AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  35 

Dedi…  Siz  dünyada  olduğunuzdan  söz  və  adları  öyrənmək  sizə 

aiddir.  Biz  isə  axirət  aləmində  doğulduğumuzdan  məktəb  və 

mədrəsəmiz yoxdur. Bizim biliklərimiz anadangəlmədir. Bu barədə 

Xacə Hafiz demişdir… 

Nə məktəb oxumuş, nə yazı yazmış, 

Hər sözü, sualı öyər nigarım. 

Eləcə qəmzəylə hikməti duymuş, 

Bil, yüz müdərrisə dəyər nigarım. 

 

Amma  mənim  kimilərinin  müəllimi  Vadiyüs-səlam  ustadlarıdır. 



Onların müəllimi isə əbədi behişt müəllimləridir. İkincilərin müəllimi 

əla Firdovs əhalisi, Firdovs əhalisinin müəllimi isə Haqq-Taaladır ki, 

Ondan başqa Allah yoxdur. 

 

BAXIN ZİNAKARLARIN HALINA! 

 

Hadi  gəldi  və  bildirdi  ki,  hərəkət  etməliyik.  Qalxıb,  ata  mindim. 



Əsanı əlimə alıb, qalxanı çiynimə saldım. Hadi icazə sənədini mənə 

verdi və hərəkətə başladıq. Şəhərin hüdudlarından çıxan kimi palçıq 

və bataqlığa düşdük. Yolun hər iki tərəfi heyvanlarla, meymunlarla 

doluydu.  Amma  hamısı  insan  idi-nə  bədənlərində  tük  vardı,  nə 

quyruqları vardı. Boyları hündür idi. Çöhrələri meymun çöhrəsiydi. 

Fərclərindən (cinsiyyət üzvlərindən) çirk və qan qaynayıb tökülürdü. 

Hadidən  soruşdum…  Bura  haradır  və  iyrənclikləri  insan  qəlbini 

bulandıran, nəfəsi kəsən bu heyvanlar nədir? 

Dedi…  Bura  şəhvət  diyarı,  gördüklərin  isə  zinakarlardır.  Yoldan 

çıxma, ilişərsən. 

Məni dəhşət bürüdü. Atın cilovundan bərk-bərk yapışdım ki, yoldan 

çıxmasın. Yol düz və hamar olsa da, o qədər palçıqlı idi ki, arabir at 

dizinədək  batırdı.  Fikirləşdim  ki,  nə  yaxşı,  bu  mənzildə  mənə  at 

verilib. Allah ailəmə rəhmət etsin ki, onu mənim üçün göndərdilər. 

And  olsun  Allaha,  doğru  buyurublar  ki,  hər  kəs  evlənsə,  dininin 

yarısını hifz edib. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  36 

“Onlar (arvadlarınız) sizin, siz də onların libasısınız.”

26

 

Gördüm ki, bu heyvanlardan bəzisi dardan asılıb. Onların cinsiyyət 



üzvləri dəmir mıxlarla dar ağacına çalınıb. 

Bəzilərini  bundan  əlavə,  sim  şallaqlarla  vururlar.  Onlar  it  kimi  səs 

çıxarırdılar və onlara deyilirdi… 

“Allah  buyurar…  Orada  zəlil,  məyus  vəziyyətdə  durub  qalın  və 

Mənə heç bir şey deməyin!”

27

 



“Kaş  günahkarları  Allahın  hüzurunda  başlarını  aşağı  dikib 

“Pərvərdigara,  gördük,  eşitdik.  İndi  bizi  dünyaya  qaytar  ki,  yaxşı 

işlər görək. Biz tam yəqinliklə inandıq”-deyəndə görəydin.”

28

 



Elə  bu  zaman  qaraların  gəlib  çatdıqlarını  gördüm.  Bəziləri  hücum 

çəkdilər ki, yoldan çıxaq. Bəzi süvariləri qorxudur, bəzilərini məcbur 

edib deyirdilər ki, yolun kənarı qurudur, yoldan kənara çıxın. Mən 

görürdüm  ki,  süvari  qaralar  yolun  kənarı  ilə  gedir,  yol  quru 

olduğundan  atlarının  ayaq  izləri  də  görünmürdü.  Palçığın 

çoxluğundan  adam  istəyirdi  yolun  kənarına  keçə.  Amma  Hadinin 

sözlərinə qulaq asır və atların cilovunu möhkəm tuturduq ki, yoldan 

çıxmayaq. Qaraların əli ilə yoldan çıxmış bəzi müsafirlər boğazadək 

bataqlığa  qərq  olurdular.  Çölə  çıxmaq  olduqca  çətin  idi  və  əzab-

əziyyətlə çıxa bilənlərin bədəni qara palçığa bələnmiş olurdu. 

Bircə  dəqiqədən  sonra  palçıq  onların  bədənlərinin  ətini  hərarətdən 

suya döndərir, yerə tökürdü. Aydın olurdu ki, bu təkcə palçıq deyil, 

qır və qətran kimidir. Mən qorxudan atın cilovunu tutmağa ehtiyat 

edirdim  və  deyirdim…  “Əlhəmdu  lillah”.  Müsafirlərin  də  ucadan 

“Əlhəmdu lillah” deyib, Allaha təşəkkür etdiklərini eşidirdim. 

 

XƏSTƏ GÖRƏNDƏ 

 

Mən Hadiyə dedim… Peyğəmbər (s.ə.v.v) buyurub ki, xəstə görəndə 



astadan şükr edin ki, o eşitməsin və qəlbi ağrımasın, yanmasın. 

                                                 

26“Bəqərə” surəsi, ayə 187. 

27“Möminun” surəsi, ayə 108. 

28“Səcdə” surəsi, ayə 12. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  37 

Hadi dedi… O dünyaya aid hökm idi. “La ilahə illəllah” əhli zahirən 

möhtərəm idi. Amma burada cəza günüdür. 

Ucadan  təşəkkür  etmək  lazımdır  ki,  ilahi  əzaba  mübtəla  olanların 

qəm-qüssələri  artsın,  bütün  örtülülər  tədricən  zahir  olsun.  Elə  bil, 

qaranlıqdan  işığa,  korluqdan  görməyə,  yuxudan  oyaqlığa  gedirik. 

Dünya qaranlıq və kədər içindədir. 

“Həqiqətən, şübhəsiz, axirət evi əbədi həyatdır.”

29

 

Birdən  bəlalar  artdı,  yer  şiddətlə  silkələndi,  hava  tutuldu,  zülmət 



çökdü,  göydən  dolu  tək  daş  yağmağa  başladı.  Yolun  iki  tərəfində 

böyük fırtına qopdu. Fırtınaya düşənlər qorxunc sifətdə, təlaş içində 

yandırıcı  palçıqdan  qurtulan  kimi  göydən  ələnən  daşlar  başlarına 

dəyir və yenidən mıx tək torpağa sancılırdılar. 

Mən bu dəhşətli mənzərənin seyrindən fövqəl-adə heyrətdə yıxıldım. 

Bədənim əsirdi. 

Hadidən  soruşdum…  Bura  haradır,  bu  bədbəxtlər  kimdirlər  ki,  bu 

qədər ağır əzaba düçar olublar? 

Daşlar  göydən  elə  şiddətlə  yağırdı  ki,  Hadi  başım  üzərində 

dayanmış, qorxudan rəngi qaçmış, qüvvəsi sarsılmışdı. 

Cavab verdi… Bu həmin şəhvət yeridir. Burada əzab çəkənlər livat 

(bir-biri  ilə  cinsi  əlaqədə  olan  kişilər)  əhlidir.  Tələs,  bunların 

arasından tezliklə çıxaq. Əgər bir kəs bir dəstə adamın hərəkətinə razı 

olsa, onların arasına daxil olsa və oradan çıxmasa, həmin adamlardan 

hesab olunacaq. 

Dedi… İnsan şəhvətindən bu hala düşmüş yolun ortasındakı palçıq 

elə yapışqandır ki, ata sürətlə getməyə macal verməz. 

Dedi… Çarə yoxdur. Qalxanı başına tut ki, sənə daş dəyməsin. Atına 

da bir-iki qırmanc çək, bəlkə, ilahi yardımla bu bəladan xilas olduq. 

“Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəsiniz?”

30

 

Bu bəla ərazisindən çıxıb, qurtulmağa iki fərsəxdən çox qalmamışdı. 



Mən qüvvəmi toplayıb, ata bir neçə şallaq çəkdim, üzəngiylə arxasına 

                                                 

29“Ənkəbut” surəsi, ayə 64. 

30“Nisa” surəsi, ayə 97. 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə