İslam memarlığı v
ə inşaat
3
“Rəbbimizin elmi hər şeyi əhatə etmişdir”
“Qur’ani-Kərim”, Ə’raf surəsi, 89
“Əgər İslamı gözəl və möhtəşəm bir binaya oxşatsaq, alimlər o binanın sütunlarıdır. Bir alim dünyadan
gedəndə bir sütun sınar və onu heç nə əvəz edə bilməz”.
Məhəmməd Peyğəmbər (Allahın səlatı və salamı olsun ona və sülaləsinə)
“Həmd olsun dünyaların Rəbbi olan Allaha, bütün məxluqatı yaradan Allaha, salavat və salam olsun
Allahın bəndəsi, Onun Peyğəmbəri, dostu, məhbubu, seçilmişi, sirlərinin hafizi və peyğamlarının təbliğ
edəni – ağamız, peyğəmbərimiz və sərvərimiz Əbülqasim Məhəmmədə (s) və Onun təmiz, pak və məsum
sülaləsinə.
Allaha pənah aparıram qovulmuş şeytanın şərindən.
Rəbbim hər şeyi öz elmi ilə ehtiva etmişdir”
(Ən’an surəsi, 80-82)
“Allah elm, qüdrət, iradə, həyat və s. bu kimi yaxşı xüsusiyyətlərin hamısına malikdir.
Onlar (yaranmışlar) Allahın elmindən Onun özünün istədiyindən başqa heç bir şey əldə edə bilməzlər.
Onun kürsüsü (elmi, qüdrəti və səltənəti) göyləri və yerləri əhatə etmişdir”
(Bəqərə surəsi, 255)
“Hər əhəmiyyətli iş Allahın adı ilə bağlanmasa, o iş naqisdir”
Nizami Gəncəvi
ÖN SÖZ
Qədim Azərbaycan xalqı zəngin ədəbi-bədii,
mədəni və dini irsə, böyük tarixə malikdir.
Keçmişimizin maddi və mənəvi sərvətlərinin qorunub
saxlanmasında və bu günə gəlib çatmasında İslam
dininin rolu ölçülməzdir. Bu barədə çoxsaylı elmi,
bədii, fəlsəfi əsərlər yazılsa belə, İslamın genişliyini
tam əhatə edə bilməz.
“Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009”
mədəniyyət ilinin təntənəli açılışı mərasimində
Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi
“islam qardaşlıq dinidir, toleranlıq, dözümlülük
dinidir. Dnyada bizim müqəddəs dinimiz olduğu kimi
təqdim edilməlidir. Bütün İslam dünyasının özünü
təqdim etməsi üçün atılan addımlar mədəniyyət
sahəsində də özünü büruzə verməlidir.Çünki İslam
dünyasının çox zengin tarixi, çox zəngin mədəniyyəti
vardır...”
İslam dini böyük bir ərazidə – Çindən Atlantik
okeanına qədər uzanan sahədə – bütün müxtəlif
svilizasiyaları birləşdirərək vahid İslam mədəniyyəti
yaratdı. Qeyd etmək lazımdır ki, bu mədəniyyətin bir
şaxəsi kimi gözəlliyə, kamilliyə, əxlaqi saflığa xidmət
edən İslam memarlığı yaratdı. İstedadlı və təvazökar
alim, texnika elmləri doktoru, professor Abasov Arif
Xanlar oğlunun təşəbbüsü ilə iqtisad elmləri doktoru,
professor Hüseynova Elmira Novruz qızının və iqtisad
elmləri namizədi Abasov Elçin Arif oğlunun birgə
hazırladıqları kitaba İslam dünyasının bəzi dini-tarixi
abidələri, ziyarətgahları haqqında dərin araşdırma
materialları daxil edilmişdir. Həmin memarlıq
abidələrinin yaranması, mənşəyi haqqında kitabda çox
qiymətli bilgilər verilir. Çoxsaylı xüsusi ədəbiyyətların
araşdırılması, tədqiqatların ümumiləşdirilməsi çox
qədimlərdə ucaldılan məscid və ibadətgahlar, onların
quruluşu, memarlıq üslubu və müəllifləri haqqında
maraqlı, elmi-kütləvi materiallar təqdim olunur.
Kitabın müəllifləri İslam dünyasının dini-tarixi
abidələrinin,
ziyarətgahlarının
adlarını
tarixin
yaddaşına yazmaq istəyi ilə bir neçə illər apardıqları
tədqiqat işlərini, elmi araşdırmalarını şərh etmişdir.
Müəlliflər çox çətinliklə də olsa, İslam dünyasında
mövcud olmuş qədim dini memarlıq abidələri barədə
qiymətli materiallar toplaya bilmişlər. Tarixin
öyrənilməsi baxımından dolğun məlumatları özündə
qoruyub saxlayan İslam dini abidələri xalqımızın
tarixinin daha dərindən öyrənilməsi üçün qiymətli
mənbədir.
Müəlliflər böyük qürurla oxuculara çatdırmaq
istəmişlər ki, bəşəriyyətin ən dəyərli və qiymətli
varlığı elm və inamdır. Odur ki, kamil bir insan öz
əməyinin bəhrəsini xalqın, millətin maddi, mənəvi və
iqtisadi cəhətdən yüksəlməsinə sərf etməlidir.
i.e.n. Pərviz Qurbanov
Qərb Universitetinin dosenti