Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə29/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   25   26   27   28   29   30   31   32   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
80 
 
İŞEMİK  İNSULT XƏSTƏLƏRİNDƏ  ESSENSİAL  ARTERİAL   
HİPERTENZİYA YANAŞI XƏSTƏLİK  KİMİ 
 
Afaq  BAĞIROVA, Nərmin  MOTUXOVA 
 
İşin rəhbəri: dos.Törə SADIQOVA  dos.Natavan HÜSEYNOVA 
 
ATU-nun   II Daxili  xəstəliklər kafedrası 
 
Açar sözlər : İşemik insult ,arterial hipertenziya , beyin qan dövranı sistemi 
Giriş  :  İşemik  insult  –qan  təchizatının  çatışmazlığı  nəticəsində  beynin  ocaqlı  (  fokal  )  zədələnməsindən 
əmələ  gələn  ,  24  saatdan  çox  davam  edən  və  ya  bir  sutka  ərzində  ölümə  gətirib  çıxaran  nevroloji  simptomların 
kəskin inkişafı ilə xarakterizə olunan sindromdır. Bütün halların 80% -də işemik insult karotid hövzədə , 20% - də 
isə vertebrobazilyar hövzədə baş verir . Çox hallarda arterial hipertenziya işemik insultun gedişinə yanaşı xəstəlik 
kimi qoşulur. Arterial hipertenziya həm də işemik insultun modifikasiya edilə bilən risk amillərinə daxildir. Kiçik 
kalibrli arteriyaların okkluziyası nəticəsində baş verən insult (lakunar insult) əsasən arterial hipertenziya xəstəliyi 
nəticəsində baş verir 
Tədqiqatın  məqsədi  :  Essensial  arterial  hipertenziyanın  işemik  insult  keçirmiş  xəstələrdə  yanaşı  xəstəlik 
kimi inkişafının müəyyən edilməsi . 
Müayinə və metod : ATU-nun Tədris – Terapevtik klinikasına 2015 – 2017 ci illərdə müraciət edən ,yaş 
həddi    28  -82  yaş  arası  ,  48-i    kişi    50-si    qadın  olmaqla    işemik  insultlu  98  xəstənin  xəstəlik  tarixlərinin 
retrospektik araşdırmasını apardıq . Anamnestik, instrumental  müayinələr  nəticəsində işemik insultlu xəstələrin 
51%-də yanaşı xəstəlik kimi essensial hipertenziya müşahidə edildi. 
 
İL 
Xəstə 
sayı 
Qadın 
Kişi      
Yaş həddi 
Essensial  
Hipertenziya (%) 
2015 
63 
29 
34 
28-32 
26  (41%) 
2016 
33 
19 
14 
31-80 
22  (66%) 
2017 



61-69 
2    (100%) 
 
 
Nəticə:  98  işemik  insult  xəstəsi  üzərində  apardığımız  çalışmada  essensial  hipertenziyanın  yanaşı  xəstəlik 
kimi  inkişaf  etdiyi  və  işemik  insult  riskini  artırdığı  qənaətinə  gəldik.  Bunu  bilərək,  işemik  insultlu  xəstələrdə  
trombozun müalicəsinə , arterial təzyiqin səviyyəsinə nəzarət edilməlidir. 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
81 
 
ATUREK - 5: Qastroenterologiya / Dermatologiya bölməsi 
 
MEDİAN ARCUAT  LİGAMENT  SİNDROM. 
KLİNİK MÜŞAHİDƏ 
 
Lamiyə BAXŞƏLİYEVA  
 
İşin rəhbəri:  dos. Nağdəli  ZAMANOV 
 
ATU  TTK ,  I Daxili xəstəliklər   kafedrası 
 
Açar  sözlər:    Median  arcuat  ligament  sindrom  ,  Qarın    kötüyü    sıxılma    sindromu,    Dunbar  
sindromu. 
Giriş:    Median  Arcuat  Ligament  (  İçəri    qövsü    bağ  )        diafraqmanın  əsasında    sağ    və  sol  
ayaqcığın    arxa  –  yan    hissəsində  ,  12   ci  döş   fəqərəsi      səviyyəsində    olan     bağdır.    İçəri  qövsü    bağ  
normada   qarın  kötüyündən yuxarıda yerləşib, aortanı  əhatə edir.  Lakin ,  normal  populyasiyanın   ¼ 
-ində içəri qövsü  bağqarın  kötüyünün   üzərindən keçərək  qarın  kötüyü  və  günəş  kələfini  sıxır .Bu  
şəxslərin    10  –  24%  -  ində    klinik    təzahür    olmasa    da  ,  1  %  -  ində    sıxılma    patolojidir    və      Median  
Arcuat  Ligament  sindrom  adlanır. Ən  çox  20-40  yaş  arasında , qadınlarda  olur. 
Tədqiqatınməqsədi: Laborator  və  diaqnostik  üsullarla  patologiya  aşkar  edilməyən epiqastral  
ağrılar   zamanı  MAL  sindromunun  araşdırılması  məqsədi  ilə    KT – angiqrafiyanın  əhəmiyyəti. 
Material  və metodlar:  67  yaşlı , kişi xəstə  yeməkdən  sonra  epiqastral  nahiyyədə  olan  kəskin  
ağrılardan,    ağrılara    görə    qida    qəbulundan    imtina    ,    çəki    itkisi    şikayətləri    ilə    Qastroenteroloji  
şöbəyə  yatırılmışdır.  Fiziki  müayinə  zamanı  :  qarın  yumşaq,  epiqastral  nahiyədə  həssaslıq  qeyd 
olunur.  Laborator    göstəricələr    normaldır.  Ağrının    etiologiyasını    araşdırmaq    uçun      Endoskopiya  , 
Kolonoskopiya  ,    USM    ,  KT      icra  olunmuş,    heç    bir    patologiya    aşkar    edilməmişdir.  Xəstədə  
mezenterik  işemiya  düşünülərək   KT - angioqrafiya icra  olundu. Nəticə:  Aortadan  başlanğıc  alan  
qarın  kötüyünün   proksimal  6mm   seqmentində    diafraqma  ayaqcığının   təzyiqinə  bağlı (  Median  
Arcuat  Ligament  sindrom)   nəzərə  çarpan  daralma  görülməktədir. Bunun   distalında  qalan  qarın  
kötüyü  isə  normal  diametrdədir.  Pankreas  başında  pankreas  şaxələri  nəzərə  çarpan  qıvrılmalar  
əmələ  gətirmişdir ( intravaskülar  təzyiq  artmasına  bağlı). 
Beləliklə,  xəstəyə  MALS diaqnozu  qoyuldu  və   cərrahi  əməliyyat icra  edildi:  MAL –ın  qarın  
kötüyünə  təzyiq  edən  hissəsinin  rezeksiyası. 
Nəticə:  Epiqastral  ağrı  ,  qida  qəbulundan  imtina ,  cəki  itkisi -  qastrit,  xora, kanser  və  s.  ilə  
yanaşı  MALS  ehtimalını  da  ağla  gətirməlidir. 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
82 
 
ANABOLIK STEROIDLƏRIN QƏBULU ZAMANI YARANAN TOKSIKI HEPATIT 
 
Səadət İSRAFİLLİ 
 
İşin rəhbəri: Dr. Cəfər ƏHMƏDOV 
 
ATU  TTK,  I Daxili xəstəliklər və reanimatologiya kafedrası 
 
Açar sözlər: Toksiki hepatit, anabolik steroidlər 
Giriş: Anabolik steroidlər ( anabolik – androgen steroidlər ) bədəndə testesteron və ya daha təsirli forması 
olan dihidrotestosteron təsirlərini təqlid edən dərmanlardır. Bu dərmanlar  hüceyrələrdə  protein  sintezini artıraraq 
toxumaların  inkişafını  stimullaşdırır.  Bu  dərmanlar  həmçinin  bədən  inkişafı  və  atletik  performansın  artırılması 
kimi  tibbi  olmayan  vəziyyətlər  üçün  də  istifadə  olunur.  Virilizasiya,  xolestatik  sarılıq,  qaraciyər  xərçəngi 
insidansını  artırmaq,  böyümənin  erkən  dayanması,  spontan  ereksiya,  su  və  duz  tutulmasına  bağlı  ödem, 
azospermiya kimi əlavə təsirləri vardır. 
Toksiki  hepatit  dərman  və  kimyəvi  maddələrə  bağlı  qaraciyər  iltihablanması  və  qaraciyər  funksiyalarının 
pozulmasıdır. Ən sıx görülən şikayətləri sarılıq, sidikdə tündləşmə, nəcisin rəngində açılma, ürəkbulanma, qusma, 
iştahasızlıq, qarın ağrısıdır. 
Tədqiqatın məqsədi: Anabolik steroidlərin istifadəsi zamanı yaranan toksiki hepatitlər haqqında öz kliniki 
və müşahidə və yanaşmalarımızı həmkarlarımızın nəzərinə çatdırmaqdır. 
Material  və  metodlar:  33  yaşlı  kişi  xəstə  20  gün  ərzində  əzələ  inkişaf  etdirmək  üçün  anaboik  steroid  ( 
Dianabol  )  istifadə  etmişdir.  Xəsənin  gözlərində  və  dərisində  sarılıq,  epiqastrik  nahiyədə  lokalizasiya  olunan  və 
son  iki  gündən  bəri  davam  edən  ağrı,  gündə  3  – 4  dəfə  az  –  az    qansız,  selikli  nəcis  ifrazı,  son  2  həftədə  6  kq 
arıqlama, gecə qaşıntıları, sidikdə tündləşmə, tenezmlər, açıq rəngli nəcis təyin olunmuşdur. ALT - 859 U/L, AST 
- 175 U/L, ALP - 103 İU/L, GGT - 153 İU/LT,  T.Bil - 12.7 mg/dl, D.Bil - 10.72 mg/dl; Anti HCV,HBs Ag , Anti 
– HBs, Anti – HBc İgM, Anti HCV, Anti HİV – neqatif. Xəstədə həmçinin autoimmun hepatit markerləri, dəmir – 
mis paneli, leptospira testi, CMV İgM, EBV İgM yoxlanıldı, göz müayinəsi aparıldı. Xəstəyə üst abdominal USM, 
portal  venaların  doppler  USM  müayinəsi,  ezofaqoqastroduodenoskopiya,  üst  –  alt  abdominal  dinamik  KT 
müayinəsi, sigmoidoskopiya, qaraciyərin parenxim biopsiyası  müayinələri aparıldı. 
Nəticə:  Xəstəyə  toksiki  hepatit  diaqnozu  qoyuldu.  Müalicəyə  (  ursodezoksixol  turşusu  250  mq  2x2,  Nac 
600 mq 3x1, xolestramin 3x1) başlanıldı. Müalicə fonunda xəstədə klinik,  instrumental, laborator olaraq  müsbət 
dinamika müşahidə edildi və 10 - 14 gündən sonra tam sağalma qeyd edildi. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə