AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə66/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   62   63   64   65   66   67   68   69   ...   144

 

 

olan,  basa  çatmayan burjua-

demokratik  inqilabını  nəzərdə  tuturuq. Bu 

inqilaba qədər Yaponiya özü-özünü dünyadan təcrid etmişdi. İnqilabdan 

sonra  Yaponiya  böyük  əmək  sərf  etdi  və  iqtisadiyyatın 

modernləşdirilməsi sahəsində əməli tədbirlər həyata keçirməyə başladı. 

Yaponiya ÜDM-

un həcminə görə dünyada likinci yerə çıxmaqla yanaşı  

ETT-nin bir 

sıra prioritet istiqamətləri üzrə isə birinciliyi ələ aldı. İkinci 

diinya  müharibəsi  Yaponiyanın  iqtisadiyyatına  güclü  zərbə  vurdu. 

Sənaye  məhsulu  müharibəyə  qədərki  həcmin  20%-nı  təşkil  edirdi. 

Vəziyyəti  düzəltmək  üçün  Yaponiya  iqtisadiyyatının  demilitarizasiya 

edilməsi  və  demokratikləşdirilməsi  sahəsində  bir  sıra  tədbirlər  həyata 

keçirildi.  Bunların  içərisində  iri  sənaye  və  ticarət  kompaniyalarının 

xırdalanması, anti-monopol qanunun qəbulu və realizə edilməsi, radikal 

büdcə  reforması,  hərbi  müəssisələrin  konversiyası,  dövlət 

təzimləməsinin  elmi  yollarla  istiqamətləndirilməsi,  bazar xarakterli 



dövlət planlaşdırılmasının işə düşməsi kimi tədbirlər xüsusi əhəmiyyət 

k

əsb  edirdi.  Bu  cür  və  buna  oxşar  sosial,  iqtisadi,  təşkilati,  texniki, 

texnoloji,  mədəni,  psixoloji,  idarəetmə,  planlaşdırma  tədbirləri  əslində 

Yaponiyanın bugünki müvəffəqiyyətinin təməl daşlarını qoyurdu. 

Yapon  iqtisadi  modelinin  səmərəli  olmasında  və  habelə 

iqtisadiyyatın  inkişafında  başlıca  rol  oynayan  şərtlərdən  biri  də 

yaponluların  bir  insan  kiıni  qənaətcil  və  zirək  olmalarıdır.  Yaponiya 

haqqında  dərc  olunan  materiallarda  göstərilir  ki,  1950-ci  ildən 

başlayaraq  qənaətin  və  qənaətçiliyin  sürəti  Yaponiyada  digər  sənaye 

cəhətdən inkişaf etmiş ölkələrə nisbətən on yüksək olmağa başla-mışdır. 

1970-1972-

ci illərdə yapon ailələrinin və кorprasiyalarа daxil edilməyən 

biznesin  qənaətləri  ÜMM-ın  16,8%-ni  təşkil  edirdi.  Müvafiq  rəqəm 

amerika ailələri üçün 8,5% idi. Yapon korporasiyalarının qənaətləri isə 

ÜMM-


ın  5,8%-ni,  Amerikada  isə  cəmi  1,6%  təşkil  edirdi.  Həmin 

dövrdə  Yaponiya  hökumətinin  təmiz  qənaəti ÜMM-m 7,3%-ni, 

Amerika  hökumətinin  qənaiəti  isə  0,6%  təşkil  etmişdir.  Yaponiyanın 

təmiz ümumi qənaeti Amerikanın təmiz qənaətindən 3,5 dəfədən də çox 

(ÜMM-

ə  görə  Yaponiyada  25,4%,  Amerikada  -  7,1%)  təşkil  edirdi. 



Bütün bunlardan başqa  yaponlar çox patriotdurlar. Patriotçuluq hərəkatı 

Yaponiyada  dövlət  siyasəti  səviyyəsində  idarə  edilir  və  tənzimlənir. 

Məhsulların  keyfiyyətli  hazırlanmasında  bu  cəhət  bəzən  həlledici  şərt 

rolunu oynayır. 




 

 

 

 



 

 

 



 

 

2.7.Yapon bank sisteminin fərqləndirici cəhətləri 

 

Yapon  iqtisadi  inkişaf  modelinin  başlıca  xüsusiyyətlərindən  biri 



də  xırda  müəssisələrdə  əmək  haqqının  ənənəvi  (nisbətən)  aşağı 

səviyyədə  formalaşdırdmasıdır.  Kiçik  müəssisələrdə  çalışanların  əmək 

haqqı  iri  müəssisələrdə  çalışanların  əmək  haqqının  təxminən  60%-ni 

təşkil  edir.  Lakin  kiçik  müəssisədə  çalışanları  bu  narazı  salmır:  onlar 

ürəkləri istədikləri müəssisədə işləyə bilərlər. 

Banklar və bank sistemi Yapon iqtisadi inkişaf modelində xüsusi 

yer tutur. Ölkədə  9 iri kommersiya bankı (Tokio-Mitsubişi, "Sakura", 

"Fudzi" və s.), 129 regional bank, 33 trast-banklar və üç uzunmüddətli 

kredit  bankı  -  Sənaye  bankı,  Uzunmüddətli  Kredit  Bankı  və  Yapon 

kredit  bankı  fəaliyyət  göstərirlər.  Bunlardan  başqa,  çoxlu  sayda  kənd 

təsərrüfatı  üçün  nəzərdə  tutulan  kooperativ  banklar  və  kiçik  kredit 

assosiasiyalan  da  təsərrüfat  mexanizmi  də  fəaliyyət  göstərir.  Dövlətə 

mənsub olan banklann sayı 13-bərabərdir. Bunlardan da oxucu üçün ən 

maraqlı olanı ixtisaslaş-dırılmış banklardır ki, onların da əsas vəzifələri 

kiçik 

sahibkarlığı 



maliyyələşdirməkdir. 

Yapon 


banklarının 

özünəməxsus  cəhətlərindən  ən  başlıcası  mənfəətin  çoxalması  uğrunda 

bankların  mübarizə  aparmamasıdır.  Bankların  əsas  maraq  dairələri 

müştərilər  və  onların  sağlam  istehsal  fəaliyyətidir.  Baş  bank  xidmət 

edəcəyi  müştəriyə  çox  ciddi  yanaşır  və  bir  qayda  olaraq  xidmətə 

başlamaqdan  öncə  onun  istehsal-təsərrüfat  fəaliyyətini  təhlil  edir  və 

maliy

yə vəziyyətini öyrənir. Beləliklə, Yapon baş bankı kompaniyanın 



diaqnostikası rolunu oynayır. Əməkdaşlıq edəcəyi bankın da gələcəkdə 

sağlam fəaliyyət göstərməsinə çalışır. Bu cür münasibətlərin  yarandığı 

Yapon  dövlətində  bankların  əsas  məqsədi  maksimum  mənfəət  əldə 

etmək  və  mənfəəti  hansı  yolla  olursa  olsun  yüksəltmək  deyil. Onlar 

çalışırlar ki, gəlirlərin stabilliyi  təmin edilsin və müflis olmaq təhlükəsi 



 

 

aradan  götürülsün.  Yapon  iqtisadi  inkişaf  modelində  hökm  sürən,  ona 

məxsus  olan,  təsərrüfatçılığın  ümumi prisnipi olan -  iri (güclü) 

strukturların kiçik (zəif) strukturları udub məhv etmək yox onlara kömək  

göstərib  özünə  tabe  etdirmək    prinsipi  bank  sistemində  də  özünü 

göstərir.  Baş  banklar  kiçik  banklara  hər  cür  kömək  göstərib  onları 

müflisləşməkdən qorumağa çalışırlar. 

 

 



 

§3. AMERİKA İQTİSADİYYATI 

3.1.Amerika iqtisadiyyatının əsas xüsusiyyətləri 

Dünya  iqtisadiyyatı  ayrı-ayrı  dövlətlərin  iqtisadiyyatından 

formalaşdığına  görə  çox  çevik  xarakterə,  dəyişən  mühitə  malikdir. 

Planetimizin  iqtisadiyyatının  formalaşmasında,  inkişafında  və  sosial-

iqtisadi səmərəliliyinini yüksəldilməsində Amerika Birləşmiş Ştatlarının 

(ABŞ)  rolu  çox  böyükdür.  Əhalisi  nöqteyi-nəzərincə  dünya  əhalisinin 

təxminən  1,7%-ni  təşkil  edən  ABŞ  bu  gün  dünya  üzrə  ÜDM-un 21  -

25%-


ni verə bilir. 

ABŞ  iqtisadiyyatının    bir  sıra  fərqləndirici  cəhətləri  vardır. 

Müasir dövr üçün 

ən əlamətdarı ondadır ki,  ABŞ on yeni texnikaya və 

texnologiyaya daha çox fikir verir, elm tutumlu məhsullar istehsal edir 

və  innovasiya  sahəsində  uzun  illərdir  ki,  aparıci  yer tutur. Bu hal öz 

əksini  texnologiyanın  ötürülməsi  üzrə  vəsait  ödəmələrini  və  daxil 

olmalarını xarakterizə edən balansda tapir. Qeyd edək ki, bu balansda 

"texnologiyanın ötürülməsi" əməliyyatı ilə bağlı, patentllərin qeydiyyatı 

ilə  bağlı,  lisenziyaların  müəllif  hüquqlarının,  ticarət  markalarının  əldə 

edilməsi  ilə  bağlı,  dizaynların  müəllif  və  sənaye  hüqqularının  və 

nümunələrinin  işlənməsi  ilə  bağlı,  "nou-hau"-larla  və  menecment 

sahəsində xidmətlərin ödənilməsi ilə bağlı hesabatlar göstərilir. Bir çox 

mənbələrin  verdikləri  məlumatlara  görə  ABŞ  texnoloji  balansı  uzun 

illərdir  ki,  aktiv  saldoya  malikdir.  Onun  məbləği  ildə  7-8 mlrd. dollar 

təşkil  edir.  Aktiv  saldonun  mövcudluğu  ABŞ  üçün  yeni  imkanlar 

yaradır  və  bu  imkanlardan  istifadə  edən  sahibkarlar  elmtutumlu 

məhsullar istehsalını genişləndirirlər. 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə