Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə10/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   6   7   8   9   10   11   12   13   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
36 
 
21. Pediatpiya – Posterlər......................................................................................................................... 180-199 
22. Cərrahiyyə / Uşaq cərrahiyyəsi – Posterlər ...................................................................................... 200-217 
23. Ginekologiya – Posterlər .................................................................................................................... 218-227 
24. Stomatologiya / Üz-çənə / QBB / Oftalmologiya – Posterlər........................................................... 228-240 
25. Onkologiya – Posterlər ....................................................................................................................... 241-243 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
37 
 
ATUREK - 5:  PLENAR MƏRUZƏLƏR 
 
KƏSKİN LEYKOZUN QEYRİ-ADİ TƏZAHÜRÜ:  
"HİPERTROFİK KARDİOMİOPATİYA  
 
Afaq MUSAYEVA 
 
İşin rəhbəri: Fuad SƏMƏDOV, Fərid ƏLİYEV  
 
ATU TTK, Ürək-Damar Mərkəzi 
 
Açar  sözlər:  T  hüceyrəli  kəskin  limfoblast  leykoz,  hipertrofik  kardiomiopatiya,  perikardial  effuziya, 
amiloidoz   
Giriş:    Böyüklərdə    kəskin  leykozların  təxminən  5%-ni  T  hüceyrəli  kəskin  limfoblast  leykoz   (T-  KLL) 
təşkil edir. Nadir hallarda bu leykoz növü miokardial infiltirasiya ilə nəticələnə bilər. Təqdim edəcəyimiz xəstədə 
T  –  KLL-nin  miokardial  infiltirasiyası  nəticəsində  “HKMP”  inkişaf  etmiş  və  müvafiq  müalicə  ilə  divar 
qalınlıqlarında azalma qeyd olunmuşdur.  
Material:  27  yaşlı  xəstə  son  1  ayda  yaranan  təngnəfəslik,  halsızlıq  şikayətlərilə    müraciət  etmişdir.  Bu 
müddət ərzində digər xəstəxanada perikardial effuziya səbəbilə müalicə almış, lakin müsbət irəliləyiş olmamışdır. 
EKQ-də  sinus  ritmi,  ÜEO  normal,  ST  depresiyası  izlənmişdir.  Exokardioqrafiyada  (ExoKQ)  biventrikulyar 
hipertrofiya  -  sol  mədəcikdə  ən  qalın  yeri  lateral  divar  apikal  seqmenti  24-25  mm,    sağ  mədəcik  (SğM)  sərbəst 
divar qalınlığı 15 mm, SğM çıxış yolunda obstruksiyaya səbəb olan fokal, 15-16 mm-lik qalınlaşma izlənmişdir. 
20  mm  qalınlığında  sirkumferensial  perikardial  effuziya  (PE)  izlənilmişdir.  Biventrikulyar  hipertrofiya  (SğM-də 
daha  bariz)  ilə  birgə  PE-nin  olması,  PE  varlığını  izah  edən  başqa  səbəb  olmaması,  müalicə  ilə  PE-nin 
geriləməməsi səbəbilə  ilk öncə  amiloidoz ehtimalı düşünülmüşdür.  Kardiak MRT və  rektal  biopsiya  nəticələrilə 
amiloidoz inkar olunmuşdur. İlkin müraciət zamanı qandakı leykositoz (25.000x 10 
9
/l) yaxın zamanda keçirilmiş 
respirator  infeksiya,  perikardit?    və  steroid  istifadəsi  ilə  əlaqədar  ola  biləcəyi  düşünülmüşdür.  Lakin  1  həftə 
sonrakı    hospitalizasiyada    leykosit  76.64  x10
9
/l    olduğu  üçün  aparılmış  müayinələrdə  LDH  546  IU/l,  b
2
 
mikroqlobulin 11.0 mg/l olmuş, periferik qan yaxmasında 75% limfosit, atipik hüceyrələr aşkarlanmış və sümük 
iliyi  biopsiyasında (SİB) T- KLL öz təsdiqini tapmışdır.  Hyper-CVAD protokolu  ilə kimyaterapiya verilmişdir. 
Kontrol SİB-də 9.8% blast aşkarlanmışdır. Təkrari ExoKQ-də PE-də əhəmiyətli azalma, SğM divar qalınlığında 2-
qat azalma qeydə alınmışdır.  
Nəticə: SğM sərbəst divarında əhəmiyyətli qalınlaşma, SğM çıxış yolunda fokal qalınlaşma və PE klassik  
HKMP  üçün  xarakterik  deyildir.    Fenotipik  olaraq  HKMP-yə  bənzəsə  də  bu  vəziyyətin  amiloidoz,  metabolik 
depolanma xəstəlikləri, MELAS sindromu, malign infiltasiya  səbəbi ilə inkişaf edə biləcəyi unudulmamalıdır. Bu 
xəstəliklərin ekstrakardiak  əlamətlərinin bilinməsi diaqnoz üçün ilkin ipucu ola bilər. Digər yandan uzun müddət 
empirik  müalicə  ilə  geriləmə  müşahidə  olunmayan  PE-li  xəstələrdə  mütləq  ətraflı  müayinələr  aparılmalıdır. 
Etioloji  faktorun  düzgün  təyin  edilməsi  halında  aparılan  müalicə  xəstəmizdə  olduğu  kimi  sürətli  yaxşılaşmaya 
səbəb olur. 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
38 
 
PORTAL HİPERTENZİYA SİNDROMLU XƏSTƏLƏRDƏ ENDOSKOPİYA  
VƏ ELASTOQRAFİYANIN MÜQAYİSƏLİ  NƏTİCƏLƏRİ 
 
Qəhrəmanova Z.Z., Salahova S.Ş., Bayramov N.Y. 
 
ATU, I Cərrahi xəstəliklər kafedrası 
 
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə 
 
Giriş. Qeyri-invaziv üsul kimi elastoqrafiya toxumaların elastikliyini ölçmək üçün  tətbiq olunur və hazırda 
qaraciyərdə  fibrozun  dərəcəsini  təyin  etmək  üçün  biopsiyanı  əvəz  etməyə  başlamışdr.  Lakin  dalaq 
elstoqrafiyasının klinik əhəmiyyəti barədə yetərli məlumat yoxdur.  
Məqsəd. Tədqiqatın məqsədi portal hipertenziyanın və ağırlaşmaların təyinində dalaq elastoqrafiyasının 
klinik əhəmiyyətini araşdırmaqdır. 
Material  və  metod.  Araşdırmamız  37  xəstə  üzərində  aparılmışdır.  Xəstələrə  standart  klinik  və  qaraciyər 
testləri  və  endoskopik  müayinələrlə  yanaşı  qaraciyərin  və  dalağın  elastoqrafik  müayinəsi  aparılmışdır.  Tədqiqat 
Elmin İnkişaf Fondu Qrantı ilə təmin edilmiş “Supersonic Aixplorer Multi Wave ” cihaz ilə aparılmışdır.  
Nəticələr.  Xəstələrdən  18-i  qadın,19-u  kişi  olmuşdur.  Endoskopiya  müayinəsi  zamanı  10  xəstədə  4-cü 
dərəcə, 6 xəstədə 3-cü dərəcə,12 xəstədə 2-ci dərəcə  qida borusu varikoz genişlənmiş damarları aşkarlanmışdır. 9  
xəstədə eyni zamanda mədədə varikoz genişlənmiş damarlar və 23 xəstədə PHQ (portal hipertenziv qastropatiya) 
aşkarlanmışdır.  Bu  xəstələrdən  8-i  klinikaya    kəskin  qanaxma  ilə  daxil  olmuşdur  və  müvafiq  tədbirlər 
görülmüşdür. Bu xəstələrin  elastoqrafiya nəticələrində 3 xəstədə qaraciyər sıxlığı 7,1 kPa-dan kiçik (Metavir  F0-
F1), 9 xəsətədə 7,1-7,9 kPa arası (Metavir F3), 5 xəstədə 7,9-10,4 kPa arası (Metavir  F3) və 22 xəstədə isə 10,4 
kPa-dan  çox  (Metavir  F4)  olmuşdur.  Varikozun  dərəcəsinə  və  qanaxmaya  uyğun  olaraq  qaraciyərin  və  dalağın 
elastoqrafik göstəriciləri aşağıdakı kimi olmuşdur. 
 
 
Qc ort 
Qc max 
Qc min 
Dalaq 
D/Qc 
Qanaxma var 
27,8 
32,6 
25,6 
66,6 
2,3 
Qan yoxdur 
14,9 
16,8 
13,3 
51,4 
3,4 
Qanaxma yox, V0 
9,1 
8,7 
7,8 
33,1 
3,6 
Qanaxma yox, V1 
10.1 
13,1 
3,9 
21,2 
3,0 
Qanaxm yox, V2 
17,8 
20,1 
16,1 
54,7 
3,0 
Qanaxma yox, V3 
14,6 
17,8 
11,8 
40,8 
2,7 
Qanaxma yox, V4 
14,6 
16 
13,1 
68,2 
4,6 
Qanaxma yox, V3-4 
14,6 
16,8 
12,5 
55,8 
3,8 
Qanaxma var, V3-4 
30,5 
34,5 
26,6 
70 
2,2 
Mədə varikozu  var 
16,8 
18,1 
14,4 
53,2 
3,1 
Mədə varikozu yox 
18 
20,3 
16,1 
53,5 
2,9 
 
 
Nəticələrin  ilkin  təhlili  göstərir  ki,  varikoz  qanaxmada  dalağın  və  qaraciyərin  elastoqrafik  göstəricisi 
(sərtliyi)  qanaxma  olmayanlara  nəzərən  statistik  olaraq  yüksəkdir  (uyğun  olaraq  27,8  və  14,9  kPa,  66,6  və  51,4 
kPa, p≤0,05). Eyni zamanda, dalağın  sərtliyi  ilə varikozun dərəcəsi arasında  müəyyən paralellik  və paradoks da 
ortaya çıxmışdır. Belə ki, 1-ci, 2-ci və 4-cü dərəcəli varikozlarda dalaq sərtliyinin artması qeyd olunduğu halda 3-
cü  dərəcədə  2-ciyə  nəzərən  azaldığı  müşahidə  edilmişdir.  Qaraciyər  sərtliyi  göstəricindən  fərli  olaraq  varikoz 
ortaya  çıxdıqda    dalaq  sərtliyi  ciddi  dərəcədə  artmışdır  (21  kPa).  AUROC  analizində  varikozun  əmələ  gəlməsi 
üçün dalaq sərtliyinin hüdüdi göstəricisi 22,4 kPa, qanaxma üçün isə 58,4 kPa təşkil etmişdir.   
Yekun. Dalaq elstoqrafiyası qeyri-invaziv üsul kimi portal hipertenziyanın erkən diqnosikası, varikozun və 
qanaxma riskinin təyini üçün istifadə edilə bilər.  
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə