hərəkətvericilərini iri konsernlər təşkil edirlər ki, bunlar da son
onilliklərdə dünya əhəmiyyəti olan güclü TMK kimi fəaliyyət
göstərirlər.
İnkişaf etmiş ölkələrdə fəaliyyət göstərən təsərrüfat mexanızminin
bir neçə müsbət xüsusiyyəti vardır.Bunlardan ən başlıcası, ölkədə kiçik,
orta və iri (nəhəng) bizneslərin inkişafi üçün demək olar ki, eyni şəraitin
yaradılmasıdır. Məsələn, İEÖ-nin təsərrüfat mexanizmi imkan verir ki,
orta təbəqə daim meydana gəlsin, inkişaf etsin, təkmilləşsin. Məhz bu
cəhət kapitalist ölkələri olmalarına baxmayaraq İEÖ-də sosial gərginliyi
azaldır, yeni iş yerlərinin yaradılmasına səbəb olur. Burada dövlət
həlledici rol oynayır.
Dövlət tənzimləməsinin elmi əsaslar üzərində qurulmasının
nəticəsidir ki, İEÖ-də xırda biznesdə həmişə "renessans"
1
baş verir.
1.4. İEÖ-də dövlət tənzimləməsi və yenidən tənzimləmə
İEÖ-nin təsərrüfat mexanizmində dövlət tənzimlənməsi dünyanın
digər dövlətlərində olduğundan güclüdür. Təsərrüfatçılıq fəaliyyətində
dövlət tənzimlənməsinin zəruriliyini həyat özü təsdiq etmişdir. Ənənəvi
kapitalizm cəmıyyətinin doğurduğu krizislərin (böhranların) sayının
azalması və sosial-iqtisadi təsirlərin nisbətən zəifləməsi sahəsində
dövlət tənzimlənməsinin rolu gektdikcə artır.
İqtisadiyyatın dövlət tənzimlənməsinin məqsədi, vasitələri,
istiqamətləri, əhatə dairəsi, forma və üsulları müxtəlif dövlətlərdə
müxtəlif olsa da bir çox ümumi cəhətləri də vardır. Məqsəd bütün İEÖ-
də oxşardır: 1) cəmiyyətdə sabit sosial-iqtisadi durum yaratmaq və 2)
kapitalın özünüinkişafını (özüartımını) təmin edə bilən amil və şərtləri
inkişaf etdirmək, vasitə kimi dövlət hüquq alətlərindən, dövlət
maliyyəsindən, pul-kredit sistemindən, vergi alətlərindən, öz əlində olan
mülkiyyətdən istifadə etmək.
Dövlət tənzimlənməsinin səviyyəsi müxtəlif ölkələrdə
müxtəlifdir. Dövlətin funksiyaları daha geniş və intensiv şəkildə Qərbi
Avropa ölkələrində, nisbətən zəif şəkildə ABŞ və Yaponiyada
həyata keçirilir. Lakin bir cəhəti nəzərə almaq lazımdır ki, bütün İEÖ-
doə dövlət tənzimlənməsi sosial məsələlərin həllinə kömək məqsədi ilə
həyata keçirilir. Ölkələr arasında olan fərq burada da özünü göstərir.
Daha
çox sosial yönümlü dövlət tənzimlənməsi Qərbi Avropa
ölkələrində müşahidə edilir. Bu ölkələr ənənəvi olaraq sosial yönümlü
dövlət yaratmaqda böyük təcrübəyə malikdirlər. Bu cəhətdən ABŞ və
Yaponiya nisbətən geri qalır. İnkişaf etmiş ölkələrin bir başlıca
xüsusiyyətləri də hər hansı prosesin gedişinə yaradıcı münasibət
bəsləməkdir. Dövlət tənzimləməsi İEÖ-in təsərrüfat mexanizminin
tarixi baxımdan sonuncu qatı (səviyyəsi) olsa da çox çevik xarakterə
malikdir və daim təkmilləşdirilir. Bu cəhətdən 1970-ci illərin sonlannda
İEÖ-də yenidən tənzimləmə üsulunun tətbiqinə başlanması əlamətdar-
dır. Bu yolla dövlətlər maliyyə krizislərinin qabağını almağa cəhd
göstərirlər.
Məsələn, ABŞ-ın yenidən tənzimlənməsi aşağıdakı
tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu:
-
dövlət mülkiyyətinin bir hissəsinin sahibkarlara satılması;
-
büdcə xərclənməsində "ciddi qənaət" rejiminin tətbiq
edilməsi;
-
vergi dərəcələrinin aşağı salınması;
1980-
ci əvvəllərində həyata keçirilən bu tədbirlər güclü nəticələr
əldə etməyə imkan verdi. Bu dövrdə ABŞ hökümətinin dövlət büdcəsinə
əlavə olaraq,40 milyard dolllar vəsait daxil oldu. Yenidən tənzimlənmə
tədbirləri nəticəsində ABŞ hökuməti 1997-ci ildə büdcə kəsirini ÜDM-ө
nisbətən 0,3% çatdırmağa nail oldu. Müqayisə üçün göstərək ki, 1990-
cı ildə bu kəsir 3% teşkil edirdi.
1.5
.İEÖ-in iqtisadi inkişafında ölkə başçısının rolu
Dövlət tənzimlənməsində və onun təkmilləşməsində İEÖ-in
rəhbərləri mühüm rol oynayır. Belə bir ənənə meydana gəlmişdir:
hakimiyyətə gələn yeni partiya (qüvvələr) ölkənin sosial-iqtisadi
inkişafını daha da sürətləndirə bilən proqramla çıxış etməlidir. İrəli
sürülən proqram elmi cəhətdən əsaslandırılmalı və hakimiyyətə gələn
partiya onun üçün cavabdehlik daşımalıdır. Dövlət özünün sosial
yönümlü prinsip
cə yeni təklifləri və səyləri іlə fərqlənməlidir. Еlə
yuxarıda qısaca təsvir etdiyimiz "yenidən tənzimləmə" üsullarının bir
çoxu ABŞ prezidenti R.Reyqanın dövründə daha intensiv tətbiq
olunmağa başlanmışdı. Məsələ burasındadır ki, 1920-1933-cü illərin
məlum iqtisadi krizisindən sonra bir neçə onilliklərə (1970-ci ilin ikinci
yansına) qədər dövlət tənzimləmələrində iqtisadiyyata birbaşa müdaxilə
elementləri geniş istifadə edilirdi. Bu zaman hətta idarəçilik üsullarının
tətbiqi üçün də şərait yaradılırdı.
1
La
km R.Reyqanın komandası hakimiyyətə gələndən sonra bu
vaxta qədər ABŞ hökumətinin istifadə etdiyi tənzimlənmə üsullarına
tənqidi münasibət bəslənildi və göstərildi ki, ingilis iqtisadçısı
D.Keynsin dövlət tənzinılənməsi haqqında nəzəri müddəalarının əsas
g
ötürülməsi artıq istənilən səmərəni vermir, ona görə ki, bu prinsiplərin
rəhbər tutulması dövlət aparatının genişlənməsinə, bürokratik üsulların
inkişafına, vergilərin artmasına, əmtəələrin rəqabətə dözümlüyünün
zəifləməsinə səbəb olmuşdu. Bunları nəzərə alan R.Reyqan hökuməti
"Amerika üçün yeni başlanğıc. İqtisadi dirçəliş proqramı" adında
iqtisadi proqram hazırladı və bu proqram əsasını amerika iqtisadçısı
M.Fridman tərəfindən irəli sürülmüş monetarist nəzəriyyə təşkil edirdi.
Həyata keçirilən bu proqram sonralar reyqanomika adı ilə dünyada
məşhurlaşdı.ABŞ isə bu proqramdan olduqca çox faydalana
bildi.R.Reyqandan sonrakı prezidentlər dövlət tənzimlənməsinin daha
da çevik və səmərəli etməyə nail oldular.
İnkişaf etmiş ölkələrin dövlət tənzimləmnəsində insan, onun
yaşayışı, onun taleyi həmişə ön planda durur. Məsələn, ABŞ-da dövlət
tənzimlənmoəinin təkmilləşdirilməsi iki istiqamətdə böyük nəticələrin
əldə edilməsinə imkan verib: birincisi, ÜDM-un müntəzəm artımı (son
illərdə bu artım orta hesabla 2,5-3,0% olub), ikincisi, külli miqdarda
yeni iş yerləri yaradılıb (1990-cı ilin əvvəllərində 11 milyon). Bu sahədə
B.Klinton hökuməti də mühüm rol oynamışdı. İlk növbədə ona görə ki,
bu hökumətin əsas məqsədı həmişə aztəminatlı insanların gəlirlərinin
artınlması,
tibbi
xidmətin
yaxşılaşdınlması,
məktəblərin
kompüterləşdirilməsi səviyyəsinin yüksəldilməsi olmuşdur.
Beləliklə də, İEÖ-də dövlət tənzimlənməsi sözün əsl mənasında
iqtisadiyyatın mökhəmlənməsi və sosial problemlərin həlli amilinə
çevrilmişdir və bu prosesin daha da təkmilləşdirilməsi davam
etməkdədir. Yeni yollar axtarılır. Azad sahibkarlıq iııkişaf etdirilir. Xalq
Dostları ilə paylaş: |