AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
44
Hadinin sözündən bədənim əsdi. Özümü araşdırdım. Gördüm ki,
qorxu və ümid arasında tərəddüddəyəm. La hovlə və la qüvvətə illa
billah.
Dedim… Hadi, doğrudur ki, bura Darüs-sürurdur (şadlıq sarayı),
amma sən onu qəm evinə döndərdin. Qalx gedək. Mənim iztirabım
anbaan artır. Ağıllı adam bir işin xətərindən qorxanda qüvvəsincə tez
hərəkət etməlidir.
ƏBÜLFƏZLİN (Ə) HÜZURUNDA
Qalxıb yola düşdük. Bir əzəmətli qəsrin qarşısına çatdıq. Yolun iki
tərəfindən xoş surətli, həmyaş cavanlar qılıncı çiyinlərinə qoyub
cərgə ilə durmuşdular. Hadi onların başçısından icazə istədi ki,
aralarından keçib, gedək. Sənədə imza qoyulub-qoyulmayacağı
sarıdan çox narahat idik. Biz qəsrin qapısına çatanda bir neçə silahlı
süvari bayıra çıxırdı. Qəsrdən heybətli “tələsin, tələsin!” sədaları
ucalırdı. Süvarilər tələsik getdilər. Səsdən hamının bədəni titrəyirdi.
Qəsrdən çölə çıxan şəxsdən soruşduq ki, nə olub?
Dedi… Şəhvət məntəqəsində məhbus olunmalı pis əxlaqlı bir alim
səhvən “Vadiyüs-səlama” daxil olub. Əbülfəzl (ə) qəzəblənib, süvari
göndərdi ki, onu geri qaytarsınlar.
Biz qorxa-qorxa, iztirabla qəsrə daxil olduq. Gördük ki, Həzrətin
çöhrəsi tutulub, qəzəbdən boyun damarları qalxıb, gözləri qan dolu
kasaya dönüb.
Buyurdu… Belə bir vücudla azad halda pak əraziyə girdikləri üçün
onların əzabı iki qat olmalıdır. Kimsə onlara mane olmayıbmı?
Onlarla qardaşımın qətlinə fərman vermiş Kufə qazısı arasında nə
fərq vardır?!
Həzrətin heybətindən nəfəslər içəri çəkilmiş, adamlar ruhsuz
mücəssəmə kimi dayanmışdılar. Biz də bir guşədə kizlənmiş, güvə
kimi əsirdik. Nəhayət, süvarilər qayıtdılar və ərz etdilər ki, həmin
alim veyl quyusuna salındı, müvəkkillər cəzalandırıldı.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
45
Yavaş-yavaş Həzrət təskinlik tapdı. Hadi ilə qabağa gəlib, təzim
etdik, salam verdik. Hadi icazə vərəqini təqdim etdi. O, Əli (ə)-ın
imzasını öpüb, vərəqi qəbul etdi.
Mən sevincdən baş-ayaq vuran halda özümü onun mübarək
qədəmlərinə yıxdım. Yeri öpüb, gözümdən şadlıq yaşları axıtdım.
Byurudu… Necə keçindiniz?
Ərz etdim… Əlhəmdu lillah, ümidimiz bütün hallarda sizədir və sizə
olacaq. Siz daha dəyərli yol və böyük vəsiləsiniz.
Yenidən qədəmlərinə yıxılıb, öpdüm və qalxdım.
Buyurdu… Bütün bərzəx (ölüm və Qiyamət arası fasilə) aləmlərində
sizə şəfaət (bağışlatmaq) göstərişi verilməmişdir. İşin sonuna,
Cəhənnəm səfərinə qədər öz ehtiyatınızla getməlisiniz. Bununla belə,
bizim batini köməklərimiz sizinlədir. Lakin mənim comərdliyim
tələb edir ki, dəfələrlə sizin kimi qardaşımın ziyarətinə susuz
gedənləri, ona əza saxlayanları saxlayıb, qoruyaq.
Bu zaman gördüm ki, az yaşlı bir cavan Həzrət Əbülfəzlin yanında
əyləşib və günəş tək nur saçır. Bu nurlu çöhrəyə baxmağa taqətimiz
çatmırdı. Çöhrəsindən cəlal, əzəmət yağırdı. Həzrət onunla təvazö ilə
danışırdı. Hiss olunurdu ki, bu cavan, Həzrətin nəzərində mühüm və
dəyərlidir. Hadidən onun haqqında soruşdum. Dedi… Bilmirəm.
Amma deyəsən, “Həl-əta”nı oxuyan xoş sədalı cavan odur.
Bizdən qabaqda dayanan adamdan soruşdum. Dedi… Deyəsən, Əli
Əsğərdir (Hüseyn (ə)-ın kiçik şəhid oğlu). Bu sözün sübutu onun
nurlu boğazındakı üzük kimi görünən qırmızı xətdir. Bu xətt onun
boğazına başqa bir zinətdir!
Dedim… İntiqam üçün ricətimiz (yenidən dünyaya qayıtmağımız)
çox yaxşı olardı.
Əbülfəzl (ə) gizli söhbətimizdən xəbərdar olub, buyurdu… İnşallah,
tezliklə olacaq.
“Sizi sevdiyiniz başqa bir nemət də–Allah dərgahından kömək və
yaxın qələbə gözləyir.”
44
44“Səff” surəsi, ayə 13.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
46
Əmin oldum ki, o cavan Əliyyibni Hüseyndir. Onun cəmal və
cəlalına vuruldum. Məni o qədər cəzb etdi ki, gözlərimi ondan çəkə
bilmədim. Hansı ki, böyüklərə baxmağın ədəbə zidd olduğunu
bilirdim. Nə edim ki, cəlalı qovur, cəmalı çağırır. Bu iki ziddiyyət
arasında bədənim elə əsirdi ki, özümü saxlaya bilmirdim. O cavan
mənim halımı bilirmiş kimi mənə baxdı. Bir xələt göndərdi. Çiynimə
saldılar. O əziz kəsin mərhəmət və diqqətini mənim ona olan eşq-
əlaqəmin nəticəsi kimi gördüm. Torpağı öpdüm. Qəlbim iztirabdan
təskinlik tapdı ki, ikitərəfli məhəbbətə nail oldum.
Hadi dedi… Gəl ya mənzilimizə gedib istirahət edək, ya da bu bağları
seyr edək. İcazən imzalanıb, xələtini də almısan!
Düşündüm ki, bu biçarə əqlin fövqündə dayaynan işlərdən
xəbərsizdi. Bilmir ki, mən bu məclis və onun əhlinə o qədər bağlıyam
ki, ayrıla bilmirəm.
Dedim… Hadi, mənim bu məclisdə danışmağa dilim yoxdur. Öyrən
gör, Həzrət bu xələti mənə nə üçün verdi. Mən özümü nəinki bu
əzəmətli məhəbbətə, heç onun baxışına belə layiq bilmirəm!
Hadi mənim tərəfimdən vəkil kimi bu sualı izhar etdi.
Buyurdular… O, minbərdə “ey örtünüb, bürünmüş Peyğəmbər, qalx,
(camaatı ilahi əzabdan) qorxut!” ayəsinin nazil olma səbəbini
deyəndən sonra ayəni mənə tətbiq etdi. Bir halda ki, atam Kərbəla
meydanında tənha qalıb “mənə yardım edən bir köməkçi varmı?”
deyə ucadan çağırırdı. Mənsə xeymədə ağlayırdım. Bu oxşatmadan
qəlbim şad oldu. Bəlkə, Peyğəmbərin də xoşu gəldi. Buna görə ona
xələt verdim. Bu, ona layiq deyil, amma bu aləmə uyğundur. Çünki
bu aləmdə gözəl olan o aləm həqiqətinin kiçildilmişi, gül şaxəsinin
kölgəsidir. Ona görə də bərzəx–keçid, bağlayıcı adlanır. Həqiqi
vətənə, mütləq həqiqətə çatanda həqiqi xələtini alacaqdır. Axirət
aləmində səadət əhli üçün görünməmiş, eşidilməmiş, düşünülməmiş
nemətlər vardır.
Onlar qəfildən qaxıb atlarına süvar oldular. Atlar qanadlanıb
şəhərdən çıxdılar və uca məqamlarına yola düşdülər.
Dostları ilə paylaş: |