Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə33/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   29   30   31   32   33   34   35   36   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
118 
 
şeirini bütünlüklə misal gətirir. Həmin şeirində Nazim deyirdi ki, bəli, mən 
vətən  xainiyəm.  Vətən  əgər  sizlərin  malikanəsidirsə,  çek  dəftərlərinizin 
içindəkilərdirsə  vətən  ...  Vətən  şosse  yollarında  gəbərməkdirsə...  Vətən 
soyuqdan it kimi titrəməkdirsə... Bəli, mən belə vətənin xainiyəm. 
Arif  Ekim  daha  sonra  Nazim  Hikmətin  taleyini,  onun  Azərbaycanla 
bağlılığını  Aslan  Kavlakın  kitabından  öyrəndiyini  xüsusi  qeyd  edir  və 
yazır: “Öyrənirik və öyrəndikcə də təəccüblənirik. Demə, məlum çevrələrə 
görə “vətən xaini” kimi tanıdılan Nazim Hikmət sovet idarəsi altındakı türk 
topluluqlarının  böyük  dostu  imiş.  Və  belə  bir  dostluq  üçün  də  sovet  gizli 
polisinin  təqibinə  və  vaxtaşırı  sorğu-suala  tutulmasına  hədəf  olmuşdu... 
Demək  ki,  Nazimin  siyasi  yaşamı  üzərində  hələ  tam  olaraq  götürülməmiş 
bir duman pərdəsi vardır”. 
Aslan  Kavlak  Bakıya  gəldiyi  ilk  gündən  Azərbaycandan  ayrılana 
qədər Nazim Hikmət yaradıcılığını tədqiq etmiş, bu böyük sənətkarla bağlı 
olan  nə  varsa  əldə  etmişdir.  Bu  kitab  ciddi  elmi-tədqiqat  işi  olmaqla 
bərabər,  həm  də  maraqlı  bir  bədii  əsər  təsiri  bağışlayır.  Onun 
nazimsevərlərlə Bakı görüşləri unudulmaz bir xatirədir. 
Aslan  Kavlak  bu  əsəri  araya-ərsəyə  gətirmək  üçün  qəzet  və 
jurnallardan,  lent  yazılarından  da  istifadə  etmişdir.  O,  Nazim  Hikmətin 
Bakıya hər gəlişində mətbuat səhifələrində çap olunmuş qısa xəbərləri belə 
gözdən  qaçırmamış,  həm  sənətkarın  Azərbaycanda  çap  olunmuş 
kitablarına,  müsahibələrinə,  məqalələrinə  münasibətini  bildirmiş,  həm  də 
onun  haqqında  nəşr  edilmiş  əsərlərdən  söz  açmışdır.  Süleyman  Rüstəmin, 
Rəsul  Rzanın,  Nigar  Rəfibəylinin,  Əkbər  Babayevin,  Arif  Məlikovun 
Nazim  Hikmətlə  dostluğu,  Anarın,  Tofiq  Məliklinin,    Qadir  İsmayılın, 
Nəcəf  Quliyevin,  Azər  Abdullanın,  Vilayət  Rüstəmzadənin,  Abuzər 
İsmayılzadənin, Rəşid Quliyevin və başqa nazimsevərlərin Nazim Hikmətə 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
119 
 
həsr  etdikləri  əsərlər,  məqalələr  haqqında  məlumat,  sənətkarın  Bakıda  və 
Gəncədə  tamaşaya  qoyulmuş  pyeslərinin  səhnə  taleyi  Aslan  Kavlakın 
kitabında geniş əks olunmuşdur. 
Kitabda  Nazim  Hikmət  və  Rəsul  Rza  dostluğundan  geniş  söhbət 
açılmışdır. Müəllif Nazim Hikmətin 1962- ci il dekabrın 18-də “İzvestiya” 
qəzetində çap etdirdiyi Rəsul Rzaya həsr olunmuş “Aydındır şeirin dili” və 
Rəsul Rzanın “Canlı Nazim” məqalələrindən söz açmaqla bu iki sənətkarın 
ruhən bağlığını, dostluğunu məftunluqla qələmə almışdır. 
Əsərdə  Arif  Məlikovun  Nazim  Hikmətin  “Bir  aşk  masalı”  əsəri 
əsasında  yaratdığı  dünyaca  məhşur  “Məhəbbət  əfsanəsi”  baletindən  söz 
açan  müəllif  bu  ölməz  sənət  nümunəsinin  bəşəri  mahiyyət  daşıdığını 
xüsusilə vurğulamışdır. 
Nəzəri  cəlb  edən  cəhətlərdən  biri  də  Aslan  Kavlakın  alim 
dürüstlüyüdür.    O,  “Nazim  Hikmət  və  Azərbaycan”  mövzusunda  çap 
edilmiş  kitab  və  məqalələrdən  istifadə  edərkən  çox  dəqiqliklə  onların 
mənbələrini  göstərmiş,  hadisə  və  faktları  imkanı  olduğu  halda  belə 
özününküləşdirməmişdir. 
Kitabda  N.Hikmətin  Füzulinin,  M.F.Axundovun  yubileylərindəki 
çıxışları, başqa tədbirlərdəki nitqləri, habelə bizim yazıçı və alimlərimizin 
sənətkar  haqqındakı  fikir  və  mülahizələri,  müəllifin  Yazçılar  Birliyində, 
xalq yazıçısı Anarla, Səməd Vurğun muzeyində şairin qızı Aybəniz xanım 
Vəkilova  ilə,  ümumiyyətlə,  Nazimlə  bağlı  yerlərdə  görüşləri  təfərrüatı  ilə 
verilmişdir. Şairin “Günəşi içənlərin türküsü” adlı ilk kitabının 1928-ci ildə 
Bakıda  nəşr olunmasını xüsusi  qeyd  edən  tədqiqatçı  N.Hikmətin ömrünün 
sonuna qədər Azərbaycana bağlı olduğunu konkret misallarla göstərmişdir. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Yazıçılar  Birliyinin  təşəbbüsü  ilə  Nazim 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
120 
 
Hikmətin  eyni  adlı  kitabı  müəyyən  əlavələrlə  onun  öz  əsərləri,  şairə  həsr 
olunmuş  məqalə  və  şeirlərlə  birlikdə  2002-ci  ildə  sənətkarın  100  illiyi 
münasibətilə nəfis şəkildə çap olunmuşdur. 
“Nazim Hikmətin yaşamı haqqında hələ çox yazılacaq”. Bu fikri Aslan 
Kavlak  öz  kitabında  gəlişigözəl  bir  söz  kimi  deyil,  konkret  müddəalarla 
aşağıdakı şəkildə bildirir: 
“  -  Türkiyədə  və  digər  ölkələrdə  gizli  sərvislərin  Nazim  Hikmət 
haqqında düzənlədikləri məlumatların aşkara çıxarılması; 
- Əkbər Babayevin arxivinin incələnməsi; 
-  Nazim  Hikmətin  Moskva  radiosunda  (bildiyimizə  görə  Moskva 
radiosunda  Nazim  Hikmətin  səsi  yazılmış  27  kaset  var)  və  başqa  ölkə 
radiolarında olan lent yazılarının toplanması. 
- Dünya mətbuatında Nazim Hikmət haqqında çap olunmuş yazıların, 
nəşr olunmuş kitabların tükcəyə çevrilməsi; 
-  Nazim  Hikmət-Münəvvər  Andaç  (N.Hikmətin  həyat  yoldaşı) 
məktublarının açıqlanması” və s. 
Aslan  Kavlak  kitabında  Azərbaycan  və  türk  mənbələrinə  istinad 
edərək Nazim Hikmətin məktublarından da misallar gətirmişdir.  
Yenə  Nazim  Hikmətin  öz  kitabını  Əkbər  Babayevə  hədiyyə  edərkən 
yazdığı  sözlərə  qayıdıram:  “Beni  bana  tanıtana”.  Aslan  Kavlak  Nazim 
Hikmətin  Azərbaycandakı  izlərini  iri  həcmli,  nəfis  şəkildə  çap  olunmuş 
sanballı  əsərində  əks  etdirib,  Azərbaycan-türk  ədəbi  əlaqələrinə  yeni, 
qiymətli  töhfə  verib.  Ona  təşəkkür  edir,  Nazim  Hikmətlə  bağlı  tədqiqat 
işlərində yeni-yeni uğurlar diləyirik. 
“Ədəbiyyat qəzeti”, 11 aprel 2008.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə