AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


Kapitalın ölkələrarası hərəkəti və onun formaları



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə49/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   45   46   47   48   49   50   51   52   ...   144

 

 

 

 



2.3. Kapitalın ölkələrarası hərəkəti və onun formaları. 

 

Dünya  təsərrüfat  sisteminin  meydana  gəlib  möhkəmlənməsi, 



genişlənməsi,  istehsalın  və  ümumiyyətlə,  iqtisadi  həyatın 

beynəlmiləlləşməsi,  qloballaşması  və  beynəlxalq  əmək  bölgüsünün 

dərinləşməsi  nəticəsində  əmtəə  və  xidmətlərin  miqrasiyası  ilə  yanaşı 

kapitalın  da  ölkələrarası  hərəkəti  başlayır  və  sürətlənir.  Kapitalın 

hərəkəti  ən  sadə  şəkildə  onun  bir  ölkədən  çıxıb  digər  ölkəyə  daxil 

olmasını xarakterizə  edir.  Xarici  iş  adamlarına  və  yaxud  da  hökumətə 

kredit  verilərkən,  xarici  banklarda  pul  saxlayarkən,  xarici  qiymətli 

kağızları  alarkən  və    bu  kimi  və  buna  oxşar    əməliyyatlar  həyata 

keçirərkən  biz  kapitalı  ölkədən  çıxarmış  oluruq  və  əksinə.  Hazırkı 

dünyada  еlə    bir  ölkə  tapmaq  olmaz  ki,  buradan  və  buraya  kapitallar 

hərəkət  etməsin.  Fərq  ancaq  hərəkət  edən  kapitalların  məbləğində, 

intensivliyində  hansı  məqsədi  güdməsində  ola  bilər.  Dünya 

iqtisadiyyatına güclü təsiri də kapital hərəkətinin ümumbəşəriliyindədir. 

Bunsuz hazırda heç bir iqtisadi inkişafdan danışmaq olmaz. 

Kapitalın hərəkətə gəlib ölkədən çıxması və özgə ölkədə müəyyən 

funksiyalar  həyata  keçirməsi  kimi  qiymətləndirilən  kapitalın 

miqrasiyasının  əsas  məqsədi  onun  daha  da  şişib  çoxalmasıdır.  Dünya 

təcrübəsində  kapitalın  beynəlxalq  hərəkəti  bir  çox  formalarda  həyata 

keçirilir.  Xarici  kapital  qoyuluşunun  ən  çox  istifadə  edilən  formaları 

aşağıdakılardır  (bu  formalarda  kapital  gətirilə,  aparıla  və  fəaliyyət 

göstərə bilər). 

— 

1.Meydana  gəlmə  mənbəsinə  görə  dövlət  və  xüsusi  kapital 



fərqləndirilir.  Xüsusi  kapital  dövlətin  mənbələrindən  olmayan 

kapitaldır.  Bu  kapital  həm  hüquqi  və  həm  fıziki  şəxslər  tərəfındən  ya 

ölkədən çıxarılır, yaxud da ölkədə qəbul edilir. Bura müxtəlif xarakterli 

investisiyalar,  ticarət  kreditləri,  banklararası  kreditləşmələr  daxildir. 

Bunlar birbaşa dövlət budcəsi ilə əlaqədar olmurlar, lakin dövlətqanun-

qayda çərçivəsində bura müdaxilə edə bilər. 

Dövlət  kapital  qoyuluşu  dövlət  tərəfindən  həyata  keçirilır,  yəni 

kapitalı  ölkədən  çıxaran  da  qəbul  edən  də  dövlətin  özü  olur.  Mənbə 




 

 

dövlət  büdcəsidır,  yəni  pıul  vergi  ödəyənlərindir.Bu  formada  kapital 

qoyuluşu dövlət istiqrazları,  

subsidiyalar, qrantlar, (töhfələr, bağışlamalar), köməklər şəklində 

həyata keçirilir. Beynəlxalq təşkilatlaın vəsaitləri də (məsələn, BVF-nun 

krediti) dövlət kapital qoyuluşuna aid edilir. 

2.Yerləşdirmə  müddətinə  görə  kapital  qoyuluşu  qısa,  orta  və 

uzunmüdətli  formalara  ayrılır.  15  ildən  çox  miiddətə  nəzərdə  tutulan 

kapital qoyuluşu ən böyük əhəmiyyət kəsb edən qoyuluş hesab olunur 

və  əsasən sahibkarlar tərəfindən həyata keçirilir. 

3. İtifadə edilməsi baxımından kapital qoyuluşu suda kapitalı və 

sahibkar  kapitalı  ola  bilər.  Ssuda  kapitalında  məqsəd  faiz  şəklində 

mənfəət  əldə  etməkdir.  Sahibkar  kapitalı  adətən  xüsusilər  tərəfındən 

həyata  keçirilir  və  istehsala  yönəldilir.  Məqsəd  dividend  şəklində  

mənfəət əldə etmək üçün hüquqi məkan əldə etməkdir. 

4.Məqsədinə    görə  sahibkar  kapitalı  birbaşa  və  portfel  kapital 

qoyuluşlarına  bölünür.  BVF-nun  vcrdiyi  izahata  görə    birbaşa 

investisiyanın  mahiyyəti  ondadır  ki,  investor  pulunun  yönəldiyi 

obyektin  (müəssisnin)  idarə  edilməsində,  ona  nəzarətin  həyata 

keçirilməsində bilavasitə hüquqa malik olur. Bunun üçün ona müəssisə  

aksiyajarının 10%-nə sahib olmaq kiiayət edir. Portfel investisiyalar bu 

cür  nəzarət  hüququ  vermir,  investorun  əlində  müəssisə  aksiyalarının 

10%-

dən azı toplanır. Bu imkan verir ki, investor uzun müddətə gəlirləri 



əldə  etmək  hüququ  qazansın.  Lakin  tocrübə  göstərir  ki,  birbaşa  və 

portfel  investisiyaları  arasında  sərhəd  bir  çox  cəhətdən  şərtidir. 

Payçıların  sayı  çoxaldıqda  müəssisəyə  nəzarət  hüququnu  10% 

aksiyalara sahib olmadan da həyata keçirmək mümkündr. Ona görə ki, 

aksiyaların  nisbi  çoxluğuna  malik  olan  şəxslər  cəmiyyətin 

nizamnaməsinə görə idarəetmə və nəzarət  funksiyalarını həyata keçirə 

bilərlər. 

Əyanilik üçün şəkıl 1 və şəkil 2-də kapitalın hərəkətinin müxtəlif 

formalarının mümkün varinatları göstərilmişdir. 





 

 

isə  xarici kapital qoyuluşunun həcmi 4 dəfədən də çox artdı. Növbəti 4 



qat artmaq cəmi 10 ilə başa çatdı (1980-1990-cı illər). Məhz bu dövrdə 

xarici  kapital  qoyuluşunun  məbləği  1,7  trilyon  ABŞ  dollan  həddinə 

çatdı. 1996-cı ildə bu məbləğ artıq 3,0 trilyon ABŞ dolları  təşkil edirdi. 

Qeyd edək ki, bu məbləğin onda doqquzuna beynəlxalq korporasiyalar 

tərəfındən nəzarət edilir. Kapitalın miqrasiyasının bu sürtələ  artmasında 

dünya təsərrüfat sistemində baş verən mütərəqi dəyişikliklərin rolu olsa 

da  əsas  amil  rolunu  TMK-lar  oynamışlar.  Onların  kapitalı  keçmiş 

ənənəvi formalarda yox, istehsal şəklində ixrac etməsi də burada az rol 

oynamamışdır. 

Artıq qeyd etdiyimiz kimi dünyada çətin bir ölkə tapmaq olar ki, 

о  kapitalın  ixracı  və  idxalı  ilə  məşğul  olmasın.  Lakin  təhlili 

dərinləşdirdikdə səhnə dəyişir. Bu sahadə lider ölkələr, regionlar, qitələr 

mövcuddur. Liderlər sırasında ABŞ, Avropa Birliyi və Yaponiya xüsusi 

yeri  tuturlar.  Bu  üç  nəhənglər  kapitalın  ixracı  və  idxalı  üzrə  ümumi 

həcmin dörddə beşini öz əllərində saxlayırlar. 

1990-


cı  illərin  ortalarında  xaricdə  kapital  yerləşdirən  ölkələrin 

sırası  belə  olub:  ABŞ  (706  milyard  dollar),  Böyük  Britaniya (319), 

Yaponiya  (306),  Almaniya  (225)  və  Fransa  (201).  Diqqəti  cəlb  edən 

cəhət ondan ibarətdir ki, bu ölkələr kapitalı qəbul etməkdə də liderdirlər. 

Baxılan  dövrdə  ABŞ  565  milyard  dollar  məbləğində  kapital idxal 

edərək  birinci  yeri  tutumuşdur.  Sonrakı  yerlər  belə  olmuşdur:  Böyük 

Britaniya (244

),  Fransa  (162),  Almaniya  (134),  Çin  (təxminən  129), 

İspaniya (təxminən 129). 

İnvestisiyanın  miqrasiyası  yer  kürəsinin  digər  yerlərində  də 

müşahidə edilir. İnkişafda olan ölkələrdə yerləşdirilən kapitalın ümumi 

məbləğinin 65%-i Asiyanın, təxminən 27%-i Latin Amerikasının, qalanı 

isə (təxminən 8%-i) Afrikanın payına düşür. 

Cənubi,  Şərqi  və  Cənubi-Şərqi  Asiya  külli  miqdarda  kapital 

yerləşdirilən  regionlardır.  1995-ci  ildə  bu  regiona  yönəldilən  kapital 

qoyuluşunun həcmi 65 milyard ABŞ dolları miqdarına olmuşdur ki, bu 

da  həmin  ildə  inkişaf  edən  ölkələrin  hamısında  kapital  qoyuluşunun 

üçdə ikisi demək idi. 

1992-

ci ildən Çin birbaşa xarici investisiya qəbul edən ölkədir. Bu 



cür  investisiyanın  həcmi  1995-ci  ildə  38  milyard  dollara  çatmışdı. 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə