Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə24/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   20   21   22   23   24   25   26   27   ...   116

 

 

 



 

80 


təsir  dairəsinə  yaxın  olan  bölgələrdə  ərəb  dili  elm,  fars  dili 

yazılı ədəbiyyat (daha çox poeziya), türk dilli isə ümumfolklor 

dil statusunda çıxış etdiyindən “qopuzçu”nun “qusan”, “qosan 

(mqosan”)”, “kobzar” adları altında erməni, gürcü, Ukrayna və 

digər  qonşu  xalqların  mənəvi-mədəni  mühitində  nüfuz  sahibi 

olması təbii sayılmalıdır” (7,58). 

Maraqlıdır  ki,  Əhməd  Cəfəroğlu  müxtəlif  Osmanlı  mən-

bələrində, türk şairlərinin əsərlərində adı dəfələrlə keçən qopu-

zun  Azərbaycan  sahəsindəki  mövqeyilə  bağlı  “Kitabi-Dədə 

Qorqud”dan  başqa,  əlində  tutarlı  bir  dəlil  olmadığını  bildir-

məkdədir:  “Anadolu  üçün  pək  təbii  olan  qopuza  azəri  sa-

həsində  təsadüf  edə  bilmirik.  Yalnız  “Dədə  Qorqud”un  azəri 

türk şivəsində yazıldığı nəzər-diqqətə alınarsa, bu alətin bu türk 

mühiti üçün də yabançı olmaması lazım gəlməkdədir. Nə yazıq 

ki,  hələlik  bu  xüsusda  yeni  bir  şey  söyləməkdən  uzağıq” 

(2,215).  

Xatırladaq  ki,  dosent  Nizami  Xəlilov  “Aşıq  sənətinin 

təşəkkülü”  adlı  əsərində  qopuzla  bağlı  araşdırma  apararkən, 

Əhməd  Cəfəroğlunun  “Cahan  ədəbyyatında  türk  qopuzu”  adlı 

tədqiqatına  istinad  etmiş  və  “...  Ə.Cəfəroğlu  nədənsə  qopuzu 

Türkiyə türklərinə məxsus olduğunu qeyd edir ki, bizcə, bu da 

mübahisəli  görünür”,  (6,11)  –mülahizəsini  irəli  sürmüşdür. 

Fikrimizcə,  mühacir  alim  əldə  edə  bildiyi  mənbələrə  əsasən 

(onların  hamısı  tədqiqatda  əksini  tapmışdır)  belə  bir  qənaətə 

varmışdır.  

Müxtəlif məmləkətlərə “…Osmanlı idarəsi altında bulun-

ması bir çox türk adət və ənənəsilə bərabər türk musiqi və xalq 

ədəbiyyatının  nə  kimi  təsirlər  buraxdığını”  (2,425)  aydınlaş-

dırdığı  tədqiqatının  sonunda  Ə.Cəfəroğlunun  dünya  ictima-

iyyətinə  ünvanladığı  fikirlərinin  isə  şərhə  ehtiyacı  yoxdur: 

“Türkün  yaradıcı  qüvvət  və  qabiliyyətini  görmək  istəyirsi-



 

 

 



 

81 


nizmi,  dönün  bir  az  da  keçmişinizə  baxın.  Orada  siz  türkü 

hamınızın  arasında  öz  mənəvi  varlığı  ilə  yaşamaqda  görür  və 

türksüz  mədəniyyət  olmayacağınıza  qane  olursuz.  Misalmı 

istərsiniz, iştə sizə: Qopuz ...” (2,426). 

Xatırladaq  ki,  Ə.Cəfəroğlu  1940-cı  ildə  Türk  Xalq 

Evində  dinləyicilər  qarşısında  qopuzun  və  türkdilli  etnosların 

yaratdığı  qədim  söz  sərvətinin,  milli  kültürünün  dünya  mədə-

niyyətinə təsirilə bağlı bu gün də aktuallığını itirməyən məruzə 

ilə  çıxış  etmiş,  həmin  tədqiqat  “Folklorumuzda  milli  həyat  və 

dil bakiyələri” adı ilə nəşr olunmuşdur.  

Əhməd bəy həmin məqalədə türklərin zəngin yaradıcılıq 

irsinə sahib olduqlarını qürurla söyləsə də, bu mənəvi sərvətin 

toplanması,  tədqiq  və  təbliğinin  lazımi  səviyyədə  aparılma-

masından  narahatlığını  ifadə  etmişdir.  Folklorun  türk  xalqla-

rının  tarixi  keçmişindəki  bir  çox  gizlinləri  aydınlatmaq  dəyə-

rində  olduğunu,  lakin  araşdırıcıların  bu  əvəzsiz  sərvətlə  cox 

vaxt düzgün davranmadıqlarını dilə gətirən Ə.Cəfəroğlu diqqə-

ti  bu  sahəyə  yönəltməyin  vacibliyini  qeyd  etmişdir:  “...türklər 

kimi  fövqəladə  geniş  bir  coğrafi  sahəyə  yayılan  millətlərdə 

folklor fövqəladə zəngin və millətin əsl özünü və mazisini tanı-

dacaq bir çox ünsürləri bəsləməkdədir. Bu üzdən bugünkü türk 

və  xüsusilə  Anadolu  folkloru  araşdırıcılar  üçün  tarixi  keçmişə 

və  türk  millətinin  varlığına  təmas  edən  bir  çox  məchul  və  qa-

ranlıq maddələri ehtiva etməkdədir. Üstəlik, türk xəlqiyyatının 

mənşəyi, təkamülü və müxtəlif növlərinin içərisindəki ayrı-ayrı 

qisimlərinin bir-birinə münasibəti hələ zamanımıza qədər mey-

dana çıxarılmamışdır və çıxarılması üçün həm ciddi əlaqəyə və 

xeyli  vaxtın  keçməsinə  intizar  etmək  lazım  gəlməkdədir” 

(3,21).  

Bir  cəhətə  xüsusilə  diqqət  yetirmək  vacibdir,  mühacirət 

folklorşünaslarının  araşdırmalara  ümumtürk  və  dünya  ədəbiy-



 

 

 



 

82 


yatşünaslığı kontekstində yanaşmasının nəticəsidir ki, “Folklo-

rumuzda  milli  həyat  və  dil  bakiyələri”  məqaləsində  Ə.Cəfə-

roğlu  Anadolu  folklorunu  toplayıb,  digər  türkdilli  xalqların 

yaradıcılığına  əhəmiyyət  verilməməsinin,  müqayisələrin  apa-

rılmamasının  yolverilməz  olduğunu  söyləyirdi:  “Araşdırıcılar 

əksəriyyətlə, Anadolu türklərinin işğal etdikləri mümtaz mövqe 

dolayısıyla,  ancaq  bu  sahəyə  aid  folklor  növlərini  toplamağa 

qeyrət etmiş, həmcins digər türk qövmlərinin eyni növdən olan 

folklorları  ilə  münasibətdə  olaraq  müqayisə  etməmişlər.  Hal-

buki  bu  kimi  araşdırmalarda  əsl  nəzər-diqqətə  alınması  lazım 

gələn nöqtə türk qövmlərinin çox geniş sahəyə yayılmış olma-

ları keyfiyyəti olmalıdır” (3,21-22). 

Ə.Cəfəroğlu peşəkar bir alim kimi elə problemlər qaldır-

mışdır ki, onlar hər zaman araşdırmalarda diqqətə alınmalıdır. 

Alimin  folklor  materiallarının  toplanması  və  araşdırılması 

sahəsində  təklif  etdiyi  tələblər  bu  tədqiqatın  yazıldığı  illərdə 

sovet  ölkəsinin  tərkibindəki  türkdilli  xalqların  tədqiqatçıları 

üçün imkansız idi, senzura buna yol verməzdi  və həmin vacib 

problem bu gün də aktual olaraq qalmaqdadır.  

Ə.Cəfəroğlu yalnız problemi qaldırmaqla işi bitmiş hesab 

etməmiş,  bu  sahədə  ciddi  bir  araşdırma  aparmış,  türkdilli  xalq-

ların  yayıldığı  geniş  ərazini  tarixi  axınlara  əsaslanaraq,  iki  isti-

qamət üzrə – Xəzərlə Qara dənizin şimalından cənubi Rusiyaya 

doğru və İrandan keçərək Qara dənizin cənubundan Anadoluya 

doğru olmaqla izlənilməsini təklif etmişdir. Ə.Cəfəroğlunun türk 

axınları ilə bağlı irəli sürdüyü mülahizələr folklorumuz üçün çox 

mühüm  əhəmiyyət  kəsb  edir  və  müasir  dövrümüz  üçün  eynilə 

aktual  olaraq  qalmaqdadır.  Müəllif  birinci  istiqamətdən  fərqli 

olaraq,  ikinci  istiqamət  üzrə  mühacirət  edənlərin,  öz  milli  mə-

dəniyyətlərini,  dini  baxışlarını  həm  folklorunda,  həm  həyatında 

qoruduqlarını söyləməklə yanaşı, onların digər xalqların kültürü-



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə