AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə59/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   55   56   57   58   59   60   61   62   ...   144

 

 

mübadiləsi  prosesi  də  liberallaşdırılmışdır  ki,  bu  da  onların  xarici 



iqtisadi fəaliyyətlərinin mühüm xüsusiyyətidir. 

 

İEÖ      xarici      iqtisadi      əlaqələrinin      başlıca      fərqləndirici 



xüsusiyyətlərindən  biri  də  prosesdə  dövlət  tənzimlənməsinin 

yaradıcilıqla  həyata  keçirilməsidir.  Problemin  öyrənilməsi  göstərdi  ki, 

İEÖ-in  hamısında  xarici  iqtisadi  fəaliyyətdə  dövlət  böyük  rol  oynayır. 

Əsas  məqsəd  ölkədə  sosial-iqtisadi  inkişafı  təmin  etməkdir.  Dövlət 

bütün  yollardan  istifadə  etməklə  ixracla  məşğul  olan  kompaniyaları 

müdafiə edir və lazım gələrsə onlara maliyyə, texniki, təşkilati, mənəvi 

kömək göstərir. Lazım olan vaxt subsidiyalaşdımıa və ixrac kreditlərinə 

təminat  verilməsi  üsulları  da  işə  salınır.  Qərbin  inkişaf  etmiş  ölkələri 

xarici  kapitalın  ölkəyə  daxil  olmasi  prosesində    də  çox  çevik  hərəkət 

edirlər. Əgər dövlət hesab edir ki, xarici investisiya çox zəruridir onda 

dövlət liberal rejim yaradır. Liberal rejimin mahiyyəti ondadır ki, dövlət 

burada icazə-qadağa üsulundan yox, qeydəalma üsulundan istifadə edir. 

Bu  halda  da  dövlət  passivlik  göstərmir.  Ölkə  üçün  çox  miihüm  olan 

kapitalı cəlb etmək üçün müvafiq infrastrukturlar yaratmaq yolu ilə onu 

stimullaşdırır. 

 

 



1.7. 

İEÖ-İn daxili bazarı 

 

Daxili  bazar  dedikdə  milli  dövlətin  daxilində,  ancaq  onun  



təsərrüfatında baş verən mübadilə sistemi başa düşülür. Əlbəttə, burada 

idxal-


ixrac  bölməsində  baş  verən  proseslər  nəzərə  alınmır.  Ölkələrin 

iqtisadi  inkisafı  bir  çox  cəhətdən  ictimai  əmək  bölgüsünün 

xüsusiyyətindən və dərinləşməsindən asılı olur və bu prosesin gedişində 

də daxili bazar formalaşır. 

Dünya  iqtisadiyyatında  ölkələrin  daxili  bazarları  mühüm  rol 

oynayır.  Əslində  daxili  bazarlar  dünya  təsərrüfat  sisteminin  inkişafını 

təyin  edirlər.  Bu  baxımdan  inkişaf  etmiş  ölkələrin  daxili  bazarları 

mühüm  əhəmiyyətə  malikdir.  İnkişaf  etmiş  ölkələrin  daxili  bazarları 

digər  ölkələrlə  müqayisədə  daha  zəngin,  daha  həcmli  olur.  İqtisadi 

imkanları    yaxşı  olduğuna  görə  əhalinin  yaşayış  səviyyəsini  yüksəldə 

bilən  İEÖ-in  daxili  bazarındakı  təklif  də  çox  yüksək  olur  və  son 



 

 

nəticədə  digər  ölkələrin  iqtisadi  inkişafı  və  ilk    növbədə    onların  



istehsal  etdikləri  məhsulun  reallaşdırılması məsələsi məhz bu təklifdən 

asılı olur. 

ÜDM-

a  nisbətən  kiçik  daxili  bazara  malik  ölkələr  bir  qayda 



olaraq  xarici  ölkələrdən  daha  çox  asılı  olurlar.  Belçika,  İrlandiy 

Niderland,  Avstriya,  İsveçrə,  Danimarka  kimi  kiçik  dövlətlərin 

iqtisadiyyatı  güclü  şəkildə  inkişaf  etmiş  böyük  dövlətlərin  daxili 

bazarlarında  qərarlaşmış  tələblə    şərtləşir.  Dərc  olunmuş  rəqəmlər  də 

bunu sübut edir. 1990-

cı  illərdə  ÜDM-a  nisbətən  ixrac  kvotası  orta 

hesabla Belçikada 70%, ' İrlandiya   67%, Niderlandda 52%, Avstriyada 

40% təşkil etmişdir. Deməli, bu ölkələrin iqtisadiyyatı yüksək dərəcədə 

beynəlmiləlləşmişdir  və  onlar  dünya  bazanrının  müəyyən   

seqmentlərindən   asılıdırlar.   İnkişaf  etmiş   nəhəng ölkələrdə bu cür 

şərait hiss olunmur. Onların həcmli daxili bazarları  olsa da tələbatlatın 

çoxunu öz 



istehsalları ilə təmin etməyə çalışırlar və əsasən buna nail də 

olurlar. Görünür ona görədir ki, ixrac kvotası ABŞ və Yaponiyada cəmi 

10-

15% təşkil edir. Digər iri və orta ölçülü İEÖ-də bu göstərici 20-30% 



həddindədir. 

Problemin  tarixinə  nəzər  saldıqda  aydin  olur  ki,  İEÖ-lərin 

liderləri daxili bazar amilindən bacarıqlı  istifadə edirlər. Onlar çoxdan 

başa  düşmüşlər  ki,  birincisi  həm  ayrı-ayrı  ölkələrin  həm  də  İEÖ-lər 

qrupunun daxili bazarını  inkişaf etdirmək lazımdır və ikincisi yaxin və 

uzaq qonşu ölkələrin iqtisadi inkişafı təmin edilməzsə onların özlərinin 

daxili  bazan  inkişaf  edə  bilməz.  Öz  daxili  bazarın    zənginləşdirmək 

üçün digər, siyasi və iqtisadi cəhətdən özünə daha yaxın olan ölkələrin 

iqtisadiyyatını  məqsədyönlü  inkişaf  etdirmək  siyasəti  tarixdə  ilk  dəfə 

ABŞ  tərəfindən  həyata  keçirilib.  Ikinci  dünya  müharibəsindən  sonra 

ABŞ  özünün  inkişaf  yolunu  təyin  etdi.  Bu  yolun  əsasını  vətəndaş 

tələbatlarının    maksimum  ödənilməsi  təşkil  edirdi.  Bu  dövrdə  ABŞ 

istehlak  tələbatının  rolunu  artırmağa  və  məhz  onu  iqtisadi  inkişafın 

mühəmkinə  çevirməyə  çalışırdı.  Bu  məqsədlə  dövlət  tənzimlənməsi 

gücləndirildi və digər bu qəbildən olan tədbirlər həyata keçirildi. Lakin 

zəngin və həcmli daxili bazar formalaşdırmaq üçün ilk növbədə Qərbi 

Avropa ölkələrinin iqtisadi inkişafına nail olmaq lazım idi. Bu məqsədi 

həyata  keçirmək  üçün  tarixdə  məşhur  olan  «Marşall»  planı  meydana 




 

 

gəldi və məhz bu planın vasitəsi ilə  QA ölkələri iqtisadiyyatının brpası 



qısa müddətdə başa çatdı. 

Eyni  zamanda  bu  plan  ABŞ-ın  daxili  bazannm  daha  da  

möhkəmlənməsinə,  zənginləşməsinə  və  genişlənməsinə  səbəb  oldu. 

«Marşall»  planı  Qərbi  Avropa  ölkələrində  sənayenin  inkişafına  və 

ölkələrarası  ticarətin  genişlənməsinə  və  ən  başhcası    isə  İEÖ-in 

hamısında daxili bazarın formalaşmasına müsbət təsir  etdi.  «Marşall» 

planı  bir  daha  sübut  edir  ki,  güclü  ölkə  (ABŞ)  özündən  zəif  ölkələri 

hərbi yolla deyil, iqtisadi yolla da özünə cəlb edə bilər.  Plan göstərdi  

ki,  güclü ölkənin daxili bazarının  genişlənməsi,  zənginləşməsi  eyni 

zamanda yaxin, uzaq, dost  ölkələrin daxili bazarının da labüd inkişafını 

tələb edir. İEÖ-in demək olar ki, hamısı bu prinsipə əməl edirlər (çox 

təəssüflər  ki,  respublikamızın  da  daxili  olduğu  MDB  adlanan  qrumda 

məsələlər heç də bu prinsip üzrə həll edilmir. Qurumun ən güclü ölkəsi 

olan Rusiya özünün əlaltısı olan Ermənistanın  vasitəsilə   qonşularını 

 

hərb gücü ilə özünə tabe etmək istəyir və nəticədə həm Rusiyada  



və    həm  də  onun  qonşularında  mükəmməl  daxili  bazar  hələ  də  

formalaşmayıb.Qərbi      Avropa      ölkələrindəki      daxili      bazar 

səviyyəsinə çatmaq yolunda isə çoxlu əngəllər hələ də qalmaqdadır). 

Daxili bazarın formalaşmasına və səmərəli fəaliyyət göstərməsinə 

yaradıcı  münasibət  bəslənməsi  son  nəticədə  ölkənin  sosial-iqtisadi 

problemlərinin  inkişafı  üçün  zəruridir.Onu  təcrübədə  reallaşdırmaq 

üçün  bazarın  əmtəə  və  xidmətlərlə  doldurulması  yolları  düzgün  təyin 

olunmalıdır.  Daxili  bazar  vətən  məhsulları  ilə  və  idxal  məhsulları  ilə 

doldurula  bilər.  İEÖ-in  daxili  bazarlarının  başlıca  xüsusiyyətlərindən 

biri  də  onlann  əsasən  vətən  məhsulları  ilə  zənginləşdirilməsidir. 

Məsələn,  İEÖ-in  ən  güclüləri  olan  ABŞ-ın  və  Yaponiyanın  daxili 

bazarlarının əmtəə təchizatının 90%-ə qədəri vətən məhsulları ilə  başa 

çatır.  (yada  salaq  ki,  ABŞ  və  Yaponiyada  ixrac  kvotası  cəmi  10-15% 

təşkil edir). 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə