AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  38 

vurdum. At quyruğunu tərpədib, toza döndü, küləkdən iti yerindən 

uçdu. 

Həmişə şahbaz tək başım üstə olan Hadi arxada qaldı. 



“Allahınızın  sizi  bağışlaması  üçün,  göy  və  yer  qədər  geniş  behiştə 

nail olmaq üçün bir-birinizi ötün.”

31

 

Başım qatışmışdı. Qəfildən məlun qara, sarı div tək özünü yetirdi. At 



onun qiyafəsindən hürküb, məni yerə vurdu. Bütün əzalarım əzildi. 

Atın  qabaq  ayaqları  yoldan  çıxıb,  bataqlığa  düşdü.  Çox  zəhmətlə 

ayaqlarını oradan çıxara bildi. 

Hadi  yetişib,  mənim  əzilmiş  başımı,  əl-ayağımı  sarıdı  və  məni  atın 

üstünə  bağladı.  Atın  cilovundan  tutub  çəkməyə  başladı.  Bir  qədər 

gedəndən  sonra  bu  bəlalı  ərazidən  çıxdıq.  Dedim…  Hadi,  sən 

məndən uzaqlaşan kimi bu qara yaxınlaşıb mənə bir ziyan vurur. 

Dedi…  O  yaxınlaşan  zaman  mən  uzaqlaşıram.  Onun  yaxınlaşmağı 

isə sənin özündəndir. 

  

VAY OLSUN TƏNƏ VURANLARA! 



 

Şəhvət  ərazisinin  başqa  bir  məntəqəsinə  daxil  olduq.  Buradakılar 

qarınqulular və can bəsləyənlər idilər. Sağ tərəfdə ulaq, inək, qoyun 

surətli  canlılar  vardı.  Onlar  öz  halal  malları  ilə  qarınqululuq 

etdiklərindən  əzabda  deyildilər.  Sol  tərəfdə  donuz,  ayı  sifətində 

olanlar  isə  öz  qarınqululuqlarında  qorxmamış,  halal-harama, 

özününkü-özgəsininkinə  baxmamışdılar.  Onların  qarınları  olduqca 

böyük, o biri əzaları isə arıq və gödək idi. Bu iki dəstə fərqli əzaba 

düçar olmuşdular. 

“Onlar heyvan kimidirlər, bəlkə, daha çox azğındırlar. Qafil olanlar 

da məhz onlardırlar.”

32

 



Biyabanda  müsafirlərin  dayanacağına  çatdıq.  Burada  heç  nə 

tapılmırdı. Müsafirlər yol çantalarında olanlardan istifadə edirdilər. 

                                                 

31“Hədid” surəsi, ayə 21. 

32“Əraf” surəsi, ayə 179. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  39 

Atdan  yıxılanda  yerə  dəyib,  əzilmişdim.  Hadi  torbadan  dərman 

çıxardıb, bədənimə sürtdü. Ağrılarım keçdi, gümrahlaşdım. 

Hadidən  bu  dərman  haqqında  soruşdum.  Dedi…  Dünyada  ilahi 

nemətlər müqabilində oxuduğun həmdin batini idi. 

Çünki    həmd  oxumaq  dünyada  ölümdən  başqa  bütün  dərdlərin 

dərmanıdır.  Axirətdə  isə  həmdin  batini,  nemətləri  həqiqi  xeyirxah 

tərəfindən  bilmək,  buna  yəqinliyin  olmasıdır.  O,  bütün  dərdlərin 

davasıdır. 

“Bəndəm  Mənə  təşəkkür  və  sitayiş  etdi  və  ona  verilən  nemətlərin 

Mənim  tərəfimdən  olduğunu  anladı.  Ey  mələklər!  Mən  sizi  şahid 

tuturam  ki,  onun  üçün  dünya  nemətlərinə  əlavə  olaraq  axirət 

nemətləri  də  artırılacaqdır.  Dünya  bəlalarının  qarşısını  aldığımız 

kimi axirət bəlalarını da ondan dəf edəcəyik.”

33

 

Sübh hərəkət etdik. Hadi dedi… Axır ki, bu gün şəhvət ərazisindən 



çıxırıq. Bu günkü şəhvət dil ilə bağlıdır. Bu günkü dil bəlaları heç də 

cinsiyyət  üzvlərinin  bəlalarından  kiçik  deyil.  Bu  ərazi  quraqlıqdır, 

atla  su  aparmalıyıq.  Özün  imkan  daxilində  piyada  gəl.  Qalxanı  da 

götür, bu gün mühüm bir gündür. 

Soruşdum… Bu qalxan haradandır? 

Dedi…  Sənin  oruc  tutub,  ac  qalmağındandır.  Sən  oruc  tutmaqla 

cinsiyyət  üzvlərini  şəhvətdən  qorumusan.  Oruc  Cəhənnəm  oduna 

qalxan və şəhvətlərin qırıcısıdır. 

Yola  düşdük.  Cəhalət  yenə  peyda  oldu.  Dedim…  Məlun,  məndən 

uzaq ol! 

Dedi… Sən məndən uzaq ol! 

Ondan  bir  neçə  addım  uzaqlaşıb,  Hadi  ilə  yanaşı  yoluma  davam 

etdim.  Cəhalət  yolun  solu  ilə  gəlirdi.  Yolun  hər  iki  tərəfi  müxtəlif 

vəhşilərlə–sarı  və  göy  rəngli  it,  canavar,  tülkü,  meymun  surətli 

canlılarla  və  bir-birləri  ilə  didişən,  bir-birlərini  gəmirən  əqrəb,  arı, 

siçovul  surətli  canlılarla  dolu  idi.  Onların  bəzilərinin  ağzından, 

qulaqlarından  od  püskürürdü.  Bəzi  nöqtələrdə  ilğım  görünür,  bu 

canlılar ona tərəf cumurdular. Amma məyus olub geri qayıdırdılar. 

                                                 

33Hədisi-qüdsi. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  40 

Bəziləri ölü əti yeyir, bəzilərinin düşdüyü quyulardan kibrit tüstüsü, 

od  şölələri  qalxırdı.  Hadidən  soruşdum  ki,  bu  quyular  kimin 

üçündür? 

Dedi…  Möminləri  məsxərəyə  qoyanlar,  ağız  əyənlər,  qaş-qabaq 

tökənlər üçündür. 

“Vay olsun tənə vurub, eyb tutanlara!”

34

 



Ölü əti yeyən qeybət edənlər, qulağından alov çıxanlar qeybətə qulaq 

asanlar, it, pişik, canavar kimi didişənlər bir-birlərinə qara yaxanlar, 

çöhrəsi saralanlar isə ikiüzlülər, xəbərçilər, yalançılardır. 

Buranın havası şiddətli isti, yandırıcı idi. Saatda bir dəfə Hadidən su 

istəyirdim. O gah bir az su verir, gah da verməyib deyirdi… Qarşıda 

susuz yolumuz çox, ehtiyat suyumuz azdır. Qənaət et! 

Dedim… Nə üçün suyu az götürdün? 

Dedi… Sənin tutumun və istedadın bu qədər idi. 

Dedim… Axı nə üçün mənim tutumum kiçik olsun? 

Dedi…  Özün  kiçik  saxlamısan,  təqva  və  pəhrizkarlıq  suyunu  az 

vermisən,  onu  qurutmusan.  Ona  görə  də  mütləq  qurtuluş  hasil 

olmadı. 


“Həqiqətən möminlər nicat tapmışlar. O kəslər ki, boş və lüzumsuz 

işlərdən uzaq oldular!”

35

 

Sən lüzumsuz işlərdən o qədər də çəkinməmişdin və namazda xaşe, 



diqqətli deyildin. 

“Zərrə  qədər  xeyir  iş  görən  onun  xeyrini,  zərrə  qədər  pis  iş  görən 

onun zərərini görəcəkdir.”

36

 



Qarşıya nəzər sal, nə görürsən? 

Baxdım, üfüqə yaxın alov şölələri ilə yanaşı qara tüstü göyə qalxırdı. 

Meyvə ağacları ilə dolu bağlar od tutub yanırdı. Hadiyə dedim… Bu 

nədir? 


Dedi… Bu bağlar bir möminin təsbih (“sübhanəllah” zikri) və təhlil 

(la ilahə illəllah) zikrlərindən yaranmışdı. İndi o möminin dilindən 

                                                 

34“Huməzə” surəsi, ayə 1. 

35“Möminun” surəsi, ayə 1, 2, 3. 

36“Zilzal” surəsi, ayə 7, 8. 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə