AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  44 

Hadinin  sözündən  bədənim  əsdi.  Özümü  araşdırdım.  Gördüm  ki, 

qorxu və ümid arasında tərəddüddəyəm. La hovlə və la qüvvətə illa 

billah. 


Dedim…  Hadi,  doğrudur  ki,  bura  Darüs-sürurdur  (şadlıq  sarayı), 

amma sən onu qəm evinə döndərdin. Qalx gedək. Mənim iztirabım 

anbaan artır. Ağıllı adam bir işin xətərindən qorxanda qüvvəsincə tez 

hərəkət etməlidir. 

 

ƏBÜLFƏZLİN (Ə) HÜZURUNDA 

 

Qalxıb  yola  düşdük.  Bir  əzəmətli  qəsrin  qarşısına  çatdıq.  Yolun  iki 



tərəfindən  xoş  surətli,  həmyaş  cavanlar  qılıncı  çiyinlərinə  qoyub 

cərgə  ilə  durmuşdular.  Hadi  onların  başçısından  icazə  istədi  ki, 

aralarından  keçib,  gedək.  Sənədə  imza  qoyulub-qoyulmayacağı 

sarıdan çox narahat idik. Biz qəsrin qapısına çatanda bir neçə silahlı 

süvari  bayıra  çıxırdı.  Qəsrdən  heybətli  “tələsin,  tələsin!”  sədaları 

ucalırdı. Süvarilər tələsik getdilər. Səsdən hamının bədəni titrəyirdi. 

Qəsrdən çölə çıxan şəxsdən soruşduq ki, nə olub? 

Dedi…  Şəhvət  məntəqəsində  məhbus  olunmalı  pis  əxlaqlı  bir  alim 

səhvən “Vadiyüs-səlama” daxil olub. Əbülfəzl (ə) qəzəblənib, süvari 

göndərdi ki, onu geri qaytarsınlar. 

Biz  qorxa-qorxa,  iztirabla  qəsrə  daxil  olduq.  Gördük  ki,  Həzrətin 

çöhrəsi tutulub, qəzəbdən boyun damarları qalxıb, gözləri qan dolu 

kasaya dönüb. 

Buyurdu… Belə bir vücudla azad halda pak əraziyə girdikləri üçün 

onların  əzabı  iki  qat  olmalıdır.  Kimsə  onlara  mane  olmayıbmı? 

Onlarla  qardaşımın  qətlinə  fərman  vermiş  Kufə  qazısı  arasında  nə 

fərq vardır?! 

Həzrətin  heybətindən  nəfəslər  içəri  çəkilmiş,  adamlar  ruhsuz 

mücəssəmə kimi  dayanmışdılar.  Biz  də  bir  guşədə  kizlənmiş,  güvə 

kimi  əsirdik.  Nəhayət,  süvarilər  qayıtdılar  və  ərz  etdilər  ki,  həmin 

alim veyl quyusuna salındı, müvəkkillər cəzalandırıldı. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  45 

Yavaş-yavaş  Həzrət  təskinlik  tapdı.  Hadi  ilə  qabağa  gəlib,  təzim 

etdik,  salam  verdik.  Hadi  icazə  vərəqini  təqdim  etdi.  O,  Əli  (ə)-ın 

imzasını öpüb, vərəqi qəbul etdi. 

Mən  sevincdən  baş-ayaq  vuran  halda  özümü  onun  mübarək 

qədəmlərinə yıxdım. Yeri öpüb, gözümdən şadlıq yaşları axıtdım. 

Byurudu… Necə keçindiniz? 

Ərz etdim… Əlhəmdu lillah, ümidimiz bütün hallarda sizədir və sizə 

olacaq. Siz daha dəyərli yol və böyük vəsiləsiniz. 

Yenidən qədəmlərinə yıxılıb, öpdüm və qalxdım. 

Buyurdu… Bütün bərzəx (ölüm və Qiyamət arası fasilə) aləmlərində 

sizə  şəfaət  (bağışlatmaq)  göstərişi  verilməmişdir.  İşin  sonuna, 

Cəhənnəm səfərinə qədər öz ehtiyatınızla getməlisiniz. Bununla belə, 

bizim  batini  köməklərimiz  sizinlədir.  Lakin  mənim  comərdliyim 

tələb  edir  ki,  dəfələrlə  sizin  kimi  qardaşımın  ziyarətinə  susuz 

gedənləri, ona əza saxlayanları saxlayıb, qoruyaq. 

Bu zaman gördüm ki, az yaşlı bir cavan Həzrət Əbülfəzlin yanında 

əyləşib və günəş tək nur saçır. Bu nurlu çöhrəyə baxmağa taqətimiz 

çatmırdı. Çöhrəsindən cəlal, əzəmət yağırdı. Həzrət onunla təvazö ilə 

danışırdı. Hiss olunurdu ki, bu cavan, Həzrətin nəzərində mühüm və 

dəyərlidir.  Hadidən  onun  haqqında  soruşdum.  Dedi…  Bilmirəm. 

Amma deyəsən, “Həl-əta”nı oxuyan xoş sədalı cavan odur. 

Bizdən qabaqda dayanan adamdan soruşdum. Dedi… Deyəsən, Əli 

Əsğərdir  (Hüseyn  (ə)-ın  kiçik  şəhid  oğlu).  Bu  sözün  sübutu  onun 

nurlu boğazındakı üzük kimi görünən qırmızı xətdir. Bu xətt onun 

boğazına başqa bir zinətdir! 

Dedim…  İntiqam  üçün  ricətimiz  (yenidən  dünyaya  qayıtmağımız) 

çox yaxşı olardı. 

Əbülfəzl (ə) gizli söhbətimizdən xəbərdar olub, buyurdu… İnşallah, 

tezliklə olacaq. 

“Sizi  sevdiyiniz  başqa  bir  nemət  də–Allah  dərgahından  kömək  və 

yaxın qələbə gözləyir.”

44

 

                                                 



44“Səff” surəsi, ayə 13. 


   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  46 

Əmin  oldum  ki,  o  cavan  Əliyyibni  Hüseyndir.  Onun  cəmal  və 

cəlalına vuruldum. Məni o qədər cəzb etdi ki, gözlərimi ondan çəkə 

bilmədim.  Hansı  ki,  böyüklərə  baxmağın  ədəbə  zidd  olduğunu 

bilirdim.  Nə  edim  ki,  cəlalı  qovur,  cəmalı  çağırır.  Bu  iki  ziddiyyət 

arasında  bədənim elə  əsirdi  ki,  özümü  saxlaya  bilmirdim.  O  cavan 

mənim halımı bilirmiş kimi mənə baxdı. Bir xələt göndərdi. Çiynimə 

saldılar.  O  əziz  kəsin  mərhəmət  və  diqqətini  mənim  ona  olan  eşq-

əlaqəmin nəticəsi kimi gördüm. Torpağı öpdüm. Qəlbim iztirabdan 

təskinlik tapdı ki, ikitərəfli məhəbbətə nail oldum. 

Hadi dedi… Gəl ya mənzilimizə gedib istirahət edək, ya da bu bağları 

seyr edək. İcazən imzalanıb, xələtini də almısan! 

Düşündüm  ki,  bu  biçarə  əqlin  fövqündə  dayaynan  işlərdən 

xəbərsizdi. Bilmir ki, mən bu məclis və onun əhlinə o qədər bağlıyam 

ki, ayrıla bilmirəm. 

Dedim… Hadi, mənim bu məclisdə danışmağa dilim yoxdur. Öyrən 

gör,  Həzrət  bu  xələti  mənə  nə  üçün  verdi.  Mən  özümü  nəinki  bu 

əzəmətli məhəbbətə, heç onun baxışına belə layiq bilmirəm! 

Hadi mənim tərəfimdən vəkil kimi bu sualı izhar etdi. 

Buyurdular… O, minbərdə “ey örtünüb, bürünmüş Peyğəmbər, qalx, 

(camaatı  ilahi  əzabdan)  qorxut!”  ayəsinin  nazil  olma  səbəbini 

deyəndən  sonra  ayəni  mənə  tətbiq  etdi.  Bir  halda  ki,  atam  Kərbəla 

meydanında  tənha  qalıb  “mənə  yardım  edən  bir  köməkçi  varmı?” 

deyə ucadan çağırırdı. Mənsə xeymədə ağlayırdım. Bu oxşatmadan 

qəlbim şad oldu. Bəlkə, Peyğəmbərin də xoşu gəldi. Buna görə ona 

xələt verdim. Bu, ona layiq deyil, amma bu aləmə uyğundur. Çünki 

bu aləmdə gözəl olan o aləm həqiqətinin kiçildilmişi, gül şaxəsinin 

kölgəsidir.  Ona  görə  də  bərzəx–keçid,  bağlayıcı  adlanır.  Həqiqi 

vətənə,  mütləq  həqiqətə  çatanda  həqiqi  xələtini  alacaqdır.  Axirət 

aləmində səadət əhli üçün görünməmiş, eşidilməmiş, düşünülməmiş 

nemətlər vardır. 

Onlar  qəfildən  qaxıb  atlarına  süvar  oldular.  Atlar  qanadlanıb 

şəhərdən çıxdılar və uca məqamlarına yola düşdülər. 

 

 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə