Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə29/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   25   26   27   28   29   30   31   32   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
101 
 
Ancaq  o  şair  bu  yüksək  ada  layiqdir  ki,  o,  bütün  ömrü  boyu 
ədalətsizliyə  qarşı  mübarizə  aparmış,  mərd,  humanizmin  tərəfdarı 
olmuşdur. Sən məhz belə bir şairdin, Nazim. Buna görə sənə minnətdarıq. 
Azərbaycanın xalq şairi        Rəsul Rza 
May. 1973-cü il”. 
Rəsul  Rzanın  Nazim  haqqında  onun  ölümündən  sonra  yazdığı 
“Qələbəni təbrik edirəm” adlı bir məqaləsi var. Bu təsirli ürək sözlərindən 
kiçik bir parçanı da diqqətinizə təqdim edirəm: 
“Mən  qeyri-ixtiyari  Nazim  öləndən  bir  il  sonra  onun  Moskvadakı 
evinə  gəlmiş  qəribə  bir  məktubu  xatırlayıram.  Onu  yapon  uşaqları-“1000 
durna”  cəmiyyətinin  üzvləri  göndərmişdi.  Məktubla  birgə  gənc  yapon 
oğlan  və    qızlar  rəngli  kağızdan  kəsilmiş  100  durna  şəkli  göndərmişdilər. 
Yapon  uşaqları  məktubda  Nazimə  müraciət  edərək  yazırdılar  ki,  o, 
dünyanın  bütün  uşaqlarını  atom  təhlükəsindən  qorumaq  uğrunda 
mübarizəsini davam etdirsin. 
Uşaqların  Nazimin  öldüyünü  bilə-bilə  ona  müraciət  etmələri  olduqca 
təsirli  idi.  “Əziz  Nazim,  sizi  narahat  etdiyimiz  üçün  bağışlayın.  Axı  siz 
uşaqları çox sevirsiniz”. 
Bugün  hər  iki  sənətkar  ölümsüzlüyünü  yaşayır.  Bu  ölümsüzlükdə 
“üfüqdə  göy  gözlərin  sarı  həsrəti”  yenidən  qövr  edir  və  100  yaşlı  Nazim 
Hikmətlə  90  yaşlı  Rəsul  Rza  görüşür.  Və  hələ  çox  görüşəcəklər. 
Xalqlarımız yaşadıqca! 
 
“Ədəbiyyat qəzeti”, 21 aprel 2000-ci il.  
 
 
 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
102 
 
 
 
 
 
 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
103 
 
Nazim Hikmət və Rəsul Rza haqqında düĢüncələr 
 
  Rəsul Rzadan söz düşəndə istər-istəməz Nazim Hikməti xatırlayıram. 
Nazim  Hikmət  türk  poeziyasına  sərbəst  vəzn  gətirib.  Rəsul  Rza 
Azərbaycan  poeziyasında  sərbəst  vəznin  təməl  daşını  qoyub.  Nazimin 
novatorluğu  hay-küylə  qarşılanıb.  Rəsul  Rzanın  da  yenilikçiliyi  etirazlara 
səbəb  olub.  Çoxları  belə  hesab  ediblər  ki,  sərbəst  vəzn  nəinki  türk, 
Azərbaycan,  hətta  bütün  Şərq  poeziyasına  yaddır.  Bu,  əlbəttə,  yanlış 
fikirdir.  
Türk  alimi  İsmayıl  Həbibin  “Sərbəst  ritmik  vəzn”  adlı  bir  əsəri  var. 
Tədqiqatçı  sərbəst  vəzni  təqdir  etməklə  bərabər,  onun  adının  “Sərbəst 
ritmik  vəzn”  kimi  deyilməsini  müvafiq  hesab  edir.  İsmayıl  Həbibin 
fikrincə,  əgər  poeziyada  qafiyə,  ritm  yoxdursa,  həmin  sənət  nümunəsi 
poeziya  anlamı  ilə  tərs  mütənasibdir.  Əlbəttə,  burada  mübahisəli  cəhət  də 
var.  Çünki  həm  Nazim  Hikmətdə,  həm  Rəsul  Rzada,  həm  də  onların 
ardıcıllarında  elə  poetik  nümunələr  var  ki,  onların  qafiyəsi  yoxdur,  amma 
musiqisi var, fəlsəfi poetikliyi var. Demək bu, poeziyadır. 
Türkiyədə Nazim Hikmət, Azərbaycanda isə Rəsul Rza ədəbi məktəb 
yaratmışlar.  Türkiyədə  Nazim  məktəbinin  davamçıları  Orxan  Vəli,  Məlik 
Cevdət  Anday,  Oqtay  Rıfat,  Azərbaycanda  Rəsul  Rza  məktəbinin 
ardıcılları  Əli  Kərim,  Fikrət  Qoca  ,  Fikrət  Sadıq,  Ramiz  Rövşən,  Vaqif 
Səmədoğlu,  Çingiz  Əlioğlu,  Abbas  Abdulla,  Ələkbər  Salahzadə,  Vaqif 
Bayatlı,  Tofiq  Abdin,  Arif  Abdullazadə  və  başqalarıdır.  Nazim  Hikmətin 
və Rəsul Rzanın yaradıcılığına dərindən bələd olmayanlar vaxtilə hətta belə 
bir  fikir  irəli  sürürdülər  ki,  hecada  və  əruzda  yazmaq  çətin  olduğu  üçün 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
104 
 
Nazim  və  Rəsul  Rza  sərbəst  vəzni  seçiblər.  Belə  düşünmək,  ən  azı 
cahillikdir. Hər iki şairin heca və əruz vəznlərində çox gözəl əsərləri vardır. 
Bir qayda olaraq, poeziyada məzmunun özü formanı yaradır. Məsələn, 
Nazim Hikmətin “Kərəm kimi” şeiri heca və ya əruzda yazılsaydı, sərbəst 
vəzndəki  ritmi,  üsyankarlığı,  zənnimcə  əks  etdirə  bilməzdi.  Və  ya  Rəsul 
Rzanın  “Rənglər”  silsiləsini  götürək.  Rəngləri  mənalandırmaq,  onlara 
filosof gözü ilə baxmaq, bəşəri hissləri novatorcasına tərənnüm etmək yeni 
vəzn  tələb  edirdi.    Ona  görə  də  Rəsul  Rza  “Rənglər”i  sərbəst  vəzndə 
yaratdı.  Əvvəlcə  haqsız  etirazlarla  qarşılanan,  sonra  isə  müəllifinə  çox 
böyük dəyər qazandıran “Rənglər” Azərbaycan poeziyasında sərbəst vəznin 
ən gözəl nümunəsidir. 
Hər iki şairin poetik duyumları yenidir: 
“Od nə çəkdi, küldən soruş! 
...Hansı şeirim, 
Hansı sözüm 
Yaşayacaq məndən sonra? 
Mən bilmirəm, 
Eldən soruş!” 
(Rəsul Rza) 
Şiirlər yazarım, basılmaz, 
basılacaklar ama. 
Bir mektup beklerim, müjdeli 
belki de öldüyüm gün gelir mutlaka gelir ama 
Ne devlet, ne para 
insanın emrinde dünya 
belki yüz yıl sonra olsun 
mutlaka bu böyle olacak ama. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
105 
 
(Nazim Hikmət) 
Mən  Nazim  Hikmət  yaradıcılığı  ilə  məşğul  olduğum  gündən  Rəsul 
Rza  poeziyasını  da  diqqətlə  izləmiş,  yazılarımda  Nazim  Hikmət  və  Rəsul 
Rza  poeziyası  haqqında  ürək  sözlərimi  demişəm.  Ümumiyyətlə,  başqa 
yazılarımda  da  dediyim  kimi,  Nazim  Hikmətlə  Rəsul  Rza  yaradıcılığının 
müqayisəli  təhlili  ciddi  tədqiqat  işinin  mövzusudur.  Güman  edirəm  ki,  bu 
mövzunu tədqiqatçılarımız gələcəkdə işləyəcəklər.  
Həmişə  sərbəst  vəzndən  söz  düşəndə  Bəxtiyar  Vahabzadənin  Rəsul 
Rzaya  həsr  etdiyi  bir  şeiri  xatırlayıram.  Bəxtiyar  Vahabzadə  Rəsul  Rzaya 
müraciətlə  deyirdi  ki,  yazırlar,  qafiyələrin  bir-birindən  uzaqdır,  əli  əlinə 
çatmayan  cənublu  qardaşın  tək!  Bəxtiyar  Vahabzadə  Rəsul  Rza 
yaradıcılığına  necə  də  sərrast  qiymət  vermişdir.  Amma  çox  təəssüf  ki, 
vaxtilə  bəzi  cızmaqaraçılar  Rəsul  Rza  poeziyasını  bəyənmirdi.  Rəsul 
Rzanın  “ədəbi  mığmığalar”  adlandırdığı  bu  “qələm  sahibləri”ni,  Anar, 
Rəsul  Rzaya  həsr  etdiyi  “Mübarizə  bugün  də  var”  kitabında  açıq-aydın 
göstərmişdir. Yəqin ki, bugün həyatda sağ olan, yaşayan həmin “şair” və ya 
“tənqidçilər”  bu  kitabı  oxuyublar,  Mirzə  Ələkbər  Sabir  demişkən, 
“ayinədə” özlərini əyri görüblər. 
Nazim  Hikmət  1957-ci  ildə  Azərbaycana,  Bakıya  gəldi  və  onunla 
Rəsul Rza arasında möhkəm dostluq yarandı. (Nazim Hikmət 1921-ci ildə 
yolüstü Bakıda olmuşdu. Qatar 6 saat stansiyada dayanmışdı.) 1927-ci ildə 
Bakıya  gələndə  Rəsul  Rza  ilə  görüşməmişdi.  Amma  Rəsul  Rza  Nazim 
şeirləri  ilə  tanış  idi,  onun  zindandakı  həyatını  izləyirdi.  Sonralar  Nazim 
Hikmətlə Rəsul Rza dostluğunun bəhrələri-bir-birinə həsr olunmuş şeirlər, 
məqalələr  bu  iki  sənətkarı  daha  da  yaxınlaşdırdı.  1963-  cü  ildə  Nazim 
Hikmət gözlərini həyata əbədi yumanda Rəsul Rza şairlə vida mərasimində 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə