Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə52/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   61

 
108 
riyaziyyat alanına məxsus yazı işarələri olub, həm də imla işarəsi yerində işlənirlər və gerçək 
durğu işarələri sayıla bilməzlər. 
  
 
 Azərbaycan  imlasında  işlənən  gələnəksəl  durğu  işarələri  çeşidli  özüllər  üzrə 
qruplaşdırıla bilər. Həmin özüllərdən ikisini ayrıca xatırladaq: 
 
I. Tərkibinə görə durğu işarələri iki cür olur: 1. təküzvlü durğu işarələri (tək bir yanda 
işlənən nöqtə, qoşa nöqtə, çox nöqtə, nöqtəli vergül, vergül, soru işarəsi, nida işarəsi, ayırtı); 
2. cütüzvlü durğu işarələri (hər iki yanda işlənən – öndə açılıb sonda bağlanan ayrac, dırnaq 
və ikiləşən – həm öncə, həm də sonra işlənən vergül və ayırtı).  
 
II.  Görəvinə  görə  durğu  işarələri  iki  qrupa  bölünür:  1.  ayırıcı  durğu  işarələri  (nöqtə, 
soru işarəsi, nida işarəsi, üç nöqtə, vergül, nöqtəli vergül, qoşa nöqtə, ayırtı); 2. fərqləndirici 
durğu işarələri (ayrac, dırnaq, ikiləşən vergül və ayırtı).  
 
Təbii ki, çeşidli özüllər üzrə seçilən başqa bölgülər də göstərmək olar. Ancaq biz durğu 
işarələrində  hansı  bölgülərin  olmasından  çox  bu  işarələrin  özlərinin  nə  olması  və  hansı 
durumlarda  işlənməsi  ilə  bağlı  danışmağa  üstünlük  veririk.  Ona  görə  də,  durğu  işarələrinin 
başqa özüllər üzrə (örn.: işlənmə yerinə görə vb.) olan bölgülərinə toxunmuruq.    
 
Durğu  işarələri  çeşidli  özüllər  üzrə  qruplaşmaqla  yanaşı,  həm  də  çeşidli  durumlarda 
işlənmələri  ilə  fərqlənir.  Həmin  durumların  hamısından  danışmaq  üçün  ayrıca  bir  kitab 
yazılması gərəkir və bizim də belə bir işi görmək istəyimiz yoxdur. Sadəcə, biz burada durğu 
işarələrinin  işləndiyi  bütün  durumlara  yox,  onlardan  yalnız  bəzilərinə  toxunacaq  və  geniş 
yayılan gərəkli bir qismini qısaca göstərməklə yetinəcəyik.  
 
On  başlıca  durğu  işarəsinə  və  onların  yanaşı  işlənmə  variantlarına  ayrı-ayrılıqda  göz 
yetirək. 
1. Nöqtə  [ 
.
 ] 
 
Danışıqda bəlli bir sürə ara vermənin, dayanıb-durmanın yazıdakı işarəsi nöqtədir və bu 
dayanıb-durma fikrin, cümlənin, sözün bitməsini göstərdiyi üçün nöqtəyə bitmə durğusu kimi 
də baxa bilərik.  
 
Ərəb  əlifbasında  hərfləri  fərqləndirmək  üçün  diakritik  işarə  olaraq  nöqtədən  geniş 
yararlanılır. Çox ilgincdir ki, məhz diakritik işarə kimi əski türkcədə çek- “nöqtələ-” sözü və 
ondan  törəyən  çekik  “nöqtə”  termini  işlənmişdir.  Ulu  türk  bilgini  Mahmud  Qaşqarlı  (XI 
yüzil) “Divanu luğat-it türk” əsərində bu sözlə bağlı dəqiq bilgi vermişçekik “nöqtə” sözü ilə 
yanaşı,  həm  də  çek-  “nöqtələ-”  felinin  məlum,  qayıdış,  qarşılıq-müştərək  növlərini  də 
göstərmiş  və  bu  sözləri  cümlələrdə  işlətmişdir  (Örnəyin:  Er  bitikge  çekik  çekindi  “Adam 
kitabı özü nöqtələdi” vb.).  


 
109 
 
Əski türkcənin çekik “nöqtə” sözü təkcə diakritik işarə anlamında yox, həm də zamanla 
gəlişərək durğu işarəsi anlamında da işlənmişdir və quşqusuz, gələcək araşdırmalar bu yöndə 
bəlli bir aydınlıq yaradacaqdır.  
 
Durğu  işarələri  içərisində  nöqtə  həm  işlənmə  tarixinə,  həm  də  işlənmə  tezliyinə  görə 
özəl  önəm  daşımaqdadır.  Ən  əski  və  ən  işlək  durğu  işarəsi  olan  nöqtə  Azərbaycan  türkcəsi 
ədəbi dilində daha çox aşağıdakı durumlarda işlənir:  
 
1. Duyğusallıq və soru özəlliyi daşımayan nəqli cümlələrin, həmçinin əmr cümlələrinin 
sonuna qoyulur və cümlənin bitdiyini göstərir. Örnəyin: Bütöv Azərbaycan uğrunda mübarizə 
həyatımın  mənasıdır  (Əbülfəz  Elçibəy).  İlk  ciddi  milli  oyanış  Səttar xan  hərəkatından  sonra 
başladı  (Əbülfəz  Elçibəy).  Bundan  sonra  sən  özünü  sübut  edəcəksən.  Dünya  dahilərini 
ortalığa qoyacaqsan (Əbülfəz Elçibəy).   
 
Qeyd: a) Əgər cümlədən sonra və cümlənin yanında ayrac içərisində cümlənin 
yazarı da göstərilirsə, nöqtə cümlədən sonra yox, ayrac bağlandıqdan sonra qoyulur. Örnəyin: 
Bütöv  Azərbaycan  hərəkatını  bütövləşmiş  Azərbaycan  təşkilatı  idarə  etməlidir  (Ə.Elçibəy)
Biz bu bayrağın varisiyik, onu dəyişdirməyə qoymayacağıq (Ə.Elçibəy). Bütün paniranistlər 
anlayırlar  ki,  Azərbaycan  xalqının  azadlıq  mübarizəsi  başlayıb  və  o,  qarşısıalınmazdır 
(Ə.Elçibəy). vb. 
    
b)  Başlıqlardan  sonra  nöqtə  yazılmır;  örn.:  “Deyirdim  ki,  bu  quruluş  dağılacaq” 
(Ə.Elçibəy); “Bütöv Azərbaycan Yolunda” (Ə.Elçibəy) vb. 
 
Qeyd:  Başlıq  mətn  içərisində  verilirsə,  dırnaqda  yazılar,  mətnin  yuxarısında  ad  olaraq 
verilirsə, yaxud kitabın içindəkilər ayrıca sadalanırsa, dırnaq işarəsi işlədilməz. 
 
2.  Adlıq  cümlələrindən  sonra  işlənir.  Örnəyin:  21  Azər  günü.  Təbriz.  Saat  qabağı.  “A-
zad-lıq!” çığıran gənclərin irəliləməsi ilə dalğalanan insan dənizi. 
 
3.  Qoşa  nöqtədən  sonra  hər  biri  ayrıca  düşüncə  bildirən  müstəqil  cümlələr  maddə  və 
bəndlər  halında  ardıcıl  sıralanarsa,  hər  cümlədən  sonra  nöqtə  qoyular;  örn.:  Ən  qədim 
Azərbaycan tarixinə aid onlarla məsələdən biz burada yalnız dördündən danışacağıq:  
 
I. Azərbaycanın Yaxın Şərqdə Şumerə qədərki mövqeyi. 
 
II. Eramızdan qabaq III minillikdə Azərbaycan – Şumer ilişkiləri. 
 
III. Azərbaycan və bəzi xalqların mənşə və məskənləri. 
 
IV.  Qədim  tarixə  aid  müasir  ədəbiyyatlarda  “Azərbaycan”  coğrafi  anlayışına 
münasibət. (Ə. Elçibəy). 
 
4.  İxtisar  və  qısaltma  sözlərdən  sonra  qoyulur.  Örnəyin:  vb.  ,  M.Ə.Rəsulzadə,  ad. 
(adına), NhissəsiAz. (Azərbaycan Sənaye İnstitutu) vb.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə