Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə28/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   24   25   26   27   28   29   30   31   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
77 
 
ENERJİ İÇKİLƏRİNİN NADİR AĞIRLAŞMASI - MƏDƏCİK TAXİKARDİYASI 
 
Fəridə EMİNLİ 
 
İş rəhbəri: Fərid ƏLİYEV 
 
ATU TTK, ÜRƏK DAMAR MƏRKƏZİ 
 
Açar sözlər: Enerji içkisi, mədəcik taxikardiyası, 
Giriş:  Mədəcik  taxikardiyası  (MT)  kardiovaskulyar  səbəbli  ölümlərin  əsas  səbəblərindən  olub, 
miokard  infarktı,  kardiomiopatiyalar,  miokardit  kimi  miokardda  baş  verən  struktur  dəyişiklikləri 
nəticəsində inkişaf edir. Bu yazıda isə enerji içkisi (Eİ) qəbulu ilə əlaqədar həyat üçün təhlükəli MT-dən 
əziyyət çəkən gənc təqdim olunacaq. 
Materiallar  və  metodlar:  28  yaşlı  kişi  ürəkdöyünmə  şikayətləriylə  müraciət  etmişdir.  Xəstə 
şikayətlərinin  Eİ  qəbulundan  sonra,  fiziki  aktivlikdən  asılı  olmadan  ortaya  çıxdığını  və  spontan 
sonlandığını  qeyd  etmişdir.    Qəbul  əsnasında  çəkilən  EKQ-də  və  monitor  müşahidədə  davamsız  MT 
epizodları  izlənilmişdir.  48  saatlıq  EKQ  Holter  monitorizasiyasında  çox  sayıda  davamlı  və  davamsız 
MT izlənilmişdir. Laborator analizlər norma daxilində olmuşdur. Kardiak MRT müayinəsində struktur 
dəyişikliyi  inkar  olunmuşdur.  Amiodaron  400mg\gün  fonunda  fiziki  yük  sınağı  aparıldı  və  MT 
izlənilmədi.  Amiodaron  istifadəsi  sonlandırıldı  və  Bisoprolol  2.5mq    2  dəfə  başlandı.  Bisoprolol 
müalicəsi  altında  aparılan  EKQ  Holter  monitorizasiyasında  və  fiziki  yük  sınağında  MT  izlənilmədi. 
MT-nin  Eİ  təsirindən  inkişaf  etdiyi  düşünüldü,  xəstə  Bisoprolol  2.5  mg  ilə  evə  yazıldı,  Eİ  qəbul 
etməməsi tövsiyə olundu. Ambulator təqiblərdə MT epizodu müşahidə olunmadı. 
Nəticə:  Eİ-lər  daha  çox  yeniyetmələr  və  gənclər  arasında  istifadə  oluan  və  tərkibində  yüksək 
dozada koffein, taurin, guarana və s. olan içkilərdir. Eİ istehsalçıları tərəfindən günlük 1 qutudan artıq 
istifadə olunmaması tövsiyə olunsa da, çox vaxt bu xəbərdarlıq ciddi qəbul olunmur. Təqdim etdiyimiz 
klinik  hal  "sağlam"  gəncdə  Eİ  qəbulu  nəticəsində  həyati  təhlükəli  fəsadların  yarana  biləcəyini 
göstərməsi  baxımından  əhəmiyyətlidir.  Tibbi  ədəbiyyatda  təqdim  etdiyimiz  xəstə  kimi  Eİ  qəbulu 
nəticəsində MT inkişaf edən, hətta ölümlə nəticələnən hallar bildirilmişdir. Bəzi ölkələrdə əlavə təsirləri 
səbəbi  ilə  satışı  qadağan  olunmuş  bu  içkilərlə  əlaqədar  gənclərimiz  arasında  maarifləndirici  işlərin 
aparılması  yeniyetmə  və  gənclərimizi  lazımsız  və  vaxtsız  ürək-damar  xəstəliklərindən  qorumaqda 
faydalı ola bilər. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
78 
 
МИОЭКТОМИЯ ПРИ ВЕХУШЕЧНОЙ ГКМП 
 
Шафаг МУСТАФАЕВА 
 
Научный руководитель:  Эльнур ИСАЕВ, Камран МУСАЕВ 
 
АМУ Учебно-Терапевтическая Клиника Сердечно-Сосудистый Центр 
 
Ключевые слова: верхушечная ГКМП, миоэктомия верхушки левого желудочка. 
Введение:  Гипертрофическая  кардиомиопатия  -  это  первичное  поражение  миокарда, 
характеризующееся  выраженной  гипертрофией  миокарда  левого  желудочка  (ЛЖ)  (реже  ПЖ), 
нормальными  или  уменьшенными  размерами  полости  ЛЖ,  значительным  нарушением 
диастолической  функции  желудочка  и  частым  возникновением  нарушений  сердечного  ритма. 
Верхушечная ГКМП очень редко встречающийся подтип ГКМП (3% больных с ГКМП).  
Материал и методы обследования: Женщина 28 лет обратилась в нашу клинику с жалобой 
на  ангинозные  боли  при  физической  нагрузке  продолжающиеся  в  течение  двух  лет,  а  также 
частыми  синкопами  после  физической  нагрузки.  На  ЭКГ  был  выявлен  синусовый  ритм, 
признаки  гипертрофии  ЛЖ  и  выраженные  отрицательные  зубцы  Т.  При  эхокардиографии 
(ЭХОКГ) толщина латеральной стенки ЛЖ (средняя и верхушечный сегмент) было равно 20  мм, 
толщина  нижней  стенки  15  мм,  перегородка  13  мм,  передняя  стенка  14  мм.  Гипертрофия 
апикального  сегмента  наиболее  выраженная  (24  мм).  Наблюдалась  гипертрофия  папиллярных 
мыщц.  Минимальная  обструкция  среднежелудочкового  сегмента.  На  фоне  добутаминового 
стресс  ЕХОКГ  обструкция  среднежелудочкового  сегмента  значительно  возросла  (градиент  30 
mmHg),  а  также  в  середине  теста  появились  ангинозные  боли  и  наблудался  пресинкоп. 
Пациентке  в  дальнейшем  была  назначена  медикаментозная  терапия,  методом  титрирования 
дозировка  была  максимализирована  (метопролол  200  мг/сутки).  На  фоне  оптимальной 
медикаментозной  терапии  жалобы  уменьшились  незначительно,  было  рекомендовано 
хирургическое  лечение  –  миоэктомия  верхушки  левого  желудочка.  В  2015  году  пациентке  была 
выполнена  данная  операция.    На  данный  момент  на  фоне  приема  медикаментозной  терапии 
(метопролол  200  мг  /сутки)  частота  ангинозных  болей  значительно  уменьшилась,  а  синкопов 
после физической нагрузки больше не наблюдалось.  
Заключение: 
1. В 2015 году впервые в Азербайджане была проведена миоэктомия верхушки левого 
желудочка. 
2. При неэффективности медикаментозной терапии показано хирургическое лечение 
верхушечной ГКМП. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
79 
 
KORONAR  YAVAŞ AXIN OLAN XƏSTƏDƏ  POLİSİTEMİYA VERA  XƏSTƏLİYİ 
 
Lalə BABAYEVA  
 
İşin rəhbəri : Sevinc NƏCƏFOVA  
 
1 saylı Klinik Tibbi Mərkəz, Kardiologiya şöbəsi 
 
Açar sözlər:Koronar angiografiya ,koronar yavaş axın, polisitemiya vera 
Giriş:Koronar yavaş axın koronar angioqgrafiya (KAQ) müayinəsi zamanı ciddi koronar arteriya 
xəstəliyi olmadan distal şaxələrdə kontrast maddənin ləngiməsidir. Səbəbi hələ də  tam bilinmir.Güman 
edilən    səbəbləri  endotel  disfunksiya,mikrovaskulyar  disfunksiya  ,preklinik  ateroskleroz,  kiçik  damar 
xəstəliyidir. Klinik olaraq anginoz ağrılarla müşayət oluna bilər.Polistemiya eritrositlərin mütləq sayıda 
artışıdır.Birincili,ikincili  və  idiopatik  olur.Simptomları  baş  ağrı,  qaşınma,  dəridə  qızartı,anginoz 
ağrılardır. 
Burada  anginoz  şikayətlərlə  müraciət  edən  ,KAQ  də  koronar  yavaş  axın    olan  və  Polisitemiya 
Vera diaqnozu qoyulan xəstəni təqdim edirik. 
Materiallar  və  metodlar:Son  bir  ildir  baş  ağrıları,üzdə  qızartı,tərləmə    şikayətləri  olan    və 
anamnezində  Hipertoniya,  Şəkərli  diabet  xəstəliyi  olan  59  yaşlı  qadın  xəstə  bir  aydır  yeni  yaranan  
anginoz ağrılar səbəbilə klinikamıza müraciət etmişdir. Fiziki müayinədəÜVS 78 v/dəq, AT 140/80 mm. 
Hg  .  EKQ-də    sinus  ritmi,  III  avF-də  neqativ  T  dişi  qeyd  olunur.  ExoKq-də  sol  mədəciyin  sistolik 
funksiyası  azalmışdır,(LVEF  40%),LV  divarları  diffuz  hipokinetik  müşahidə  olundu.  Laborator 
analizlərdə  Rbc -9.94 ,  Hgb-22.5, Hct -75.7%, PLT-479.1 ,kreatinin -155 Umol/l və abdominal  USM-də 
splenomeqaliya  qeyd edildi. Xəstəyə  KAQ  icra olundu.Ciddi koronar  yavaş axın  izləndi   və medikal 
müalicə qərarı verildi.Müayinə sonrası xəstənin sağ bud nahiyəsində hemotoma aşkarlandı.Hemotoma 
sonrası    xəstədə  qan  dəyərlərində    (  Hct-44%  ,Rbc-5.65,  Hb-13.1)  geriləmə  müşahidə  olundu    və 
şikayətləri azaldı.Xəstəyə Hemotoloq baxışından sonra  Polisitemiya Vera  diaqnozu qoyuldu və yavaş 
axının polistemiyaya bağlı olduğu düşünüldü. 
Nəticə: KAQ olunan xəstələrin 1-4%-də koronar yavaş axın(KYA) izlənilir.Klinik olaraq anginoz 
ağrılarla  müşayət  olunur.  Patafiziologiyasını  endotel  disfunksiya  ilə  əlaqələndirilir.PV  özlüyündə 
arterial,  venoz  tromboz  ehtimalını  artırır,  miokard  infarktı  (Mİ)    və  işemik  insult  ilə  izlənə  bilər. 
Trombozlar-qanın  reoloji  xüsusiyyətlərinin  dəyişməsi,  yüksək    hemotokrit,    artmış    trombosit  
aqreqasiyası,endotel disfunksiyası ilə izah olunur. Tibbi ədəbiyyatda  PV fonunda KYA izlənən  və Mİ  
olan 1 xəstə təqdim olunmuşdur. Bizim təqdim etdiyimiz  xəstədə  KYA və anginoz ağrılar PV ilə eyni 
zamanda  müşahidə  olunur.  PV-nın  KYA-a  səbəb  olmasını  hematoma  sonrası  xəstənin  şikayətinin 
azalması  təsdiq  edir.  Bu  səbədən  koronar  yavaş  axın  olan  xəstələrdə  PV  bir  səbəb  kimi  inkar 
olunmalıdır. 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə