33
(3) JICA çərçivəsindən istifadənin öyrənilməsi
(2)-də qeyd etdiyimiz problemlər fonunda Hokkaydo şirkətlərinin növbəti cədvəldə (Cədvəl 6-3) olduğu
formada JICA çərçivəsi ilə əməkdaşlıqla hədəf ölkələrdə biznes fəaliyyəti ilə məşğul olmaq olar. Ancaq,
ofisin olmadığı Azərbaycan kimi ölkələrdə istifadə ediləcək sistem məhdudlaşa biləcəyinə diqqət yetirmək
lazımdır.
①
Özəl əməkdaşlıq işinin istifadəsi
Cədvəl 6-4-ün ①, ②, ③, ④, ⑤, ⑥, ⑦-də ilkin araşdırmaların, texniki-iqtisadi araşdırmaların,
hədəf ölkədə tədbiq təcrübələri və s yükünü azaltmaq mümkündür. Nümunə üçün, IHI Star şirkəti
Hokkaydonun Çitose şəhərində reallaşdırdığı “Geniş sahəli südçülük təsərrüfatı regionlarına uyğun kənd
təsərrüfatı maşınlarının yayılması və inkişafı işi” (2013)-də yerli araşdırmalardan əlavə, ticarət
yarmarkalarında iştirak, nümayişlər, nəqliyyat və xidmət sistemi haqqında fundamental FS araşdırmaları və
s özəl sahədə əməkdaşlıq işin bir növü olan “İnkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi inkişafı üçün
özəl sektorda texnologiyaların təşviqi və inkişaf etdirilməsi işi” kimi reallaşdırılıb, biznes fəaliyyətinin
mümkünlüyünü hesablayırlar. Eyni zamanda, hədəf ölkə və hədəf şirkətin miqyası və s nəzərə alındığına
görə Azərbaycanda istifadə zamanı öncədən JICA ilə dəqiqləşdirmələr aparmağa ehtiyac duyulur.
②
Ot kökləri texniki əməkdaşlığı
QHT-lər, universitetlər, regional qurumlar, quruplar tərəfindən inkişaf etməkdə olan ölkələrin region
əhalisini hədəf götürən beynəlxalq əməkdaşlıq fəaliyyətləri, JICA çərçivəsi kimi Ot kökləri texniki
əməkdaşlığı adlandırılır. Bu layihədən istifadə etməklə regionlar və aidiyyatı qurumlar mərkəzdə olmaqla,
qarşılıqlı inam münasibətləri və texnikanın transferi və s uzunmüddətli işlərin bazasını qurmaq mümkündür.
Misal üçün, Aomori prefekturasının Fucisaki şəhərinin Hirosaki universiteti “Özbəkistan Respublikası alma
yetişdirilməsi texnikasının müasirləşdirilməsi vasitəsilə fermerlərin həyat səviyyəsinin yaxşılaşdırılması işi”
(2014)-i reallaşdırmış, yerlərdə (Özbəkistanda) texnikanın idarə olunması təcrübələrini keçirtməklə, bu
işlərə rəhbərlik edirlər. Bu çərçivədə alma yetişdirilməsinə investisiya, avadanlıqların təqdimatını da
reallaşdırır və regionların iqtisadi inkişafına töhvələr verirlər.
③
Digər işlərdə texniki əməkdaşlıqla bağlı
JICA-nın həyata keçirtdiyi texniki əməkdaşlıq işi və təmənnasız investisiya əməkdaşlığı və s inkişaf
etməkdə olan ölkələrin inkişafına töhvə versə də, bu iş zamanı Hokkaydo şirkətlərinin texniki və maliyyə
resurslarının istifadəsi ilə hədəf regionun biznesin inkişafına da dəstək vermək olar. Məsələn, hədəf
regionda müxtəlif təbii fəlakətlərlə bağlı tədbirlər, infrastruktur işləri də həyata keçirilir. Bu işlər zamanı
soyuq regionlara uyğun, Hokkaydonun texnoloji gücünü Azərbaycan tərəfinə JICA-nın işləri vasitəsilə
reklam etmək və s düşünülə bilər.
34
Hokkaydo adasında JICA-nın Hokkaydo bürosu Beynəlxalq Mərkəzinin bir işi kimi, hədəf ölkələrdən də
müxtəlif insanlar təcrübələrə gəlirlər. Bu təcrübi işlərin tərkibini dəqiqləşdirib, şirkətlərin texnikası və
təcrübələri ilə hədəf ölkələrdən gələnlərin təcrübə məqsədini uyğunlaşdırmaqla hədəf ölkənin inşafına
töhvə verəcəyi düşünülə bilər ki, bu zaman JICA mərkəzi ilə məsləhətləşmələr aparıb, təcrübələri
keçirtməklə və əməkdaşlıq etməklə təcrübədən keçən insanlarla fikir mübadilələri aparmaq vasitəsilə
ehtiyacları dəqiqləşdirmək və problemlərin öyrənilməsinə nail olmaq olar.
Cədvəl 6-4 Özəl müəssisələrin istifadə edə biləcəyi JICA layihələri haqqında
Layihənin adı
Müddət
Hədəf
Məqsəd
①
Əməkdaşlığa
Hazırlıq
Araşdırması
(
PPP
infrastruktur işi)
Müddətsiz
Yaponiya Dövləti
Qeydiyyat
Agentliyi
PPP infrastruktur layihələrini planlaşdıran Yaponiya
qurumunun təklifi əsasında xarici investisiya və
kreditlərdə yapon yenindən istifadəni şərt qoyan
proyektlərin
həyata
keçirilməsi
kimi,
PPP
infrastruktur işlərinin baza iş planlamalarının
yaradılması və bu təklif işinin uyğunluğunun və
effektiv olmasının yoxlanılmasını nəzərdə tutur.
③
Əməkdaşlığa
Hazırlıq
Araşdırması ( BOP
Biznes əməkdaşlığının
inkişafı)
Maksimum 3
il
Yaponiya Dövləti
Qeydiyyat
Agentliyi
İnkişaf etməkdə olan ölkələrdə BOP biznesini
planlaşdıran Yaponiya qurumunun təklifinə
söykənərək, biznes modelinin inkişaf etdirilməsi, iş
planının hazırlanması, paralel olaraq, JICA işi ilə
əməkdaşlığın mümkünlüyünün öyrənilməsi və
dəqiqləşdirilməsini nəzərdə tutur.
④
İnkişaf etməkdə olan
ölkələrin
social-iqtisadi
inkişafı
üçün
özəl
sahədə
texnologiyanın təşviqi
və inkişaf etdirilməsi işi
Maksimum 2
il
Yaponiya Dövləti
Qeydiyyat
Agentliyi
Yaponiya orqanının təklifinə uyğun olaraq, inkişaf
etməkdə olan ölkənin hökümət nümayəndələrinin
əsas hədəf seçməklə Yaponiyada olacaq təcrübələrə
və yerli seminarlara, yerli model işlərinin həyata
keçirilməsi vasitəsilə Yaponiya şirkətlərinin sahib
olduğu mükəmməl məhsulları, texnikanı, sistemi və
s-i dərk daha da təkmilləşməsi və inkişaf üçün
istifadə
mümkünlüyünün
öyrənilməsi
əsas
məqsəddir.
⑤
Xarici investisiya və
kreditlər
N/A
Yaponiya
şirkətlərinin həyata
keçirtdikləri
layihələr
İnkişaf etməkdə olan ölkənin inkişafına investisiya
yatıracaq özəl şirkətlərin işinə qarşılıq olaraq, kredit
və yatırımlara dəstək olmaq. Özəl maliyyə
qurumları tərəfindən kredit riskləri yüksək işlərə
qarşılıq inkişaf etməkdə olan ölkədə cürəbəcürə iş
nailiyyətlərinə
sahib
JICA
riskləri
üzərinə
götürməklə çağırışlar həyata keçirməyə dəstək
olmaqla işin reallaşmasında böyük paya sahib olmuş
olur.
⑤
Kiçik
və
orta
sahibkarlığın xaricdə
biznes işinə dəstək,
1 aydan 1
ilədək
Kiçik,
orta
sahibkarlıq və s
※1
Kiçik və orta sahibkarların təklifləri əsasında
mükəmməl texnika, ticarət avadanlığı və iş ideyası
ilə inkişaf üçün problemlərin həllinin reallaşması
35
baza araşdırmaları
həmçinin
ODA
işi
ilə
əməkdaşlığın
mümkünlüyünün öyrənilməsi üçün vacib olan
fundamental məlumatların toplanması və iş
layihəsinin hazırlanması ilə bağlı araşdırmaları
həyata keçirtməklə inkişaf etməkdə olan ölkənin
inkişafını sürətləndirməyi məqsəd qoymuşdur.
⑥
Kiçik
və
orta
sahibkarlığın
xaricdə
biznes işinə dəstək işi -
layihələşdirmə
araşdırması -
1 aydan 1
ilədək
Kiçik və orta sahibkarların təklifləri əsasında
texnika, məhsul və s-i inkişaf etməkdə olan ölkənin
inkişafı üçün istifadə etmək mümkünlüyünün
öyrənilməsini məqsəd qoyur.
⑦
Kiçik
və
orta
sahibkarlığın
xaricdə
biznes işinə dəstək işi -
yayılması
və
real
təcrübələrin
həyata
keçirilməsi
1-3
il
təxminən
Kiçik və orta sahibkarların təklifləri əsasında inkişaf
etməkdə olan ölkənin inkişafına texnika, məhsullar
və s-in yerlərə (ölkələrə) uyğunluğunu yüksəltmək
məqsədilə real təcrübələr vasitəsilə onun yayılma
işinin öyrənilməsini məqsəd qoyur.
⑧
Ot
kökləri
texniki
əməkdaşlığı işi
(regionlara
təkliflər
formasında)
3 il ərzində
Təklif
edən:
Region qurumlar
Reallaşdıran:
Region qurumları
və
ya
bu
qurumların təklif
etdiyi şirkətlər və
ya quruplar
Beynəlxalq
əməkdaşlıq
düşüncəsinə
malik
Yaponiyanın QHT-ləri, universitet və regional
qurumlar, quruplar tərəfindən inkişaf etməkdə olan
ölkənin region əhalisini hədəf seçməklə beynəlxalq
əməkdaşlıq fəaliyyətini, JICA tərəfindən ODA
tamamən dəstəklənir və birlikdə xalqın iştirak etdiyi
iş olur.
⑨ Könüllü özəl əməkdaşlıq
1-3
il
(3
aydan
artıq
qısa müddət
də
mümkündür)
Müxtəlif
növlü
Şirkətlər (böyük və
kiçik, birləşmiş və
s)
Özəl
şirkətlərin işçilərinin gənclərin xarici
əməkdaşlıq qurupları və xaricə könüllü olaraq
inkişaf etməkdə olan ölkələrə ezam edilməklə
şirkətlərin qlobal kadr yetişdirməsi və xaricdə iş
görməsinə töhvə verməkdir.
※1: Yaponiya qanunlarına əsasən yaradılmış Yaponiya Qeydiyyat Agentliyinin kiçik və orta sahibkarlarla (kiçik və
orta sahibkarların ifadəsi kiçik və orta sahibkarlıqla bağlı qanunun 2-ci maddəsi həmçinin Yaponiya
siyasi-maliyyə qurumunun 3-cü maddəsinin 2-ci bəndinə əsaslanır) həmçinin kiçik və orta sahibkar qurupların
sistemi ilə əlaqədar qanunda göstərilən kiçik və orta sahibkarlar qurupunun bir hissəsin (iş əməkdaşlığı qurumu, iş
əməkdaşlığı kiçik qurumu, müəssisələr birliyi, birgə iş birliyi, ticarət birlikləri) də, şirkət və ya qurumların
yaradılmasından 1 il keçənləri ifadə edir.
Mənbə: JICA electron səhifəsi “Özəl şirkətlərlə istifadəsi mümkün olan JICA layihələri menyusu”-u əsasında
hazırlanmışdır.
(http://www.jica.go.jp/activities/schemes/priv_partner/ku57pq00000ln4a3-att/priv_partner_JICA_business.pdf)
36
7 Azərbaycanla həmçinin ətraf ölkələrlə özəl sahədə əməkdaşlığa dair araşdırma
qrupunun təklifləri (xülasə)
(1) Bir neçə ölkəni hədəf seçməklə miqyasın təmin olunması
Azərbaycanda ÜDM yüksək olsa da, əhali sayına baxanda yalnız tək bir dövləti (Azərbaycanı) biznes
hədəfi seçmək o qədər də cəlbedici deyildir. Uyğun olaraq, bir neçə ölkəni hədəf seçməklə biznes strategiya
qurmağa ehtiyac vardır. Azərbaycanı götürdükdə, sadəcə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri deyil,
Rusiya və Türkiyəni də daxil etməklə strategiya qurduqda bazarın miqyası olduqca böyümüş olur.
Bir neçə bazarı düşündükdə aşağıdakıları nəzərə almaqla bazarı seçməyə gərək vardır.
Cədvəl 7-1 Mərkəzi Asiya, Qafqaz ölkələri, Rusiya və Türkiyənin bazar miqyası
Ölkənin adı
Azərbaycan Monqolustan Qazaxıstan Qırğızıstan Özbəkistan Türkmənistan Tacikistan Gürcüstan Ermənistan
Türkiyə
Əhalisi
(mln nəfərlə)
9.5
2.9
17.3
5.8
30.7
5.3
8.3
4.5
3
75.9
Adam başına
düşən
ÜDM(dollarla)
7,884
4,129
12,276
1,269
2,038
9,032
1,114
3,670
3,620
10,515
※
Dünya Bankı (2015)
① Nəqliyyat yollarını paylaşa bilən bazarlar
Azərbaycanla biznesi düşündükdə daşınma yolları əsas problem olaraq qalır. Avadanlıqların daşınmaları
zamanı sadəcə gövdə deyil, hissələrin təminatı da düşünülməlidir. Azərbaycan üçün, Gürcüstan, İran,
Türkiyə ərazisindən istifadə etməklə daşınmalar həyata keçirilə bilər. İstifadə olunacaq yolu nəzərə alaraq,
hədəf olacaq bazarları düşünməyə ehtiyac vardır. Uzunmüddət üçün hissələrin saxlanılacağı anbarlarla
təmin olunmaq gərəkir.
Bu zaman, sadəcə hədəf olan bazar deyil, nəqliyyatın üzərində yerləşən Rusiya və Türkiyənin də bazar
həmçinin anbar olaraq öyrənilməsinə ehtiyac duyulur.
② “Keçid Qapısı” funksiyasının öyrənilməsi
Hədəf ölkənin ixracına və texnika transferinə lazım olan sənəd və lisenziyaların əldə edilməsini
düşündükdə, eyni sistemdən istifadə edə biləcək bir neçə ölkəni bazar etməklə bazarın miqyasının
təminatını hədəfləmək effektli olardı. Məsələn, bütün Cənubi Qafqazı bazar kimi götürsək, Gürcüstan
daşımalar üçün bazadır. Həmçinin, ödəmə və gömrük sistemini yaratmaqla, ingilis dilində biznes həyata
keçirmək real olduğuna görə, Gürcüstanı Keçid Qapısı etməklə digər ölkələrə biznes çıxışları etmək
mümkündür. Azərbaycanda dəniz və hava limanı sistemi inkişaf etdiyindən Rusiya, Mərkəzi Asiya ölkələri,
Orta Şərqə olan çıxış baxımından xeyirli olsa da, Hokkaydodan nəqliyyat bazası kimi ingilis dilində biznes
mühiti və viza əldə edilməsi məsələləri Gürcüstanla müqayisədə çətindir.
37
③ Dil və qida mədəniyyətləri oxşar olan bazarlar
(1) Qida və maşın növləri və s-in adi istehlakçılara təmin edilməsi biznesini düşündüyümüzdə, məhsulun
izahı və keyfiyyətini sübut edən sənədləri hədəf ölkənin dilində izah etməyə ehtiyac vardır. Həmçinin B to
B biznesi zamanı ilkin mərhələdə texnikanın idarə edilməsi ilə bağlı izahatlar və detalları ilə bağlı izah
kitabçalarını Yaponiya tərəfi olaraq məsuliyyətlə hazırlamağa gərək vardır. Cənubi Qafqaz ölkələrində
müqayisəli şəkildə demək olar ki, ingilis dilli sənədlərlə işləmək olsa belə, Azərbaycanda ən azı minimum
səviyyədə rus dilində də hazırlıqlara ehtiyac vardır. Belə sənədlərdə yüksək keyfiyyətli tərcümələrə ehtiyac
olduğuna görə və buna olan xərcləri düşündükdə eyni dildə olan bazarların yaradılması daha məqsədə
uyğundur. Həmçinin, qida və xammal bazarı kimi düşündüyümüz zaman qida mədəniyyəti və dini
qayda-qanunları da nəzərə almaqla bazar yaratmaqda fayda vardır.
(2) Ətraf ölkələri yandan öyrənmək üçün araşdırmanın həyata keçirilməsi
Yuxarıda (1)-də qeyd edildiyi kimi, hədəf regionu yandan araşdırıb, bazarın miqyasının təmin edilməsi və
ümumi nəqliyyat yolunun öyrənilməsi, bir neçə ölkəni hədəf seçməklə hər növ risklərdən qaçılma
üsullarının öyrənilməsi, hər hədəf ölkədə müsbət və mənfi konkret müqayisələrin aparılması özəl sektorda
əməkdaşlıq üçün əhəmiyyətlidir. Bu araşdırmada araşdırmanın hədəfi olmuş sahələri aşağıdakı kimi yandan
araşdırmaq mümkündür.
Cədvəl 7-2 Özəl sektorun inkişafına investisiya yatıracaq yandan araşdırma nümunəsi
Hədəf texnika və xidmət
Yandan araşdırmanın tərkibi
Yandan reallaşdırmanın üstünlükləri
Kənd təsərrüfatı texnikası təminatı
şəbəkəsinin yaradılması
Nəqliyyat yolu, xidmət, ümumi kadr
hazırlığı, model yerlərin hazırlanması
və s
Effektli təminat həmçinin davamlı
xidmət, reklam üsulunun öyrənilməsi
Funksional qida üzrə beynəlxalq
biznes mübadilələri
Ortaq
emal
müəssisələrinin
mərkəzləşməsi, keyfiyyətə nəzarətin
həmçinin
resurs
təhlükəsizliyi
texnikasının təşviqi
Effektli emal,
nəql,
texnikanın
təşviqi sisteminin hazırlanması
Hər ölkə hər rayon hər məsul işi və
Hokkaydo regionlarının inkişafı ilə
əlaqəsi
Hər ölkə ilə Hokkaydo regionları
arasında əməldaşlıq yaradılması ilə
hər iki tərəfin maraqlarına uyğun
münasibətlərin qurulması. Bənzər
işlərin ümumi reklam sisteminin
yaradılması,
ümumi
keyfiyyət
standartlarının müəyyən edilməsi və
s
Hədəf ölkədə əməkdaşlıq edən
qurumlarla
rəqabətə
söykənən
müsabiqələr və ümumi reklam
38
(3) Hokkaydoda məlumat paylaşımı və ətraf ölkələr arasında əməkdaşlığın inkişafı
Bu araşdırma nəticəsində biznes fəaliyyəti göstərməyi arzulayan şirkətlər, şəxsi biznes fəaliyyətinə
təsirsiz olacağı çərçivədə daimi olaraq şirkətlər arasında məlumat paylaşımı şanslarına sahib olacaqlarına
ümid bəslənilir. Xüsusilə, nəqliyyat, gömrük, qarşı tərəfin etibarlılığı ilə əlaqədar olan məlumatları
bölüşdürməklə xərclərin və risklərin azalmasına nail olmaq olar.
Eyni zamanda, müxtəlif sahələrdən olan şirkətlərin əməkdaşlıq etməsi sayəsində paket iş görüşmələri
mümkün ola bilər. Məsələn, heyvandarlıq üçün olan kənd təsərrüfatı texnikası ilə birlikdə soyuq regionlara
uyğun müasir kənd təsərrüfatı ilə məşğul olan evlərlə təminat və inək peynindən istifadə etməklə enerji olan
gübrənin istifadəsinə yönəlik bioketlə texnikası ilə təmin etməklə, Hokkaydo texnologiyasını və təcrübəsini
nəzərə almaqla, südçülük təsərrüfatının müasirləşmə modelini yaratmaq düşünülə bilər.
Digər tərəfdən, bir ölkədə biznes uğurlu alınarsa, həmin uğurlu modeli ətraf ölkələrlə paylaşmaq,
Hokkaydo şirkətlərinin bazarlarının genişlənməsi üçün ən təsirli reklam ola bilər. Bunun üçün daima
Azərbaycan və ətraf ölkələr arasında şəbəkənin olub-olmamasını yoxlamağa ehtiyac yaranır. Həmçinin iş
bir neçə ölkədə görüldükdə hədəf ölkələr arasında xoş şəbəkələr olarsa problemlərin həll olunmasını,
ümumi kadr yetişdirilməsini, işlərdə funksional paylaşımı uğurla və qısa zamanda həyata keçirmək
mümkün olar.
Document Outline - Cover
- Mündəricat
- Qısaltma adlar cədvəli
- 1 Araşdırmanın həyata keçirilməsi üçün ön şərtlər
- 2 Araşdırmanın məqsədi
- 3 Araşdırmanın həyata keçirilmə prinsipləri
- 4 Araşdırmanın həyata keçirilmə metodları
- 5 Araşdırmanın nəticələri
- 6 Azərbaycanda Hokkaydo şirkətləri ilə biznes münasibətlərinin qurulmasınınmümkünlüyü
- 7 Azərbaycanla həmçinin ətraf ölkələrlə özəl sahədə əməkdaşlığa dair araşdırmaqrupunun təklifləri (xülasə)
Dostları ilə paylaş: |