Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə35/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   31   32   33   34   35   36   37   38   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
95 
 
 
 
 
Qrafik 2. PTH-ın müalicədən əvvəl və müalicədən sonra səviyyəsi 
 
 
 
0,00 
100,00 
200,00 
300,00 
400,00 
500,00 
600,00 
qrup 1 
qrup2 
qrup 3 
qrup 4 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
96 
 
DİABET  NEFROPATİYASI  NƏTİCƏSİNDƏ    BAŞ VERƏN   BÖYRƏYİN  XRONİK XƏSTƏLİYİ 
ZAMANI ENDOTELİUMUN DİSFUNKSİYASI 
 
SəbinəMİKAYILOVA,  Leyla SƏFƏRLİ 
 
İşin rəhbəri: prof. Mehman AĞAYEV, dos. İradə MƏMMƏDOVA 
 
ATU TTK, Terapevtik və Pediatrik Propedevtika kafedrası 
 
Aktuallıq.  Endoteliumun  funksiyasının  diabet  nefropatiyası  nəticəsində  müşahidə  edilən 
böyrəklərin  xronik  xəstəliyi  (BXX)  zamanı  pozulması  (endoteliumun  disfunksiyası)  patoloji  vəziyyətə 
təsir  edən  ürək-damar  sistemi  ağırlaşmalarının  baş  verməsində  mühüm  faktorlardan  biri  olduğundan 
onun öyrənilməsinin böyük əhəmiyyəti vardır. 
Məqsəd.Diabet  nefropatiyası  xəstələrində  kardiorenal  sindrom  zamanı  endothelium 
disfunksiyasının xüsusiyyətlərinin öyrənilməsi tədqiqatın məqsədi seçilmişdir. 
Material  vəmetodlar.Müşahidə  altına  BXX  ilə  46  xəstə  (19  kişi,  27  qadın)  42-71  yaşında 
götürülmüşdür. 8 xəstədə 2-ci mərhələ,11-3-cü mərhələ 12-4-cü mərhələvə 15 müşahidədə 5-ci mərhələ 
BXX təyin olunmuşdur. 26 xəstədə müxtəlif dərəcəli  ürək çatışmazlığı aşkar edilmişdir. Endoteliumun 
funksional  vəziyyəti  yüksək  həlletmə  qabiliyyətinə  malik  ultrasəs  cihazı  vasitəsilə  Celermajer  D.S. 
(1992)  təklif  etdiyi  metod  ilə  bazu  arteriyasının  işemiya  nəticəsində  diametrinin  dəyişməsi 
(reaktivhiperemiya)  –  endotheliumdan  asılı  vazodilatasiya  (EAVD)  və    nitroqliserindən    sonar  
endoteliumdan  asılı  olmayan  vazodiltasiya  (EAOVD)  görə  qiymətləndirilmişdir.  Müayinədən  qabaq 
xəstə  ən  az  10  dəq  horizontal  vəziyyətdə  olmalıdır.  Başlanğıcda  bazu  arteriyasının  (BA)  diametric  və 
qancərəyanının maksimal xətti sürəti təyin edilir.BA ultrasəs müayinəsi Mindrey şirkətinin Z6 ultrasəs 
cihazında  7.5  M tezlikli    ötürücü  ilə  aparılmışdır.  Arteriyanın  diametric  fiksasiya  olunmuş  vəziyyətdə 
orta  və  adventisiya  qatları  arasından  ölçülmüşdür.  Müayinə  3  dəfə  aparılıb  orta  rəqəm  tapılmışdır. 
Sonra  RH  (reaktiv  hiperemiya)  sınağı  aparılır.Bunun  üçün  lokasiya  olunan  yerdən  yuxarı 
sfiqmomanometrin  manjeti  qoyulur  və  onda  təzyiq  maksimal  arterial  təzyiqdən  50  mm  c.süt.-naqədər 
qaldırılır. Qancərəyanı belə halda 5 dəq dayandırılır. Havanıburaxmazdan30 ”qabaq bazuarteriyaslının 
diametric diastole fazasında ölçülür. Havanı buraxandan dərhalsonra 15 ’’ ərzində (reaktiv hiperemiya 
fazası) qan cərəyanı  yazılır  və 60 san müddətində BA diametric təyin edilir. 15 dəq istirahətdən sonra 
BA  ilkin  diametric  bərpa  olunduqdan  sonar  sakit  halda  onun  şəkli  çəkilir  sonar  xəstəyə  500  mkq 
nitroqliserin verilir.Sonra 5 dəq müddətində BA diametri monitor olunur. Hərşəkildə 4 ürək sikli analiz 
olunur  və  alınmış  rəqəmlərin  orta  həddi  t  apılır.  BA  diametric  qancərəyanı  kəsildikdə,  RH  sonra,  NQ 
qəbulundan sonar qiymətləndirilərək ilkin göstəriciyə görə dəyişiklik %-lə hesablanır. Yadda saxlamaq 
lazımdırki,  genişlənmə  dərəcəsi  ilkin  diametrə  proporsional  olur,  xüsusən  bu  6  mm  çox  olduqda 
nəzərəalınması vacibdir. 
Nəticələr.Bütün  xəstələrdə  kreatinin  səviyyəsinin  yüksəlməsi  ilə  yanaşı  hiperxolesterinemiya 
(6,9±2,3q/l),  hipoalbuminemiya  (2,2±0,3  q/l),  hiperurikemiya  müşahidə  edilmişdir.  Bazu  arteriyasının 
diametric  xəstələrdə  nəzarət  qrupunun  göstəricilərindən  az  fərqlənmişdir(nəzarət  qrupunda  4,3±0,78; 
xəstələrdə 4,4±0.79). Nitroqliserin qəbulundan sonar arteriyanın diametri 10,19 ±2,3% artmışdır.Bununla 
yanaşı  EAVD  göstəricisi  xəstlərdə  bazu  arteriyasında  6,7±0,7%  artması  ,nəzarətqrupunun 
müvafiq  gostəricilərində  (13,2±1,1%)  aşağıolmuşdur.  Alınmış  nəticələr  BXX  zamanı  dializ  önü  dövrdə 
orqanizmdə  relaksasiyaedici  agentlərin  qatılığının  azalmasıvə  dammar  divarının  onları  genişlədirən 
stimullara  qarşı  həssaslığın  enməsi  nəticəsində  cavab  reaksiyasının  ləngiməsi  nəticəsində  yayılmış 
EAVD-nın  qeyri  adekvat  pozğunluqları  müşahidə  edilir.  Vazokonstriktor  faktorların  artması 
nəticəsində bəzi xəstələrdə hətta paradoksal reaksiya da müşahidə edilir . 
Yekun.Böyrək  xəstəlikləri  zamanı ürək-damar ağırlaşmalarının başverməsində əsas patogenetik 
proses olan endotel disfunksiyasının dayandığı aydın olur. Alınmış nəticələr BXX ilə ağırlaşmış diabet 
nefropatiyası  zamanı  renoprotektiv  vəkardioprotektiv  patogenetik  müalicə  tədbirlərinin  hazırlanması 
əsas 
kimi 
götürülərək 
kompleks 
tədbirlərin 
həyata 
keçirilməsi 
xəstəliyin 
proqnozunu 
yaxşılaşdırılmasına imkan verə bilər. 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
97 
 
 
UŞAQLARDA HİDRONEFROZ VƏ ONUN DİGƏR PATOLOGİYALARLA MÜŞTƏRƏK RAST 
GƏLİNMƏSİ ZAMANI APARILAN PLASTİK REKONSTRUKTİV ƏMƏLİYYATLARIN 
EFFEKTIVLIYI 
 
Tamerlan ƏZİZOV 
 
İşin rəhbəri: prof.  Eldar HÜSEYNOV 
 
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutu, Urologiya kafedrası. 
 
Giriş.  Hidronefroz  böyrəyin  anadangəlmə  pelviouretral  seqmentinin  xəstəliyi  olub,  sidik  axınının 
pozulması  və  hidrostatik  təzyiqin  yüksəlməsi  nəticəsində  kasacıq-ləyən  sisteminin  daimi  genəlməsi, 
böyrək  fəaliyyətinin  pisləşməsi  və  parenximanın  proqressiv  atrofiyası  ilə  xarakterizə  olunur.  Bəzi 
hallarda  ureterohidronefroz  və  transformatik  hidronefroz  (  əlavə  damarlar,  sidik  yollarının  inkişaf 
qüsurları, iltihabi proseslər,  sidik daşı, travmatik zədələnmələr, peritonaraxası fibroz və s.) tipində rast 
gəlinir.        Hidronefrozun  kasa  ve  ləyən  sisteminin  genişlənməsinə  və  klinik  əlamətlərinə  əasasən  4 
dərcəsi ayırd olunur. Hidronefroz-1- böyrəyin  ləyəninin genəlməsi, hidronefroz-2-böyrək  ləyəninin  və 
kasacıqlarının  genəlməsi,  hidronefroz-3-  ləyən  və  kasacıqarın  genəlməsi,  parenximanın  ½-ə  qədər 
azalması,  hidronefroz-4-kasacıqlar  və  ləyənin  genəlməsi,  parenximanın  ½-dən  artıq  nazilməsi.  Bu 
inkişasf qüsuru bir və ikitərəfli ola bilər.  Adətən soldan sağa nisbətən çox rast gəlinir.   
İşin  məqsədi.  Hidronefroz  və  onun  digər  patologiyalarla  birlikdə  rast  gəlindiyi  xəstələrdə      aparılan 
cərrahi müalicə  prinsiplərini, effektivliyini araşdırmaq. 
Material və metodlar.   Son 7 ay ərzində M.Cavadzadə adına Uroloji klinikada 2-ci dərəcəli hidronefroz 
14 xəstə (8 açıq və 6 qapalı forma), 3-cü dərəcəli hidronefroz 26  xəstə (açıq 10,  qapalı forma 16), 4-cü 
dərəcəli  hidronefroz  3  xəstə  (qapalı  forma)  cərrahi  müdaxiləyə  məruz  qalmışdır.  Nəzarətimizdə  olan 
hidronefrozlu  uşaqlardan  3  xəstədə  birincili  obstruktiv  meqaureter,  6  xəstədə  isə  3-4-cü  dərəcəli 
sidiklik-sidik  axarı  reflüksu,  2  xəstədə  yeganə    sol  böyrəyin  hidronefrozu  və  birincili  obstruktiv 
meqaureteri  aşkar  olundu.  Yaş  həddi  6  aylıq-7  yaş  intervalında  olmuşdur.    Xəstələrin  32-si  (74,4%) 
oğlan, 11-i-si (25,5%) qız olmuşdur. Ultrasonoqrafiya, ekskretor uroqrafiya, kompyuter tomoqrafiya icra 
olunmuşdur. 
Müzakirə.    Aparılan  araşdırmalarda  aşkar  etdik  ki,  xəstələrin  15%-də  hematuriya,  ağrının  göbək  və 
qarın  nahiyyəsinə  irradiyasiya  etməsi  ,  56%-də  ürək  bulanma  və  qusma,  23%-də  atipik  gediş,  11%-də 
raxitik əlamət müəyyən olundu.  
Ümumilikdə 43 xəstədən 30-u açıq, 13-ü qapalı üsulla cərrahi müdaxiləyə məruz qalmışdır. 33 xəstədə 
ləyən  rezeksiya  olunmadan,  7  xəstədə  rezeksiya  olunmaqla  anastomoz  yaradılmışdır.  3  xəstədə 
nefrektomiya  əməliyyatı  icra  olunub.  40  xəstədə  əməliyyat  zamanı  stent  tətbiq  olunmuşdur, 
əməliyyatlar  venadaxili  anesteziya  ilə  icra  olunub.  Uzaq  nəticələrdə  4  xəstədə  (3-cü  dərəcəli)    residiv 
olduğu üçün təkrari əməliyyata məruz qalmışlar. 
Nəticələr:  Uzun  müddət  konservativ  müalicə  alan  lakin  nəticəsi  olmayan  2,  3-cü  dərəcəli  hidronefroz 
xəstələrinin  cərrahi  əməliyyatdan  (Andersen-Haynts  üsulu)  sonra  həyat  qabiliyyətləri  xeyli 
yaxşılaşmışdır. Qapalı  üsulla aparılan  ureteropieloplastika əməliyyatı xəstələrin tez sağalmasına şərait 
yaradır,  lakin  yüksək  cərrahi  bacarıq  tələb  edir.  Cərrahi  müdaxilənin  effektivliyi  4  bal  sistemi  ilə 
qiymətləndirilmişdir;  əla,  yaxşı,  qənaətbəxş,  qeyri-qənaətbəxş.  2-ci  dərəcəli  hidronefroz  olan  14 
xəstədən 5-sı əla, 6-sı yaxşı, 2-si kafi, 1-i qeyri-kafi, 3-cü dərəcəli hidronefroz olan 26 xəstədən 5 əla, 16 
yaxşı, 3 qeyri-kafi, 2 kafi olmuşdur.  
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə