AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


(idxal edilən) məhsulun iqtisadi səmərəsi о zaman ola bilər ki, nə  vaxt  onu



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə44/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   40   41   42   43   44   45   46   47   ...   144

 

 

(idxal edilən) məhsulun iqtisadi səmərəsi о zaman ola bilər ki, nə 

vaxt  onu  

istehsal edən ölkədə bu məhsula çəkilən istehsal xərclərinin 

mütləq səviyyəsi aşağı olsun

Sonralar, 1817-

ci  ildə  D.Rikardo  özünün  "Siyasi  iqtisadın 

başlanğıcı  və  vergi  qoyma"  əsərində  isbat  etdi  ki,  mütləq  istehsal 

xərcləri prinsipi umumi qaydanın ancaq xüsusi halıdır və nisbi üstünlük 

nəzriyyəsini əsaslandırdı. O, göstərirdi ki, dünya ticarəti inkişafını təhlil 

edərkən  əmək    və  təbii  resursların  ölkələr  arasında  bərabər 

yerləşməməsini  və  məhsul  istehsal  etmə  texnologiyasının  müxtəlif  

ölkələrdə  eyni  səviyyədə  mütərəqqi  inkişaf  etməməsini  nəzərə  almaq 

lazımdır.  Vaxt  keçdikcə  müxtəlif  ölkələr  üzrə  məhsullar  istehsalının 

istər  mütləq  və  istərəsə  də  nisbi  səmərəlilıyı  dəyişə  bilər  və  dəyışır. 

Buna görə də beynəlxalq mübadilə arzu olunandır və bütün ölkələr uçün 

xeyirli ola bilər. D.Rikardo elə bir qiymət tapmağa çalışırdı ki, mübadilə 

həqiqətən də hamı üçün xeyirli  olsun. 

Dünya ticarətinin nəzəri məsələlərinə sonrakı illərdə (1848) Djon 

Stuart Mill nəzər yetirmiş və özünün "Siyasi iqtisadın əsasları" əsərində 

mübadilənin baş verdiyi qiymət zonasının meydanagəlmə mexanizmini 

izah  etdi  və  göstərdi  ki,  mübadilə  qiyməti  tələb  və  təklifə    əsasən 

formalaşır. Beləliklə də, beynəlxalq dəyər nəzəriyyəsi formalaşırdı. Bu 

nəzəriyyəyə  görə  ölkələr  arasında  mübadiləni  optimallaşdıran  qiymət 

mövcud olur. Bu qiymət isə hər hansı bır baxılan dövrdə tələb və təklfin 

təsiri altında formalaşır. 

Dünya  ticarəti  şaxələndıkcə,  inkişaf  etdikcə  onun  nəzəri 

məsələlərinə  yanaşma  tərzi  də  dəyişmişdir.  Getdikcə  iqtisadçı  alimləri 

və  xarici  ticarətlə  məşğul  olanları  istehsal  amilləri,  ixracın  və  idxalın 

həcmi,  onların  əmtəə  strukturu,  ticarətə  təsir  edən  amillər  və  onların 

təsnifləşdirilməsi,  azad  mübadilənin  əsasları  və  şərtləri  daha  çox 

maraqlandırmağa  başladı.  Məsələn,  beynəlxalq  ticarət  axını 

istiqamətinin və strukturunun nə ilə təyin olunması haqqındakı müasir 

təsəvvürlər  İsveç  alimləri  olan  Eli  Hekşer  və  Bertil  Olinin  apardıqları 

tədqiqatlara  və  gəldikləri  nəticələrə  əsaslanır.  Onlar  bu  və  ya  digər 

ölkənin  konkret  məhsul  istehsal  etmək  və  istehsal  amillərinə  məxsus 

olması sahəsındə üstünlüynü irəli sürmüşlər və onun izahını vermişlər. 

Öz  tədqiqatlarına  əsasən  onlar  “istehsal  faktoruna  (amilinə)  uyğun 

qiymətlərin  hamarlanması  teoremini  irəli  sürdülər.  Bunun  mahiyyəti 



 

 

ondadır  ki,  milli  istehsalların  müxtəlifliyi  ölkədə  formalaşmış  əmək,  

torpaq,  kapital  və  bu  və  ya  digər  məhsula  olan  daxili  tələbat  kimi 

istehsal amillərinin müxtəlif və rəngarəng olması ilə təyin edilir. 

Amerika  iqtisadçıları  N.Samuelson  və  V.Stolper  Yekşer-Olin 

teoremini  təkmilləşdirdilər  (1948).  Rus  mənşəli  Amerika  iqtisadçısı 

V.Leontyev  isə  bu  teoremdən  istifadə  edərək  özünün  məşhur 

"'Leontyevin paradoksu" əsərini hazırladı. Bu əsərində o, nisbi üstünlük 

nəzəriyyəsini daha da inkişaf etdirdi. 

Dünya  ticarətində  hazır  məhsullar  üzrə  mübadilə  həmişə  xüsusi 

yer  tutmuşdur.  İnkişaf  etmiş  sənaye  ölkələri  bir  qayda  olaraq  hazır 

məhsul  ixrac  edirlər.  Yüksək  rəqabətin  olması  mühiti  tədqiqatçıları 

dünya ticarətınin daha konkret aspektlərı ilə məşğul olmaga vadar edir. 

"Əmtəələrin  həyat  tsikli"  konsepsıyasının  tərəfdarları  hesab  edirlər  ki, 

ölkələr  arasında  müasir  ticarət  əlaqələrıni  izah  etmək  üçün  tsiklin 

pillələrindən  istifadə  etmək  olar.  Məsələ  burasındadır  ki,  ETT 

nəticəsində yeni məhsullar meydana gəlir və bu proses aramsız davam 

edir. Yeni məhsul meydana gəlir, "yaşayır" mübadilədə olur, sonradan 

bu  məhsul  daha  mükəmməl  məhsulla  əvəz  olunur.  Bu  proses  dünya 

ticarətinə,  beynəlxalq  mübadiləyə  də  güclü  təsir  göstərir.  "Əmtəənin 

həyat  (yaşama)  tsikli"  nəzəriyyəsinə  görə  bazarda  ilk  dəfə  görünən 

əmtəə  nə  vaxtsa  bazarı  tərk  edir  və  bu  dövr  ərzində  4  və  ya  5  pilləni 

keçir. R.Vemov, Ç.K

indelberqer  vo  P.Uels  öz  doktrinalarında  bu 

dəyışmələrin  sxemini  veriblər  və  göstəriblər  ki,  "tətbiq"  pilləsində 

yeniləşmə işlənib hazırlanır, yeni məhsulun istehsalı və daxili və xarici 

bazarlarda  satışı  təşkil  edilir.  "İnkişaf”  pilləsində  satışın  həcmi  daxili 

bazarda artmaqla yanaşı, məhsulun, yenıləşməni yaradan ölkədən, digər 

ölkələrə  ixracı  da  çoxalır.  Sonradan  rəqabət  güclənir,  istehsalın 

kapitaltutumu  artmağa  meyl  göstərir,  istehsalın  əvvəlcə  inkişaf  etmiş 

ölkələrdə, sonradan isə digər ölkələrdə təşkil edilməsi üçün ilkin şərtlər 

yaranır.  Yekunlaşdırıcı  dövrdə  hir  neçə  rəqabətçilər  qiymətləri  aşağı 

salmağa  başlayırlar.  Yetişmə  pilləsi  olan  üçüncü  (həm  də  dördüncü) 

pillədə  həmin  məhsulun  istehsalı  bir  çox  ölkələrdə  təşkil  edilir  və 

istehsalın həcmi artır. Bazarlarda və xüsusən də yeniliyin müəllifi olan 

ölkənin bazarında məhsul bolluğu müşahidə olunur. Tələb dayanıqlaşır, 

qiymət siyasətin rolu güclənir, iriseriyalı istehsala mənsub olan yüksək 

standartlaşma  əldə  edilir  və  nisbətən  aşağı  ixtisaslı  işçi  qüvvəsi  cəlb 




 

 

edilir.  Nəhayət,  enmə  adlanan  sonuncu  pillədə  inkışaf  etmiş  ölkələrdə 

bazar  çərçivəsinin  daralması  və  inkişafda  olan  ölkələrdə  isə  istehsan 

təmərküzləşməsi müşahidə edilir. Bu nəzəriyyə  bir daha sübut edir ki, 

yüksək  səviyyədə  inkişaf  etmiş  ölkələrin  həqiqətdə  də  texnoloji 

üstünlükləri  var  və  beynəlxalq  ticarətdə  onlar  bundan  olduqca  çox 

faydalanırlar. 

Göstərdiyimiz bıı nəzəriyyələrdən başqa problemə digər baxışlar 

da  mövcuddur.  Lakin  müəlliflərin  və  baxışların çox  və  az  olmasından 

asılı olmayaraq bircəhət hamı tərəfindən vurğulanır ki, о da beynəlxalq 

ticarətin, eyni dərəcədə olmasa da, hamı üçün müəyyən xeyrı olmasıdır. 

Lakin gənc oxucular üçün bir mühüm cəhəti qeyd etmək lazımdır. Bu da 

ondan ibarətdir ki, son vaxtlar nəzəriyyçilər diqqəti mikroiqtisadıyyata 

yönəltməyi təklif edirlər və təhlilləri firma və müəssisələr səviyyəsində 

gücləndirməyi  tövsiyə  edirlər.  Bunun  üçün  əsas  kimi  firmalararası 

beynəlxalq  mübadilə  həcminin  artmasını  (dərc  olunmuş  bəzi 

materiallara  görə  firmalararası  mübadilənin  həcmi  dünya  ticarətinin 

ümumi həcminin 70%-ə çatır) göstərirlər. Qeyd edək ki, bu faktın özü 

də  eyni  səviyyədə  inkişaf  etmiş  ölkələrin  arasında  belə  əmtəə 

mübadiləsinin  üstünlüklərini  təsdiqləyir.  Beynəlxalq  ticarət  məhz 

özünün  qarşılıqlı  xeyirli  olması  ilə  dünya  iqtisadiyyatına  güclü  təsir 

göstərir. Beynəlxalq ticarət nəzəriyyəsi isə mübadilələrin xeyirli olması 

mexanizmini  açır 

VƏ   

xarici  ticaret  axınlarının  hansı  səbəblərdən 



meydana gəlməsıni öyrənir. 

Üçüncü  aspektdə  ticarət  edən  ölkələrin  iqtisadi  təhlükəsizliyi 

məsələləri  nəzərdən  keçirilir.  Müasir  dövrdə  çox  böyük  praktiki 

əhəmiyyətə  malik  olmasını  nəzərə  alaraq  bu  məsələ  ayrıca  olaraq 

növbəti paraqrafda şərh edilir. 



1.4.Xarici ticarət və ölkənin iqtisadi təhlükəsizliyi 

 

Əslində  bu  problem  bütün  ölkələri  çox  dərindən  maraqlandıran 



problemdir.  Hamısı  beynəlxalq  mübadilənin  xeyirli  olmasından 

danışsalar  da  öz  ölkələrinin  təhlükəsizliklərinə,  millətinin 

çiçəklənməsinə  ciddi  yanaşan  dövlətlər  ilk  növbədə  özləri  haqda 

düşünürlər,  öz  daxili  bazarlarının  qorunmasına,  ölkədə  iş  yerlərinin 

yaradılmasına  çalışırlar  və  məqsədlərinə  çatmaq  üçün  bütün 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə