Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə51/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   47   48   49   50   51   52   53   54   ...   60

136        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Azərbaycana  qarşı  həm  siyasi-iqtisadi  təzyiq,  həm  də  hidroloji  və 
ekoloji silah qismində istifadə etməsi imkanıdır. 1976-cı ildə istifadəyə 
verilmiş həmin hidroqurğu 
Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və 
Goranboy rayonlarının təqribən 120 min hektara yaxın əkin sahələrinin 
suvarılması üçün nəzərdə tutulmuşdur. Hazırda ermənilərin Sərsəng su 
anbarı vasitəsilə müntəzəm şəkildə yaratdıqları süni daşqın və quraqlıqlar 
Azərbaycanın  düzən  bölgələrində  ekoloji  gərginliyə  səbəb  olmaqla 
yanaşı, əhalinin və kənd təsərrüfatı sahələrinin şirin suya olan tələbatının 
ödənilməsində  ciddi  çətinliklər  törədir.  Bundan  başqa,  125  metr 
hündürlükdə  yerləşən  bəndin  qəzalı  vəziyyəti  ətraf  rayonlarda  yaşayan 
400 min sakinin həyatını təhlükə qarşısında qoyur.
Ermənilərin işğal altında olan Sərsəng su anbarı vasitəsilə 
Tərtər rayonunda yaratdıqları süni daşqınların nəticəsi.
134
Ermənistan Respublikasının və Dağlıq Qarabağın separatçı rejiminin 
hidrosiyasətində  işğal  altında  olan 
Kəlbəcər  və  Laçın  rayonlarının 
su  ehtiyatları  strateji  əhəmiyyətə  malikdir.  Ermənistan  statistikləri 
gələcəkdə qondarma «Dağlıq Qarabağ Respublikası» əhalisinin 200 min 
nəfərə  çatacağına  ümid  edərək,  kənd  təsərrüfatı  sahərində  və  məişətdə 
işlədilmək üçün illik şirin su tələbatının 365 miyon m³ həcmində olacağını 
proqnozlaşdırmışlar.  Bu  isə  Sərsəng  su  anbarının  ehtiyatlarından  59% 
çoxdur. Təsadüfi deyil ki, rəsmi Yerevanda Kəlbəcər və Laçın rayonlarının 
erməni işğalından azad olunmasını son nəticədə qondarma rejimin labüd 
134   http://xeber44.com/10273-gcl-sel-yzlrl-trtrd-evlr-ciddi-ziyan-vurub.html


       137
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
süqutu və hidrosiyasətdə Azərbaycan tərəfinin təşəbbüsü ələ alması kimi 
dəyərləndirirlər.  Qondarma  «Dağlıq  Qarabağ  Respublikası»  prezidenti 
aparatının  informasiya  idarəsinin  rəisi 
David  Babayan  «Dağlıq  Qarabağ 
münaqişəsi  kontekstində  Ermənistan 
Respublikasının 
və 
Arsakın 
su 
təhlükəsizliyi problemi» məqaləsində bu 
ehtimal  barədə  yazır: 
«Bu  gün  Dağlıq 
Qarabağın içməli su ilə təmin olunması 
kontekstində  Karvaçar  (Kəlbəcər)  və 
Kaşataq  (Laçın)  rayonları  müstəsna 
əhəmiyyətə  malikdirlər.  Bütövlükdə, 
Dağlıq  Qarabağ  Respublikasının 
mövcudluğu və onun su təhlükəsizliyi 
həmin ərazilərin statusundan asılıdır. Əgər, Azərbaycan yenidən bu 
rayonlara  yiyələnərsə,  nəinki  DQR,  eləcə  də  Ermənistan  fəlakətlə 
üzləşəcəkdir. Çünki, Ermənistanın əsas şirin su mənbəyi olan Sevan 
(Göyçə) gölünü qidalandıran Arpa və Vorotan (Bərgüşad) çaylarının 
mənbəyi bu rayonlardadır»
Azərbaycan  Respublikasına  münasibətdə  əsasən  ortaq  maraqlara  və 
taktiki  imkanlara  malik  olan 
Ermənistan  və  İran  İslam  Respublikası 
transsərhəd  su  hövzələrinin  birgə  istismarı  sahəsində  də  vahid 
fəaliyyət  strategiyası  nümayiş  etdirməkdədirlər.  Belə  ki,  hər  iki 
dövlətin  hidrosiyasətində  Araz  çayının  su  ehtiyatlarından  Azərbaycan 
Respublikasına qarşı siyasi-iqtisadi təzyiq vasitəsi kimi istifadə edilməsinə, 
çayın  Azərbaycana  aid  hissəsində  suyun  səviyyəsinin  məqsədli  şəkildə 
azaldılmasına yönəldilmiş birgə layihələr getdikcə reallaşmaqdadır. 2001-
ci  ildə  baş  vermiş  quraqlıq  nəticəsində  yaranan  su  çatışmazlığı,  ölkənin 
müxtəlif  bölgələrində  baş  qaldırmış  kütləvi  etirazlar  və  su  mənbələri 
ətrafında  lokal  münaqişələr  İranı  su  strategiyasını  yenidən  nəzərdən 
keçirməyə, su ehtiyatlarının daxili və xarici siyasətdə istifadə imkanlarını 
dəqiqləşdirməyə  yönəltmişdir.  Nəticədə,  ortaq  su  ehtiyatlarını  nəzarətə 
götürmək uğrunda mübarizə İranı regiondakı «su geosiyasəti»nə iddialı 
dövlətlərdən birinə çevirmişdir.
Məlumdur  ki,  Ermənistanın  qondarma  «Dağlıq  Qarabağ 
Respublikasının» məhz Azərbaycan tərəfindən tanınmasına nail olmaq 
Dağlıq Qarabağdakı çayların 
su ehtiyatının 81%-i Kəlbəcər 
rayonu ərazisində formalaşır. 
Onların illik ümumi su ehtiyatı 
cəmi 942,3 milyon m³ olduğu 
halda, Kəlbəcər və Laçın rayonları 
üzrə bu göstərici təqribən 2,7 
dəfə çoxdur - 2588,5 milyon m³-ə 
bərabərdir. 


138        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
məqsədilə  ən  çirkin  vasitələri,  eləcə  də  hidroloji  təzyiq  üsüllarını  belə 
işə salmaqdan çəkinmir. Onun «zəbt edilmiş ərazilərin su ehtiyatlarına 
mübadiləsi» prinsipini də nə vaxtsa siyasi gündəmə gətirməsi ehtimalı 
özünü  çox  gözlətmədi.  Belə  ki,  2013-cü  ilin  avqust  ayının  ortalarında 
separatçı rejimin «baş nazirinin müavini» Artur Aqabekyan «Azadlıq» 
Radiosunun  erməni  xidmətinə  verdiyi  müsahibədə  bildirmişdir  ki, 
«Dağlıq Qarabğağ hökuməti» su ehtiyatlarının birgə idarə olunmasında 
Azərbaycanla  dialoqa  başlamağa  hazırdır.  Belə  ki,  «Hələ  sovetlər 
dönəmində  tikilmiş  Sərsəng  su  anbarının  imkanları  bizə  lazım  olan 
miqdardan çoxdur. Əgər onun ehtiyatlarından düzgün istifadə olunarsa, 
bundan  həm  erməni,  həm  də  Azərbaycan  tərəfi  bərələnə  biləcəkdir». 
«Dağlıq  Qarabağ  Respublikasının»  müstəqil  dövlət  oldüğuna  eyham 
vuran  A.Aqabekyan  Azərbaycana  ünvanladığı  «əməkdaşlıq»  təklifini 
həyasızcasına belə şərh etmişdir: «Azərbaycan qonşu dövlətdir. Bu gün 
düşmən olsaq da, sabah münasibətlər yumşala bilər. Gərək xalqlarımızı 
indidən sülhə hazırlayaq». 
Transsərhəd  Araz  və  Kür  çaylarının  su  ehtiyatının  beş  həmsərhəd 
dövlət 
(Türkiyə,  Azərbaycan,  İran,  Gürcüstan,  Ermənistan)  arasında 
bölüşdürülməsi hüquqi baxımdan indiyədək tənzimlənməmişdir. Cənubi 
Qafqaz respublikalarının dövlət müstəqilliyi əldə etməsinə baxmayaraq, 
bölgü sistemi hələ də SSRİ, İran və Türkiyə arasında formalaşmış prinsip 
və hüquqi əhəmiyyətini itirmiş ikitərəfli müqavilələr üzrə aparılmaqdadır. 
Belə ki, həmin müqavilələrdə - 
«Sərhəd çaylarından və bulaqlarından 
istifadə haqqında» Konvensiyada (SSRİ-Türkiyə, 8 yanvar 1927-ci il), 
«Axuryan sərhəd çayı üzərində bəndin və su anbarının tikintisinə 
dair»  Sazişdə  (SSRİ-Türkiyə,  26  oktyabr  1973-ci  il),  «Sərhəd 
münaqişələrinin tənzimlənməsi haqqında» Müqavilədə (SSRİ-İran, 
14 may 1957-ci il)«Suvarma və elektrik enerjisi istehsalı məqsədilə 
Araz və Atrek çaylarından bərabərhüquqlu və birgə istifadə üzrə ilkin 
layihələrin hazırlanmasına dair» Sazişdə (SSRİ-İran, 11 avqust 1957-
ci il) nə Azərbaycan SSR, nə Gürcüstan SSR, nə də Ermənistan SSR-in hər 
biri üçün ayrı-ayrılıqda su limiti nəzərdə tutulmuşdur. Belə olan təqdirdə, 
Araz çayının keçdiyi ərazilərdə Türkiyə, İran, xüsusilə də Ermənistanın 
yaranmış hüquqi boşluqdan bəhrələnərək birtərəfli qaydada su istehlakı 
limitini artırması, çayın üzərində yeni bənd, hidrostansiya və su anbarları 
inşa etdirməsi Azərbaycanda şirin su çatışmazlığı probleminin daha da 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə