Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə11/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   7   8   9   10   11   12   13   14   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
39 
 
AZƏRBAYCANDA  TƏLƏBƏLƏR ARASINDA BƏZİ PSİXİ GÖSTƏRİCİLƏRİN VƏ İNTERNETDƏN 
ASILILIĞIN YAYILMA  DƏRƏCƏLƏRİ VƏ MÜXTƏLİF  RİSK  FAKTORLARI İLƏ ƏLAQƏSİ 
 
Günel BAYRAMOVA,  Yasəmən SƏMƏDOVA,  
Nərmin NOVRUZOVA 
 
İşin rəhbəri: İkram RÜSTƏMOV 
 
ATU,  Psixiatriya kafedrası 
 
 
Açar  sözlər: tələbə, depressiya ,təşviş, suisid, internet 
Giriş və Məqsəd 
Depressiya, təşviş pozuntuları və suisidal fikirlər cəmiyyətdə çox geniş yayılmış psixi problemlərdəndir. 
Bu  səbəblərdən  universitet  tələbələri  arasında  depressiya,  təşviş  pozuntuları  və  özünə  qəsd  fikirlərinin 
araşdırılması və prevalansının təyin edilməsi bizim tədqiqatımızın əsas məqsədini təşkil edir. 
Materiallar və Metodlar 
Tədqiqat  3  universitetdən  1018 tələbə  arasında  aparılmışdır.Tələbələrə    Zanqın  öz-özünü  qiymətləndirmə 
depressiya  və  təşviş  cədvəli,  Sosiodemoqrafik  data  formu  və  suisidal  fikirlərini  müəyyənləşdirmək  üçün  xüsusi 
anket formları, və  İnternet asılılığı testi tətbiq edilmişdir
Nəticə 
Tələbələr  arasında  yüngül  dərəcə  depressiyanın    yayılma  dərəcəsi      14.36%(142  nəfər),  orta  dərəcə  
depressiya  2.73%(27nəfər),  ağır  dərəcə  depressiya  0.2%  (2  nəfər)  olmuşdur.Təşviş  pozuntusunun  yüngül 
formasının  yayılma  dərəcəsi  20.65%(203  nəfər)  ,orta  dərəcə  1.73%(17  nəfər)  ,ağır  dərəcə  0%  (  0  nəfər) 
olmuşdur.internetdən  asılılığa  meyilli  olanlar  arasında  (  ümumi  say  n=10  )  3  nəfərdə  (30%  )  yüngül  forma 
depressiya, 4 nəfərdə (44.44%) yüngül forma təşviş pozuntusu aşkarlanmışdır. 
Müzakirə 
Araşdırmanın  nəticəsindən  bəlli oldu ki, azərbaycanlı tələbələr arasında  yüngül dərəcə depressiv pozuntu 
və yüngül dərəcə təşviş pozuntusu digər ağırlıq dərəcələrinə nisbətən geniş yayılmışdır.İnternetdən asıllığa meyilli 
tələbələr arasında  yüngül dərəcə depressiv pozuntu və təşviş pozuntusunun  yayılması  internetdən asıllığa  meylli 
olmayanlardan daha çoxdur. 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
40 
 
QIZLARDA VAXTINDAN ƏVVƏL CINSI INKIŞAF 
 
Səbinə ABASQULUZADƏ, Samirə NƏSİBOVA 
 
İşin rəhbəri: ass. İlsur NOVRUZOV 
 
ATU TTK II Uşaq Xəstəlikləri kafedrası 
 
Açar sözlər: adrenarxe, telarxe,LHRH stimulyasiya testi 
Giriş:
 
Rosenfeld  və  əməkdaşlarının  fikrinə  görə,qızlarda  süd  vəzilərinin  inkişafının  8  yaşından 
tez, pubarxenin 8.5 yaşından tez, menarxenin 9.5 yaşından tez başlaması  vaxtından  əvvəl cinsi inkişaf 
adlanır.  2cür  təsnif  olunur:  Qonadotropindənasılı  forma(həqiqi)  və  Qonadotropindənasılı  olmayan 
forma(yalançı). Diaqnoz: 
-Bazal qonadotrop hormonların-LH və FSH təyini 
-Adrenal androgenlərin- DHEA-S və 17OH progesteronun təyini 
-Cinsi steroidlərin- Estadiol, sərbəst testesteron təyini 
-LHRH stimulyasiya testi 
-Kəllənin MRT müayinəsi 
-Daxili cinsi orqanların USM 
-Mil-bilək oynağının Rentgenoqrammı  ( sümük yaşı) 
Tədqiqatın  məqsədi: 0-8 yaş qrupu arasında qızlarda vaxtından  əvvəl cinsi inkişafın aşkarlanıb 
dayandırılması. 
Material: ATU-TTK-da laborator və instrumental analizlər əsasında 46 xəstə təhlil olunmuşdur. 
Metodlar:  Ailə  anamnezi,  klinik  laborator  müayinə  metodları:  qanın  hormonal  analizi, 
instrumental müayinə metodları: Mil-bilək oynağının rentgenoqarmmı, kəllənin MRT müayinəsi, daxili 
cinsi orqanların USM. 
Nəticə:  Müşahidə  etdiyim  xəstələrdə  nəticələr:  46nəfər  vaxtından  əvvəl  cinsi  inkişaf  şikayəti  ilə 
müraciət edən xəstələrdən 21xəstədə telarxe, 17xəstədə adrenarxe, 8xəstədə həm telarxe,həm adrenarxe 
aşkarlanmışdır.12xəstəyə LHRH testi qoyuldu.11 xəstədə nəticə pozitiv oldu. 
I qrup xəstələr: telarxe ilə müraciət edən 21xəstə: 
6xəstədə E2,12xəstədə FSH normadan yüksək olmuşdur. 
11xəstədə USM zamanı daxili cinsi orqanların inkişafı irəliləmişdir. 
3xəstədə sümük yaşı irəliləmişdir. 
3xəstədə fiziki inkişaf irəliləmişdir. 
II qrup xəstələr: adrenarxe ilə müraciət edən 17xəstə: 
13xəstədə DHEA-S, 1xəstədə 17OH progesteron, 2xəstədə sərbəst testesteron  normadan yüksək 
olmuşdur. 
14xəstədə sümük yaşı irəliləmişdir. 
1xəstədə fiziki inkişaf irəliləmişdir. 
USM zamanı daxili cinsi orqanlar hamısında yaşına uyğun olmuşdur. 
III qrup xəstələr: həm telarxe, həm adrenarxe ilə müraciət edən 8 xəstə: 
4xəstədə  E2,  1xəstədə  FSH,  4xəstədə  DHEA-S,  1xəstədə  17OH  progesteron  normadan  yüksək 
olmuşdur. 
6xəstədə sümük yaşı irəliləmişdir. 
4xəstədə USM zamanı daxili cinsi orqanların inkişafı irəliləmişdir. 
6xəstədə fiziki inkişaf irəliləmişdir. 
Yekun:  Müşahidə  apardığımız  xəstələrdə  müayinələr  əsasında  diaqnoz  qoyulmuş  və  müvafiq 
müalicə metodu tətbiq edilmişdir. Bununla da,qızlarda  vaxtından  əvvəl cinsi inkişafın qarşısı alınaraq 
gələcəkdə onlarda yekun boyun geri qalması və yumurtalıqların polikistozu xəstəliyinin qarşısını almış 
olduq. 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
41 
 
SÜD VƏZİ XƏRÇƏNGİNDƏ ORQANSAXLAYICI ƏMƏLİYATLARIN İSTİFADƏSİ 
 
Pərvin ƏLƏKBƏROVA 
 
İşin rəhbəri: dos. Tamara QULİYEVA 
 
Azərbaycan Tibb Universiteti, Onkologiya kafedrası 
 
Giriş: Süd  vəzi xərçəngi bütün dünyada, həmçinin Azərbaycanda bədxassəli şişlər arasında çox 
geniş yayılmışdır. Hal-hazırda süd vəzi xərçəngi hər 8 qadından birində rast gəlinir. Təəssüf ki, bir çox 
qadın süd vəzi  xərçəngi olduğunu artıq xəstəlik çox irəlilədiyində ya da müalicə edilə bilməz bir hala 
gəldiyində fərq edir. Halbuki erkən diaqnozla süd  vəzi  xərçənginin müalicəsində qəti bir nəticə alına 
bilər.  Beləki,aparılan  kliniki,  instrumental  müayinələr  (mammoqrafiya,  ultrasəs  müayinəsi)nəticəsində 
süd  vəzi  xərçəngini  erkən  mərhələdə  aşkarlamaq  mümkündür.Belə  olduqda  bu  qadınlara 
mastektomiya əməliyyatı deyil,  orqansaxlayıcı əməliyatlar icra etmək mümkün  olur. 
Tədqiqatın məqsədi: Süd vəzi xərçəngində orqansaxlayıcı əməliyyatların üstünlüyü. 
Material  və  metodlar:  Azərbaycan  Tibb  Universirtetinin  Onkoloji  Klinikasına  son  iki  il  ərzində 
süd  vəzi  xərçənginin  erkən  mərhələsində    müraciət  etmiş  212    xəstədən  96  xəstəyə  orqansaxlayıcı  
əməliyyat  icra  olunmuşdur.Beləki  bu  xəstələlərə  daha  çox  vertikal  mammoplastika  qoltuqaltı 
limfodisseksiya  ilə,  kvadrantektomiya  qoltuqaltı  limfodisseksiya  ilə,  radikal  rezeksiya  tətbiq 
olunmuşdur.Bu  əməliyyatlara  göstəriş  üçün    süd  vəzi  xərçəngi  ilə  müraciət  etmiş  xəstədə  törəmənin 
lokalizasiyası,  törəmənin,  süd  vəzinin  ölçüsü,  şişin  immunohistokimyəvi    statusu,  şişin  qradasiya 
dərəcəsi və xəstənin yaşı , yanaşı xəstəlikləri çox önəmlidir. 
Nəticə:  Orqansaxlayıcı  əməliyyatların  rolu  həm  onkoloji  prinsiplərə  uyğun  olaraq  orqanın  şiş 
toxumasından    maksimum  azad  olunması,həmçinin  gözəl  estetik  nəticə  əldə  etməkdir.Burada  qızıl 
qayda onkoloji prinsipləri  unutmamaqdır.Son iki il  ərzində apardığımız mastektomiya ilə müqayisədə 
orqansaxlayıcı əməliyyatların residiv və metastazvermə ehtimalı eyni göstəriciyə malikdir. 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə