AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   15   16   17   18   19   20   21   22   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  66 

çətinliyi,  təzyiqində,  siz  isə  eyş-işrət,  rahatlıq,  sevinc  balışlarına 

dirsəklənmiş! Bu halınızla aşiqlik iddiasındasınız? Bu məhəbbət əsəri 

deyil. Ən yaxşı söz əməlin təsdiq etdiyi sözdür. 

Min  nəfərdən  artıq  olan  bu  cəmiyyət  sarsılıb,  dağıldı.  Gördüm  ki, 

hamısı  xeymələri  söküb,  dağıdırlar.  Köhnə  libas  geyinib,  baş-ayaq 

yalın gəldilər. Dedim… Qeyrətinizlə fəxr etdim. İndi Beytül-məmura 

tərəf dayanıb, uca səslə oxuyun… 

“Əli hər yerdən üzülən kəs dua edəndə onu eşidib, şəri sovuşduran 

varmı?


57

 

Elə  olsun  ki,  bədənlər  qızsın.  Bu  çətinlikdə  murad  İmam  Zaman 



əleyhissalamdır. 

Həbib ibni Məzahir və Hadi tərəfindən bu qəziyyə Vadiyüs-səlamda 

yayıldı  və  bir  inqilab  yarandı.  Mən  əhali  arasında  qəriblik, 

köməksizlik,  iztirab  və  İmamın  intizarının  uzunluğu,  onlarda 

intiqam  hissinin  yaranması  haqqında  atəşin  nitqlər  söyləyirdim. 

Vadiyüs-səlamın  özündə  natiqlər,  xətiblər  heyəti  yarandı  və  onlar 

kürsüyə çıxıb nitqlər söyləyirdilər. 

Yavaş-yavaş buradan getmiş Səfiyyələr vasitəsi ilə əhalinin həyəcanı, 

daxili  inqilabı  yuxarı  məqamlarda  bilinirdi.  Xəbərdar  olduq  ki, 

Əliyyibni  Əbu  Talib  (ə),  Həzrət  Zəhra  (ə.s)  on  məsum  övladları  ilə 

birgə  belə  bir  istəyin  olmasına  şəfaət  istəyiblər.  Amma  Peyğəmbər 

(s.ə.v.v) üzrlü olmuşdu ki, hələ mömin kafirdən seçilməyib. 

“Əgər  möminlər  kafirlərdən  ayrılıb,  seçilsəydilər,  hökmən  kafirləri 

dərdli əzaba düçar edərdik.”

58

 

Bu  ayə  səbəbindən  intizar  bu  qədər  uzanıb.  Bu  halda  dua  edirik… 



“Allahummə fərric fərəcən acila...” O qədər ya Mühəmməd, ya Əli 

dedik ki, bu iki əzəmətli şəxsi də sarsıtdıq. Həzrət Zəhra (ə.s) da əlini 

dua  üçün  qaldırdı.  Yanımızda  bu  aləmdə  olan  bütün  söhbətlərin 

həkk olunduğu lövhə vardı. Biz hər söhbətdən xəbərdar olurduq. 

 

 

                                                 



57“Nəml” surəsi, ayə 62. 

58“Fəth” surəsi, ayə 25. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  67 

İLK DUALAR QƏBUL OLUNUR 

 

Həzrət Haqqdan xitab yetişdi ki, “Ya Mühəmməd, duanı müstəcab 



etdim və tezliklə zühurun təcilində vəfa edərəm.” 

Peyğəmbər  (s.ə.v.v)  dedi…  “Sənin  razılığınla  razı  olmuşuq.  Lakin 

Sənin  bəndələrindən  biri  Sənin  mehmanxanana  daxil  olub,  süfrə 

başında  əyləşib.  Amma  istəyi  yerinə  yetməyənədək  əlini  süfrəyə 

uzatmır.  İstəyi  İmam  Əsrin  (ə)  zühurudur.  Belə  deyirlər  ki,  bizim 

məhbubumuza  İmam  Zamana  intizarın  uzunluğu  səbəbindən  eyş-

işrət  mənasız  olub.  Bəs  biz  necə  şadlanaq?  O  göz  yaşları,  nalə 

içindəsə, bəs biz necə şadlanaq? O göz yaşları, nalə içindəsə, bəs biz 

necə  sevinib,  gülək?  Ölsün  o  aşiq  ki,  məşuqu  rəngində  olmayacaq! 

Dünyada adət ediblər ki, birindən istəkləri olanda onun süfrəsinə əl 

uzatmasınlar.  Süfrə  sahibi  də  nə  qədər  çətin  olsa  da,  onların 

istəklərinə əməl edib ki, süfrəsindən dadsınlar. Onlar inanırlar ki, Sən 

böyüklərin  böyüyüsən,  hər  şeyə  qadirsən,  Sən  ehtiyaclıların,  dara 

düşənlərin sığınacağısan, əmrinə heç bir maneə yoxdur.” 

Biz susuz dəvə tək lövhənin ətrafında toplanıb, lövhədə Peyğəmbərin 

həkk olmuş kəlmələrindən hiss edirdik ki, qəlbi bizə tərəf meyllidir. 

Bəzi  mətləbləri  tutub,  tamamilə  ümidvar  olduq  ki,  tezliklə 

məqsədimizə çatacağıq. Bir gözümüz lövhədə sevincdən işıqlanmış 

surətlərlə  Haqqın  cavabını  gözləyirdik  ki,  Peyğəmbərinə  nə 

buyuracaq. Əmin idik ki, məqsədimizə çatacağıq. 

Haqq-Taala Öz Peyğəmbərinin meylini müşahidə edib, Peyğəmbərin 

Haqqın  qüdrət  və  kərəmini  cuşa  gətirən  sözlərindən  sonra,  onun 

istəyini rəva buyurmaqdan savayı bir cavab vermədi. Haqq-Taala o 

qədər səbir və sükut etdi ki, sanki cavab verməkdə tərəddüd edirdi. 

Xudavənd mömin bəndənin ruhunun qəbzində Özü tərəddüddədir. 

Əgər Peyğəmbərə mənfi cavab verərsə, axı Öz həbibinin üzüntüsünü 

istəmir. Necə müsbət cavab versin ki, bəlkə də, bu sürətlə təqdirlər 

silsiləsi zəruri deyil. 

Qəfildən  Haqqın  cavabı  bu  cümlələrə  təcəlla  etdi…  “Bizim 

düşmənlərdən  intiqam  almaq  vədəmiz  Bərəhutdadır.  Təsəvvür 

olunan şey Bizim vəlimiz Höccət ibnil-Həsənə aydındır və o, dünyəvi 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  68 

intiqamın  təxirindən  nigaran  deyil.  Təxirə  səbəb  məsələlərdə  onun 

razılığı Bizim razılığımızdan asılıdır. O, Allahın istədiyindən başqa 

bir şey istəməz. Amma bu az istedadlı, hövsələsiz dəstə məclis qurub, 

qərar çıxarıblar, buna da müəyyən qədər haqları var. Mənim sonsuz 

rəhmət və qeyrətimi cuşa gətiriblər. Ona görə də Mənə lazımdır ki, 

onların  qəlbinin  dərdini  boşaldam.  Çünki  onlar  Mənim 

qonağımdırlar. Ona görə də məlaikələrdən bir dəstə göndərdim ki, 

onları  Bərəhut  çölünə  aparsınlar.  Düşmənlərin  halını  görsünlər  və 

onların əzabından qəlbləri soyusun. 

Bu buyuruqlar tamam olandan sonra adamların arasında səliqə, baxış 

fərqlərinə  görə  qarışıqlıq  düşdü.  Biri  dedi…  Bərəhut  çölünə 

getməyək,  onsuz  da  onların  əzabda  olduqlarını  bilirik.  Amma 

əlimizlə qisas almaq Allahın bizə verdiyi haqdır. 

O  biri  dedi…  Bərəhuta  getməliyik.  Gedib,  gəzək,  qəlbimiz  bir  az 

təsəlli tapsın. Həm də tam razılıq olmayıbsa, bundan artıq israr etmək 

doğru  deyil.  Çünki  dünyada  kimlərinsə  kəcliyindən  bu  iş  bu 

vaxtadək  təxirə  düşüb.  Bizim  də  hərəkətimiz  onu  incidər, 

qəzəbləndirər. 

Bir  başqası  dedi…  Xeyr,  Bərəhutu  görəndən  sonra  bu  işi  davam 

etdirmək  lazımdır,  hər  nə  olursa  olsun,  bundan  artıq  səbrimiz 

yoxdur. 


O qədər səs-küy salmışdılar ki, deyilən sözləri başa düşmək olmurdu. 

Sakitliyə çağırsaq da, faydası olmurdu. 

Nəhayət, gözqamaşdıran təmtəraqlı məlaikə dəstəsi gəldi. 

 

MƏLAİKƏLƏRLƏ SÖHBƏT 

 

Bizi  köhnə  libaslarda,  baş-ayaq  yalın,  toz-torpağa  bulaşmış,  zəlil 



(xüsusilə bütün bu od-alov gorundan çıxmış Məni) görüb, bizə qarşı 

yuxarıdan  baxmaları  zirvəyə  çatdı  və  əvvəl  xilqətimizdəki  kimi 

həqarətlə baxdılar. 

Məlaikələrin  gəlişi  ilə  adamlardakı  inqilab  alovu  səngidi.  Mən 

ixtilafın  götürülməsi,  məlaikələrə  fəzilətimizin  sübutu  üçün  onlara 

etina  etmədən  minbərə  qalxıb,  xütbəyə  başladım.  Onlar  təəccüb 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə