AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə52/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   48   49   50   51   52   53   54   55   ...   144

 

 

Hazırda  beynəlxalq  miqrasiyanın  5-6  kateqoriyası  fərqləndirilir. 



1) Ölkəyə qanunla buraxılan emiqrantlar. 2) Kontraktlara əsasən ölkədə 

işləyən  emiqrant-işçilər.  Bir  çox  ölkələr  xaricə  işçi  qüvvəsi  ötürmək 

haqqında  müqavilə  bağlayırlar  və  işçi  qüvvəsi  artıq  olan  dövlət  planlı 

formada  digər  ökəуə  işçi  qüvvəsi  göndərir.  Bu  hal  daha  çox  Asiya, 

Yaxın Şərq, Avropa ölkələrində özünə yer tapmışdır. Qeyd edek ki, bu 

kateqoriyadan  olan  emiqrantların  sayı  2000-ci  illərin  əvvəlində  25 

milyondan  çox  təşkil  edirdi.  3)  Qanunsuz  yolla  ölkəyə  daxil  olmuş 

emiqrantlar.  Bu  kateqoriyadan  olan  emiqrantların  sayı  da  az  deyil. 

Baxılan dövrdə (2000-cı ilin əvvəli) onların sayı 30 milyon təşkil edirdi. 

Qanunsuz emiqrantlara sənaye cəhətdən inkişaf etmiş ölkələrin demək 

olar ki, hamısında rast gəlmək olar. Onların bir hissəsi sərhəddən keçə 

bilənlərdir, digərləri viza (icazə vərəqəsi) ilə gəlib qayıtmayanlardır. Bu 

kateqoriy

adan  olan  emiqrantlar  bir  qayda  olaraq  ən  çətin  və  az  əmək 

haqqı  verilən  iş  yerlərində  işə  düzəlib  işləyirlər.  4)  Sığınacaq  istəyən 

emiqrantlar. 1980-

ci illərdə onların sayı çox az idi. 1990-cı illərin axırı 

üçün  isə  1  milyon  nəfərdən  də  çox  olmuşdur.  Sığınacaq  istəməyin  iki 

geniş  yayılmış  motivi  məlumdur:  siyasi  və  öz  ölkəsində  ağır  iqtisadi 

vəziyyət.  5)  Qaçqınlar  BMT-nin  verdiyi  məlumatlarına  görə  1990-cı 

illərin axırı üçün dünyada 22 milyon qaçqın olub.Qaçqınlığın səbəbləri 

müharibələr  və  müxtəlif  etnik  toqquşmalardır.  Qaçqınlar  əsasən 

inkişafda  olan  ölkələrdə  məskunlaşırlar  və  bir  qayda  olaraq  BMT-nin 

himayədarlığında olan xüsusi düşərgələrdə yaşayırlar. Sənaye cəhətdən 

inkişaf etmiş ölkələrdə yerləşdirilən qaçqınların xüsusi çəkisi 1%-dən az 

təşkil edir. 

Öz ölkəsindən olan qaçqınlar da məlumdur. Ölkəmizin torpağının 

20%-


nin Ermənistan tərəfındən işğal edilməsi nəticəsində Azərbaycanda 

olan 1 milyon qaçqın buna misaldır. 

 

3.5.İnsanların beynəlxalq miqrasiyasının nəticələri 

Qeyd etdiyimiz kimi beynəlxalq əmək miqrasiyasına uğramamış 

ölkə  demək  olar  ki,  yoxdur.  Bu  obyektiv  proses  olduğuna  görə  sonda 

dünya  iqtisadiyyatına  müsbət  təsir  göstərir.Lakin  аyrı-аyrı 

yarımsistemlərin bu məsləyə yaradıcı yanaşmağı tələb olunur. Ona görə 



 

 

ki, dünya iqtisadiyyatına dəyən xeyir ölkələrarası xarakterdə olduğuna 



görə işçi qüvvəsinin beynəlxalq miqrasiyası bir ölkəyə çox, digərinə  az 

xeyir gətirir, başqalarına isə hətta mənfı nəticələr bəxş edir. 

İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının hansı ölkə  üçün daha 

xeyirli  olması  haqqında  müxtəlif  fıkirlər  olsa  da  son  nticədə  düzgün 

olanı budur ki, işçi qüvvəsinin ölkələrarası mübadiləsi hər iki tərəf üçün 

sərfəlidir, lakin müxtəlif dərəcələrdə. Bu asılıdır dövlətlərin özlərindən. 

Öz ölkəsində özünə lazımi diqqəti görməyən, əmək haqqı  almayan, iş 

tapmayan sərbəst şəxs digər ölkəyə getmək fıkrinə düşür.Doğrudur, bir 

qayda  olaraq  əmək  resurslarını    qəbul  edən  ölkələr,  onu  ixrac  edən 

ölkələrdən çox iqtisadi səmərə əldə edə bilərlər. Lakin təhlil göstərir ki, 

işçi  qüvvəsini  ixrac  edən    ölkələr  də  az  qazanc  əldə  etmirlər.  Məsələ 

burasındadır  ki,  iş  qüvvəsinin  miqrasiyası  beynəlxalq  iqtisadi 

münasibətlərin  ayrılmaz  hissəsidir.  Ölkənin  tədavül  balansında  о 

dolayısı  yolla  öz  əksini  tapır.  Qəbul  edilmiş  qaydaya  görə    ixracın 

miqyasına  qiymət  verərkən  emiqrant  köçürmələrinin  məbləği  nəzərə 

alınır.  Burada  köçürmələrin  məbləği  bir  növ  realizə  olunmuş 

"əmtəənin"-işçi qüvvəsinin dəyərini əks etdirən məbləğ rolunu oynayır, 

məbləğin  həcmi  isə  milyard  dollarla  hesablanır.  Emiqrantların 

köçürmələri tədavül balansında "Xüsusi köçürmələr" adlanan maddədə 

öz əksini tapır və ölkənin ÜMM-u hesablanarkən nəzərə alınır. 

İlk növbədə mənimsəmək lazımdır ki, işçi qüvvəsinin miqrasiyası 

təkcə  iqtisadi  deyil,  о  həm  də  mürəkkəb  sosial,siyasi  və  mənəvi 

nəticələr  verə  bilər.  Bir  obyektiv  proses  kimi  insanların  ölkələrarası 

hərəkəti  sonda  ixrac  və  idxal  etməsindən  asılı    olmayaraq  bütün 

dövlətlərin  əmək  bazarında  yeni  şərait  yaradır.  Qəbul  edən  ölkələrin 

sosial və siyasi həyatında mənfı və müsbət dəyişikliklər baş verir. 

İşçi  qüvvəsinin  beynəlxalq  miqarsiyasının  nəticələrindən 

danışarkən  biz  hesab  edirik  ki,  prosesi  bir  nесə  istiqamətdə  öyrənmək 

lazımdır. 

Birincisi,  hərəkət  edən  insanları    qəbul  edən  ölkələrin  əldə 

etdikləri  nəticələr.  Burada  müsbət  nəticələrə  ilk  növbədə  boş,  ağır, 

zərərli,  az  əmək  haqqı  verilən  iş  yerlərinin    doldurulması  və  bunların  

sayəsində  iqtisadi  səmərə  əldə  edilməsi  daxildir.  Lakin  emiqrantları 

qəbul edən və  eyni zamanda bu prosesi öz xeyirlərinə uyğun idarə edən 




 

 

ölkələr  daha  yüksək,  milyardlarla  hesablanan  əlavə  səmərələr  də  əldə 



edirlər. Bu cəhətdən ABŞ bütün dünyaya parlaq misal ola bilər. Bu ölkə 

bütün ölkələrdən alimləri, mütəxəssisləri, texnoloqları öz ölkəsinə cəlb 

edir və bu yolla elmin bütün sahələrini inkişaf etdirir. Amerika yüksək 

te

xnologiya  sahəsində  liderliyi  əlində  saxlamaqda  davam  edir.  Burada 



həlledici  rolu  emiqrant-mütəxəssislər  oynayırlar.  Rəqəmlərə  nəzər 

salaq: 1980-

ci  illoədə  ABŞ-ın  əmək  bazarında  iştirak  edən  elmlər 

doktorlarının  4%-i,  ali  məktəblərdə  isə  texniki  fənlərdən  dərs  deyən 

müəllimlərin  25%-i  emiqrantlar  olub.  İndi  də  belədir.  1990-cı  ilin 

axırlarında  ABŞ-da 15  milyon  emiqrant  qeydə  alınıb.Mütəxəssislərin 

hesablamalarına görə ABŞ hökumət və xüsusi strukturları  emiqrantlara 

ildə 240 milyard dollar əmək haqqı verir. Bu məbləğin 90 milyardı gəlir 

vergisi  şəklində  dövlət  büdcəsinə  qayıdır.  Yerdə  qalan  150  milyard 

dollar  elmdə,  tibbdə,  incəsənətdə  on  dəfələrlə  iqtisadi  səmərə  verir  və 

Amerika öz liderliyini qoruyur. "Gəlmə  beyinlər" sonradan məhsulun 

keyfıyyətinin  yüksəlməsinə,  prinsipial  yeni  məhsullann  yaranmasına, 

ixtiralara və səmərələşdirici təkliflərə və s. çevrilir. 

İkincisi, Donor ölkələr-işçi qüvvəsini ixrac edən ölkələr üçün də 

insanların  ölkələrarası  miqrasiyası  xeyirlidir,  lakin  işçi  axınını  qəbul 

edən və onu yaxşı idarə edən ölkədəki qədər yox. Donor ölkələrin əsas 

iqtisadi  səmərəsi,  artıq  qeyd  etdiyimiz  kimi  emiqrantların  pul 

köçürmələrinin  məbləği  ilə  ölçülür.  Bir  sıra  ölkələrdə  bu  məbləğ  çox 

yüksək  olur  və  ölkənin  iqtisadiyyatında  samballı  yer  tutur. 

Mütəxəssislərin  hesablamalarına  görə  köçürmələrin  məbləği  1990-cı 

illərin ortalarında Banqladeşin ÜDM-nun 4%-i qədər, Yamaykada 5%-

dən  çox,  Pakistanda  3%-,  Şri-Lankada  6,2%  təkil  etmişdir.  Bundan 

başqa,  donor-ölkələr  xaricdə    olan  vətəndaşları  vasitəsilə  qabaqcıl 

istehsal təcrübəni öyrənmək, bilik əldə etmək və sonradan onlardan öz 

ölkələrində    istifadə  etmək  imkanı  əldə    edirlər.  Məsələyə  yaradıcı 

münasibət bəsləyən donor ölkələr bundan olduqca çox xeyir götürürlər. 

Yenə  qeyd  edək  ki,  hər  şey    dövlətin  səriştəliyindən  asılıdır.  Prosesi 

elmi  əsaslarla  idarə    edən  ölkələr  daha  çox  iqtisadi,  sosial,  siyasi 

səmərələr əldə edirlər. 

Üçüncü nəticə ölkələrarası hərəkət edən insanların əldə etdikləri 

şəxsi  nəticələrdən  və  bəzi  dövlətlərin  miqrantlardan  özlərinin  qərəzli 

fıkirlərıni  həyata  keçirmək  üçün  istifadə  etməsindən  ibarət  olur.  Öz 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə