39
ilə bağlı fəaliyyətlər, yaşayış yeri və ya peşə təşkilatı üzrə
qeydiyyat tələbləri istisna olmaqla, həmin dövlətdə vəkillər
üçün nəzərdə tutulmuş qaydalara əsasən həyata
keçirilməlidir;
(b) bu fəaliyyətləri həyata keçirən vəkil mənsub olduğu
ölkədəki öhdəliklərinə xələl gəlməməsi şərtilə digər üzv
ölkənin peşə davranış qaydalarına riayət etməlidir;
(c) bu fəaliyyətlər Birləşmiş Krallıqda həyata keçirildiyi halda,
“digər üzv ölkənin peşə davranış qaydaları” dedikdə,
barristerlərin və vəkillərin müstəsna səlahiyyətində olan
fəaliyyətlər istisna olmaqla, solisitorlara şamil olunan peşə
davranış qaydaları başa düşülür. Digər hallarda, barrister
və vəkillərə şamil ounan peşə davranış qaydaları tətbiq
edilir. Lakin İrlandiyadan olan barristerlərə hər zaman
Birləşmiş Krallıqda barrister və vəkillərə şamil olunan peşə
davranış qaydaları tətbiq olunur. Bu fəaliyyətlər
İrlandiyada həyata keçirilərsə, “digər üzv ölkənin peşə
davranış qaydaları” məhkəmə çıxışlarını tənzimlədiyi halda
barristerlərə şamil olunan peşə davranış qaydalarını ifadə
edir. Bütün digər hallarda solisitorlara şamil olunan peşə
davranış qaydaları tətbiq edilir. Lakin Birləşmiş Krallıqda
olan barristerlərə və vəkillərə hər zaman İrlandiyada
barristerlərə şamil olunan peşə davranış qaydaları tətbiq
olunur; və
(d) yuxarıda (a) bəndində göstərilənlərdən başqa fəaliyyətləri
həyata keçirən vəkil digər üzv ölkədə vəkilliyi tənzimləyən
qaydalara, xüsusilə həmin ölkədə vəkilliklə bir araya
sığmayan fəaliyyət, peşə məxfiliyi, digər vəkillərlə
münasibətlər, maraqları toqquşan tərəflərin eyni vəkil
tərəfindən təmsil edilməsinə qoyulan qadağa və ictimailiklə
bağlı qaydalara, mənbəyindən asılı olmayarq, hörmət
etmək şərtilə öz mənsub olduğu ölkənin peşə davranış
qaydalarına və tələblərinə riayət etməyə davam etməlidir.
Bu qaydalar o halda tətbiq olunur ki, digər üzv ölkədə daimi
fəaliyyət göstərməyən vəkil tərəfindən onlara riayət
40
edilməsi mümkündür və onlara riayət olunması həmin
ölkədə vəkilin fəaliyyətlərinin düzgün həyata keçirilməsi,
vəkilliyin nüfuzu və vəkilliklə bir araya sığmayan fəaliyyətlə
bağlı qaydaların təmin edilməsi üçün obyektiv baxımdan
əsaslıdır.
Vəkil Təsisatı Direktivi Avropa Birliyi sazişinin 43-cü maddəsinə
uyğun olaraq digər üzv ölkədə daimi əsaslarla fəaliyyət göstərən
vəkilin riayət etməli olduğu qaydalarla bağlı aşağıdakı
müddəaları əks etdirir:
(a) mənsub olduğu ölkədə ona şamil olunan peşə davranış
qaydalarından asılı olmayaraq, digər üzv ölkənin ərazisində
öz ölkəsinin peşə titulu ilə fəaliyyət göstərən vəkil digər üzv
ölkənin ərazisində göstərdiyi bütün fəaliyyətlərlə bağlı
digər üzv ölkədə eyni peşə titulu ilə fəaliyyət göstərən
vəkillərə tətbiq olunan peşə davranış qaydalarına riayət
etməlidir (6.1-ci Maddə);
(b) digər üzv ölkə öz ölkəsinin peşə titulu ilə fəaliyyət göstərən
vəkildən digər üzv ölkənin ərazisində göstərilən peşə
fəaliyyətləri ilə bağlı qaydalara uyğun olaraq peşə
məsuliyyətini sığortalamasını və ya peşə zəmanət fonduna
qoşulmasını tələb edə bilər. Buna baxmayaraq, vəkil
mənsub olduğu ölkənin qaydalarına uyğun olaraq sığorta
və ya zəmanəti olduğunu sübut edərsə, öz ölkəsinin peşə
titulu ilə fəaliyyət göstərən vəkil həmin sığorta və ya
zəmanətin şərtlərinin və əhatə dairəsinin ekvivalent olduğu
həddə bu tələbdən azad edilir. Qismən ekvivalent olduğu
halda isə, digər üzv ölkənin səlahiyyətli qurumu öz
ölkəsinin qaydalarına əsasən həyata keçirilmiş sığorta və ya
zəmanətlə əhatə olunmayan məsələlər üçün əlavə sığorta
və ya zəmanət tələb edə bilər (6.3-cü maddə); və
(c) öz ölkəsinin peşə titulu ilə digər üzv ölkədə qeydiyyatdan
keçmiş vəkil digər üzv ölkənin peşə titulu ilə qeydiyyatdan
keçmiş şəxslərə yol verdiyi həddə başqa bir vəkilin, vəkil
şirkətlərinin və ya birliklərinin, yaxud dövlət və ya özəl
41
müəssisələrin muzdlu işçisi kimi fəaliyyət göstərə bilər (8-
ci maddə);
Bu Direktivlərin heç biri ilə əhatə olunmayan və ya bu
Direktivlərin tələblərindən kənar, yaxud əlavə hallarda
vəkilin Avropa Birliyi hüququna əsasən digər Vəkillər
Kollegiyaları və Hüquq Cəmiyyətlərinin qaydalarına riayət
etməsi öhdəlikləri hər hansı konkret müddəanın, məsələn,
Elektron Ticarət haqqında Direktivin (2000/31/EC)
təfsirinə bağlıdır. Kodeksin əsas məqsədi “ikiqat
deontologiya”, yəni potensial olaraq ziddiyyət təşkil edə
biləcək bir neçə milli qaydaların konkret situasiyaya tətbiq
edilməsindən yarana biləcək problemləri minimuma
endirmək və mümkün olduğu halda tamamilə aradan
qaldırmaqdır (1.3.1-ci Maddəyə baxın).
2.5-ci Maddənin şərhi – Vəkilliklə bir araya sığmayan
fəaliyyət
Həm üzv ölkələr arasında, həm də həmin ölkələrin daxilində
vəkillərin digər fəaliyyətlə, məsələn, kommersiya fəaliyyəti ilə
məşğul olmasının yol verilən həddi barədə müxtəlif fikirlər var.
Vəkillərin digər fəaliyyətlə məşğul olmasını qadağan edən
qaydaların əsas məqsədi vəkili onun müstəqilliyinə və ədalət
mühakiməsindəki roluna xələl gətirə biləcək mənfi təsirlərdən
qorumaqdır. Bu qaydalardakı fərqlər müxtəlif yerli şərtləri,
vəkillərin düzgün fəaliyyətinin fərqli anlaşılması və qaydaların
hazırlanmasında fərqli üsulları əks etdirir. Məsələn, bəzi hallarda
vəkilin müəyyən işlərdə işləməsinə tam qadağa var, bəzi hallarda
isə digər işlərdə işləməyə ümumilikdə icazə var, bu şərtlə ki,
vəkillərin müstəqiliyinin təminatı üçün xüsusi qaydalara riayət
olunsun.
2.5.2-ci və 3-cü maddələr üzv ölkələrdən birinin vəkilinin digər
üzv ölkənin peşə birliyinin üzvü olmadığı halda, həmin ölkədə
beynəlxalq fəaliyyətlə (1.5-ci maddə ilə müəyyən edildiyi kimi)
məşğul olması ilə bağlı müxtəlif şərtləri müəyyən edir.
Dostları ilə paylaş: |