Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə30/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   26   27   28   29   30   31   32   33   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Sərbəst təmir ölçüləri hissələrin işçi səthlərinin düzgün həndəsi forma və təmizliyə çatdırılmasına qədər emalını nəzərdə tutur.Yeyilmənin xarakterindən və qiymətindən asılı olaraq hissələr müxtəlif ölçülərə çatdırıla bilər.Qovşağın digər hissəsinin ölçüləridə birinci detala uyğun olaraq təmin edilir.

Sərbəst təmir ölçülərində əvvəlcədən hissənin hər hansı bir ölçüyə qədər emal etmək olmaz.Həmin hissələr yarım fabrikat kimi hazırlanır yalnız yığma zamanı çatdırma üsulu ilə hər iki hissə tələb olunan hissəyə qədər emal olunur.

Təmir ölçülərinə çatdırmaqla bərpa üsulunun bir neçə üstün cəhətləri vardır.Texnoloji proses və istifadə olunan avadanlıq sadə iqtisadi səmərəlilik yüksək olur.Verilən təmir ölçüsü həddində qvşaqda olan hissələrin qarşılıqlı əvəz olunması saxlanılır.Verilmiş standart təmir ölçülərində dəyişilən hissələrin zavod şəraitində hazırlanmasını təşkil etmək mümkün olur.

Bu üsulun mənfi cəhətlərinə aşağıdakıları aid etmək olar: standart təmir ölçülü hissələrin təmir olması ,sənaye tərəfindən təmir zavodları üçün hazırlanan ehtiyyat hissələrinin nomenklaturasını artırır.

Standart təmir ölçüsünün qiyməti səthin yeyilməsinin qiyməti və xarakterindən ,eləcədə mexaniki emal payından asılı olaraq təyin edilir.Yeyilmənin qiyməti uyğun ölçü aləti ilə təyin edilir.Emal payı isə emalın xarakterindən ,avadanlığın tipindən hissənin ölçü və materialından asılı olaraq təyin edilir.

Metal sərfinə qənaət və hissənin ömüruzunluğunu artırmaq məqsədi ilə emal payını minimum götürmək lazımdır.Təmiz iç və üst(üz)yonuq üçün 0,05-0,10 mm , cilalamaq üçün 0,03-0,05 mm (bir tərəfdə )götürülür.

Hissənin birinci təmir ölçüsünün qiyməti onun başlanğıc qiymətindən bir tərəfli maksimum yeyilmə qiymətinin və mexaniki emal payının cəminin iki misli qədər fərqləndiyini nəzərə alaraq val və oymaq tipli hissələr üçün birinci təmir ölçülərini təyin etmək olar.Şəkil 17.

Avtotrkator mühərriklərinin dirsəkli vallarının təmir ölçüsündə bərpasında cilalama əməliyyatı xüsusi dəzgahlarda aparılır.

Dirsəkli valın cilalanması onun əsas boyunlarından başlanır.Bu zaman val mərkəzlərdə yerləşdirilir və tarazlaşdırıcı yüklər şatun boyunlarına quraşdırılmır.Şatun boyunlarının cilalanmasında isə baza səthləri kimi əsas boyunlar götürülür.

Buzaman val xüsusi tərtibatda yerləşdirilir.Qabaq və arxa aşıqlarda tarazlığı təmin etmək üçün əks yüklər yerləşdirilir.

Valın emal olunan boyununun simmetriya oxu dəzgahln mərkəzlərinin oxu ilə düz gəlməlidir.Soyuducu maye kimi 2-3%-li kalsium sodası məhlulu istifadə olunur.

Cilalayıcı dairənin fırlanma sürəti 25-30 san ,valın fırlanma sürəti şatun boyunları üçün 10-12 dəq,əsas boyunlar üçün 18-20 m/dəq. Cilalayıcı dairənin eninə veriş hərəkəti valın hər dövrünə 0,006 mm təşkil edir.

Boyunları cilalayarkən qaltel radiusları saxlanmaı və şatun boyunlarının uzunluğunun artmasına imkan verilməməlidir.Son əməliyyatda valın boyunları pardaxlanır.

Təmir olunmuş vallarda ovallıq və konusluluq 0.01-0.02 mm-dən ,orta boyunda vurma 0.03-0.05 mm-dən çox olmamalıdır.





Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə