AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  47 

DEMƏ QARŞIDA MÜSİBƏTLƏR VARMIŞ... 

 

Mən  Hadinin  əlindən  tutdum  və  həsrət  içində  mənzilə  qayıtdıq. 



Amma  nə  qədər  baxdıqsa,  burada  əvvəlki  əzəməti,  gözəlliyi 

görmədik. Bizim onlara bağlılığımız da qırıldı. 

Dedim… Yaxşı, sabah yola çıxaq. 

Hadi dedi… On günədək burada istirahət etməyimiz mümkündür. 

Dedim…  Mənim  üçün  on  dəqiqə  də  çətindir.  Ona  yetişib,  yanında 

olmasam, rahatlıq üzü görməyəcəyəm. 

Dedi… Nə yaman tamahkarsan! Məgər bu aləmdə öz həddini aşmaq 

mümkündür! Bura cəhalət dünyası deyil ki, heyf deyib, nəyəsə meyl 

edəsən.  Ədalət  mizanı  bir  tükcə  xəta  etməz.  Bəli,  onlar  fəzilətləri 

səbəbindən dostlara bəzən diqqət yetirirlər. Amma ölçüsüz həvəslərə 

yer  yox!  Onlar  izzət  zirvəsində,  sənsə  zillət  torpağının  aşağı 

nöqtəsində. 

Qəlbimin  odu,  alovu  səngimədisə  də,  susmaqdan  başqa  çarəm 

qalmadı.  Çünki  mənim  halımın  şərhi  məntiqi  ölçülərə  sığmırdı. 

Hadininsə  başqa  bir  məntiqi  yoxdu.  Səsimi  uddum,  Allah  istəyən 

olacaq. 


Hadi dedi… Gedək bir az bağlar arası gəzək, könlümüz açılsın. 

Getdim, amma mənim üçün bir həzz olmadı. Hər nədən keçsən, dost 

sözü  daha  xoşdur.  Dedim…  O  nə  üçün  öz  tilavətində  “Həl  əta” 

surəsini seçmişdi? 

Hadi dedi… Biz nə bilirik ki, bu mətləbdə nə hikmət var. Heç lazım 

da  deyil  ki,  bilək.  Bunu bilməyimiz  lazımdır  ki,  etdikləri,  dedikləri 

hikmət, savab, xeyir üçündür. Amma “onun hikməti budur, o deyil”, 

deməyimiz işə qarışmaq, ifarata varmaqdan əlavə, həm də xətərlidir. 

Çünki yalan olmaq ehtimalı var. Bəli, biz ağlımız kəsən qədər deyə 

bilərik  ki,  bu  mübarək  surə  Əli  (ə)  və  onun  əhli-beytinin,  ailəsinin 

fəziləti  haqqındadır.  Onlar  da  Əlini  (ə)  sevir  və  bu  surə  Əlinin  (ə) 

fəzilətini bəyan etdiyindən bu surəni də dost tuturlar. Necə ki, sən 

dedin  mən  də  dost  tuturam.  “Allah  rizası  üçün  yeməyi  yoxsula, 

yetimə,  əsirə  yedirərlər”,  ayəsində  onun  üçün  su  istəniləndə  və 

düşmənlər  verməyəndə  özünə  və  atasına  olan  müsibətə  işarə olub. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  48 

Hansı ki, suyun dəyəri yeməyin dəyərindən çox-çox az, həmin yetim, 

miskin, əsir o üç nəfərdən daha fəzilətli idi. 

Bu vəziyyətdə onların işinin hikmətindən danışmasaq, daha yaxşıdır. 

Amanda olarıq. 

Dedim…  Əgər  onun  məqsədi  axırıncı  dediyidirsə,  demək  qanları 

hələ də qaynayır. 

Dedi… Əlbəttə ki, qaynayır! Boğazının altındakı qırmızı xətt nəinki 

bir sübut, həm də böyük bir dəlildir. Onlar fərəcin (zühur) intizarını 

adi möminlərdən daha çox çəkirlər. Nə qədər ki, intiqam almayıblar, 

qanları qaynamaqdan dayanmayacaq. Necə ki, Bəni-israildən yetmiş 

min və ya yeddi yüz min nəfər qətlə yetirilməyincə, Həzrət Yəhyanın 

qanının dayanması mümkün olmadı. 

Dedim…  O  dedi  ki,  bu  xələt  bu  aləmə  uyğundur  və  bu  aləmin 

yaxşılıqları o aləmin kölgəsidir. 

Dedi…  Doğrudur,  necə  ki,  maddi  dünya  da  bu  aləmin  kölgəsidir. 

Yuxarıdakının  aşağıda  surəti  vardır.  Hüsn  və  kamalat  vücud 

üçündür. Vücud hansı dərəcəyə enərsə, zəifləyərsə, kamalın vücudu 

və onun əsərləri də zəifləyər. 

Hadi  gördü  ki,  mən  onun  fikir-zikrindən  bir  şey  anlamıram,  bağ-

bağatdakı gəzintimizin də bir faydası yoxdur. Bu səbəbdən mənzilə 

qayıtdıq. Hadi dedi… Bizim burada on gün möhlətimiz var ki, əməlli-

başlı hazırlaşıb, qüvvə toplayaq. 

Yolkəsənlər  xeyli  güclü,  qarşıdakı  fəlakətlər  çox,  sənin  qüvvən  isə 

azdır.  Bu  cümə  də  dünyəvi  evinə  getməlisən.  Ola  bilsin  ki, 

“ölülərinizi xeyir işlərlə yad edin” sifarişinə görə səni xatırlasınlar və 

güc vasitələrin hazırlansın. 

Dedi… Məgər sən demədinmi ki, Vadiyüs-səlam ərazisindəyik və hər 

şeydən amandayıq? İndi isə deyirsən Vadiyüs-səlamda da yolkəsən 

var.  Bu  nə  sözdür?  Sənin  istəyin  məni  məəttəl  etməkdir.  Ey  vəfalı 

dost, vəfasız olmusan. 

Ağlamaq  məni  tutdu.  Vadiyüs-səlam,  yəni  mənim  bədbəxtliyimin 

başlanğıcı. 

Dedi…  Ey  mənim  əzizim,  mənim  vəfam  uzaqgörənliyə  xatirdir. 

Çünki qarşıda səni nə gözlədiyini bilmirsən. Yol çətindir. Vadiyüs-



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  49 

səlamın kənarı Bərəhut çölünə bitişir. Atəş və əzabla doludur. Sənin 

qaran  bu  neçə  mənzildə  amansızcasına  səni  büdrətmək 

niyyətindədir.  Azca  büdrəməklə  Bərəhuta  düşə  bilərsən.  Mən  də  o 

əraziyə  daxil  olmaram.  Qorxuram  ki,  burada  on  gün  gözləmək 

istəməyib xətər və əzabla dolu o ərazidə on ay məhbus olasan. 

Dedim…  Demək  istəyirsən  ki,  Sirat  körpüsü,  Qiyamət  günü 

görüşümüzə gəlib? Bu heç vaxt ola bilməz! 

Dedi…  Bəli,  əvvəlcədən  də  dedim.  Amma  sən  dilxorsan.  Məgər 

demədim ki, yuxarıda olanın aşağıda surəti var? Bəli, bu neçə mənzil 

həmin  Sirat  körpüsünün  aşağı  dərəcəsi,  kölgəsidir.  Dediklərimdən 

savayı  bir  çarə  yoxdur.  Olacağın  çarəsini  olmamışdan  görmək 

lazımdır. 

 

AİLƏMLƏ GÖRÜŞ VƏ KƏDƏRLİ XƏBƏRLƏR 

 

İstər-istəməz, cümə axşamı ailəmin mənzilinə getdim. Gördüm ki.... 



arvadım  ərə  gedib  və  yeni  ərinin  işlərini  görməklə  məşğuldur. 

Övladlarım isə dağılışıblar. 

Bir müddət budaqda oturdum. Məyus olub qalxdım. Küçə divarının 

üstündə oturub, yoldan ötənlərə baxmağa başladım. Onlar dolanışıq, 

ticarət  işlərindən  danışırdılar.  Ürəyim  dərdlə  doldu,  düşündüm  ki, 

diri  insan  öz  aqibəti,  qarşıdakı  günləri  barədə  fikirləşsəydi,  yaxşı 

olardı.  Bütün  vaxtını  əyləncələrə,  arvad-uşağın  istəklərinə  sərf 

etməzdi.  Əcəb  qəflət  və  cəhalətli  dünyadır!  Necə  ağırdır  ki,  kişi 

həmişə  ona  tamah  gözüylə  baxmış  arvada,  uşaqlara  möhtac  olsun. 

Necə də vəfasızlıqdır ki, əlimin yerdən-göydən üzüldüyü bir vaxtda 

onlar məni yada salmırlar. Peyğəmbər (s.ə.v.v) bizi nə yaxşı xəbərdar 

edib,  buyurdu…  “Axır  zamanda  kişinin  həlakı  arvadının  əliylədir. 

Əgər  arvadı  olmasa,  qohumlarının,  övladlarının  əli  ilə  həlak 

olacaqdır.”  Amma  nə  faydası?!  Oyanmadıq,  ayılmadıq,  öz 

aqibətimizi düşünmədik. 

Birdən gördüm ki, qarşıdakı evin üstə yeni adaxlanmış oğlan və qız 

nəvələrim oturub, meyvə yeyir, söhbət edirlər. 



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə