112
1. Cümlə və ya sözün bitmədiyini, yaxud oxucunu düşündürmək üçün bitirilmədiyini və
bənzər anlayışların sadalanmasının davam edə biləcəyini göstərmə durumlarında; örn.:
Rusiya
tarixçi, səyyah və agentləri Azərbaycana aid nə varsa hamısını “Persiya”ya aid etmişlər...
(Ə.Elçibəy);
Hərb sənəti, memarlıq sənəti, yüz minlərcə əlyazma kitabı... böyük mədəniyyətdir
(Ə.Elçibəy);
Səttar xan, Xiyabani, Məmmədəmin Rəsulzadə, Pişəvəri... nə faciələr, bəlalar
görmədilər! (Ə.Elçibəy);
Mən demişəm ki, Təbriz azad olmayınca ora getməyəcəyəm...
(Ə.Elçibəy) vb.
2. Mətndə hansısa hissələrin, cümlələrin və sözlərin buraxıldığını göstərmə
durumlarında; örn.:
...Türkün taleyi kökdən onun dilinə və dil birliyinə bağlıdır (Ə.Elçibəy);
Tarix boyunca ən müxtəlif qüvvələr türkləri Azərbaycandan yox etməyə dəfələrlə ən ciddi
şəkildə çalışıblar, onları buradan təmizləməkçün təkrar-təkrar soyqırımlarına, amansız
assimilyasiya tədbirlərinə...əl atıblar (Ə.Elçibəy);
...Sabah Azərbaycanın güneyində müstəqil
bir dövlət yaranarsa, Qarabağın azadlığı, əlbəttə, sürətlənər (Ə.Elçibəy) vb.
Qeyd: Mətndə nələrinsə buraxıldığını gözə çarpdırmaq üçün bəzən üç nöqtə ayrac
içərisində də verilir; örn.:
[...] Güney Azərbaycan Türk Cümhuriyyəti yaratmaq şüarı da
meydana atılıb (Ə.Elçibəy);
[...] Azərbaycanın güneyində yeni bayraq yaranmayacaq
– oraya
bu bayraq gedəcək! (Ə.Elçibəy) vb.
3. Alıntıların (sitatların) yarımçıq verildiyi durumlarda; örn.:
Ə.Elçibəy yazırdı:
“...Millətinə bağlı olmaq insanı həm güclü, həm xoşbəxt edir, onu müqəddəs bir inamla
yaşadır”;
Ə.Elçibəyin fikrincə, “...biz mənəvi-mədəni cəhətdən birik – heç şey
parçalanmayıb” vb.
4. Xitabların, nidaların, təsdiq və inkar sözlərinin yüksək hiss-həyəcanla, duyğusallıqla
deyildiyi və özlərindən sonrakı sözlərdən dayanıb-durma, ara vermə ilə ayrıldığı durumlarda;
örn.:
Səfir.Yaxşıdır... (mülayim səslə).
Bəs eşitdim ki, məşrutə vermək istəyirsiniz? (Üzeyir
bəy Hacıbəyov);
Şah. Axı bəs... onlar gəlib İranı alarlar... (Üzeyir bəy Hacıbəyov);
Mirzə
Məhəmmədəli. Hə ... gülərsiniz, gülərsiniz. Vay sizin halınıza!... Afərin lüğət yazanlar!
(Cəlil Məmmədquluzadə);
5. Qarşılıqlı danışıqda tərəflərdən birinin cavab vermədiyi, yaxud cavab verə bilmədiyi
durumlarda; örn.:
Qapı döyüləndə Elay ucadan soruşdu:
– Kimsən?
– ...
– Ay adam, kimsən?
– ...
– Adın yoxdu? Kimsən axı?.. vb.
113
6. Əxlaqa uyğun olmayan tərbiyəsiz sözlərin, toplum içərisində deyilməsi, oxunması
ayıb sayılan kobud, vulqar sözlərin, söyüşlərin açıq işlədilməsini önləmə, onları ört-basdır
etmə durumlarında; örnək üçün XVIII yüzildə yazıya alınmış bəzi atalar sözlərinə göz yetirək:
P...a görə təzək; Hesab bilmirsən, ya g...n çubuq görməyib?!; Duran öküz yatan öküzün
başına s...;Qəh...n qazanduğu ənlik və kirşana gedər vb.
4. Vergül [
,
]
Vergül termini fransız.
virgule < latın.
virgula “çubuq, incə budaq” sözündən
götürülmüşdür. Şəmsəddin Saminin “Qamusi-türki” əsərində göstərildiyi kimi, XIX yüzildə
vergül anlayışı türkcədə ərəb kökənli
fasilə (fasıla) sözü ilə ifadə edilirmiş. Maraqlıdır ki,
“vergül” anlamında işlənən isveç.
komma, ingilis.
comma sözləri də latın və yunan dillərində
“kəsmək; kəsilmiş hissə” mənalarında açıqlanmaqdadır.
Nöqtənin bitmə durğusundan fərqli olaraq, nitqi kəsməni və azacıq susub nəfəs dərməni
yansıdan vergül həm daha az fasilə verilməsini – dayanılıb-durulmasını gərəkdirir, həm də
vergülün ortaya qoyduğu durğu bitməmə, davamlılıq, sadalama özəlliyi daşıyır. Bu özəllik
həm vergüldən öncəki ilə sonrakı sözləri bir-birinə bağlamağa, həm də onların birini o
birindən ayırmağa, yaxud ayırdığı sözü aydınlaşdırmağa, dəqiqləşdirməyə vb. xidmət edir.
Azərbaycan türkcəsi ədəbi dilində vergülün işləndiyi durumlar çoxdur və onların
hamısından danışa bilməsək də, bəzilərini göstərək:
1. İstər tabeli, istərsə də tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül
qoyulur. Örnəyin:
Ölkəni tərk edirlər ki, bu cür rejimdə yaşamaqdan qəriblik yaxşıdır,
həbsxanalara gedirlər ki, belə rejimdə yaşamaqdansa, həbsxana yaxşıdır (Ə.Elçibəy);
Xalqlara azadlıq verilmir, ölkədə hərbi-polis diktaturası hökm sürür, vicdan azadlığı, söz
azadlığı yoxdur – kim müxalif söz desə onu asır, qətlə yetirirlər (Ə.Elçibəy);
Azərbaycan xalqı
o qədər güclü, o qədər qüdrətli bir xalqdır ki, ayağa qalxdımı, fars şovinizmi, rus şovinizmi
onun qarşısında duruş gətirə bilməz (Ə.Elçibəy) vb.
2. Cümlənin həmcins üzvləri bir-birlərindən vergüllə ayrılır. Örnəyin:
Təbriz, Urmiya,
Zəngan, Həmədan, Ərdəbil, Sava, Xoy, Mərənd uzun zamanlar mənim gecə yuxularım olub
(Ə.Elçibəy);
Biz Məmmədəminin, Səttarxanın, Bağırxanın, Xiyabaninin yolunu davam etdirən
insanlarıq (Ə.Elçibəy);
Xiyabanilər, Sabirlər, Səttarxanlar, Üzeyir bəylər, Şəhriyarlar,
Rəsulzadələr Vətənin – Bütöv Azərbaycanın şərəfli övladlarıdır, onları təkcə bir bölgəyə aid
etmək böyük yanlışlıqdır (Ə.Elçibəy) vb.
3. Yanlış anlaşılmanı önləmək və özəlliklə, mübtədanı ayırıb-fərqləndirmək, yaxud
o və
bu əvəzliklərinin mübtəda yerində işləndiyini göstərmək üçün vergül qoyulur. Örnəyin:
Bu,