AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə50/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   46   47   48   49   50   51   52   53   ...   144

 

 

Proqnozlara  görə  Çin  hələ  uzün   müddət  kapital  idxal  edən  ölkə  kimi 



qalacaq. 

Afrika  həmişə  olduğu  kimi  birbaşa  xarici  investsiya  qəbul  edən 

regionlar  arasında  axırında  yerlərdən  birini  tutur.1995-ci  ildə  inkişaf 

etməkdə olan ölkələrdəki birbaşa xarici investisiyanın ümumi həcmində 

Afrikanın  xüsusi  çokisi  cəmi  4,7%  ləşkil  edirdi  ki,  bu  hətta  1994-cü 

ildəkindən (5,8%) aşağıdır. 

1995-

ci  ildə  Mərkəzi  və  Şərqi  Avropaya  kapital  axını 



güclənmişdi.  Burada  Polşa,Çexoslovakiya  və  Macarıstan  ölkələri daha 

çox fərqlənirlər. Kapital qoyuluşunun həcmi 3,5 trilyon təşkil edirdi. 

Ümumiyyətlə,  götürdükdə  kapitalın  beynəlxalq  miqrasiyası 

konkret  bir  dövrdə  müxtəlif  təsirlər  altında  iqtisadiyyatın  sahələri, 

coğrafı yerləşdirilməsi üzrə dəyişilir. Ona görə də kapitalın beynəlxalq 

miqrasiyasının  sahə  quruluşunu  və  coğrafı  quruluşunu  fərqləndirmək 

lazımdır. Bu strukturların hər ikisi dünya iqtisadiyyatının və  ayrı-ayrı 

yarımsistemlərin  və  regionların  inikşaf  sürətindən  asılı  olur.  Xarici 

investisiya  о  regiona  (ölkəyə)  daha  çox  istiqamətləndirilir  ki,  orada 

iqtisadi oyanma hiss olunur, perspektivdə  yaxşı inkişaf gözlənilir. Son 

illərdə Çin Xalq Respublikasına, Mərkəzi və Şərqi Avropaya, Cənubi, 

Cənub-Şərqi Avropaya, Cənubi Şərqi Asiyaya kapitalın miqrasiyasının 

güclənməsi bu amil altında baş verir. 

Birbaşa  xarici  investisiyanın  sahə  strukturu  da  dəyişir.  Məlum  

olduğu kimi iqtisadiyyatda əsas sahələrlə  yanaşı infrastruktur sahələr də 

fərqləndirilir.  Hər  hansı  bir  inkişafda  olan  ölkə  xaricdən    cəlb  edilən 

kapital

ı  iqtisadiyyatın  əsas  sahələrinə    yönəltməyi  sərfəli    hesab edir. 



Buna  görə  də  ümumi  şəkildə  məsələyə  yanaşsaq    görərik  ki, 

miqrasiyaya  uğramış  kapital  bir  qayda  olaraq  iqtisadiyyatın  əsas 

sahələrinə yönəldilir. Lakin elə bir danılmaz fakt da mövcuddur ki, һəг 

hansı bir ölkə olursa-olsun müəyyən inkişaf səviyyəsində infrastruktur 

sahələrinin  artırılmsı  zərurəti  ortaya  çıxır.  Bu  hal  XX  əsrin  ikinci 

yarısında yer kürəsinin müxtəlif regionlarında yerləşmiş ölkələrdə daha 

əyani görünməyə başlamış və iqtisadi cəhətdən sərfəli   olduqda   xarici   

kapitalın   bura   yol   açmasına   şərait yaradılmışdır.Bunun  nəticəsində   

1990-

cı      illərin    əvvəlindən  başlayaraq  infrastruktur  sahələrə  hər  il 



milyardlarla  ABŞ  dolları  məbləğində  xarici  vəsait  qoyulmuşdur. 

Ümumiyyətlə  götürdükdə,  1988-1995-çi  illər  ərzində  infrastruktur 




 

 

sahələrə 40 milyard dollar cəlb edilmişdir ki, bunun da 50%-dən çoxu 



birbaşa  xarici  kapitaldır.  Miqrasiya  kapitalının  sahə  quruluşunun 

dəyişməsində  transmilli  korporasiyalar  fəal  rol  oynayırlar.  Bir  sıra 

ölkələrin  elmi  ocaqlar  yaratmağa,  kadr  hazırlığını  yaxşılaşdırmağa, 

ixrac  üçün  nəzərdə  tutulan  emalla  məşğul  olan  zonalar  yaratmağa 

maraqları artmışdır ki, bu da TMK-ın bundan sonra daha da fəallaşması 

üçün yaxşı perspektivlər açır. 

 

 

   §3



.İşçi qüvvəsinin beynəlxalq miqrasiyası 

 

3.1. 



Miqrasiyanın obyektiv əsası və əhatə dairəsi 

 

Dünya iqtisadiyyatı son nəticədə əmtəələrin, xidmətin, kapitalın, 



«nou-

hau»ların  bir  ölkədən  digər  ölkəyə  hərəkətini  zəruri  etdiyi  kimi 

işçi qüvvəsinin də hərəkətini zəruri etmişdir.İşçi qüvvəsinin ölkələrarası 

hərəkəti tarixən çox qədimdən baş vermişdir. Bu prosesin baş verməsini 

izləsək burada iki halın nəzərə çarpdığını aydın görmək olar. Bunlardan 

biri  ondan  ibarətdir  ki,  dünyanın  müxtəlif  regionlarında  güçlü  inkişaf  

baş verdiyinə görə  sonrada işçi qüvvəsi qıtlığı yaranır və  məqsədyönlii   

olaraq  bir  ölkədən  (və  yaxud  da  ölkələrdən)  ora  işçi  qüvvəsi  aparılır. 

İşçi  qüvvəsinin  bu  cür  məqsədyönlü  beynəlxalq  miqrasiyasına  misal 

XVII əsrlərin ortalarında Afrikadan Amerikaya qara qulların daşınması 

və  orada  satılması  ola  bilər.  Tədqiqatçılar  göstəıirlər  ki,    məhz  bunun  

nətıcəsində   1650-1850-ci   illər  ərzində  Afrika əhalisində artım yox, 

azalma  qeydə  alınmışdı.  Qul  satışına  qadağan    qoyulandan  sonra  işçi 

qüvvəsinin  beynəlxalq  hərəkəti  şəxslərin  könüllülüyü  şəklində  baş 

verməyə  başladı.Qullardan  sonra  ikinci,  (lakin  könüllülük  əsasında) 

böyük  miqrasiya  Avropa  əhalisinin    Amerikaya  getməsi  ilə  bağlı  idi. 

Belə misalları çox göstərmək olar. Bu proses dünyanın hər yerində  baş 

ve

rmis və indi də baş verməkdədir.Prosesin   hansı   şəkildə,    formada   



getməsinə  baxmaya raq əsas məqsəd həmişə bir olmuşdur: daha yaxşı 

həyat  və  əməк  şəraiti  əldə  etmək  ucün  insanlar  bir  ölkədən  digərinə 

hərəkət etmişlər... 



 

 

Bütün  hallarda  olduğu  kimi  iş  qüvvəsinin  beynəlxalq 



miqrasiyasını  da  kapitalist  üsuli-idarəsi  olduqca  gücləndirmişdi.İndiki 

dövrdə-dünya iqtisadiy-  yatının  qloballaşdığı,  istehsalın  beynəlmiləllik 

səviyyəsinin yüksəldiyi bir vaxtda iş qüvvəsinin beynəlxalq miqrasiyası 

bir  çox  ölkələr  üçün  iqtisadi,  sosial,  texnoloji,  demoqrafık  inkişaf 

amilinə çevrılmişdir. 

Beynəlxalq  əmək  mübadiləsi  prosesi  güclənir  və  getdikcə  bütün 

ölkələri  əhatə  etməkdədir.  Əgər  1970-ci  ildə  bu  prosesə  cəlb  olunmuş 

ölkələrin sayı 64-ə bərabər idisə, 1997-ci ildə bu rəqəm 105-ə çatmışdı. 

Hazırkı dövrdə beynəlxalq əmək miqrasiyası bir ncçə istiqamətlərdə baş 

verir.  İnkişaf  etməkdə  olan  ölkələrdən  inkişaf  etmiş  ölkələrə  

miqrasiyada  məqsəd  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdə 

iqtisadiyyatın  bəzi  sahələrini  işçilərlə  təmin    etməkdir.  Son  zamanlar 

infrastruktur,  xidmət  və  tikinti  sahələrində  gəlmə  əməkdən  daha  çox 

istifadə  edilir.  Məsələn,  Fransada  tikintidə    çalışanların  dördə  birini, 

avtomobilqayırmada  çalışanların  üçdə  birini,  Belçikada  şaxtaçıların 

yarısını,  Isveçrədə  tikinti    fəhlələrinin  beşdə  ikisini  emiqrantlar  təşkil 

edirlər. Belə bir sual da ortaya çıxır ki, inkişaf etmiş ölkələrin özlərində 

işsizlər olduğu halda onlar nə üçün kənardan işçi qüvvəsi cəlb edirlər. 

Məsələ  burasındadır  ki,  işçi  qüvvəsinin  beynəlxalq  miqrasiyası  azad 

bazar  iqtısadiyyatı  şəraitində  obyektiv  bir  prosesə  çevrilmişdir.  Əmək 

resursları daha səmərəli olan sahələrdə, ölkələrdə, regıonlarda fəaliyyət 

göstərməyə  və  bu  yolla  daha  çox  iqtisadi  səmərə  əldə  etməyə 

meyillidirlər.  İnkişaf  etmiş ölkənin hər hansı bir kompaniyası, iqtisadi 

strukturu  özünə  daha  xeyirli  (sərfəli)  işçı  götürmək  hüququnu  özündə 

saxlayır və əgər bu mümkündürsə öz tələbatını emiqrantların hesabına 

ödəməyi üstün hesab edır. ABŞ kimi inkişaf etmiş ölkədə rəsmi olaraq 

6%-

ə  qədər  işsiz  qeydə  alınmışdır  (1999-cu il). Lakin eyni zamanda 



internetdən aldığımız məlumata görə burada yüksək texnologiya tətbiq 

olunan sahələrdə ışləmək üçün 200000 min işçi tələb olunur.Bu qədər 

işçinı  digər  ölkələrdən  cəlb  etmək  üçün.ABŞ  hökuməti  müəyyən 

güzəştlər edəcəyini də elan etmişdir. 

Beynəlxalq  miqrasiya  prosesləri  yüksək  səviyyədə  inkişaf  etmiş 

ölkələr  arasında  da  baş  verir.Lakin  təhlil  göstərir  ki,  sənaye  cəhətdən 

inkişaf etmiş ölkələrin arasında baş verən əmək mübadiləsi çox zaman 

iqtisadi am

illərin  təsiri  altında  baş  vermir.  Qeyri-iqtisadi  amillər 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə