AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  29 

Dedilər…  Biz  dünyadan  oruc  halda  köçmüşük.  Bu  bizə  verilən 

iftardır. Sən özün iftar verdiyindən bu süfrədə sənin də haqqın var. 

Mən  əyləşib,  meyvələrdən  yedim.  Susuzluğum,  ağrılarım  ötüşdü. 

Soruşdular ki, bu yolda başına nələr gəldi? Dedim… Əlhəmdu lillah, 

çətinliklər  ötüşdü,  sizi  görməklə  aradan  qalxdı.  Amma  neçə  nəfər 

arxada  qaldı.  Onları  qaraları  saxladı.  Mənim  də  qaram  çox  əlləşdi, 

qulaq asmadım. İndi arxada qalıb. Ümid edirəm ki, mənə çatmaz. 

Dedilər…  Sən  düşündüyün  kimi  deyil.  Onlar  bizdən  əl  çəkməzlər. 

Məkr və yalanları ilə bizə əziyyət verərlər. Amma qarşıda ola bilsin 

ki, yolkəsənlər tək, bizimlə vuruşsunlar. 

Dedim…  Bəs  biz  silahsız,  əliyalın  onlarla  necə  vuruşacağıq?  Əgər 

Darül-qürurda, maddi dünyada silah hazırlasaq, sonrakı mənzillərdə 

bizə çatdırılar. 

“Düşmənləri qorxutmaq üçün bacardığınız qədər qüvvə, döyüş atları 

tədarük edin.”

22

 

Dedim…  Mən  bu  ayədən  maddi  dünya  döyüşü  üçün  silah  başa 



düşmüşəm. 

Dedilər…  Quran  və  onun  ayələri  bütün  aləmlər,  mənzillər, 

məqamlara  göstərişdir.  Onların  cəmi,  bütün  mərtəbələrin 

məcmuəsidir. Bu kitab axırıncı asimani kitab, onu gətirən isə sonuncu 

peyğəmbər 

olduğundan 

bütün 

pərdə 


arxasında 

olanlar 


buyurulmuşdur. Necə deyərlər, “bundan o yana kənd yoxdur”. 

Hamımız  qalxıb,  yolumuza  davam  etdik.  Bol  bəhrəli  ağacların 

altından,  şırıltılı  çayların  kənarından,  ruh-reyhanlı  nəsimdə 

şadlıqdan məmnun gedirdik. Elə bil Allahın cəmalı təcəlla etmişdi. 

 

MƏHƏBBƏT ŞƏHƏRİNDƏ 

 

Bir dayanacağa çatdıq. Hər birimiz qızıl, gümüş, bürünc kərpiclərdən 



tikilmiş ali qəsrlərin hücrələrində yerləşdik. Mənzillərdə hər şey öz 

qaydasında idi–onların təmizliyi, naxışları, genişliyi göz oxşayır, ağılı 

                                                 

22“Ənfal” surəsi, ayə 60. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  30 

heyran  edirdi.  Xoş  surətli,  xoş  libaslı,  xidmət  üçün  ətrafda  dövrə 

vuran xidmətçilər var idi. 

“Onların  dövrəsində  həmişəcəvan  oğlanlar  olacaqdır.  Onları 

gördükdə səpilmiş inci olduqlarını zənn edərsən. Hara baxsan nemət 

və böyük bir mülk görərsən.”

23

 

Onların  bizə  xidmət  etməsindən  xəcalət  çəkdim.  Gözüm  böyük  bir 



güzgüyə  sataşdı.  Özümü  onlardan  çox-çox  gözəl,  cavan,  dəyərli 

gördüm. Vüqar, yüksəklik hissi məni bürüdü, öz cəlalıma vuruldum. 

Axşam düşdü. Ağacların budaqlarının başından asılmış min lampalı 

çıraqlar  yandı.  İşıq  yarpaqlar  arasında  elə  bərq  vururdu  ki,  həddi-

hüdudu  yox  idi.  Bağlar,  cah-cəlallı  qəsrlər  gündüzə  nisbətən  daha 

işıqlı  idi.  Təəccüb  içində  özümə  dedim…  Xudaya,  bu  qədər  işığı 

yandıran necə mənbədir? Eşitdim kimsə ayə tilavət edir… 

“Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir 

taxçaya bənzər. Taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə 

sanki bir parlaq ulduzdur. O çıraq nə şərqə, nə də qərbə meyl edən 

mübarək bir zeytun ağacından yandırılır. Onun yağına od toxunmasa 

belə, az qalır ki, öz-özünə alışsın. O, nur üstündən nurdur.”

24

 

Başa  düşdüm  ki,  bu  nur  Mühəmməd  ailəsi  şəcərəsindəndir. 



Müsafirlərin  dayanacağı  olan  bu  şəhər  məhəbbət  şəhəri  adlanırdı. 

Əhli-beyt (Peyğəmbər ailəsi) aşiqləri burada dayanardılar. Bu şəhərin 

sakinləri, müsafirlər cah-cəlallı qəsrlərdə bəşarət və sevinclə Haqqın 

zikr  və  həmdinə,  Vəliyyi-mütləqə  salam  verməyə  məşğul  idilər. 

Onların səsi cazibəli və dilruba idi. Biz də əmniyyət və kamal halında 

sevinc  duyurduq.  Şəhər  qapısının  yuxarısında  aydın  xətlə 

yazılmışdı… 

“Əli (ə) ilə dostluq elə bir savabdır ki, bu savab olarsa, heç bir günah 

zərər yetirməz.” 

 

 



 

                                                 

23“Dəhr” surəsi, ayə 19, 20. 

24“Nur” surəsi, ayə 35. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  31 

AZĞINLARIN ARXASINCA GETMƏSƏk 

 

Baş  yol  aydın  görünürdü.  Yolun  iki  kənarında  yaşıllıq,  gül-çiçək, 



reyhanlar, çaylar vardı. Havanın ətirliliyi, fərəhliliyi vəsfə gəlmirdi. 

Şəhər  ətrafından  çıxanadək  belə  idi.  Sanki  şəhərin  gözəllikləri  bizi 

yola salırdılar. 

Sonra yol çətinləşdi, kələ-kötürləşdi, dərənin ortasına endi. Dərə gah 

sağa, gah da sola burulurdu. Müsafirlərdən qarşıda gedən olmasaydı 

yolu  azardıq.  Çünki  yol  boyu  sol  tərəfə  yollar  ayrılırdı.  Sol  tərəfə 

burulan  dolanbaclardan  birində  qaralar  bizim  yolumuza  daxil 

oldular. Qara gözümə dəyəndə onunla görüşün qovğası az imiş kimi 

ayağım  da  daşa  dəyib  yaralandı.  Ayağımın  ağrısından  çətinliklə 

yeriyirdim.  Yoldakı  müsafirlər  qabağa  düşüb  uzaqlaşdılar  və  mən 

geridə qaldım. Qara yolun sol tərəfi ilə gedirdi. Gəlib, iki yol ayrıcına 

çatdıq. Burada sol tərəfə bir yol ayrılırdı. Hansı yolla getməli? Qara 

özünü  mənə  yetirdi  və  dedi…  Niyə  dayanmısan?  (Sol  tərəfə  işarə 

etdi…) yol budur. 

Özü o yolla bir neçə addım atdı və məni çağırdı. Mən qulaq asmayıb, 

o  biri  yolla  getməyə  başladım  və  oxudum…  Qurtuluş  və  nicat 

azğınlara zidd olmaqdadır. 

Qara  nə  qədər  israr  etdisə,  onunla  getmədim.  Artıq  bu  sahədə 

təcrübəm vardı. Hər kəs imtahandan çıxmış adamı imtahana çəkərsə 

peşiman  olar.  Çox  keçmədi  ki,  dərə  qurtardı.  Torpaq  düzləşdi, 

çəmənzar oldu. Üçüncü mənzil bağlarının gəzintisi başlandı. 

Vəslinin vədəsi yaxın gələcək, 

Məhəbbət alovu şölələnəcək. 

Verdiyi  vədəyə  görə  Hadi  burada  məni  gözləməli  idi.  Yerişimi 

sürətləndirdim. Cəhalət məndən məyus olub, geridə qaldı. Az sonra 

şəhər  darvazasına  çatdım.  Ruhuma  çevrilmiş  Hadi  ilə  burada 

görüşdük.  Salam  verdim,  görüşüb,  qucaqlaşdıq.  Vücuduma  yeni 

həyat  verildi.  Mənim  üçün  hazırlanmış  qəsrə  daxil  olduq.  Burada 

bütün gözəlliklər toplanmışdı. 

İstirahətdən,  yeyib-içəndən  sonra  Hadi  soruşdu…  Bu  üç  mənzildə 

başına nələr gəldi? 



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə