QIYMƏTLƏNDIRILMIŞ ÖHDƏLIKLƏR
Gələcəkdə yaranacaq öhdəlik ehtimal edildikdə, bu ehtimal yarandığı andan bəri qeyd edilmiş öhdəlik
qiymətləndirilmiş öhdəlik kimi tanınır.
SIĞORTA ƏMƏLIYYATLARI
Sığorta haqqı
– risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun
olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Baza sığorta haqqı
– sığorta müqaviləsi üzrə hesablanmış sığorta haqqından həmin müqavilənin bağlanması
üzrə göstərilən vasitəçilik xidməti üçün komisyon muzdu (hesablanmış sığorta haqqının 15%-dən çox
olmamaqla) çıxıldıqdan sonra qalan məbləğdir.
Qazanılmamış sığorta haqqı
– sığorta haqqının sığorta təminatının qüvvədə olma müddətinin hesablama
tarixindən sonrakı dövrünə aid olan hissəsidir.
Dostları ilə paylaş: |