Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə32/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   28   29   30   31   32   33   34   35   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
88 
 
KÜRƏK-BAZU PERİARTRİTİNİN MÜALİCƏSİNDƏ MAQNİTOTERAPİYA VƏ   
KİNEZOTERAPİYANIN MÜŞTƏRƏK TƏTBİQİ 
 
Çinarə HACIYEVA 
 
İşin rəhbəri: dos. Paşa MEHDİYEV 
 
ATU TTK, Fizioterapiya və İdman təbabəti kafedrası 
 
Açar sözlər:kürək-bazu periartriti,adheziv kapsulit,maqnitoterapiya, 
Kinezoterapiya. 
Giriş: Kürək-bazu periartriti ağrı ilə başlayan, kürək-bazu oynağında 
hərəkət  məhdudluğuna  gətirən  sindromdur.  Xəstəlik  adheziv  kapsulit,  skapulohumeral 
periartrit, Duplay periartriti kimi də adlandırılır. Yumşaq toxuma kontrakturasına bağlı olaraq hərəkət 
məhdudluğu  ilə  özünü  göstərir.  İkincili  isə  bir  çox  xəstəliklər-travmalar,  Şəkərli  Diabet,  hipertiroid 
fonunda  meydana  çıxır.  İnsulinə  bağlı  diabetik  xəstələrdə  daha  çox(36%)rast  gəlinir.  Bu  xəstələrdə 
adheziv kapsulitin əmələ gəlməsində mikroangiopatiya və qlikoliz olunmuş proteinlər əsas rol oynayır. 
Qadınlarda kişilərlə müqayisədə daha çox rast gəlinir.Xəstəlik 3 dövrdən ibarətdir: 
Kəskin  dövr(ağrılı  faza)-ağrının  şiddətli  olduğu,  çiyin  hərəkətlərində  məhdudluğun  başladığı 
dövrdür. Təxminən 3-8ay davam edir. 
Yarım  kəskin  dövr(adheziv  faza)-ağrı  bu  dövrdə  azalır,  lakin  hərəkət  məhdudluğu  artır,  4-6ay 
davam edir. 
Xronik dövr(revolvusiya fazası)-ağrı azalır, hərəkət məhdudluğu bərpa olunmağa başlayır. 
Məqsəd:  Kürək-bazu  periartriti  olan  xəstələrdə  maqnitotrerapiya  və  kinezoterapiyadan  istifadə 
etməklə ağrınıın azaldılması, hərəkət məhdudluğunun bərpa olunmasıdır 
Material  və  metodlar:  Kürək-bazu  periartriti  olan  10  xəstəyə  maqnitoterapiya  30 
deq.müddətində  hər  gün  olmaqla  10  sens  aparılmışdır.  Müalicə  BTL  aparatı  vasitəsi  ilə,  kürək  bazu 
nahiyəsinki əhatə etməklə silindrik induktorla, kontakt üsulla aparıldı. Bununla  yanaşı  kinezoterapiya 
da    tətbiq  olundu.  Kinezoterapiyada  isə  kontrakturanı  aradan  qaldırmaq  üçün  passiv,aktiv  gərmə  və 
Codman idman hərəkətləri verildi. 
Nəticə:  Kürək  bazu  periartriti  olan  10  xəstə  üzərində  10  günlük  müalicə  kursu  aparılmışdır. 
Müalicə  kursunun  sonunda  10  xəstədən  7-də  hərəkətin  həcmi  120  dərəcəyə  qədər  artmış,  qalan  3 
xəstədə isə ağrı azalmış, hərəkət isə 90 dərəcəyə qədər bərpa olunmuşdur. 
Yekun:  Kürək-bazu  periartriti  olan  xəstələrə  maqnitoterapiya  ayrılıqda  və  kinezoterapiya  ilə 
müştərək tətbiq olunduqda xəstələrin kliniki gedişində yaxşılaşma müşahidə olunmuşdur. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
89 
 
CƏRRAHİ ƏMƏLİYYATDAN SONRAKI ÇAPIQLARIN MÜALİCƏSİNDƏ LİDAZA 
ELEKTROFOREZİN TƏTBİQİ 
 
Mətanət MUSTAFAYEVA 
 
İşin rəhbəri: ə.e.x., prof. Əlişir MUSAYEV 
 
ATU TTK, Fizioterapiya və İdman Təbabəti kafedrası 
 
Açar sözlər: cərrahi çapıqlar,fiziki üsulların tətbiqi,lidaza elektroforez. 
Giriş:Çapıqlar    reparativ  regenerasiyanın  nəticəsində  əmələ  gələn,  fibroz  birləşdirici  toxumanın 
inkişafıdır.Çox  vaxt  sadəcə  kosmetik  deffekt  olub  ,  bəzi  hallarda  funksional  pozğunluğa  səbəb 
olur.Zədələnmiş sahədə relyef dəyişikliyi (böyük ölçüdə, qalın, rəng dəyişikliyi) nəzərə çarpır və ciddi 
kosmetik deffekt yaradır. Əgər çapıqlar oynaq nahiyyəsində olarsa kontrakturalara səbəb ola bilər. 
Çapıqların əmələ gəlməsində aşağıdakı mərhələlər var: 
1)epitelləşmə  2)şişkinləşmə  3)qalınlaşma  4)yumşalma 
Klinik olaraq atrofik, hipertrofik və  kelloid çapıqlar ayırd edilir. 
Cərrahi  əməliyyatdan  sonra  ən  çox  hipertrofik  çapıqlar  yaranır  və  dəri  səthindən  həlqəşəkilli 
qalxır, böyük sahəni əhatə edir və büküşlərlə örtülür. Onlar ən çox  üzdə, boyun nahiyyəsində , burun 
dodaq  büküşündə,  ağız  ətrafında    olur.Kelloid  çapıqlar  kiçik  olub  tədricən  daha  böyük  ölçülərə  çata 
bilir. Kelloid və hipertrofik çapıqların korreksiyası yumuşalma mərhələsində aparılır. 
Məqsəd:    Cərrahi  əməliyyatdan  sonrakı  çapıqların  müalicəsində  lidaza-  elektroforezin    istifadə 
olunması. 
Material  və  metodlar:  ATU-nun  Tədris  Terapevtik  Klinikasının  fizioterapiya  və  tibbi  bərpa 
şöbəsinə cərrahi əməliyyatdan sonrakı çapıqların müalicəsi  üçün 9 xəstə müraciət etmişdir.Çapıqlar  1 
xəstədə    üz  nahiyəsində,  2  xəstədə    boyun  nahiyyəsində,  6  xəstədə    isə  qarın  nahiyəsində  olmuşdur. 
Xəstələrin  hər  birinə  ,  kursu  15  gün  olmaqla,  bir  ay  fasilə  ilə  3    kurs  elektroforez  müalicəsi  (28-64  TV 
lidaza anoddan, verilən cərəyanın  şiddəti üz nahiyyəsində 1-2 m A/sm2, boyun və qarın nahiyyəsində 
10mA/sm2  )  aparılmışdır.  Müalicə  köndələn  üsulla  aparılmışdır.  Elektroforezlə  yanaşı  xəstələrə  çapıq 
nahiyyəsinə  parafin  applikasiyası  olunmuşdur.  Aparılan  müalicələrin  sonunda  çapığın  ölçüləri 
xəstələrdən  3-də  40%,  2-də  50%,4-də  isə    65%  kiçilmiş  və  konsistensiyası  yumşalmışdır,  rəngi 
solğunlaşmışdır. 
Nəticə:  Aparılan  tədqiqat  nəticəsində  cərrahi  əməliyyatdan  sonrakı  çapıqların  müalicəsində 
lidaza ilə elektroforez  müalicəsinin effektivliyi müəyyən olunmuşdur. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
90 
 
NEYROLEYKEMİYA 
 
Sevinc Nəbiyeva 
 
İşin rəhbəri: Valeh Hüseynov 
 
ATU TTK, HEMATOLOGYA ŞÖBƏSİ 
         
Açar  sözlər : Neyroleykoz , BOM  infiltrasiyası. 
Giriş:  Neyroleykemiyaleykemiyaların      ağırlaşmalarından  biridir.    Neyroleykemiya-  blast 
hüceyrələrin    HEB-i    keçərək  MSS-nə  infiltrasiyasıdır  .  Subklinik  dövrdə  MSS  profilaktikası  icra 
olunmayan ALL xəstələrində 50 %  , AML xəstələrində 5-15 %  , Burkit limfomada 19 % hallarda  rast 
gəlinir . Klinik  əlamətlər -intrakranial  təzyiqin  artması əlamətləri  (baş ağrısı, qusma, göz dibi ödemi, 
baş  gicəllənməsi)  ,  parenximal    zədələnmə  əlamətləri  (hemiparez,  kranial  sinir  iflicləri  ,  qıcolmalar  , 
yerimə  pozğunluğu,müvazinət  pozğunluğu  )  ,  hipotalamik  sindrom    (  polifagiya  ,  çəkinin  artması, 
hirsutizm ) , hipofiz vəzin arxa payının zədələnməsi nəticəsində - diabetes insipidus , BOM  infitrasiyası  
nəticəsində  -  kürək  və  ayaq  ağrıları  ,  zəiflik    ,  uyuşmalar    ,  MSS-də  qanaxmalar  .    Ən  çox  VII  sinir 
zədələnməsi,  nadir  hallarda    III  və    VI    sinirlərin  zədələnməsi  müşahidə  edilir.  1  tərəfli    kranial  sinir 
zədələnməsi  2 tərəfli  zədələnmələrdən daha çox  rast gəlinir. 
Diaqnozu : BOM-da hər mikrolitrdə leykosit sayı  5-dən çox olur, BOM sentrifuqa nümunəsində 
blast  hüceyrələr    görülür,    kontrastlı    MRT    müayinəsi  aparıla  bilər  (  Leykoz  infiltrasiyasına  bağlı 
kranial  sinir  zədələnməsi    nadir    hallarda  görülə  bilər).    Müalicəsi  və  Profilaktikası  -2-li  terapiya 
(Metotrexate,  Hidrokartizon  ),  3-lü  terapiya    (  Metotrexate,  Hidrokartizon,  Sitozin  arabinozid), 
radioterapiya    (  MSS  zədələnməsi  əlamətləri  ilə  başlayan  leykozlarda,  kimyəviterapiyaya  erkən  cavab 
verməyən  xəstələrdə) 
Klinik müşahidə:  16 yaşlı xəstə  (qız) 23.01.2017 tarixində sağ tərəfli üz siniri iflici əlamətləri ilə 
(sağ  qaşın  hərəkətsizliyi  ,  üzün  sol  tərəfə  dartılması,  sağ  tərəfli  mimiki  əzələlərin  parezi  )  müraciət 
etmişdir  .  Xəstə  bu  müddətə  qədər    Hematologiya  şöbəsində  B-ALL  diaqnozu  ilə  4  kurs  kimyəvi  
terapiya      və    4  dəfə  MSS  profilaktikası    müalicələri  almışdır.  Xəstəyə    lumbal  punksiya  icra  olundu  , 
müayinə üçün BOM götürüldü , intratekal olaraq Metorexate 12 mg , Sitarabin 70  mg , Dexametazon 4 
mg  yeridildi.  BOM-un  nəticəsi:  Leykosit-794/mkl,  LDH-176  U/L,  qlükoza-46  mg/dl,  total  protein-32.8 
mg/dl.  Xəstəyə  eyni    zamanda    kimyəviterapiya  başlandı.    5  gün  sonra  xəstədə  klinik  əlamətlərdə 
müsbət dinamika izləndi. 1 həftə sonra lumbal punksiya təkrarlandı, BOM müayinəsində leykosit sayı 
2-yə enmişdir.  Xəstə 03.02.2017 tarixində yaxşılaşma ilə evə yazıldı . 
Nəticə:  Proqnozu  pisdir.    MSS-nin    profilaktikasına  baxmayaraq    zədələnmə  müşahidə  edilə 
bilər.    Nevroloji    dəyişikliklərin  erkən  diaqnozu  və  müalicəsi  həyat  keyfiyyəti  və  ölüm  baxımından 
önəmlidir. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə