AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə56/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   52   53   54   55   56   57   58   59   ...   144

 

 

3,5 


Maşınlar    və    

nəqliyyat vasitələri 

59,5 

65,6 


67,6 

5,0 


Metalla

г 

56,3 



56,9 

68,1 


1,0 

Digər əmtəələr 

72,2 

73,9 


72,9 

7,5 


İEÖ-lərin  hamısı  bazar  iqtisadiyyatlı  ölkələrdir  və  bu  ölkələrin 

Dünyanın  Ümumi  Daxili  Məhsulundakı  xüsusi  çəkisi  1995-ci  ildə 

85,3% 

təşkil etmişdir. 



 

 

 



 

1

.3.İEÖ-



IN  

təsərrüfat mexanizmi 

 

Sənaye cəhətdən inkişaf etmiş ölkələrin başlıca xüsusiyyəti ondan 



ibarətdir ki, onlar kamil kapitalizim cəmiyyəti formalaşdırmağa nail ola 

bilmişlər  və  kamil  bazar  iqtisadiyyatlı  cəmiyyət  yaratmışlar.Lakin bu 

nəticə uzun bir dövr ərzində əldə edilmişdir. XVII əsrin axırları və XX 

əsrin  əvvəllərindəki  sənaye  inqilabları  bu  ölkələrdə  iqtisadi  inkişafda 

radikal dönüşlərin baş verməsinə səbəb oldu və iqtisadiyyatın 5-6 dəfə 

yüksəlməsinə  gətirib  çıxardı.  Baxılan  dövrdə  bu  ölkələrdə  əhalinin 

yüksək sürətlə artmasına baxmayaraq adambaşına düşən Ümumi Daxili 

Məhsulun  orta  hesabla  7-12  dəfə  artması  əhalinin  gün-gündən  artan 

tələbatlarının tam ödənilməsini təmin edirdi. Təhlil göstərir ki, bütün bu 

nailiyyətlərin  əldə  edilməsində  İEÖ-də  formalaşmış    təsərrüfat 

mexanizmləri  mühüm rol oynamışdır. 

Təsərrüfat mexanizmi iqtisadiyyatı insanların təlabatlarına uyğun 

şəkildə təşkil etmək üçün çox mühüm şərt və amil rollarını oynayır. Bu 

nəticəni  indi  bütün  ölkələr  bu  və  ya  digər  səviyyədə  çıxara  bilirlər  və 

dərk  edirlər  ki,  elmi,  texnikanı,  texnologiyanı,  istehsalın    təşkilini  

təkmilləşdirməklə  yanaşı   idarəetməni   də yaxşılaşdırmaq və səmərəli 

fəaliyyət  göstərən  təsərrüfat  mexanizmi  yaratmaq  lazımdır.  Ən  sadə 



 

 

dildə  təsərrüfat  mexanizmi  dedikdə,  bu  və  ya  digər  ölkənin 

təsərrüfatçılıq  həyatının  tənzimləndirilməsində  istifadə  edilən  üsul  və 

formaların  məcmuu  başa  düşülür.  Bu  üsul  və  formaların  ölkədə 

formalaşmasına müxtəlif amillər təsir göstərir. Obyektiv amillər əsasən 

sosial-


iqtisadi  quruluşdan  və  ETT-nin  sürətlənməsindən  doğan 

amillərdir.  Lakin  subyektiv  amillər  də  olur.  Onlar      bilavasitə   

hökumətin      başında      duranlardan,      onların  dünyagörüşlərindən,    

psixologiyalarından,        demokratiyaya        və  qanunun  aliliyinə  

m

ünasibətlərindən asılı olur. Qeyd edək ki, obyektiv amillərə üstünlük 



verən dövlət başçıları iqtisadiyyatda həmişə böyük nailiyyətlər qazana 

bilmişlər. Belə ölkələlər ilk növbədə inkişaf etmiş ölkələr daxildir. 

İnkişaf  etmiş  ölkələr  qrupunda  bu  gün  mövcud  olan  təsərrüfat 

mexanizmi  kifayət  qədər  təkmilləşmiş  və  səmərəlidir  və  quruluşca 

mürəkkəbdir. Lakin tarixi baxımdan bu həmişə belə olmamışdır. Qərbi 

Avropada və ilk növbədə, Niderlandda və  Böyük Britaniyada sonralar 

isə ABŞ-da iri maşınlı istehsal bəraqərar olduqca, ictimai əmək bölgüsü 

və  qarşılıqlı  (fırmalararası,  regionlararası  va  dövlətlərarası)  əlaqədar 

inkişaf etdikcə bazar münasibətləri sürətla formalaşırdı. Bu şəraitdə əsas 

tənzimləyici  rolunu  bazar  qiyməti  və  onun  əmələgəlmə  mexanizmi 

oynayırdı. 

Ha

zırda  İEÖ-də  fəaliyyt  göstərən  təsərrüfat  mexanizmi  öz 



başlanğıcını Qərbi Avropada kapitalizm cəmiyyətinin meydana gəlməyə 

başladığı  dövrlərdən  götürür.  О  dövrdə  formalaşan  təsərrüfat 

mexanizminın  əsasını  obyektiv  amillər  təşkil  cdirdi.  О  daxili 

səbəblərdən törəyirdi, bir növ özü-özünə dəyişən sosial-iqtisadi mühitə 

görə  meydana  gəlirdi.  Bu,  əslində  İEÖ-də  hazırda  fəaliyyət  göstərən 

təsərrüfat  mexanizminin  birinci  səvivyəsi  idi  ki,  bu  da  iqtisadi 

ədəbiyyatlarda 

təsərrüfatçılıq 

fəaliyyətinin 

spontan 


bazar 

tənzimləşdirilməsi adlanır. 

XIX  əsrin  axırlarında  kapitalist  ölkələrində  və  xüsusən  ABŞ  və 

Kanadada  istehsalın  təmərküzləşməsi  sürətlə  baş  verirdi,  yeni  iri 

birliklər  yaranırdı.  Təsərrüfat  mexanizminin  ikinci  səviyyəsi  meydana 

gəlməyə  başlayırdı.İri  müəssisələrin    istehsal-təsərriifat  fəaliyyətində, 

genişlənməsində,  yenidənqurul-  masında  bir  neçə  kapitalist  sahibkar 

iştirak edə bilirdi. Bu yolla o dövrdə korporasiya

2  

formasında aksioner 




 

 

cəmiyyətləri gcniş fəaliyyət göstərirdi və bunun birbaşa  nəticəsi kimi, 

коrporativ  (qrup)  maraqlar  cəmiyyətdə  möhkəm  mövqeyə  malik  idi. 

Onlar  istehsalın  əsas  sahələrini  özlərində  saxlayırdılar,  yaxşı  mənfəət 

əldə  edirdilər  və  qiymətlərə  nəzarəti  ələ  keçirə  bilırdilər.  Kiçik 

müəssisələrin bu cür hərəkət etmək imkanları ya heç yox idi, ya da çox 

məhdud  idi.  Buna  görə  də  kiçik  müəssisələr  üçün  qiymət  xarici 

tənzimləmə rolu oynayırdı. 

Təsərrüfat mexanizminin qısaca şərh etdiyimiz birinci və  ikinci 

səviyyələri inkişaf etmiş ölkələrdə  1929-cu ilə qədər fəaliyyət göstərdi. 

Onların  müsbət  cəhətləri  bazar  münasibətlərini  formalaşdırmaları  və 

sonralar  mükəmməlləşdirmələri  idi.  Lakin    təsərrüfat  mexanizmində 

mərkəzləşdirilmiş  tənzimləmələr  vaxtaşırı  olmadığına  görə  istehsalda 

hərc-mərcliklər baş verirdi. Nəhayət, tarixdə  mütəxəssislərə yaxşı tanış 

olan 1929-1933-

cü illərin ən dərın "böyük" böhranı baş verdi. Böhran 

istehsalı təşkil edənlərə, hökuməti idarə edənlərə, sahibkarlara bir daha 

sübut  etdi  ki,  "iki  səviyyəli"  təsərrüfat  mexanizmi  kapitalist 

iqtisadiyyatının  dayanıqlığını  və  səmərəli  inkişafını  təmin  etmək 

iqtidarında    deyil  və  iqtisadiyyatın  dövlət  tənzimlənməsi  tələb 

olunur. 

Buna  görə  də,  xüsusilə  İkinci  dünya  müharıbəsındən  sonra 

inkişaf etmiş ölkələrin təsərrüfat mexanizmində "üçüncü təbəqə" (pillə) 

dövlət  tənzimlənməsi  təbəqəsi  formalaşdırıldı.  Beləliklə  də,  bütün 

sənaye cəhətdən inkişaf etmiş öklələrin təsərrüfat mexanizmi "üç pilləli" 

(üç  təbəqəli)  formalaşmışdır.  Onun  tərkib  hissələrini  sponton-bazar 

tənzimlənməsi,  korporativ  tənzimlənmə  və  dövlət  tənzimlənməsini 

təşkil edir.  

Bazar  iqtisadiyyatlı  inkişaf  etmiş  ölkələrin  müasir  təsərrüfat 

mexanizmində  əsas  məsələ  göstərdiyimiz  üç  təbəqəli  sistemdə  hər  bir 

təbəqənin  yerinin  düzgün  təyin  edilməsidir.  İKÖ-in  təsərrüfat 

mexanizmləri  də  əslində  elə  bununla  fərqlənir.  İnkişaf  etmiş  ölkələrin 

əksərində  təsərrüfat  mexanizıninin  birinci  və  ikinci  təbəqələri  lazımi 

səviyyədə inkişaf etmişdir və bir-birindən köklü  surətdə fərqlənmirlər. 

Nəzərə  çarpacaq  dərəcədə  fərq  isə  üçüncü  təbəqəyə  aiddir.  Dövlət 

tənzimlənməsi,  dövlətin  iqtisadi  və  sosial  siyasəti  İEÖ-də 

müxtəlifdir. 

Avstriya,  Danimarka,  İrlandıya  kimi  kiçik  inkişaf  etmış 

ölkələrdən 

başqa 


İEÖ-ın 

əksəriyyətində 

iqtisadiyyatın 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə