AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  32 

Dedim…  Əlhəmdu  lillah,  bütün  xətərlər  Cəhalət  tərəfindən  idi. 

Bunun da səbəbi özümdən idi ki, sənsiz olmuşdum (yetkinliyin ilk üç 

ilində). Mənimlə olsaydın bu çətinliklər törənməzdi. Xülasə, hər nə 

oldusa da salamatlıqla ötüşdü. Səni gördüm, dərdim sağaldı, qəmim 

dağıldı. 

Dedi… Bura qədər səninlə olmadığım üçün o, yalan və hiylələrlə səni 

yoldan çıxarırdı, bundan sonra onun hiylələrini sənə göstərəcəyəm. 

O  daha  güclü  vasitələrlə  səni  yoldan  çıxarmaq  istəyəcək.  Bil  ki, 

bundan sonra yoldan kənarda sonu fəlakətli, şiddətli əzablar olacaq. 

Çünki  mənim  vücudum  vasitəsi  ilə  sənə  hüccət  tamamlanır  (yəni 

bundan sonrakı səhvlər bilərəkdən olur). 

Daha  üzrlü  səbəbin  qalmır  və  bu  mənzildə  özünü  müdafiə  etmək 

üçün əsa və qalxandan başqa bir silahın olmayacaq. 



 

NÖVBƏTİ CÜMƏ AXŞAMI NƏ GÖRDÜM? 

 

Hadi davam etdi… Döyüş vasitələrin azdır. Ailəni görməyə get. Ola 



bilsin  ki,  sənin  xatirinə  bir  xeyir  iş  gördülər  və  bu  müsafirətdə 

müdafiə vasitələrin artdı. 

Dedim…  Mən  onlardan  məyus  olmuşam,  çünki  onlar  özlərindən 

başqa bir şeyi düşünə bilmirlər. Qısası, dirilər ölüləri tez unudurlar, 

onlardan  qəlbləri  soyuyur.  Ötən  həftə  hələ  məni  unutmamışdılar. 

Əməllərinin  niyyəti  özləri  üçün  olsa  da,  mənim  adıma  işlər 

görürdülər. İndi adım da yadlarından çıxıb, onlara heç bir ümidim 

yoxdur. 


Dedi…  Hər  nə  olur-olsun,  tez  dur  yola  düş.  Çünki  Peyğəmbər 

(s.ə.v.v) buyurub… “Yaxşılıq və xeyir işlərlə ölülərinizi yada salın.” 

Çox  vaxt  getməyinlə  xatırlanarsan.  Ümid  var  ki,  Allah  sənin 

getməyini, onların səni yada salmaları üçün səbəb salsın. Onlardan 

ümidini üzmüsənsə də, Allahdan ümidini üzməməlisən. 

Yaxşı deyiblər… döyməsən qapı arxasından səs gəlməz axı. Bu atalar 

sözü  ona  işarə  edir  ki,  hər  kəs  dözümlə,  möhkəm  dayanarsa,  öz 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  33 

məqsədinə  çatar.  “Allahın  rəhmətindən  naümid  olmayın.  Allah 

bütün günahları bağışlayandır.”

25

 



Ailəmlə  görüşə  getdim.  Gördüm  mənim  vaxtımda  olan  vəziyyət 

əksinə olub. Nə evdən bayıra çıxırlar, nə də kimsə onları yada salır. 

Güzəranları pisləşib, uşaqlar pərişan olublar. Onların halına qəlbim 

ağrıdı və dua etdim ki, Xudaya, onlara və mənə rəhm et. Ailəm də 

asudə  zamanlarını  yada  salıb,  mənə  rəhmət  oxudular.  Hadinin 

yanına qayıtdım. 

 

HURİYYƏ İLƏ GÖRÜŞ 

 

Qəsrin  qabağında  daş-qaşla  bəzədilmiş,  qızıl  yüyən-yəhərli  bir  at 

dayanmışdı. Hadidən soruşdum ki, bu at kimindir? 

Gülümsünüb,  dedi…  Ailən  sənin  üçün  göndərib.  Bu,  göndərilən 

rəhmətdir  ki,  at  surətinə  düşüb.  Bu  mənzillərdə,  xüsusilə  piyada 

getməyin məşəqqətli olduğu birinci mənzildə atla, süvari getmək çox 

yaxşıdır. Sənin də öz ailən haqqındakı duan qəbul olundu. Bundan 

sonra  onlar  rifah  və  asayişdə  yaşayacaqlar.  Görürsənmi,  sənin 

getməyin hamı üçün xeyirli oldu. İnsanlar qəflət dünyasında çox vaxt 

bir-birləri  ilə  əlaqə  saxlamağın  üstünlüklərindən  xəbərsiz  olurlar. 

Ona  görə  də  Peyğəmbər  (s.ə.v.v)  bu  mövzuda  təkid  edib, 

buyurmuşdur… “Üç gün keçə və bir-birlərinin halını soruşmasalar, 

onların arasında iman qardaşlığı telləri qırılar.” 

Bir hücrəyə daxil olduq. Çöhrəsinin nuru hücrəni işıqlandırmış, göz 

oxşayan bir huriyyə taxt üstə oturmuşdu. 

Hadi  dedi…  Bu  sənə  əqd  olunmuşdur.  Bu  gecə  Vadiyüs-səlamdan 

sənin üçün gəlmişdir. 

Hadi  hücrədən  çıxdı.  Mən  huriyyəyə  yaxınlaşdım.  O,  ehtiram 

göstərib, ayağa qalxdı, əlimi öpdü. 

Yanaşı əyləşdik. Dedim… Öz əsl-nəcabətini söylə və mənə necə əqd 

olunduğunu bəyan et. 

                                                 

25“Zümər” surəsi, ayə 53. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  34 

Dedi… Cavanlıq vaxtı bir mədrəsədə cümə axşamı bir qadınla mütə 

etməyin (müvəqqəti evlənməyin) yadına gəlirmi? 

Dedim… Bəli. 

Dedi… Mənim xilqətim sənin qüsl suyunun damlalarındandır. Mən 

o qətrədən yaranmışların, bəlkə də üçüncü nüsxəsiyəm. 

Dedim… Mən sizin danışığınızdan, şirindilliliyinizdən ləzzət alsam 

da, istilahatınızla tanış deyiləm. Fikrinizi izah edin. 

Naz-qəmzəylə  başını  aşağı  salıb,  gülümsündü.  İnci  dişlərinin 

nurundan qəsrlər işıqlandı. 

Dedi…  Mən  o  qüslün  damlalarından  yaranmışam.  Qalanları  əbədi 

behiştdədirlər və çoxdurlar. O qədər camallı, kamallıdılar ki, onlara 

baxmağa gözünüzdə tab yoxdur. Yalnız oraya çatanda mümkün olar. 

Vadiyüs-səlamda onların (huriyyələrin) əbədi behişt nurundan olan 

şüasından  huriyyələr  inikas  olur  ki,  hazırda  onların  camalını 

görməyə 


dözümünüz 

yoxdur. 


Mən 

ki, 


hazırda 

sizin 


xidmətinizdəyəm,  onların  camalının  əksi,  vücudlarının  kiçilmiş 

mərtəbəsiyəm. 

Dedim…  İndillahın  (Allaha  yaxın  məqamın)  bütün  bu  xüsusi 

mərtəbə  və  məhbubluğunun  mütə  əməlinin  hansı  cəhətinə  görə 

olduğunu bilirsənmi? 

Dedi… Bu əməlin əsaslı xeyirləri vardır. Daimi izdivacın hüququnu 

ödəməyə  hər  adamın  gücü  çatmır.  Əgər  belə  bir  hökm  olmasaydı, 

çoxları  zina  edər,  xeyli  fəsadlar  törənərdi.  Necə  ki,  Həzrət  Əli  (ə) 

buyurdu…  “Əgər  Ömər  mütə  əqdini  qadağan  etməsəydi,  həqiqi 

zalımlardan,  bədbəxtlərdən  savayı  kimsə  zina  etməzdi.”  Bundan 

əlavə,  bu  işdə  imanın  iki  əsası  qorunmuşdur…  biri  təvəlla-Allah 

dostuyla dostluq, digəri təbərra-Allah düşməniylə düşmənlik. Əli və 

onun  övladlarının  vilayəti,  düşmənlərdən  bəraət  (bizarlıq,  nifrət) 

olmadan, hətta səqəleyn ibadətinə malik olanlar, gecələr oyaq qalıb, 

gündüzlər oruc tutanlar da qurtuluş üzü görməyəcəkdir. Necə ki, bu 

məzmunda  qüdsi  hədislərdə  Həzrət  Haqq  buyurmuşdur  və  sən 

məndən də yaxşı bilirsən. 

Dedim…  Siz  hansı  mədrəsədə  təhsil  almısınız  ki,  ağzınızdan  bal 

tökülür? 



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə