Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə30/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   26   27   28   29   30   31   32   33   ...   91

 
96 
Hüseynqulu xan qələbədən sonra Üşnəviyyə gəlir. Üşnəviyyə 
hakimi  Qasım  sultan  Zərza  onu  qarşılayıb,  Urmiyaya  ötürür.  Bir 
qəbiristanlığın yanından ötəndə Hüseynqulu xan soruşdu: 
-Qasım  sultan,  bu  nə  qəbiristanlıqdı?  Niyə  bu  kökdədir? 
Abadlığa fikir vermirsən. 
Qasım sultan qayıtdı: 
-Qurban,  bu  «Avşar  qəbiristanlığı»dı.  Məhəmmədqulu  xanla 
savaşda zərzalar avşarları qırıb-tökmüşdülər. Yiyəsiz qalan avşarları 
necə gəldi basdırıblar. 
Hüseynqulu xan cinləndi: 
-Tutun bu qurumsağı! Urmiyada sizdən istəyəcəyəm. 
Urmiyada  Hüseynqulu  xan  Qasım  sultan  Zərzanı  falaqqaya 
saldırıb, o ki var çubuqlatdırdı… 
Hüseynqulu  xan  1805-ci  ildə  qoşunun  başında,  Azərbaycan 
ordusunun tərkibində İrəvan səfərində iştirak etmişdi. 
Hüseynqulu  xan  Avşar  qoşununun  başında,  İsmayıl  xan  Qa-
carla  Gəncə  və  Tiflis  yürüşlərinə  qatılmışdı.  Abbas  mirzə  onlara 
əmr vermişdi ki, Gəncəni alandan sonra Tiflisə yollanıb, oranı qay-
dasına  salsınlar.  Rus  komandanı  Şaft  Tiflis  şəhərində  əyləşib,  İran 
qoşunlarına qarşı təxribat yaradırdı. Hüseynqulu xangil Tiflis şəhə-
rinin iki mənziliyinə çatırlar. Bu qoşunun hərbi  taktikası və strate-
giyası  Əsgər  xan  və  qardaşı  Əbdüssəməd  xan  tərəfindən  düzənlə-
nirdi. Onlar qoşunu yoxlayıb, sahman yaratdılar. Avşar qoşunu irəli 
hücum  edib,  rus  qoşunlarını  darmadağın  etdilər.  Rus  toplarını  ələ 
keçirib, öncə Gəncəyə, Gəncədən İrəvana, ordan da İrana apardılar. 
Hüseynqulu xan 1821-ci ilədək Urmiyanın hakimi olmuşdu. 
Hüseynqulu xanın Nəcəfqulu xan, Məhəmməd xan, Xudadad 
xan,  Məhəmmədqasım  xan,  Məhəmmədmusa  xan,  Rzaqulu  xan, 
İmamqulu xan adlı oğulları, Bəyim xanım adlı qızı vardı. 
 
 


 
97 
Nəcəfqulu xan Qasımlı-Avşar 
 
Nəcəfqulu  xan  Hüseynqulu 
xan  oğlu  Urmiya  şəhərində  ana-
dan  olmuşdu.  Mükəmməl  saray 
təhsili almışdı. 
Nəcəfqulu  xan  1821-ci  ildə 
Urmiyanın hakimi təyin olunmuş-
du.  B.  Nikitin  yazır:  «Atası  bəy-
lərbəyi  Hüseynqulu  xan  Salmas 
və  Urmiya  karvanlarını  yağmala-
yan  Albak  kürdlərinin  bölgədə 
yaratdıqları  qarmaşaya  bir  son 
vermək  və  düzəni  yenidən  yarat-
maq  üçün,  ölən  sədrəzəm  Mə-
həmmədhüseyn  xan  İsfahaniyə 
yerinə keçməli  olan  adamı saraya 
gətirilməsini əmr etdi, lakin 1236-
cı ildə öldü». 
Abbas  mirzə  1827-ci  ildə  Urmiyaya  gəlmişdi.  “Şahzadə  Ur-
munun hökumətini Nəcəfqulu xan Avşara tapşırdı. Şaha çatdırmaq 
üçün  bir  məktub  yazıb,  qardaşı  Qasım  mirzəyə  verib,  Tufarqana 
yola düşdü. Şahzadə Tufarqana gedərkən sadəcə beş yüz süvari ya-
nına  aldı.  Qalan  kiçik  qrupunda  komandanlığı  Mərhəmətabadda 
Bəhram  mirzəyə  buraxdı.  Şahzadə  öz  qrupuna  Məhəmməd  xan 
əmirintizam,  İbrahim xan Sərdar, Fətəli xan və oğlu  Xosrov mirzə 
kimi bəzi önəmli komandanları da aldı. Şahzadənin sağlıq durumu 
çox  ağır  olduğu  üçün  təxt-i  rəvanla  səfər  etmək  zorunda  qalmışdı. 
1827-ci ilin noyabr ayı idi”. 
Nəcəfqulu xan 1865-ci ilədək Urmiyanın hakimi olmuşdu. 
 
 


 
98 
Məhəmməd xan Qasımlı-Avşar 
 
Məhəmməd xan Hüseynqulu xan oğlu Urmiya şəhərində ana-
dan  olmuşdu.  Mükəmməl  saray  təhsili  almışdı.  Qacar  ordusunun 
yüksək rütbəli zabitlərindən idi. 
 
 
III Xudadad xan Qasımlı-Avşar 
 
Xudadad xan Hüseynqulu xan oğlu Urmiya şəhərində anadan 
olmuşdu. Mükəmməl saray təhsili almışdı. Qacar ordusunun yüksək 
rütbəli zabitlərindən idi. 
 
 
II Məhəmmədqasım xan Qasımlı-Avşar 
 
Məhəmmədqasım xan Hüseynqulu xan oğlu Urmiya şəhərin-
də anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Qacar ordusu-
nun yüksək rütbəli zabitlərindən idi. 
 
 
III Məhəmmədmusa xan Qasımlı-Avşar 
 
Məhəmmədmusa xan Hüseynqulu xan oğlu Urmiya şəhərində 
anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Qacar ordusunun 
yüksək rütbəli zabitlərindən idi. 
 
 
II Rzaqulu xan Qasımlı-Avşar 
 
Rzaqulu xan Hüseynqulu  xan oğlu  Urmiya şəhərində anadan 
olmuşdu. Mükəmməl saray təhsili almışdı. Qacar ordusunun yüksək 
rütbəli zabitlərindən idi. 


 
99 
II İmamqulu xan Qasımlı-Avşar 
 
İmamqulu  xan  Hüseynqulu  xan  oğlu  Urmiya  şəhərində  ana-
dan  olmuşdu.  Mükəmməl  saray  təhsili  almışdı.  Qacar  ordusunun 
yüksək rütbəli zabitlərindən idi. 
 
 
Həsən xan Avşar 
 
Həsən xan Allahyar xan oğlu Urmiya şəhərində doğulmuşdu. 
Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Sonra  Hərbi  məktəbdə  oxu-
muşdu. 
Həsən  xan  Avşar  Darai  Adyutantbaşı  və  Seyfüssəltənə  və 
Vəziri-Nizam və Sərdari-küll titullarına malik idi. 
O, 1284-cü (1867) ildə Azərbaycandan Tehrana gəlir, Xərqan 
polkunun  yavəri  vəzifəsinə  təyin  edilir.  Mədrəsədə  h.q.  1292-ci 
(1875)  ildə  hərbi  təhsilini  bitirdikdn  sonra  Kermanşah,  Fars  və 
Gürganda xidmət edir, Astrabada göndərilir. Atası Allahyar xan h.q. 
1304-cü (1886) ildə vəfat etdikdə onun rütbə və vəzifəsi Həsən xan 
Avşara verilir və o, bütün ordunun Adyutantbaşı təyin  edilir. Eyni 
zamanda Xərqan və Avşarların 2 alayı və 300 nəfər atlı dəstəsi onun 
ixtiyarına verilir. 
Həsən  xan  h.q.  1309-cu  (1891)  ildə  Seyfüddövlə,  1315-ci 
(1897) ildə Vəziri-nizam, 1324-cü (1906) ildə Sərdari-küll titullarını 
alaraq, Azərbaycan qoşunlarının rəisi təyin edilir. 
Həsən xan 1336-cı (1917) ildə vəfat etmişdir. 
Həsən xanın Yarməhəmməd xan adlı oğlu vardı. 
 
 
Yarməhəmməd xan Avşar 
 
Yarməhəmməd xan Avşar bir çox titullara və vəzifələrə malik 
olmuşdur:  Seyfüssəltənə,  Adyutantbaşiyi-küll,  Salari-səid,  Sərdari-
səid  və  Sərdari-küll.  Yarməhəmməd  xan  h.q.  1297-ci  (1880-ci  ildə 
anadan olmuşdur. O, Adyutantbaşı Həsən xanın oğlu, Allahyar xanın 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə