AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  50 

Biri dedi… Bu ağacları atam əkib, indi torpaq əsiridir. Biz isə onun 

meyvələrini yeyirik. 

O  biri  dedi…  Bədbəxt,  indi  o  behiştdə  bu  üzümlərdən  də  yaxşısını 

yeyir. Allah rəhmət etsin. Uşaqlıqda bizimlə nə qədər zarafat edərdi! 

Əvvəlki dedi… Doğrudan da bizi çox istəyirdi, arabir pul verir, bizi 

sevindirirdi. Allah onu sevindirsin! 

O biri dedi… Biz nə vaxt kitab, kağız, qələm istəyirdiksə, babam bizə 

alırdı. Ata-anamız heç etina etmirdilər. 

Yenə əvvəlki dedi… Əslində bizi alim (dini alim) edən o oldu. Çünki 

özü alim idi və alimlikdən də xoşu gəlirdi. Bu gün cümə axşamıdır. 

Hərəmiz  onun  üçün  bir  Quran  surəsi  oxuyaq.  Mən  “Həl-əta” 

surəsini, sən isə “Duxan” surəsini oxuyaq. 

Onlar surələri oxuyub qurtaranadək orada dayandım. Allah bilir ki, 

nə qədər şad oldum. Onların bərəkəti üçün dua edib, geri qayıtdım. 

 

İKİ SURƏ ƏVƏZİNƏ İKİ HƏDİYYƏ 

 

Gördüm  ki,  Hadi  at  gətirib,  üstünə  xurcun  bağlayıb,  tərpənməyə 



hazırlaşır. 

Dedim… Bu xurcun hardandır? 

Dedi…  Bir  mələk  gətirdi.  Dedi  ki,  bir  gözündəki  hədiyyə  Həzrət 

Zəhradan (ə.s) ona məxsus “Duxan” surəsinin tilavəti səbəbindən, o 

biri gözündəki hədiyyə isə Əliyyibni Əbu Talibdən (ə) ona məxsus 

“Həl-əta” surəsinin tilavətinə görə göndərilib. 

Tapşırıblar ki, Bərəhutdan lap uzaq yolla gedək, onun səmum küləyi 

bizi tutub, təsir etməsin. 

Dedim…  Hadi,  biz  xurcunun  ağzını  açıb,  onların  hədiyyəsini  görə 

bilmərik? 

Dedi…  Bu,  yolun  ehtiyaclarındandır.  Nə  zaman  ehtiyacımız  olsa, 

onda açılacaq. İstəyirsən hərəkətə başlayaq? 

Dedim… Nə gözəl səadət! 

Ata süvar oldum, yola düşdük. 

Yol arası Hirs torpağına çatdıq. Çirkin it şəklində, üfunətli, bəzisi kök, 

bəzisi arıq, bəzisi qotur bir tayfayla rastlaşdıq. Səhra leşlə dolu idi. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  51 

Üfunət göyə qalxmışdı. Hər leşin başında bir it dəstəsi yığışıb, bir-

biriylə didişir, bir-birlərinə yemək macalı vermirdilər. Axırda hamısı 

yorulub yıxılır, leş yerdə qalırdı. 

Zorlu,  qüvvəli  başqa  bir  dəstə  zəifləri  qovub,  özləri  yeməyə 

girişirdilər. Bir şey yeməyə macal tapmamış başqaları hücum çəkib, 

leşlərin  üstündə  bir-birlərini  parçalayırdılar.  Hərə  özü  üçün 

əlləşdiyindən  hətta  ikisi  belə  qoşa  yola  getmirdilər.  Səhrada  savaş 

itlərindən yeddi qoşun vardı. 

Dünya bir leşdir, onu istəyənlər, ona məftun olanlarsa bir it! Bəziləri 

leşdən  yeyəndən  sonra  ağızlarından  tüstü,  arxalarından  od  çıxırdı. 

Yeyənlər tənha idi. Çünki bir günə düşürdülər ki, başqa itlər onlara 

yaxınlaşmırdı. 

Hadi dedi… Bunlar yetim malını yeyənlər və rüşvətxorlardır. 

“Həqiqətən,  yetimlərin  mallarını  haqsızlıqla  yeyənlərin  yedikləri 

qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər.”

45

 

Dedim…  Hadi,  bizə  tapşırılmışdı  ki,  Bərəhut  səhrasından  uzaq 



keçək. Deyəsən, yolu səhv salmışıq. 

Dedi…  Yox,  səhv  salmamışıq,  gördüyün  Bərəhutun  kənarıdır  və 

onun həlakedici səmumu bizə çatmaz. 

Hirs  çölündən  çıxıb,  su  kənarından  keçdik  və  həsəd  ərazisinin 

kənarına çatdıq. 

 

YA ƏLİ! 

 

Bu  səhrada  əsas  yoldan  azca  aralı  xeyli  maşın  işləyirdi.  Onların 



tüstüsü üfüqü qaraltmışdı. Böyük, ağır təkərləri, başqa hissələri olan 

bu maşınlar sürətlə hərəkətdə idilər. 

Səhra  lərzəyə  gəlmişdi.  Nəhəng  təkərlərin  səsi  guruldayır,  qulaq 

batırırdı.  Qəribə  vəlvələ,  zəlzələ  vardı.  Onların  hər  yeri  qara  idi. 

Maşınlardan biri yola yaxınlaşdı. Cəhalət qara tüstü tək hazır oldu. 

Çevrilib arxaya baxanda gördüm ki, Hadi xeyli geridə qalıb. Qaranın 

yaxınlaşması ilə Hadinin uzaqlaşmasından qorxuya düşdüm. 

                                                 

45“Nisa” surəsi, ayə 10. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  52 

Qara  dedi…  Bu  yaxındakı  maşına  bax.  Hələ  dünyada  belə  bir  şey 

görünməyib. 

Ürəyimdən dayanıb baxmaq keçsə də, qaradan xeyir görmədiyimdən 

qulaq asmayıb, atı çapdım. “Fələq” surəsini oxuyurdum. 

Qara  dedi…  Ay  bədbəxt,  “Qul  əuzu”nu  dünyada  oxuyub,  əməl 

etmək lazım idi. İndi ki, etməmisən, burada nə faydası var? 

 

Dünyada div idin, indisə quzu, 



Yaman duzsuz oldu burda “əuzu” 

 

(“Qul əuzu”–”sığınıram”, “pənah aparıram” mənasını verir-müt.



Qorxum  daha  da  artdı.  Qara  qabağa  düşüb,  bir  təpənin  arxasında 

gözdən itdi. Mən onun əlindən asudə olmaq gümanı ilə fikirləşirdim 

ki, nə üçün Hadi bu qədər uzaqlaşıb? Və mənə çatmır? Qəfildən qara 

vəhşi bir görkəmdə koğuşdan çıxdı. At hürküb, yoldan kənarlaşdı və 

həmin maşının yanında yerə dəydi. Mən də yıxıldım, əzalarım əzilib 

hissini  itirdi.  Elə  bil  əjdaha  tək  məni  udmaq  fikrindəydilər. 

Yarıqlarından mənə tərəf od püskürürdü. Xəbis qara məni məsxərəyə 

qoyub, gülür, rəqs edirdi və deyirdi… Ey bədbəxt həsədçil! Hansı bir 

alim  həsəddən  qurtulub?  Bu  neçə  mənzildə  əlimdən  çıxmaqla 

ciyərimi qana döndərmisən. Elə bilirdin, daha oxum qalmayıb? İndi 

dad! İnşallah, qurtuluş tapmayacaqsan. 

Zəif  də  olsam,  onun  məsxərəsindən  qanım  cuşa  gəldi.  Uca  səslə 

çağırdım… Ya Əli! Gördüm ki, məni dövrəyə alıb, işimi bitirmək üzrə 

olan  maşınlar  pərən-pərən  olub,  üz  tutdular  qaçmağa.  Arabir  bir-

birlərinə  dəyib  parçalanırdılar.  Qaçmaq  istəyən  qara,  bir  maşının 

altına  qaldı,  sümükləri  xıncım-xıncım  oldu.  Günahkarın  məkr  və 

hiyləsi öz başında çatlar. 

Dedim… Əcəb məsxərəyə qoyursan bizi! 

“Əgər  siz  bizi  məsxərəyə  qoyursunuzsa,  biz  də  sizi  sizin  kimi 

məsxərəyə qoyacağıq.”

46

 

                                                 



46“Hud” surəsi, ayə 48. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə