Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları


Hissələrinin yeyilmiş səthlərinin ölçülərinin bərpası



Yüklə 388,09 Kb.
səhifə32/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   28   29   30   31   32   33   34   35   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Hissələrinin yeyilmiş səthlərinin ölçülərinin bərpası

Hissələrin yeyilmiş səthlərinin ölçülərinin bərpasında plastik deformasiyanın aşağıdakı üsullarından istifadə edilir:oturtma,genəlmə,dartılma,uzatma və üzdiyirləmə şəkil 18.1



Oturtma əməliyyatında (şəkil 18.1a) təsir edən p qüvvəsinin istiqaməti deformasiyanın δ istiqaməti ilə uyğun gəlmir.Bu üsuldan bütöv və içi boş hissələrin xarici diametrini artırmaq ,eləcə də hündürlüyünün azalması hesabına içi boş hissələrin daxili diametrinin kiçildilməsi üçün istifadə edilir.Bu zaman oymağln divarının qalınlığı artır.

Soyuq halda oturtma ilə sürgü qolunun yuxarı başlığının tunc oymaqları xüsusi tərtibatlarda (şəkil 18.2) bərpa edilir.Bərpa olunan oymağa (3) barmaq (2) geydirilir və xüsusi həlqə (4) içərisində altlıq (5) üzərində yerləşdirilir.oymağa puanson (1) vasitəsi ilə 10kN qüvvə tətbiq edilir.Barmağın ölçüləri son emal ölçülərindən 0.2mm kiçik həlqənin diametri isə son emal ölçüsündən emal payı qədər böyük olmalıdır.




Oturtma ilə poldaddan olan klapan itələyiciləri ,valların ucluqları vəs.hissələr bərpa edilir.Bu halda hissə döymə tempraturuna qədər qızdırılır və xüsusi ştamplardan (şəkil18.3) istifadə edilərək bərpa olunur.Oturtmanın başqa növü olan batırma üsulu ilə deformasiya nəticəsində hissənin bərpa olunan səthində lazımi ölçüsünü qeyri-işlək səthlərinin sıxılması hesabına artırmaq məqsədi ilə istifadə olunur.Batırma ilə klapan nimçələrini vallarda və deşiklərdə yeyilmiş şlisləri vəs .bərpa edilir.

Genəltmə üsulu ilə xarici səthi yeyilmiş oymaqları iki boş barmaqları ,şlisli və hamar valları bərpa edirlər.İçi boş hissələrin xarici diametrlərinin ölçüləri onların daxili diametrlərinin genişləndirilməsi hesabına bərpa edilir.Genəltmə ilə porşen barmaqları differensial fincanın yastıq altı oturma səthlər yarım ox borularının xarici slindrik səthləri və s.bərpa edilir.

Hissələrin genəltmə ilə bərpası soyuq halda ucları sferik barmaqlar vasitəsi ilə aparılır.Əgər hissə tablanmış və ya smetlənmiş olarsa genətmədən əvvəl omu yumşaltma əməliyyatına uğradırlar,plastik deformasiyadan sonra isə başlanğıc termiki emalı bərpa edilir.Genəltmədə təsir edən p qüvvəsinin istiqaməti tələb olunan deformasiyanın δ istiqaməti ilə uyğun gəlir (şəkil18.1b)





Daraltma .Bu üsulda bərpa zamanı genəltmədə olduğu kimi p qüvvəsinin istiqaməti deformasiyanın δ istiqaməti ilə uyöun gəlir .(şəkil18.1v)

Darılma üsulundan içi boş hissələrin xarici diametrin azaldılması hesabına daxili diametrini kiçiltmək üçün istifadə edilir.Bu üsulla əlvan metallardan olan oymaqlar soşka və dönmə yumuruqlarının yuvaları vəs.bərpa edilir(şəkil 18.4).

Sükan şoskasında olan konik yuvanın daraltmaq üçün onu 900-950◦S tempratura qədər qızdırırlar və isti halda xüsusi tərtibatda deformasiyaya uğradırlar.Bu zaman hissənin strukturası dəyişdiyi üçün deformasiyadan sonra təkrar termiki emal aparılır.Hissədə konik yuvanın mexaniki emalı isə tələb olunan ölçüdə konik genəldici vasitəsi ilə aparılır.




Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə