Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   2   3   4   5   6   7   8   9   ...   41

İslam memarlığı və inşaat

 

 



 

MÜSƏLMAN DÜNYASINDA ġƏHƏRSALMA 

 

 

İdarə  altındakı  şəhərlərin  nizama  düşməsi, 

xalqın  dincliyə  çatması  üçün  daim  alimlərlə 

görüş, bu barədə ağıllı adamlarla məsləhətləş. 

“Nəhcül-Bəlağə” 

 

Təbiətlə  mühitin  qarşılıqlı  təsiri,  dünya 

quruluşunun  mahiyyətini  əks  etdirir.  Təbiətdə 

insanın  mənəvi  və estetik tələblərinin reallaşması 

yalnız təbiətdə gedən prinsipləri dərk edərək, ilin 

fəsil  dəyişməsini  qəbul  edib  nəzərə  alarkən 

mümkündür.  

İslamdan  əvvəl  şəhərlərə,  onun  tərkib  his-

səsi  olan  bina  və  qurğulara,  sanitariya,  mühəndis 

vasitələrinə  yer  seçilməsi,  onların  salınması 

haqqında bir çox alimlər öz fikirlərini söyləmişlər. 

Həmin  fikirlər  bu  gün  də  həm  elmi,  həm  də 

təcrübi əhəmiyyətini itirməmişdir. 

E.ə.  16-13-cü  illərdə  Yuli  Sezarın  və 

imperator Avqustun  mühəndisi  və  memarı  Mark 

Vitruvi  Pollian  texniki  elmlərin  ensiklopediyası-

traktatı olan “Memarlığa dair on kitab”ında şəhər 

yerlərinin  seçilməsi  və  planlaşdırılmasını  göstər-

mişdir.  Bununla  əlaqədar  o  deyir:  “Mühəndis-

inşaatçı  savadlı  olmalı,  bacarıqlı  şəkil  çəkməli, 

həndəsəni  öyrənməli,  hərtərəfli  tarixi  bilməli, 

diqqətlə  fəlsəfəyə  qulaq  asmalı,  hüquq  məsələlə-

rini,  astronomiya  və  göy  cisimləri  haqqında 

qanunları bilməlidir”. 

İnşaatçının geniş biliyə malik olması müva-

fiq  elmi  nəzəriyyə  ilə  əlaqələndirilir.  Məsələn, 

şəhərlərin  və  yaşayış  mənzillərinin  yerinin  seçil-

məsi, istiqaməti və planlaşdırılmasının bir tərəfini 

insan fiziologiyasını nəzərə alaraq səhiyyə mülahi-

zələriylə, digər tərəfdən isə meteorologiya və iqlim 

şəraiti  ilə  təyin  edir.  Pollian  tikinti  materiallarını 

öyrənmək üçün geologiya-mineralogiyanı,

 

həmçi-



nin  botanikanı  bilməyi  təklif  edir,  teatr  inşaatını 

yaxşı  bilməyi öyrədir. Çünki, akustika və  musiqi 

nəzəriyyəsinin qanunlarını bilmədən teatr binasını 

layihələndirmək və tikmək mümkün deyil. 

İnsanın  sağlamlığı  və  uzunömürlülüyü  bi-

nanın  harada  və  necə  tikilməsindən  asılıdır. 

Göründüyü kimi həm eradan əvvəlki, həm də orta 

əsr  müəllifləri  insan  yaşayışı  üçün  yerin  düzgün 

seçilməsinin əhəmiyyətini qeyd etmişdir. Yeri gəl-

mişkən, şəhərlərin planlaşdırılmasına nəzər salaq. 

Böyük  tarixçi  İbn  Xəldun  hesab  edirdi  ki, 

şəhər həyatı ilə mənəvi rahatlıq arasında sıx əlaqə 

sivilizasiyanın zəruri təminatıdır. 

İslamın  gəlişi  yeni  tələbləri  ödəmək  üçün 

cəmiyyətin  qat-qat  yüksəlməsinə  səbəb  oldu. 

Mənzilqurma  sənəti  bu  camaatın  hamısının  xey-

rinə  olan,  məişətlərinin  təminini  asanlaşdıran, 

mənəviyyatın  inkişafını  sürətləndirən,  ümumi 

mənafeyini müdafiə edən bir elmdir. 

Orta  əsr  Azərbaycan  memarları  dünya  şə-

hərsalma və  memarlıq  irsinə  çox önəmli  və  oriji-

nal  pay  vermişlər.  Bu  qatqının  əsas  bölümünü 

Azərbaycan  ərazisində  olan  çoxlu  şəhərsalma  və 

memarlıq abidələri təşkil edir. Uluslararası əlaqə-

lərdə bu qatqıya dəyərli qatlar artıran saysız sənət-

karlarımız  Azərbaycan  memarlığının  mövqe  və 

gücünü daha qabarıq üzə çıxarmışlar. 

9-cu əsrin sonu – 10-cu əsrdə Yaxın Şərqdə 

şəhərlər güclü inkişaf mərhələsi keçirir. Bu dövrün 

özəlliklərindən biri şəhərlərin ölçücə böyüməsidir. 

İslamın  Azərbaycanda  yayıldığı  ilk  çağlarda 

şəhərlərin  inkişafı  və  tikinti  fəaliyyəti  müvəqqəti 

dayansa  da,  sonradan  regionda  gedən  ümumi 

inkişaf prosesindən kənarda qalmadı və Şərqin baş 

karvan  yolları  üstündə  yerləşən  Azərbaycan 

şəhərləri bu dövrdə xeyli böyüdü. İstehsal və tica-

rətin  genişlənməsi,  uluslararası  əlaqələrin  çoxal-

ması  həmin  şəhərlərin  ərazicə  böyüməsinə, 

quruluş inkişafına səbəb olmuşdu. 

İslamın  yayılması  ilə  Azərbaycanda  yeni 

tipli  tikililər  –  məscid,  mədrəsə,  karvansara,  ha-

mamlar  meydana  gəlir.  Sənətkarlığın  və  ticarətin 

artırılması şəhərlərin inkişafına təkan verir. 

Səlcuqlar  dövründə  urbanizasiyanın  sürətli 

tempi ilə bağlı Azərbaycan şəhərlərinin ölçülərinin 

daha  da  böyüməsi,  onların  əhalisinin  və  sosial-

iqtisadi önəminin  artması, eləcə də planlaşma  və 

bədii memarlıq quruluşunun daha da bitkinləşməsi 

prosesi gedir. Təbriz, Naxçıvan, Gəncə, Həmədan, 

Şamaxı kimi iri ticarət, mədəniyyət mərkəzləri ol-

muş şəhərlər 10-12-ci əsrlərdə daha sürətlə inkişaf 

etmişdi.  Təbriz  və  Naxçıvan  gözəlliyinə  görə 

Xilafət  paytaxtı  Bağdadla  müqayisə  olunurdu12-

13-cü əsr şəhərlərinin daha da inkişafı Azərbaycan 

mədəniyyəti  və  incəsənətinin  çiçək-lənməsi  ilə 

əlaqədardır.  Azərbaycanda  şəhərsalmanın  inkişaf 

zirvəsi  Elxanilər  çağına  düşür.  13-cü  əsrin 



İslam memarlığı və inşaat

 

 



13 

ortalarında  Azərbaycan,  tərkibinə  “Ceyhun 



sahillərindən  Misir  qapılarınacan,  Dərbənddən 

İran  körfəzinəcən”  geniş  ərazi  –  Xorasan,  Fars, 

İraq,  Qafqaz,  Anadolu  daxil  olan  iri  Elxani 

dövlətinin siyasi-inzibati və mədəni mərkəzi olur. 

Elxanilər  dövründə  Azərbaycanda  şəhərsalma 

sahəsində  böyük  işlər  görülür,  irəliləyişlər  baş 

verir. Bu zaman bir sıra şəhərlər (Marağa, Təbriz, 

Salmas,  Ucan,  Bakı,  Dərbənd)  dirçəlir  və 

genişlənir,  yeni  şəhərlər  (Qutluq  Balıq, 

Mahmudabad, Sultanabad, Sultaniyyə) salınır.. 

 

 



 

Naxçıvanın mərkəzində məscid 

 

 

Çox sürətlə böyüyən və inkişaf edən Təbriz 



bütün Yaxın Şərqin baş şəhərinə çevrildi. 1403-cü 

ildə ispan səfiri Klavixo Təbrizdə 200 min ailənin 

(təqr.  1  mln.  əhali)  yaşadığını  bildirmişdi.  Təbriz 

bu  zaman  Avropanı  Asiya  ilə  birləşdirən  ticarət 

yollarının  baş  qovşağı  –  dünya  bazarı  olmuşdu. 

14-cü əsrdə Təbrizdə olduqdan sonra onu “dünya-

nın  ən  varlı  və  ən  böyük  şəhəri”,  “ticarət  üzrə 

dünyanın  bütün  şəhərlərinin  ən  məşhuru  və  ən 

yaxşısı”, “ticarətdə sanki bütün dünyaya bərabər” 

sayan Avropa səyyahları (Pordenone, Maundevil-

son  və  b.)  Təbrizin  ticarətdən  götürdüyü  gəlirin 

çox olduğunu vurğulamışlar. 

Qazan  xanın  şəhərsalma  tədbirlərindən 

sonra  Təbriz  çoxfunksiyalı  orta  əsr  iri  paytaxt 

şəhərinin  bütün  həyat  proseslərini  təmin  edən 

bitkin planlaşma-məkan quruluşu aldı. Bu zaman 

Təbrizin altı baş qala qapısının hər birinin önündə 

ticarət  mərkəzi  yaradılmışdı.  Bunlar  bir-biri  ilə, 

eləcə də şəhərin mərkəzi bazarı ilə birləşirdi. Təb-

rizin  bu  dövrdə  müsəlman  dünyasında  oynadığı 

böyük  mədəni  funksiya  onun  quruluşunda  Rəşi-

diyyə  adlı  elmi-tədris  mərkəzinin  yaranmasına 

səbəb  oldu.  Paytaxtın  bir  sıra  inzibati  və  ticarət 

funksiyalarını öz üzərinə götürən Qazaniyyə indiki 

anlamda Təbrizin peyk şəhəri idi. 

Elxanilər dövrünün Təbrizi plan-məkan qu-

ruluşunun  bitkinliyi,  funksional  həllin  uyğunluğu 

ilə  orta  əsrlərin  nadir  şəhərsalma  hadisəsidir. 

İstehsalın yüksək durumu, pul təsərrüfatı, kamil su 

təchizi sistemi, olduqca geniş iqtisadi əlaqələri və 

böyük şəhərsalma inkişafına görə Təbriz Xilafətin 

nəhəng  şəhərlərini  də  geridə  qoydu.  Ticarət-

istehsalat  mərkəzlərinin  əlverişli  və  məqsədli 

yerləşməsi,  ortasında  geniş  açıq  məkan  –  böyük 

meydan  olan  inzibati-ictimai  mərkəzin  formalaş-

ması Təbrizdə bitkin şəhərsalma sistemi yaradırdı. 

İri kompleks  və ansamblların bütün şəhər ərazisi 

boyunca  (çevrəsi  30  km)  səmərəli  paylanması 

onun  kompozisiya-məkan  quruluşuna  funksional 

nizam və tarazlıq vermişdi. 

14-cü  əsrin  əvvəllərində  Təbriz  çoxfunksi-

yalı, mürəkkəb planlaşma strukturu almış, bu baxı-

mdan poliosentrik – çoxmərkəzli çağdaş şəhərlərə 

yaxınlaşmışdı. 

Elxanilər  dövründə  Təbrizdə  əldə  edilmiş 

zəngin  şəhərsalma  təcrübəsi  sonralar  bütün  ətraf 

ölkələrə  yayılmış,  türk  alimi  H.Z.  Ülkənin  dəqiq 

müşahidəsinə  görə  Əmir  Teymur  və  Şah  Abbas 

dörlərinə “ideal və proqram” vermişdir. 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə