük maneələri təsir göstərir. 



Əmtəə  və  xidmətləri  istədiyi  ölkənin  bazarına  gömrük 

maneələrinə görə keçirə bilməyən xarici mal göndərən bunun əvəzində 

kapitalın  miqrasiyasına  üstünlük  verir  və  bu  yolla  ölkənin  daxili 

bazarına  nüfuz  etmək  imkanı  əldə  edir.  Gömrük  maneələrindən  başqa 

kapitalın ölkələrarası hərəkətinə firmaların kapital qoyuluşunun coğrafi 

diversifikasiyalaşmasına  maraq  göstərmələri,  ölkələr  arasındakı  siyasi 

anlaşılmamazlıqlar, xarici investorun riskləri və onların dərəcələrı kimi 

amil və şərtlər də güclü təsir göstərır (B.Olin)

-

əmtəə  ixracı  üzrə  müvəffəqiyyət  qazanan  və  ixracı  artan 



ölkələrin kapital idxal etmək tələbatı artır və əksinə (R.Nurkse)

-

müxtəlif  növ kapitalların beynəlxalq  mobillik dərəcəsi müxtəlif 



olur və məhz buna görə  də  eyni ölkə kapitalın həm idxalı və həm  də 

ixrac


ı isə məşğul  ola bilər (K.İversen)

-

əmtəə və xidmətlərin ixracı onların idxalından çox olan ölkələrdə 



kapitalın  ixracı  baş  verir.  Əks  halda  dövlət  bu  işə  qarışmalıdır  (Sanı 

Keyns)

-

kapitalı ilə varlı olan ölkədə iqtisadi inkişaf sürəti az olarsa, onda 



k

apitalın xaricə ixrac edilməsi zərurəti meydana çıxır (R.Xarrod). 

-

kapitalın  ixracı  "kapital  artıqlığı"  olan  ölkələrdə  baş  verir. 



Kapital artıqlığı altında elə  kapital başa düşülür ki, əgər ölkə bu kapitalı 

öz  ölkəsində  sərf  etsə  idi  onda  "mənfəət  norması"  çox  aşağı  olardı 



(K.Marks) 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə