MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
Müstəqil auditor hesabatının 2-ci səhifədə təqdim olunmuş müstəqil auditor rəyində şərh edilən müstəqil
auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat "AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin (bundan
sonra "Cəmiyyət") maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların
məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.
Rəhbərlik Cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, əməliyyatlarının nəticələrini və həmin
tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkətini, kapitalda dəyişikliklər hesabatını düzgün və Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının
hazırlanmasına görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır:
Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
Məntiqli və məqsədəuyğun təxminlərin və qərarların qəbul edilməsi;
BMHS-na uyğunluğun bəyan edilməsi və əgər bu standartlardan əhəmiyyətli kənarlaşmalar varsa, bu
halların maliyyə hesabatlarında açıqlanması və izah edilməsi; və
Əgər yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdirəcəksə, hesabat tarixinə maliyyə
hesabatlarını daimilik prinsipi əsasında hazırlanması.
Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır;
Cəmiyyətin daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənib hazırlanması, qurulması və
möhkəmləndirilməsi;
Cəmiyyətin maliyyə hesabatlarının MHBS-na uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin
maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun
olaraq təşkil edilməsi;
Mümkün imkanlardan istifadə edərək Şirkətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması;
Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən ediiməsi və qarşısının alınması.
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarının bəyan olunması 29 mart 2021-ci il
tarixində İdarə Heyəti tərəfindən təsdiq olunmuşdur.
Dostları ilə paylaş: |