AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   15   16   17   18   19   20   21   22   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  59 

Dedim… Bunun səbəbi onun on yeddi yaşında, bizim kimi yükünü 

ağırlaşdırmadan, işini çətinləşdirmədən bu dünyaya köçməsi olub. 

Dərin fikrə getdim. Mənim vücudumda, işlərimdə hansı nöqsan var 

idi ki, belə oldum. Gələcək əziyyətlərdən hazırda azadam. Dünyada 

qalanlarımla  əlaqəm  kəsilib.  “Sur  çalındığı  vaxt  artıq  aralarında  nə 

qohumluq olar, nə də bir-birlərindən hal-əhval tutarlar.” Övladlarım 

bu  aləmə  müsafir  olublar.  Rifah  və  rahatlıqdadırlar.  Bəs  mən  nə 

üçün... 

Kamil  axtarışdan,  qəlbimin  künc-bucağını  araşdırdıqdan  sonra  bu 

otun toxumunu tapdım. Bildim ki, haradan bitib və haraya qol atıb. 

 

DƏVƏ OTARAN NƏ BİLİR DƏRD NƏDİR 

 

Səfiyyə  (huriyə)  fikrə  getmişdi  ki,  könlümün  qəmini  necə  dağıtsın. 



Təəccübünü bildirdi ki, Darüs-sürur qəm, kədər yeri deyil! 

Dedim… Özünə əziyyət vermə, kədəri dağıtmaq sənin işin deyil. 

 

Aşiq könlü min bir dərdə səhnədir 



Dəvə otaran bilərmi dərd nədir?! 

*** 


Kədər yeri deyil Qüds barigahı, 

Fəqət ərşə qalxır qüdsülər ahı. 

 

Qəlbimin sirrini ona demədim. Çünki o anlamazdı. Heç faydası da 



yoxdu! Çünki yuxarı aləm əhli hər şeyi tərk etsə də, toxumu torpaqda 

gizlənmiş  eşqi  dərk  etməz.  Yalnız  torpaqdan  yaranmış  Adəm  eşqə 

talib və aşiqdir və kədər içində zarıyıb deyir… 

 

İlahi, bir sinə buyur, yandıra 



Bu sinədə könül ver, od qaldıra. 

*** 


Donmuş könül bir torpaqdır, bir də su 

Qəlb od olsun, sinəm tüstüylə dolu... 

 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  60 

Səfiyyəyə  dedim  ki,  mən  o  kənardakı  bağlarda  gəzib,  xəlvətə 

çəkilmək, könlümün qəmini dağıtmaq istəyirəm. 

Dedi… Haraya getsən, tənha deyilsən. Dağ-dərə, səhra, bağ, yamac 

zərrə-zərrə şairdir, həssasdır. 

Dedim… Onlar mənim üfüqümdə deyillər. 

Dedi… Əgər bir naməhrəmiksə, yaxşı olar ki, bizi mürəxxəs edəsən. 

Dedim… Əgər Həzrət Zəhra (ə.s) olmasaydı, indi mürəxxəs idin. 

Qalxıb, yola düşdüm. Hansı ağacın altına çatdımsa, budaqlarını əydi 

və səsləndi ki, “ey mömin, bizim meyvələrimizdən ye!” Onların səsi 

xoş  olsa  da,  mənim  qulağımda  qarğa  qarıltısından  başqa  bir  şey 

deyildi. Onların cavabında dedim… 

Könlüm elə tutulmuş, qalmamış həvəs bağa, 

Qoxulanmağa gəlmiş çiçək həsrət damağa. 

 

Ağac  budağını  yuxarı  qaldırıb  səsləndi…  Meylin  yoxdusa,  niyə 



gəlmisən? 

Başqa bir ağac səsləndi… Sözsüz ki, mələkdir, yoxsa yeyərdi. 

Başqa biri əlavə etdi… Yəqin meyvə yeməyən bir heyvandır. 

Başqa  biri  təəccübləndi…  Bəlkə  dəlidir.  Axı  bura  dəli  yeri  deyil?! 

Bəlkə naz edir? 

O  biri  dilləndi…  Qıtlıqdan  təzəcə  çıxıb,  bolluğa  düşüb.  Zövqdən, 

həyəcandan ağzı kilidlənib... 

Dedim… Yenə o xeyməyə rəhmət! 

Geri qayıtdım. Hadi xeymədə dayanıb məni gözləyirdi. Məni görüb 

yaxınlaşdı. Fikirləşdim ki, bəlkə, qəlbimin düyününü bu məhrəm aça. 

 

YOX, HƏLƏ RAHAT DEYİLƏM 

 

Bir-birimizə  yetişdik,  salamdan  sonra  soruşdu…  Harada  gəzirdin? 



Hazırlaş, şəhərə gedək. Alimlər, möminlər səni gözləyirlər. 

Dedim… Şəhərə nə üçün gedirik? 

Dedi… Ey vay, bəs buraya nə üçün gəlmisən? 

Dedim… Bilmirəm məni buraya nə üçün gətiriblər. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  61 

Dedi…  Nemətlərə  küfr  etmə.  Səni  o  zülmətdən  bu  işıqlı  dünyaya 

gətiriblər ki, Haqqın nemətlərindən bəhrələnib, həmişə şad olasan. 

Dedim…  Hansı  nemət?  Hanı  o  nemətin  dadı?  Hanı  mənim 

məşuqlarımın qəlbinin sevinci? Məgər əvvəl gecədə sən Əbülfəzlin, 

Əli Əkbərin silahlı olduğunu görmədin? Yoxsa mənasını anlamadın? 

Məgər Əli Əsğərin boğazındakı qırmızı xətti görmədin, ya mənasını 

dərk  etmədin?  Əgər  bir  kəsin  onlara  müxtəsər  məhəbbəti  olarsa, 

qüssədən  ölər.  Onda  qalmış  yemək,  içmək,  şadlıq,  huriyə,  qəsrlər! 

Sən düşündüyün qədər də qarınqulu, özünü istəyən deyiləm. 

Dedi…  Bəs  burada  qəsrlərdə  hurilərlə  şadlanan  alimlər,  möminlər, 

Əhli-beyt dostu deyillər, yoxsa onlarda intiqam hissi yoxdu? Başqa 

mətləb budur ki, zalımlar hazırda ilahi cəzadadırlar. 

Dedim… Hər kəs öz halını daha yaxşı bilir. Mən nə qədər ki, intiqam 

almamışam  Darüs-sürur  Beytül-həzən  (qəmlər  evi),  nemətlər  isə 

dərddir. Başqalarının şadlığını onların özlərindən soruşun. Onların 

ilahi intiqama giriftar olmaları bizim intiqamımızdan, şəksiz ki, daha 

ağırdır.  Amma  təsdiq  edirsiniz  ki,  məzlumlar  özləri  qisas,  intiqam 

almasalar, qəlbləri soyumaz. 

Ona  görə  də  vərəsələr  üçün  qisas  haqqı  verilib.  Bununla  belə, 

başqaları  da  zalımlara  daha  şiddətli  əzab  verə  bilər.  Qısası,  Allah 

buyurmuşdur… 

“Sevdiyiniz başqa bir nemət də–Allah dərgahından kömək və yaxın 

qələbə gözləyir.”

56

 

İntiqam  bizim  məhbubumuzdur.  Bu  məhbuba  çatanadək  Darüs-



sürurumuz yoxdur. Olsa da mən gəlmirəm. 

 

Sevgilisiz şadlıq zindandır, zindan, 



Şadlıqdır yarını tapanda insan. 

*** 


Səninlə sevdada olmağım, inan, 

Hər iki aləmdən gözəldir hər an. 

 

                                                 



56“Səf” surəsi, ayə 13. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə