Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

İslam memarlığı və inşaat

 

 



63 

nın  Böyük  Moğol  türbələrində,  Əfqanıstanın 

Qəndəhar 

şəhərindəki  Əhmədşah  Dürrani 

türbəsində (18-ci əsr) aydın görmək olur. 

Elxanilər  çağında  Azərbaycanda  uzunsov 

ibadət salonları sivri tağbəndlə örtülən məscid tipi 

formalaşır.  Bu  memarlıq  tipinin  ən  böyük  və  ən 

möhtəşəm  variantı  14-cü  əsrdə  tikilmiş  Təbrizin 

Əlişah  məscididir.  1311-24-cü  illərdə  Elxani 

hökmdarı  Ölcaytu  Məhəmməd  Xudabəndənin 

vəziri  Tacəddin  Əlişah  Təbrizi  tikdirmişdir  (bəzi 

mənbələrə görə Əlişah (Xacə Əlişah Təbrizi) həm 

də məscidin memarıdır). 

Məscid  dövrümüzədək  qismən  qalmışdır. 

Abidənin  hifz  olunmuş  cənub  hissəsi  (mehrab 

tərəfi) binanın ümumi quruluşu haqqında təsəvvür 

yaradır. 

Əlişah  məscidinin  ibadət  salonu  (sahəsi 

təqr.  2000  kv.m)  aşırımı  30  m-i  keçən  tağbəndlə 

örtülmüşdü. Bu tağbəndin konstruktiv dayanıqlığı-

nı 10,4 m qalınlığı olan divarlar təmin edirdi. Yan-

larında yuvarlaq minarələr ucalan zaman eyvanın 

baş  fasada  çevrilməsi  məscid  memarlığında 

yenilik idi. 

Əlişah  məscidinin  dörd  tərəfdən  baştağ-

eyvanla əhatələnən düzbucaqlı, geniş daxili həyəti 

(290  x  230  m)  olmuşdur.  Məscidin  şimalındakı 

giriş yolunda qoşa minarəli (hünd. 35 m-dən artıq) 

əzəmətli  baştağ  ucalırdı.  Mənbələrə  görə,  məsci-

din həyətində böyük hovuz olmuşdur. 

Binanın  inşasında  bişmiş  kərpiclə  yanaşı 

qiymətli  tikinti  materiallarından,  döşəmə  və  di-

varlarında  mərmər  və  kaşıdan,  bəzəklərində  isə 

hətta qızıl və gümüşdən də istifadə edilmişdir. 

Aydın və əzəmətli memarlıq görkəmi olan 

Əlişah məscidi İslam dünyasının ən iri kompleks-

lərindən  biri olmuşdur. Hələ  tikintisi başa çatma-

mış onun şöhrəti bütün İslam aləminə yayılmışdı. 

Əlişah məscidi Teymurilərin Orta Asiya, Əfqanıs-

tan  və  İran  ərazisində  ucaltdıqları  eyvan  tipli 

məscidlər  üçün  örnək  olmuş,  təsiri  Misirə  qədər 

yayılmışdı  (Bibixanım  məscidinin  quruluşunda 

Əlişah məscidinin təsiri duyulur). 

Əlişah  məscidinin  kiçik  bir  qalığı  “Ərk 

qalası” adı ilə Təbrizin simvoluna çevrilib. Məsci-

din bu adla tanınması yəqin ki, onun qalanı xatırla-

dan quruluşu  və şəhər  içqalasına  bitişik tikilməsi 

ilə əlaqədardır. 



Sultaniyyə  günbəzi  –  Sultaniyyə  şəhərinin 

əsası  Elxani  hökmdarı  Arqun  xanın  dövründə 

qoyulmuş,  sonra  Sultan  Məhəmməd  Xudabəndə 

bu şəhəri özünün paytaxtı etmişdir. 

Sultaniyyə  günbəzi,  Sultan  Məhəmməd 

Xudabəndə  türbəsi  İslam  mədəniyyətinin  dünya 

şöhrətli memarlıq abidələrindən biridir. Sultaniyyə 

günbəzindən tapılan sənət əsəri memarların ustalıq 

və bacarığından, xüsusilə də onların yapma naxış-

larından xəbər verir. Müxtəlif formada yonulmuş 

kərpiclər,  düzəlmiş  naxışlar,  daş,  metal,  ağac 

üzərindəki kitabələr insanı heyran edir və insanda 

bir cazibəlik yaradır. 

Günbəzin hündürlüyü 48 m, diametri isə 25 

m-dir.  Günbəzin  aşağısındakı  meydan  8  tərəfə 

istiqamət alır. Bu binanın 8 sütununun hər birinin 

50 kv.m sahəsi vardır və torpaqla kərpicin qarışı-

ğından düzəldilmişdir. Sultaniyyə günbəzinin təx-

minən  1600 t  kütləsi  vardır.  Sütunlardan  hər  biri 

200 t  yük  saxlayır.  Bu  tarixi  binanın  tikintisində 

qəribə  bir  incəlik  var.  Bu  1600  t-luq  bina  700  il 

keçməsinə  baxmayaraq,  cəmi  2-7  sm  yerə  çök-

müşdür. Belə ki, bu binanın bünövrəsinin qalınlığı 

50 sm, bəzi yerlərdə isə hətta 20 sm-ə çatır. 

Günbəzin daxilində və onun divarlarındakı 

arabesklər, kitabələr onu dünyanın  memarlıq abi-

dələri sırasına çıxarır. 

4  böyük  və  4  kiçik  eyvan  günbəzin  əsas 

memarlığını təşkil edir. Kiçik eyvanlardan üçünün 

ensiz  dəhlizlərlə  yuxarı  mərtəbələrə  yolu  vardır. 

Bu  ensiz  dəhlizlər  elə  düzəldilmişdir  ki,  bu  ağır 

binanın çökməsinin qarşısını almışdır. 

Ensiz  dəhlizlər  dolayı  pilləkənlə  birinci 

mərtəbəni ikinciyə bağlayır. Bu mərtəbənin bayıra 

pəncərəsi  olan  eyvanları  vardır.  Günbəzin  naxışı, 

bəzəyi  əsasən  bu  mərtəbədədir.  Bu  mərtəbədəki 

yapma  işləri  atlas  pərdənin  parıltısı  kimi  gözləri 

qamaşdırır. Binanın ikinci mərtəbəsinin eyvanları 

qövsvari  şəkildədir  və  tavan  örtüyü  yapma  işləri 

ilə  bəzədilmişdir.  Deyilənə  görə,  bu  mərtəbə  qa-

dınlara məxsus olub. Onlar dini mərasimdən sonra 

və ya mərasim ərzində bura gəlib istirahət edirdi-

lər. Burada 8 minarəyə 8 pilləkən çəkilmişdir. Bu 

minarələrdən  8  azançı  camaatı  gur  səslə  ibadətə 

çağırırdı.  

Ömrünün  yarısından  çoxunu  bu  qədim 

binanın təmirinə, Sultaniyyədə qazıntı işlərinə sərf 

etmiş Seyid Əli Əsğər Mirfəttah deyir: “Sultaniy-



yə günbəzində işlənmiş kitabələr bu bina haqqında 

statistik  məlumatlar  verir.  Memarlıq  sahəsində 

nailiyyətlər  əldə  etməkdən  ötrü,  günbəz  və 

Sultaniyyə  qalası  (bir  vaxtlar  bu  qüllənin  16 

hündür qülləsi, şimal və cənub darvazası var idi) 

ətrafında qazıntı işləri davam etdirilir”. 


İslam memarlığı və inşaat

 

 



Naxçıvan  memarlarının  ənənəvi  türbə tipi-

nin təkamül prosesində  yüksək nəticələrə  yetdiyi-

nin  dəyərli  örnəklərindən  biri  də  Culfa  rayonu 

ərazisindəki Gülüstan türbəsidir. Müəllifi, sifariş-

çisi, dəqiq tikilmə tarixi bilinməyən, ancaq Elxani-

lər  dövrünün  abidəsi  olduğu  az  şübhə  doğuran 

Gülüstan türbəsi sərdabəsi yer üstünə çıxarılan və 

bu  səbəbdən  gövdəsi  ikiqatlı  quruluş  alan  özəl 

qülləvari türbə tipinin Azərbaycan ərazisində sala-

mat qalmış nadir əsəridir. Bu türbə tipi daha çox 

Kiçik Asiya – indiki Türkiyə ərazisində yayılıb. 

Gövdəsi kvadrat əsasdan onikiüzlüyə keçən 

Gülüstan türbəsi nisbət, biçim və naxış incəliyinə, 

üslub  yetkinliyinə  görə  Anadolu  türbələrindən 

üstünlüyü  ilə  seçilir.  Bütünlüklə  qırmızı  tufdan 

tikilmiş Gülüstan türbəsinin onikiüzlü bölümünün 

hər  ucu  içərisi  incə  həndəsi  oyma  naxışlarla 

doldurulmuş tağça şəklində işlənib. Mürəkkəbliyi-

nə  və  biçim  zənginliyinə  görə  bu  naxışlar  yalnız 

Möminə  Xatın  türbəsinin  kərpic  bəzəkləri  ilə 

müqayisə  edilə  bilər.  Ancaq  Gülüstan  türbəsinin 

oyma naxışları daha incədir. 

Qülləvari türbələr əsasən, çadırvari günbəz-

lərlə  örtülürdü.  Azərbaycanda  sferokonik  biçimli 

günbəzlərlə  örtülü  türbələr  də  özəl  inkişaf  yolu 

keçib.  Belə  türbələrin  ən  monumentalları  Qazan 

xan və Ölcaytu xan türbələri olub. 

Bərdə  türbəsi  –  Bərdə  şəhərində  tarixi 

memarlıq abidəsidir. 1322-ci ildə memar Əhməd 

ibn  Əyyub  Əl-Hafiz  Naxçıvani  tikmişdir.  Türbə 

dövrünün  görkəmli  şəxsiyyətlərinin  xatirəsini 

əbədiləşdirmək  üçün  tikilən  bürcvari  türbələr 

qrupuna daxildir. 

Hündürlüyü 12,5 m olan bu türbə silindrik 

gövdədən  və  konusşəkilli  günbəzdən  ibarətdir. 

Bərdə türbəsinin çoxrəngli kəsmə mozaikadan qu-

raşdırılıb, zəngin ornamentlə bəzədilmiş iki başta-

ğı onun sadə və aydın kompozisiyasını dolğunlaş-

dırır.  Abidənin  bütün  səthi,  üzərinə  firuzəyi  kaşı 

çəkilmiş  kərpiclə  naxışlanmışdır.  Bu  cür  orijinal 

hörgünün kərpic naxışlarında “Allah” sözü mütə-

nasib surətdə təkrarlanır. 

Türbə  bürcvari  Azərbaycan  türbələri  üçün 

xarakterik  olan  yeraltı  və  yerüstü  hissələrə  bölü-

nür. Yeraltı hissə türbənin dəfn üçün ayrılmış sər-

dabəsi, yerüstü hissə isə xatirə abidəsi olub, monu-

mental xarakter daşıyır. 

Abidənin  kitabəsi  dağıldığından  Bərdə tür-

bəsinin kimin şərəfinə tikildiyi məlum deyil. Lakin 

onun Elxanilər sülaləsindən bir nəfər üçün tikildiyi 

ehtimal edilir. 



Cin  məscidi  –  Bu  məscid  Bakıda  (İçəri 

şəhər), Şirvanşahlar saray kompleksinin ərazisində 

yerləşir.  Fasaddakı  epiqrafik  yazılar  onun  hicri 

777-ci  (miladi  1375)  ildə  tikildiyi  barədə  xəbər 

verir. Məscid Fədlallah İmam Osman Şirvan oğlu-

nun vəsiyyəti ilə tikilib. Hərdən məscidi onun adı 

ilə  də  deyirlər.  Birotaqlı  ibadətgah  zalı  çəkilmiş 

düzbucaqlı layihə əsasında təsvir edilib və üstü şiş-

bucaq daş qübbə formasında örtülmüşdür. Düzgün 

profil verilmiş düzbucaqlı portalın çərçivəsi stalak-

tik üsulla və plastik formada daş divarın fonunda 

təsvir  edilmişdir.  Bunu  epiqrafik  ərəb  məktubun-

dakı başlıq şəkildən görmək olar. 

Məscidin  portalı  orta  əsrlər  İçəri  şəhər 

portalları arasındadır və yaxşılardan biridir. 

Abidə  hicri  1186-cı  (miladi  1772-73)  ildə 

Məsud  Əli  tərəfindən  restavrasiya  edilib.  Bu 

barədə fasadın üzərinə vurulmuş epiqrafik lövhədə 

qeyd olunub. 

Şeyx İbrahim və ya Xacə Əmir Şah məsci-

di – Bakıda, İçəri şəhərdə yerləşir. Məscidin giriş 

qapısının  üstünə  daş  üzərində  oyma  texnikası  ilə 

işlənmiş  ərəb  dilində  epiqrafik  lövhə  qalmışdır. 

Kitabədə abidənin sifariş edilməsi vaxtı və sifariş-

çinin  adı  yazılmışdır  (“Sultan  oğlu  Sultan  Şeyx 

İbrahim  zamanında,  möhtərəm  sədr  Xacə  Əmir 

Şah ibn mərhum Xacə Hacı Yəqub 818-ci (miladi 

1415-16)  ildə  bu  məscidin  tikilməsini  əmr  etmiş-



dir”).  Digər  lövhə  Qafar  ağa  Hacı  Murad  oğlu 

tərəfindən  məscidin  restavrasiya  olunması  haqda 

məlumat verir. 

Məscidin yastı pilyastrlarla üç bölümə ayrıl-

mış fasadı asimmetrik həll olunmuşdur. Məscidin 

yeganə ibadət salonunun cənub divarında stalaktit-

li kiçik mehrab yerləşir. 

19-cu  əsrdə  məscidin  fasadı  Avropa  me-

marlığının traktovkası vasitəsilə nişanlanmış və di-

varın düzlüyü üç düzbucaqlı çərçivəyə alınmışdı. 

Milli  memarlıq  abidəsində  olduğu  kimi  özündə 

qədim mənasını saxlayır. 



Keyqubad  məscidi  –  Bakıda,  Şirvanşahlar 

sarayının cənub səmtində, “Orta” həyətin meydan-

çasında  çox  da  böyük  olmayan  səkkizguşəli  çal-

maya  bənzər  günbəzli  mavzoley  yerləşir.  Yazılı 

mənbələrə  və rəvayətə  görə  Seyid Yəhya  ibn  əs-

Səid  Bəha  əd-Din  əş-Şirvani    Yaxın  və  Orta 

Şərqdə hörmət və izzət sahibi olan görkəmli alim 

və  filosof burada dəfn olunmuşdur. Seyid Yəhya 

Bakuvinin  (ehtimala  görə  hicri  862-ci  (miladi 

1457)  ildə,  digər  fərziyyəyə  görə  hicri  868-ci 

(miladi  1463)  ildə  vəfat  etmişdir)  Yaxın  Şərqdə 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə