Cədvəl 5
Dünya ticarətinin həcmi və ixracın orta illik artım sürəti
Dünya
ticarətinin həcmi
Dünya ixracının orta artım sürəti
illər
trilyon
ABŞ dolları ilə
İllər
%-
lə
1970
0,3
1950
6
1980
1,9
1960
8,2
1996
5,1
1970-1980
9,0
1997
5.4
1990-1997
6
1999
...
2000
...
1997-2000
...
2003
(proqn
oz)
7,0
2000-2003
...
Göründüyü kimi 1950-
ci ildən baslayaraq 1997-ci ilə qədər dünya
ixracatı dayanıqlı sürətdə artmış və artım sürəti 6,0%-dən aşağı
olmamışdır. 1970-1980-cı illərdə isə hətta 9% təşkil etmışdir. Bu cür
artım dünya ticarətinin ümumi dövriyyəsinə də müsbət təsir göstərmiş
və nəticədə dünya ticarətinin həcmi 1970-ci ildəki cəmi 0,3 trilyon ABŞ
dollarından 1997-ci ildən 5,4 trilyon ABŞ dollarına qədər yüksəlmişdir.
Deməli, baxılan 27 il müddətində dünya ticarətinin həcmi 18 dəfə
ar
tmışdır. Bu çox yüksək göstəricidir.
Əyanilik üçün cədvəl 6-da dünya ixracının əmtəə strukruru
verilmişdir.
cədvəl 6
Proqnoza görə 2003-cü ilə qədər artım davam etməli və dünya
ticarətinin həcmi 7,0 trilyon ABŞ dollarına çatmışdır.
Beynəlxalq iqtisadi münasibətlərdə də dünya ticarəti xüsusi
mövqeyə malikdir. Tədqiqatçılann fıkrincə bu gün beynəlxalq iqtisadi
münasibətlərin ümumi həcminin 4/5-ü dünya ticarətinin payına düşür.
1.6.Dünya ticarətinin struktııru
Dünya iqtisadiyyatına qiymət verərkən mühüm məsələlərdən biri
də dünya ticarətinin müəyyən dövr tiçün formalaşmış struktu-rudur.
Dünya ticarətinin bir neçə əlamətlərə görə strukturunu öy-rənmək olar.
Onların geniş yayılmışlarını qısaca nəzərdən keçirək.
Dünya ticarətinin əmtəə strukturu. Bu strukturun
öyrənilməsində məqsəd əmtəələrin əsas qruplannı təyin etmək (sayca və
həcmcə) və onların ümumi ticarətdə tutduqları yeri, onlar arasında
formalaşmış nisbətləri təyin etmək və nisbətlərin dəyişmə meyllərini və
Məhsul növlərinin əsas
qrupları
I l l ə r
1937
1960
1975
1985
1995
Ərzaq (içki və tütün də daxil
olmaqla)
22,8
18.2
12,2
10,7
8,1
Xammal
31,0
16,7
7.5
5,9
7,4
Mineral yanacaq
7,6
10.1
19,5
12,3
7,2
Emal sənayesinin məhsulları
38,6
55.0
59.7
70,9
77,3
0
cümlədən:
Avadanlıq, nəqliyyat vasitələri
10,6
21,2
27,9
35,1
43,5
I
Kimyəvi məhsullar
4,6
6,2
7,2
9,0
9,4
Qara vo əlvan metallar
10,9
9.0
7,3
5,3
7,2
Toxculuq məmulatları (iplik,
parça, paltar)
8,7 -
5,4
,9
6,8
7,1
I
Əsas əmtəə qrupları üzrə diinya ixracının struktuıu (%-lə).
səbəblərini öyrənməkdir. Hər hansı bir struktur tədqiqatlarında olduğu
kimi, burada da öyrənilir ki, hansı məhsullar ticarət dövrəsindən çıxırlar
(tələbat olmadığına görə) hansı məhsullara tələb dayanıqlıdır və hansı
məhsullar yenidir və perspektivlidir. Struktur tədqiqatlar hər bir ölkə
üçün qiymətli məlumatlar əldə etməyə imkan verir. Nəticələr milli
iqtisadiyyatın strukturunun təyin edilməsində istifadə edilir. Məsələn,
Amerika və Yaponiya kimi iqtisadi cəhətdən nəhəng dövlətlərin dünya
bazarında üstün yer tutumalarının əsas səbəblərindən biri də onların
dünya ticarəti strukturunu və onun dəyişmə meylini digər ölkələrə
nisbətən daha qabaqcadan proqnozlaşdıra bilmələridir. Bu onlara imkan
verir ki, ixracın və idxalın əmtəə strukturunu düzgün, öz ölkələrinin
xeyrinə təyin etsinlər.
Dünya ticarətinin əmtəə quruluşuna (strukturuna) ilk növbədə çox
sürətlə inkişaf edən ETT və beynəlxalq əmək bölgüsii güclü təsir
göstərir. Bu amillərin təsiri altında ölkələr xammal ixrac etməkdən
çəkinirlər (bu Azərbaycan üçün də örnək olmalıdır. Lakin təəssüflər
olsun ki, biz indi əsasən xammal ixrac edirik). Nəticədə dünya ixracı
həcmində xammalın xüsusi çəkisi baxılan dövürdə 31,0 faizdən 7,4
faizə qədər azalmışdır. Əksinə, emal sənayesinin məhsullan 38,6
faizdən 77,3 faizə qədər yüksəlmişdir.
Müasir dövrdə dünya ticarəti dövriyyəsinin strukturcasına
öyrənilməsi yeni-yeni prinsiplər əsasında aparılır. Dünya
iqtisadiyyatının inkişafı və ölkələrin iqtisadi təhlükəsizliyi baxımından
əmtəələrin keyfiyyət göstəricilərindən və xüsusən də böyük əhəmiyyət
kəsb edən məhsulun material-əmək-fond-enerji-elm-texnologiya
tutumları kimi göstəricilərdən istifadə edib -idxalın və ixracın
strukturlannı öyrənmək son illərdə beynəlxalq təşkilatlar tərəfindən tez-
tez istifadə edilir.
Məsələn, Dünya bankı beynəlxalq ticarətdə mal dövriyyəsinin
texnoloji tutumuna görə strukturunu öyrənməyi əhəmiyyətli hesab edir
və mübadilə edilən məhsulları "Təbii resurslara əsaslanan mal
dövriyyəsi", "Yüksək texnoloji mürəkkəbliyi ilə fərqlənən real
dövriyyəsi", "Orta səviyyəli texnoloji mürəkkəb əmtəələr", "Aşağı
səviyyəli texnoloji mürəkkəb məhsullar", "Digər ilkin məhsullar" və sair
məhsullar kimi 6 qrupa bölür və struktur araşdırmalrı aparır. Qeyd edək
ki, bu cür qruplaşdırmada məhsulun elm tutumluluğu əsas götürülür. Elə