AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə58/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   54   55   56   57   58   59   60   61   ...   144

 

 

müəssisələri  yaratmaqla  kiçik  və  orta  sahibkarlıq  durmadan  tərəqqi 

etdirilir. 

 

1.6.İEÖ xarici iqtisadi fəaliyyətinin əsas xüsusiyyətləri 

 

İEÖ-in  hamısında  intensiv  xarici iqtisadi fəaliyyet  müşahidə 



olunur.  Digər  ölkələrə  nisbətən  İEÖ  xarici  iqtisadi  fəaliyyətə  daha 

yaradıcı  münasibət  bəsləyirlər  və  optimal  variantalr  axtarıb  tapırlar. 

Məsələyə  bu  prizmadan  yanaşmağın  obyektiv  əsası  ondadır  ki,  xarici 

iqtisadi əlaqələr ölkənin sosial-iqtisadi inkişafına güclü təsir göstərmək 

xassəsinə malikdir. İEÖ bir qayda olaraq xarici iqtisadi əlaqələri inkişaf 

etdirməklə  istehsal  xərclərini  azaltmağa,  ümumi  səmərəliliyi  isə 

yüksəltməyə 

çalışırlar.Bu 

baxımdan 

IEÖ xarici iqtisadi 

fəaliyyətlərindəki  başlıca  xüsusiy-  yətlərindən  biri  prınsipcə  yeni 

əməkdaşlıq  formaları  tapmaq,  yeni  istiqamətlər  təyin  etmek  yolu  ilə 

istənilən  ölkələrlə  optimal  (ilk  növbədə  özlərinin  xcyrinə)  əläqələr 

yaratmaqdır."Yeni  xarici  iqtisadi  əməkdaşlıq  normaları"  dedikdə,  ilk 

növbədə aşağıdakıları  nəzərə almaq lazımdır. 

İlk  növbədə  onlar,  öz  ölkələrində  prinsipcə  yeni  məhsulların, 

xidmət  növlərinin  istehsalını  təşkil  etmək  və  onlan  istehlakçı  ölkələrə 

sərfəli  şərtlərlə  reallaşdırmağa  can  atırlar.  Təhlil  göstərir  ki,  xarici 

iqtisadi əlaqələri genişləndirmək sahəsində bu üsullardan İEÖ-in demək 

olar  ki,  hamısı  istifadə  edir.  Xarici  iqtisadi  əlaqələrin 

genişləndirilməsinin  bu  imkanı  digər  (inkişafda  olan,  keçid 

iqtisadiyyatlı)  ölkələr  qrupunda  ya  heç  olmıır,  ya  da  çox  məhdud 

şəklində  olur.  İEÖ-də  isə  bu  imkanı  meydana  gətirən  qüvvə  onların 

iqtisadi,  texniki,  texnoloji,  elmi,  hərbi  gücləridir.  İEÖ-in iqtisadi gücü 

diger ölkələrə nisbətən həmişə çox yüksək olduğuna görə onlar elmin, 

texnikanın,  texnologiyanın  ardıcıl  inkişaf  etdirilmləsinə  milyardlarla 

vəsait ayıra bilirlər. 

Məsələ burasındadır ki, hər hansı bir dövlətin və о cümlədən də 

İEÖ-in  müasir  dünya  təsərrüfat  sistemindəki  mövqenin    möhkəmliyi, 

dayanıqlığı  onun  elmi-tədqiqat  və  layihə-təcrübə  işləri  (ETLTİ) 

sahəsində  əldə  etdiyi  nailiyyətlərə  və  onların"  istehsala  tətbiqinin 

intensivliyinə görə həll edilir. ETLTİ-i isə çoxlu ' vəsait tələb edir. Bu 

vəsaitin  öhdəsindən  İEÖ  bacarıqla  gəlirlər.  Derc  olunmuş  materiallar 



 

 

göstərir  ki,  Qərb  ölkələrinin  hamısında  ETLTİ-nə  çəkilən  xərclərin 

məbləği ÜDM-un 2%-dən də çox təşkil edir. Məsələn, İtaliya üçün bu 

2%  təşkil  edir  (1998-ci  il).  ABŞ,  Almaniya,  Fransa,  Böyük  Britaniya, 

İsvcçrə, Yaponiya kimi  qüdrətli, inkişaf etmiş ölkələrdə isə ETLTİ-nə 

çəkilən  xərclər  UDM-ın  3%-nə  qədər  çatır.  Bundan  başqa,  İEÖ-də 

qüdrətli  kompaniyalar,  konsernlər  (TMK)  fəaliyyət  göstərir  və  onların 

qazandıqlan  çoxlu  miqdarda  vəsait  imkan  verir  ki,  bu  məqsədlə  daha 

çox  vəsait  xərclənsin.  Məsələn,  elektrotexnika,  kimya,  avtomobil, 

clcktron  sənayclərində  bu  cür  kompaniyalann  ETLTİ-nə  çəkdikləri 

xərcin ümumi xərclərdoki xüsusi çəkisi 15-20% təşkil edir. Bu cür iri 

masştablı  xərclər  kompaniyalara  imkan  verir  ki,  qısa  bir  müddətdə 

uyuşqanlı istehsallar yaradılsm, yeni texnika istehsala kompleks şəkildə 

tətbiq edilsin. Bu yolla kompaniyalar istehsal texnologiyalarında sözün 

tam  mənasında  inqilabi  dəyişikliklər  etməyə  nail  olurlar  və  onların 

vasitəsilə dünyada ən keyfıyyətli, müxtəlif çeşidli, qənaətcil, az əmək, 

fond  və  material  tutumlu  məhsullar  istehsal  etmək  imkanı  qazanırlar. 

Çox  vaxt  onlar  dünya  bazarında  analoqu  olmayan  məhsullar  istehsal 

edib  bazara  çıxarırlar.  Xarici  iqtisadi  əlaqələrin  bu  yolla 

genişləndirilməsi  innovasiya  yoludur.  Bu  yol  rezonans  səmərə  verir. 

Xarici iqtisadi 

əlaqələrin  innovasiya  yolu  іlə  genişləndirilməsi  İEÖ-in 

demək  olar  ki,  hamısında  baş  verir.  Laikn  bu  cəhətdən  daha  çox 

fərqlənən ölkələr - ABŞ, Yaponiya və Almaniyadır. 

İEÖ-in  xarici  iqtisadi  fəaliyyətinin  bir  mühüm  xüsusiyyəti  də 

ixrac  və  idxal  edilən  əmtəə  və  xidmətlərin  strukturunun  mütəmadi 

oıaraq təkmilləşdirilməsidir. 

Burada əsas məqsəd digər ölkələrin istehsal etmək imkanı ya heç 

olmayan,  ya  da  məhdud  imkana  malik  olan  məhsulların  istehsalını 

genişləndirmək  və  onları  digər  ölkələrə  reallaşdırmaqdır.Bu  ideyanı 

həyata 

keçirmək 



üçün 

İEÖ-də 


geniş


 

 

istifadə  edilən  bir  yol  da  vardır.  Bu  da  müəyyən  ərzaq  və  ya 



sənaye məhsulları növlərinin kütləvi şəkildə istehsal etmək və istənilən 

ölkələrə 

satmaq 

yolu 


ilə 

ölkənin 


ixrac 

potensialını 

möhkəmləndirməkdən  ibarətdir.  Bu  yolla  xarici  iqtisadi  fəaliyyətin 

genişləndirilməsinə  çoxlu  misallar  gətirmək  olar.  Yaponiya  bu  yoldan 

geniş  istifadə  edir.  Radio-elektronika  məhsullan  (rəngli  televizorlar, 

radio qəbuledicilər adi və videomaqnitofonlar və s.) uzun müddətdir ki, 

Yap

oniyada dünya tələbatlarını ödəmək üçün istehsal edilir, 1980-ci ilə 



qədər  dünyada  istifadə  edilən  videomaqnitofonların  75-80%-i 

Yaponiyanın  istehsalı idi və bu meyl indi də о soviyyədə  olmasa da, 

yüksək  səviyyədə  qalmaqdadir.  Digər  mütərəqqi,  elm  tutumlu 

məhsulların istehsahnda da bu cür meyllər müşahidə olunur. 

Amerika kompüter texnikası, proqram təminati məhsulunu bütün 

diinya  ölkələrinə  realizə  edə  bilir.  Almaniya  və  Yaponiya  avtomobil 

sənayesi  məhsulları  üzrə  bu  mövqedə  dayanan  ölkələrdəndir.  Yeyinti 

məhsullarıl  sənayesində  də  çoxlu  misallar  göstərmək  olar.  Lakin 

hamımızın yaxşı tanıdığı broyler (çolpa) məhsullarını  misal gətirməklə 

kifayətlənmək olar. ABŞ bu sahədə fərqlənir və bütün diinya ölkələrinə 

toyuq  budu  ixrac  edir.  Sənaye  və  ya  kənd  təsərrüfatı  məhsulunun 

istehsalını  mənimsəmək  və  onu  bütün  ölkələrə  ixrac  etmək 

kompaniyalardan  və  dövlətdən  böyük  səy  və  bacarıq  tələb  edir.  Belə 

məhsul  dünya  standartlarına  cavab  verməli,  qiymət  yüksək  olmamalı, 

əlavə yüksək keyfıyyət xüsusiyyətlərinə malik olmalıdır. Çoxlu kapital 

tələb etsədə İEÖ bunun öhdəsindən müvəffəqiyyətlə gələ bilirlər. Əsas 

şərt  isə  burada  korrupsiyadan  uzaqlaşmaq  və  sahibkarı  bürokratik 

əngəllərdən xilas etməkdir. 

Ümumiyyətlə  götürdükdə  İEÖ-in  xarici  iqtisadi  əlaqlərində 

yüksək  səviyyədə  liberallasma  özünü  göstərir.  Xarici  ticarət  rejiminin 

liberallaşdırılması  İEÖ-in  iqtisadi  güclərindən  və  ölkənin 

iqtisadiyyatının  yüksək  rəqabətlilik  xassəsindən  irəli  gəlir. 

Liberallaşdırma  ilk  növbədə  öz  əksini  dövlət  tərəfındən  gömrük 

dərəcələrinin  aşağı  salınmasında  tapır.  1950-ci  illərdə  tEÖ-də  gömrük 

dərəcələri 30-40% təşkil edirdi. 1970-ci illərdə isə bu dərəcələr 7-10%-ə 

qədər  asağı  salınmış  və  1997-ci  ildə  isə  özünün  ən  aşağı  səviyyəsinə 

cəmi  4%-ə  bərabər  olmuşdur.  Eyni  zamanda  İEÖ-lər  arasında mal 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə