AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə64/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   60   61   62   63   64   65   66   67   ...   144

 

 

çox  olardı.  Heç  olmasa  ona  görə  ki,  Yaponiyada  əmək  haqqı  о 

texnologiyanın  ötürüldüyü  ölkədəkindən  daha  yüksəkdir.    Bundan 

başqa,  Yaponiya  xammal  çatışmazlığı  və  ekologiyanın  korlanması 

problemləri ilə qarşılaşa bilərdi. 

 

 



 

 

 



2.5.  İnsan  amili  Yapon  iqtisadi  inkişaf  modelinin  başhca 

xüsusiyyətidir. 

 

Bu  gün  Yaponiya  mahiyyətini    qısaca  şərh  etdiyimiz bütün 



variantlardan  bacarıqla,        vaxtı  gələndə,  elmi  əsaslandırmalarla, 

müxtəlif  üsul  və  yanaşmaları  təcrübədən  keçirməklə  və  ən  başlıcası 

qarşıya  qoyulan  sosial-iqtisadi  məsələlərin  həlində  insan  amilindən 

bacarıqla  istifadə  etməklə    elmi-texniki  tərəqqi  sahəsində  dünya 

əhəmiyyətli      nailiyyətlər      əldə      etməkdə      davam      edir.      Lakin 

Yaponiyanın      yaratdığı,      dünya      iqtisadiyyatına      bəxş      etdiyi, 

mütəxəssislərin  sözü  іlə  desək  "Yapon  möcüzəsi"nin  əsasını, 

mahiyyətini, əsas amilini, iqtisadi inkişafının daxili enerjisini İnsan və 

ona 

QAYĞl    təşkil    edir.    Yapon  hökümətində  və  yapon 

kompaniyalarında hər cür texniki, texnoloji, siyasi, mənəvi, iqtisadi və 

s.  məsələlərin  həllində  insan  həmişə  ön  planda  durur.  Əməyin 

ödənilməsi motivləri elə dəqiqliklə və ağılla təyin edilib ki, yaponiyada 

işindən  və  əmək  haqqı  səviyyəsindən  narazı  qalanlar  demək  olar  ki, 

yoxdur.  Bunu  dünya  ekspertlərinin  apardıqları  sosioloji  tədqiqatlar  da 

sübut  edir.  Yaponiyada  və  ABŞ-da  aparılan  bir  sorğunun  nəticəsi 

göstərib ki, Amerika fəhləsi üçün işlədiyi firma  о qədər də əhəmiyyət 

daşımır, firma ona ögey təsiri bağışlayır. Yapon fəhləsi üçün isə işlədiyi 

firma  hər  şeydir  və  о  onu  özünə  doğma  hesab  edir.  "Siz  firmanızın 

inkişafı  haqqında  düşünürsünüzmü?"  sualına  verilən  cavab  da 

Yaponiyada insana qayğının   yüksək olduğunu   təsdiqləyir.   Belə  ki,  

Amerikada  soruşulan  fəhlələrin  cəmi  12%  sorğu  qismində  göstəriblər 

ki, işlədikləri firmanın taleyi həmişə onları düşündürür və çalışırlar ona 

kömək  göstərsinlər.  Yaponiyada  bu  cür  cavab  verən  fəhlələrin  xüsusi 



 

 

çəkisi  isə  61  faiz  təşkil  etmişdir.  Təsəvvür  edin  ki,  fırmanın  61  faiz 

işçisi firmanı özününki hesab edir, öz evi kimi onun qayğısına qalır. Bu 

cür  vəziyyətin  iqtisadi  və  sosial  səmərəsi  milyonlarla  hesablana  bilər. 

İqtisadi səmərə isə işçilərin, fəhlə və qulluqçuların fəallığının artması ilə 

meydana  gəlir:  onlar    əməliyyatları  daha  dəqiq  yerinə  yetirirlər,  daha 

tez-

tez  əməli  səmərələşdirici  təkliflər  verirlər,  ixtiraçılıqla  məşğul 



olurlar, istehsaldaxili ehtiyatlardan maksimum i

stifadə edirlər. Yaponiya 

 

hökumətinin  səy  və  bacarığı,  formalaşmış  mükkəmməl  tənzimləyici 



mexanizmi nəticəsində firmalar fəhlələrə qayğını artırırlar, əməyi həqiqi 

mənada düzgün stimullaşdırırlar. Yapon fəhləsi, qulluqçusu, mühəndisi 

firma  basçısının  gözündən  yayına  bilməz.  O,  hətta  illik  maaşı  qədər 

mükafat ala biləcəklərinə əmindirlər. 

Sənaye biznesinin ictimai təşkilatlarla, dövlət idarələri ilo və bank 

kapitalı ilə əlaqələri elə dəqiqliklə işlənib hazırlanmışdır ki, əlavə vaxt 

aparan, insanları əsəbi edən mübahisələrə görə qarşılıqlı İttihamlara yer 

qalmasın. Məsələn, fırmanın rəhbərliyi sosial-iqtisadi, tərbiyəvi, texniki, 

texnoloji, istehsal tədbirlərini ictimai təşkilatların (həmkarlar ittifaqları 

və s.) bilavasitə iştirakı ilə həyata keçirir ki, sonradan heç bir söz-söhbət 

olmasın.  Məsələyə  bu  cür  yanaşmaq  bütün  tərəflərin  istək,  arzu  və 

təklifərini  nəzəro  almağa  və  istehsalda  sağlam  sosial-psixoloji mühit 

formalaşdırmağa  imkan  verir.  Nəticədə  işçilərin  əmək  məhsuldarlığı 

yiiksəlir,  əmək  intizamı  və  istehsal  vasitələrindən  istifadə  yaxşılaşır. 

Bununla da yapon hökuməti iqtisadi və texniki tərəqqini təmin edə bilən 

ictimai qüvvələr formalaşdıra bildiyini bütün diinyaya sübut etmişdir. 

Yaponiyada  iqtisadi  inkişafı  və  texniki  tərəqqini  sürətləndirən 

düşünülmüş  bir  idarəetmə  mexanizmi  yaradılmışdır.  Bütün  digər 

məsələlər  də  bu  mexanizmin  əsas  məqsədinin  –  ölkənin  yüksək 

səviyyədə  sosial-iqtisadi  və  mədəni  inkişafının  təmin  olunmasının  - 

həyata keçirilməsinə yönəldilir. Kadr hazırlığında, mülkiyyətin forması 

məsələsi həll edildikdə, elm və texnika inkişaf etdirildikdə, yeni yaşayış 

əraziləri  salınanda,  idarəetmə  təkmilləşdirildikdə  və  s.  bu kimi 

məsələlərin həllində ölkənin əsas məqsədi birinci növbədə nəzərə alınır. 

Elm Yaponiyada istehsala (xüsusən sənaye istehsalı ilə) six inteqrasiya 

şəklində inkişaf etdirilir. Təsadüfı deyildir ki, ETLTİ çəkilən xərclərin 

70%-

ə  qədəri  sənayenin  payına  düşür.  Bütün  qəbildən  olan  ETİ-i 



əslində sənayenin sifarişi əsasında işləyirlər. 


 

 

Yaponiya  dövləti  dünyanın  digər  ölkələri  üçün  nümunədir.  Heç 

ABŞ  və  Almaniya  hökumətləri  hələlik  belə  səmərəli  hökumət 

formalaşdıra  bilməmişlər.  Ərazi  cəhətdən,  təbii  resurslar  baxımından 

ABŞ-a və Qərbi Avropa ölkələrinə nisbətən çox az xüsusi çəkiyə malik 

Yapon  dövləti  dünyada  iqtisadi,  sosial  və  texniki  inkişafın        əsl    

katalizatoruna        çevrilə        bilmişdir.        Nəticədə  mütəxəsislərin 

adlandırdığı  kimi,  «уароn  korporasiyası»  -  sənaye  fırmalarının, 

bankların,  həmkarlar  ittifaqlarının  və  dövlətin  birliyi adlanan  çox 

səmərəli  mexanizmə  malik  birliklər  -    meydana  gəlmişdir.  Bu cür 

korporasiyalar  dünyanın  bütün  ölkələri  ilə  rəqabət  aparmağa  və  qalib 

cıxmağa qadirdirlər. Bu cür nəhəng korporasiyalarda daxili ziddiyyətlər, 

çəkişməlrin  olması  ehtimalları  sıfra  yaxınlaşır.  Müvəffəqiyyət  də  elə 

bura


dan meydana çıxır. 

Yaponiyanın  insan  amlindən  (insan  kapitalından)  istifadənin 

yaxşılaşdırılmasına  yönələn  tədbirlər  içərısində  ETLTİ-nə  çəkilən 

хəгсləг mühüm yer tutur. Bu göstəriciyə görə Yaponiya dünyada ABŞ-

dan sonra ikinci yerdə gedir. Elmi işçilərin sayı burada böyük Britaniya, 

Fransa  və  Almaniya  kimi  dövlətlərdəki  elmi  işçilərin  birgə  sayından 

çoxdur.  Biznes  səyinin  dövlət  tənzimlənməsi  ilə  yüksək  səviyyədə 

uyğunlaşdırılması  məsələsi  də  Yaponiyada,  demək  olar  ki,  hamıdan 

yaxşı həll edilib. Bu həm də daxili bazarın savadlı qorunması üçün yaxşı 

şərait  yaradır.  Dövlət  nə  edirsə  о  ilk  növbədə  azad  və  bır-biri  ilə 

rəqabətdə  olan  sahibkarların  maraqlarını  qoruyur,  sahibkarhğın  bütün 

növlərinin  çiçəklənməsi  qayğısına  qalır,  məcmuu  əməyin  səmərəsı 

haqqında  düşiinür,  əhalinin  korrupsiya  və  rüsvətxorluq  yolu  ilə 

varlanmasına  yox,  əməyindən  düzgün  istifadə  edilməsi  yolu  ilə 

varlanmasına çalışır. 

 

 



2.6. Yapon iqtisadi 

inkişaf modeli və onun əsas cəhətləri 

 

Yaponiyanın bir yarımsistem kimi dünya iqtisadiyyatında tutduğu 



yer,  əldə  etdiyi  sosial-iqtisadi  inkişaf  və  onun  yüksək  sürəti  bir  çox 

cəhətdən  ölkədə  formalaşmış  iqtisadi  və  sosial  inkişaf  modeli  ilə  izah 

edilməlidir.  Yaponiyada  formalaşmış  təsərrüfatçılıq  mexanizmini 

diqqətlə  öyrəndikdə  əmin olmaq olur ki, burada  hər  bir  kiçik  və  ya 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə