AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə57/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   53   54   55   56   57   58   59   60   ...   144

 

 

hərəkətvericilərini  iri  konsernlər  təşkil  edirlər  ki,  bunlar  da  son 

onilliklərdə  dünya  əhəmiyyəti  olan  güclü  TMK  kimi  fəaliyyət 

göstərirlər. 

İnkişaf etmiş ölkələrdə fəaliyyət göstərən təsərrüfat mexanızminin 

bir neçə müsbət xüsusiyyəti vardır.Bunlardan ən başlıcası, ölkədə kiçik, 

orta və iri (nəhəng) bizneslərin inkişafi üçün demək olar ki, eyni şəraitin 

yaradılmasıdır. Məsələn, İEÖ-nin təsərrüfat mexanizmi imkan verir ki, 

orta təbəqə daim meydana  gəlsin, inkişaf etsin,  təkmilləşsin. Məhz bu 

cəhət kapitalist ölkələri olmalarına baxmayaraq İEÖ-də sosial gərginliyi 

azaldır,  yeni  iş  yerlərinin  yaradılmasına  səbəb  olur.  Burada  dövlət 

həlledici rol oynayır. 

Dövlət  tənzimləməsinin  elmi  əsaslar  üzərində  qurulmasının 

nəticəsidir ki, İEÖ-də xırda biznesdə həmişə "renessans"

1

 

baş verir. 



 

1.4. İEÖ-də dövlət tənzimləməsi və yenidən tənzimləmə 

İEÖ-nin təsərrüfat mexanizmində dövlət tənzimlənməsi dünyanın 

digər  dövlətlərində  olduğundan  güclüdür.  Təsərrüfatçılıq  fəaliyyətində 

dövlət tənzimlənməsinin zəruriliyini həyat özü təsdiq etmişdir. Ənənəvi 

kapitalizm  cəmıyyətinin  doğurduğu  krizislərin  (böhranların)  sayının 

azalması  və  sosial-iqtisadi  təsirlərin  nisbətən  zəifləməsi  sahəsində 

dövlət tənzimlənməsinin rolu gektdikcə artır. 

İqtisadiyyatın  dövlət  tənzimlənməsinin  məqsədi,  vasitələri, 

istiqamətləri,  əhatə  dairəsi,  forma  və  üsulları  müxtəlif  dövlətlərdə 

müxtəlif olsa da bir çox ümumi cəhətləri də vardır. Məqsəd bütün İEÖ-

də  oxşardır:  1)  cəmiyyətdə  sabit  sosial-iqtisadi  durum  yaratmaq  və  2) 

kapitalın özünüinkişafını (özüartımını) təmin edə bilən amil və şərtləri 

inkişaf  etdirmək,  vasitə  kimi  dövlət  hüquq  alətlərindən,  dövlət 

maliyyəsindən, pul-kredit sistemindən, vergi alətlərindən, öz əlində olan 

mülkiyyətdən istifadə etmək. 

Dövlət      tənzimlənməsinin      səviyyəsi      müxtəlif    ölkələrdə 

müxtəlifdir. Dövlətin funksiyaları daha geniş və intensiv şəkildə Qərbi  

Avropa    ölkələrində,      nisbətən    zəif  şəkildə      ABŞ      və  Yaponiyada 

həyata keçirilir. Lakin bir cəhəti nəzərə almaq lazımdır ki, bütün İEÖ-

doə dövlət tənzimlənməsi sosial məsələlərin həllinə kömək məqsədi ilə 

həyata  keçirilir.  Ölkələr  arasında  olan  fərq  burada  da  özünü  göstərir. 



 

 

Daha 


çox  sosial  yönümlü  dövlət  tənzimlənməsi  Qərbi  Avropa 

ölkələrində müşahidə edilir. Bu ölkələr ənənəvi olaraq sosial  yönümlü 

dövlət  yaratmaqda  böyük  təcrübəyə  malikdirlər.  Bu  cəhətdən  ABŞ  və 

Yaponiya  nisbətən  geri  qalır.  İnkişaf    etmiş  ölkələrin  bir  başlıca 

xüsusiyyətləri də hər hansı prosesin   gedişinə  yaradıcı   münasibət   

bəsləməkdir.      Dövlət  tənzimləməsi  İEÖ-in  təsərrüfat  mexanizminin 

tarixi  baxımdan  sonuncu  qatı  (səviyyəsi)  olsa  da  çox  çevik  xarakterə 

malikdir və daim təkmilləşdirilir. Bu cəhətdən 1970-ci illərin sonlannda 

İEÖ-də yenidən tənzimləmə üsulunun tətbiqinə başlanması əlamətdar-

dır.  Bu  yolla  dövlətlər  maliyyə  krizislərinin  qabağını  almağa  cəhd 

göstərirlər. 

Məsələn,  ABŞ-ın      yenidən        tənzimlənməsi        aşağıdakı 

tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu: 

-

dövlət mülkiyyətinin bir hissəsinin sahibkarlara satılması;  



-

büdcə xərclənməsində "ciddi qənaət" rejiminin tətbiq 

edilməsi; 

-

vergi dərəcələrinin aşağı salınması; 



1980-

ci əvvəllərində həyata keçirilən bu tədbirlər güclü nəticələr 

əldə etməyə imkan verdi. Bu dövrdə ABŞ hökümətinin dövlət büdcəsinə 

əlavə olaraq,40 milyard dolllar vəsait daxil oldu. Yenidən tənzimlənmə 

tədbirləri nəticəsində ABŞ hökuməti 1997-ci ildə büdcə kəsirini ÜDM-ө 

nisbətən 0,3% çatdırmağa nail oldu. Müqayisə  üçün göstərək ki, 1990-

cı ildə bu kəsir 3% teşkil edirdi. 

 

 



1.5

.İEÖ-in iqtisadi inkişafında ölkə başçısının rolu 

Dövlət  tənzimlənməsində  və  onun  təkmilləşməsində  İEÖ-in 

rəhbərləri  mühüm  rol  oynayır.  Belə  bir  ənənə  meydana  gəlmişdir: 

hakimiyyətə  gələn  yeni  partiya  (qüvvələr)  ölkənin  sosial-iqtisadi 

inkişafını  daha  da  sürətləndirə  bilən  proqramla  çıxış  etməlidir.  İrəli 

sürülən  proqram  elmi  cəhətdən  əsaslandırılmalı  və  hakimiyyətə  gələn 

partiya  onun  üçün  cavabdehlik  daşımalıdır.  Dövlət  özünün  sosial 

yönümlü prinsip

cə  yeni  təklifləri  və  səyləri  іlə  fərqlənməlidir.  Еlə 

yuxarıda  qısaca  təsvir  etdiyimiz  "yenidən  tənzimləmə"  üsullarının  bir 




 

 

çoxu  ABŞ  prezidenti  R.Reyqanın  dövründə  daha  intensiv  tətbiq 

olunmağa  başlanmışdı.  Məsələ  burasındadır  ki,  1920-1933-cü  illərin 

məlum iqtisadi krizisindən sonra bir neçə onilliklərə (1970-ci ilin ikinci 

yansına) qədər dövlət tənzimləmələrində iqtisadiyyata birbaşa müdaxilə 

elementləri geniş istifadə edilirdi. Bu zaman hətta idarəçilik üsullarının 

tətbiqi üçün də şərait yaradılırdı.

1

 



La

km  R.Reyqanın  komandası  hakimiyyətə  gələndən  sonra  bu 

vaxta  qədər  ABŞ  hökumətinin  istifadə  etdiyi  tənzimlənmə  üsullarına 

tənqidi  münasibət  bəslənildi  və  göstərildi  ki,  ingilis  iqtisadçısı 

D.Keynsin  dövlət  tənzinılənməsi  haqqında  nəzəri  müddəalarının  əsas 

g

ötürülməsi artıq istənilən səmərəni vermir, ona görə ki, bu prinsiplərin 



rəhbər tutulması dövlət aparatının   genişlənməsinə, bürokratik üsulların 

inkişafına,  vergilərin  artmasına,  əmtəələrin  rəqabətə  dözümlüyünün 

zəifləməsinə  səbəb  olmuşdu.  Bunları  nəzərə  alan  R.Reyqan  hökuməti 

"Amerika  üçün  yeni  başlanğıc.  İqtisadi  dirçəliş  proqramı"  adında 

iqtisadi  proqram  hazırladı  və  bu  proqram  əsasını  amerika  iqtisadçısı 

M.Fridman tərəfindən irəli sürülmüş monetarist nəzəriyyə təşkil edirdi. 

Həyata  keçirilən  bu  proqram sonralar  reyqanomika  adı  ilə  dünyada 

məşhurlaşdı.ABŞ  isə  bu  proqramdan  olduqca  çox  faydalana 

bildi.R.Reyqandan  sonrakı  prezidentlər  dövlət  tənzimlənməsinin  daha 

da çevik və səmərəli etməyə nail oldular. 

İnkişaf  etmiş  ölkələrin  dövlət  tənzimləmnəsində  insan, onun 

yaşayışı, onun taleyi həmişə ön planda durur. Məsələn, ABŞ-da dövlət 

tənzimlənmoəinin  təkmilləşdirilməsi  iki  istiqamətdə  böyük  nəticələrin 

əldə edilməsinə imkan verib: birincisi, ÜDM-un müntəzəm artımı (son 

illərdə  bu  artım  orta  hesabla  2,5-3,0% olub), ikincisi, külli miqdarda 

yeni iş yerləri yaradılıb (1990-cı ilin əvvəllərində 11 milyon). Bu sahədə 

B.Klinton hökuməti də mühüm rol oynamışdı. İlk növbədə ona görə ki, 

bu  hökumətin  əsas  məqsədı  həmişə  aztəminatlı  insanların  gəlirlərinin 

artınlması, 

tibbi 


xidmətin 

yaxşılaşdınlması, 

məktəblərin 

kompüterləşdirilməsi səviyyəsinin yüksəldilməsi olmuşdur. 

Beləliklə  də,  İEÖ-də  dövlət  tənzimlənməsi  sözün  əsl  mənasında 

iqtisadiyyatın  mökhəmlənməsi  və  sosial  problemlərin  həlli  amilinə 

çevrilmişdir  və  bu  prosesin  daha  da  təkmilləşdirilməsi  davam 

etməkdədir. Yeni yollar axtarılır. Azad sahibkarlıq iııkişaf etdirilir. Xalq 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə