Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə50/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   46   47   48   49   50   51   52   53   ...   60

       133
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
su problemindən istifadə edilməsini etnik münaqişələrin yaradılmasında 
da əhəmiyyətli vasitə kimi dəyərləndirirlər: 
«Azərbaycana axan erməni 
çaylarının  (kursiv  bizimdir)  axarlarının  dəyişdirilməsi  buradakı 
talışların,  ləzgilərin,  udinlərin,  avarların,  saxurların  yaşayışına 
mənfi  təsir  etməyəcəkdir.  Azərbaycanın  Qərb  rayonlarının  susuz 
qalması  kənd  təsərrüfatı  məhsullarının  qiymətini  qaldıracaq, 
əsasən  aqrar  sektorda  çalışan  aborigenlərin  həyat  səviyyəsini  isə 
yüksəldəcəkdir»
131

Rəsmi  Yerevan  Azərbaycanın  transsərhəd  su  axarlarından  istifadə 
imkanlarını  məhdudlaşdırmaq  məqsədilə  bəzi  sərhəd  çaylarının 
istiqamətlərinin  dəyişdirilməsinə  başlamışdır.  Məsələn,  2011-ci  ilin 
ortalarında  transsərhəd  Voskepar
  çayının  Azərbaycana  təbii  axımının 
qarşısı  kəsilərək,    Ermənistanın  Tavuş  vilayətinin  bir  neçə  kəndinə 
doğru yönəldilmişdir. Maraqlıdır ki, Ermənistanın beynəlxalq hüququn 
prinsiplərinə, xüsusilə Birləşmiş Millətlər Təşkilatının müvafiq sənədlərinə 
zidd  olan  bu  «hidrotexniki  nailiyyəti»  BMT-nin  Kənd  Təsərrüfatının 
İnkişafı Beynəlxalq Fondu tərəfindən maliyyələşdirilmiş, bənd tikintisinə 
və  su  kanalının  çəkilişinə  5,4  milyon  ABŞ  dolları  məbləğində  vəsait 
ayrılmışdır.    Azərbaycana  qarşı  yönəldilən  hidrodiversiya  proqramına 
daxil olan həmin obyektin təntənəli açılışında Ermənistan prezidenti Serj 
Sarksyan da iştirak etmişdir.
132
Ermənistan 
prezidenti Serj 
Sarksyan ölkəsinin 
«möhtəşəm
 
iqtisadi 
layihələrindən» 
sayılan «Voskepar 
su kanalının» (!) 
təntənəli açılışında
BMT-nin Avropa İqtisadi Komissiyasının “Transsərhəd su axarlarının 
və  beynəlxalq  göllərin  mühafizəsi  və  istifadəsinə  dair”  Helsinki 
Konvensiyasına məqsədli şəkildə qoşulmayan Ermənistanın Azərbaycana 
131  Л.Мелик-Шахназарян. «Почему мы поим и кормим Азербайджан?», http://forum.hayastan.com
132   http://www.yerkramas.org/2011/09/01/reka-voskepar-bolshe-ne-budet-tech-iz-armenii-v-
azerbajdzhan/


134        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
qarşı  yürütdüyü  hidrosiyasət  döyüş  əməliyyatları  ilə  müqayisədə  daha 
genişmiqyaslıdır  və  ilk  növbədə  mülki  vətəndaşlara,  xüsusilə  münaqişə 
zonasından kənarda yaşayan mülki əhaliyə qarşı yönəldilmişdir. Beynəlxalq 
hüquq  normalarına,  əxlaq  meyarlarına  zidd  olan  hidrodiversiya  və 
hidroterror aktlarında, ekoloji təxribatlarda Ermənistanın etnik təmizləmə 
siyasətinin təzahürləri getdikcə özünü daha qabarıq şəkildə büruzə verir. 
Praktiki  olaraq,  Ermənistan  ərazisindən  Azərbaycana  istiqamətlənən 
transsərhəd çayların üzərində sutəmizləyici qurğular yoxdur. Hər il buradan 
350  milyon  m³-dən  çox  sənaye,  kənd  təsərrüfatı  və  məişət  tullantıları 
məqsədli  şəkildə  təmizlənmədən  həmin  çaylara  axıdılır.  Tullantıların 
tərkibindəki neft məhsulları, fenollar, ağır metallar Azərbaycanda əhalinin 
sağlamlığına,  milli  genofonda,  ekologiyaya  ciddi  ziyan  vurmaqdadır. 
Keyfiyyət  göstəricilərinə  görə  «çirklənmiş  su»  kateqoriyasına  daxil 
edilən  Qafan  və  Qacaran  dağ-mədən,  mis-molibden  kombinatlarından, 
Metsamor Atom Elektrik Stansiyasından, digər iri sənaye müəssisələrindən, 
yaşayış  məntəqələrindən 
Araz  çayına  axıdılan  mis,  molibden  və  digər 
ağır  metalların,  çirkabın  miqdarı  kritik  həddən  dəfələrlə  çoxdur.  Sənaye 
əhəmiyyətli təbii ehtiyatların 70%-i Azərbaycana aid olan Söyüdlü 
(Zod) 
qızıl saflaşdırıcı kombinatı üçün sutəmizləyici qurğuların inşa olunmaması 
məqsədilə həmin obyekt bilərəkdən yataqdan 280 kilometr aralıda, Araz 
çayının  yaxınlığında  tikilmişdir.  Bundan  başqa,  Ermənistan  Araz  boyu 
yerləşən yaşayış məntəqələrinin və sənaye müəssisələrinin tullantı sularını 
və  çirkabı  boru  kəməri  vasitəsilə  Naxçıvan  Muxtar  Respublikasının 
Sədərək qəsəbəsi ilə həmsərhəd olan Surenavan kəndi yaxınlığından Araz 
çayına  axıtmaqdadır.  Beləliklə,  hər  il  Ermənistandan  230-250  min  m³ 
çirkli su Azərbaycan ərazisinə daxil olur. Digər tərəfdən, rəsmi Yerevan hər 
iki ölkənin su ehtiyatlarına dair fərqli ekoloji meyarlara malik olduqlarını 
bəhanə  gətirərək,  Ermənistan  standartlarına  görə,  transsərhəd  suların 
tullantılarla çirkləndirilməsinin təhlükəli həddə yaxınlaşmadığını və «milli 
normativlərindən  çıxış  edən»  Azərbaycanın  əsassız  iddialarla  təbliğat 
kampaniyası  apardığını  bildirir.  Halbuki,  Azərbaycan  Respublikası  haqlı 
etirazlarında «milli normativlərə» deyil, beynəlxalq sanitariya meyarlarına 
əsaslanmaqdadır.  BMT-nin  Avropa  İqtisadi  Komissiyasının  1992-ci  il 
tarixli Su Konvensiyasının müddəaları və burada əksini tapmış metodlar da 
Ermənistanın  transsərhəd  su  axarlarını  məqsədli  şəkildə  çirkləndirdiyini 
sübuta  yetirir.  Bundan  başqa,  guya  transsərhəd  çayların  Azərbaycan 
ərazisində çirklənməsinə dair Yerevanın iddiaları isə heç bir faktoloji əsasa 
söykənmir. Belə ki, həmin çayların Azərbaycana daxil olan hissələrində iri 
sənaye müəssisələri yoxdur. 


       135
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Yeri  gəlmişkən,  təkcə  Azərbaycan  Respublikasında  deyil,  Türkiyə 
Cümhuriyyətində  də  Metsamor  AES-in  fəaliyyətinin  regionun 
ekologiyasına,  xüsusilə  Ermənistanla  həmsərhəd  rayonlarda,  məsələn 
stansiyanın  cəmi  15  kilometrliyində  yerləşən  İqdır  bölgəsində  yaşayan 
əhalinin  sağlamlığına  ciddi  təhlükə  mənbəyi  olması  barədə  fikirlər 
səslənməkdədir.  Mütəxəssislərin  qənaətinə  görə,  Ermənistanın 
Metsamor  və  Bolqarıstandakı  Kozladuy  Atom  Elektrik  stansiyaları 
Avropa ərazisində qəza vəziyyətində olan ən təhlükəli müəssisələrdir
133

Digər  transsərhəd  su  axarının  -  Kürün  sağ  qolu  olan 
Ağstafaçayın 
çirklənməsinin  əsas  səbəbi  də  Ermənistanın  İcevan  və  Dilican  yaşayış 
məntəqələrindən,  sənaye  müəssisələrindən  buraya  ildə  bir  milyon 
m³  tullantının  axıdılmasıdır.  Nəticədə,  çayda  fenolların  miqdarı 
normanı  35-45  dəfə  üstələmişdir.  Onun  üzərində  tikilmiş  su  anbarı 
isə  Azərbaycanın  Şimal-Qərb  bölgələrinin  əhalisi  üçün  ciddi  təhlükə 
mənbəyidir.  Azərbaycan  ərazisində  formalaşan 
Tərtər,  Tovuz,  Xaçın 
çaylarının  su  mənbələri  hazırda  Ermənistan  silahlı  qüvvələrinin  işğalı 
altında olan bölgələrdədir. Hidroterror aktları - zəhərli maddələrin Tərtər 
çayına axıdılması nəticəsində həmin su ehtiyatından məişətdə və kənd 
təsərrüfatında istifadə olunması təhlükəlidir. 
Sərsəng su anbarı
Hidrodiversiya  xarakterli  təhdidlərdən  biri  də  işğal  altında  olan 
Dağlıq Qarabağ ərazisində yerləşən, ümumi su tutumu 560 milyon m³-ə 
çatan 
Sərsəng su anbarı (Ağdərə rayonu) ehtiyatlarından Ermənistanın 
133   «Armenian nuclear plant casts threat for Igdir residents». // TDN, 20 September 2003


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə