61
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
həmin sənədi imzalamışlar
59
.
Rusiya Federasiyası özünün hidrosiyasi potensialına görə dünyada
birinci üçlüyə daxil olan dövlətdir. Planetin ümumi şirin su ehtiyatlarının
1/5 hissəsi bu ölkənin ərazisindədir. Hesablamalara görə, bu ehtiyatların
ümumi həcmi təqribən 97 min km³-ə bərabərdir və yalnız çay sularından
adambaşına düşən illik pay 30 min m³-ə çatır. Rusiya ərazisində 2,5
milyon böyük və kiçik çay, 2 milyon göl və yüz minlərlə bataqlıq var.
Təkcə Baykal gölündə
(23,6 km³) Rusiyanın şirin su fondunun 80%-i
cəmləşmişdir. Bu isə dünyanın içməli
su ehtiyatlarının 20%-i deməkdir.
Hidrosiyasi perspektivə və qonşu
dövlətlərə
təsiretmə
imkanlarına
gəldikdə isə, Rusiya bu sahədə də
geniş imkanlara malikdir. Azərbaycan,
Ukrayna, Latviya və Moldovanın su
ehtiyatlarının bir hissəsi bu ölkənin
ərazisində formalaşır. Bundan başqa, rəsmi Moskvanın transsərhəd su
axarlarının, yeraltı və yerüstü su ehtiyatlarının qorunması və səmərəli
istismarı sahəsində qəbul etdiyi son qərarlar onun milli su fondunu xarici
siyasət amillərindən birinə çevirmək niyyətindən xəbər verir.
Məsələn
, bəzi Sibir çaylarının axarının bir hissəsinin Mərkəzi Asiya
dövlətlərinə istiqamətləndirilməsi ideyasının reallaşdırılması zəngin
neft, qaz, qızıl və s. yataqlarına malik olan, lakin su çatışmazlığından
əziyyət çəkən Qazaxıstan, Özbəkistan və Türkmənistanı Rusiyanın milli
maraqları çərçivəsində saxlamağa, regionda geosiyasi mövqelərini xeyli
möhkəmləndirməyə imkan verəcəkdir. Eyni zamanda, Mərkəzi Asiyada
su ehtiyatlarına nəzarət zəminində baş verə biləcək dövlətlərarası
münaqişələrin nizamlanmasında da Rusiyanın «MDB-nin mirabı», «su
ombudsmanı» kimi əhəmiyyəti xeyli yüksələcəkdir. Hələ 1868-ci ildə
rus mühəndisi Y.Demçenko o dövrdə fantastik hesab olunan bir ideya -
imperiyanın Cənub ərazilərinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə
Ob-İrtış su axarının bir hissəsinin istiqamətinin Mərkəzi Asiyaya doğru
yönəldilməsini təklif etmişdi. Bu təklif 1948-ci ildə yenidən gündəmə
gətirilmiş, onun texniki və iqtisadi baxımdan əsaslandırılması ittifaq
59 С.Смирнов. «Электроэнергетическая империя СНГ. Создание
единого рынка - вопрос
времени», http://expert.ru/kazakhstan/2007/32/energeticheskiy_rynok_sng)
Qonşu dövlətlərin transsərhəd
su axarları problemi onların
Avrasiya İttifaqına cəlb olunması
üçün Rusiyanın əlində əlavə
təzyiq vasitəsinə çevrilməkdədir.