AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   ...   15   16   17   18   19   20   21   22   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  56 

Bu geniş aləmdə oldusa hər nə, 

Halının şərhinə gəl bax içimə. 

 

İlkin fitrətə görə insanda bu güc, qüvvə vardı, lakin o özünü tanımadı 



və onun haqqında deyildi ki… 

“Həqiqətən insan ziyan içindədir.”

50

 

Başqaları da onu tanımadıqlarından dedilər… 



“Çox zalım və cahil olan insan...”

51

 



Dedim… Siz bu bilikləri hansı mədrəsədə öyrənmisiniz? 

Dedi… Mənim təlimatım Mədineyi-şərifədə olub. Bu yaşıl və xürrəm 

dağlar onun yaylaqlarındandır. 

Peyğəmbər  (s.ə.v.v)  buyurdu…  “Mən  elmin  şəhəriyəm,  Əli  onun 

qapısıdır.”  Mən  Peyğəmbər  qızı  Fatimənin  (s.ə)  əlində  tərbiyə 

almışam. O da atası tək hikmət və ismət şəhəridir. Əli onun qapısıdır. 

Mübarək  gecə  min  aydan  üstün  Qədr  gecəsidir.  Quran  elmlərinin 

nazil olduğu da o mübarək vücuddur. 

“Hər bir hikmətli iş o gecə hökm olunur.”

52

 



“Mübarək bir zeytun ağacından”

53

 işarəsi odur. 



“O  gecə  mələklər  və  Ruh  Rəbbinin  izni  ilə  hər  bir  işdən  ötrü  yerə 

enərlər” ayəsi Fatimə (ə.s) haqqındadır. 

Hadinin  mənə  çatdırdığı  namə  Zəhradan  (ə.s)  idi.  Yazmışdı  ki,  o 

mənim övladlarımdandır, sənin yanına gələr, onu qəbul et, o sənin 

sahibindir.  Məlum  olur  ki,  mən  sənin  zəhmətin,  əkdiyinəm.  Allah 

məni boya-başa çatdırıb, kamala yetirib. 

“Bəs əkdiyin toxuma nə deyirsən? Onu bitirən sizsiniz, yoxsa Biz?”

54

 



 

 

 



                                                 

50“Əsr” surəsi, ayə 2. 

51“Əhzab” surəsi, ayə 72. 

52“Duxan” surəsi, ayə 4. 

53“Nur” surəsi, 35. 

54“Vaqiə” surəsi, ayə 63-64. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  57 

XACƏ HAFİZİN ŞERLƏRİ BƏRZƏXDƏ 

 

Dedi…  Mən  Allaha  həmd  edirəm  ki,  bütün  həmdlər  Ondandır  və 



Ona tərəfdir. 

Soruşdum ki, Xacə Hafizdən oxuduğun şerləri haradan öyrənmisən? 

Dedi…  Xacə  bu  məqama  çatanda  buranın  əhalisi  xahiş  etdilər  ki, 

burada bir az artıq qalsın, onun könüloxşayan qəzəllərini öyrənsinlər. 

Elə  də  oldu.  O  vaxtdan  bəri  bütün  xeymələrdə  əhalinin  hamısı  öz 

nəğmələrində  onun  qəzəllərini  oxuyurlar.  Xüsusilə  Haqqa  vüsal 

(qovuşma)  haqqında  olanlarını!  Onunla  adamlar  arasında  olan 

sorğuda bəzi sirlər yeri olmadan açıldı. 

Maddi və mənəvi kamilliklərin izharından sonra bizi valeh edən bir 

sürud (nəğmə) başladı… 

 

Eşq evi yolçusuyuq, tərpənərək yoxluqdan 



Vücud iqliminədək yollarını tapdamışıq. 

*** 


Xəttinin rəngi yaşıl, zinəti Cənnət bağının, 

Bu yaşıllıqlara xatir əzabın adlamışıq. 

*** 

Bu dəfinə səbəbindən qoruyan Ruhul-əmin, 



Lap gədalıqla bu sultan evinə toxdamışıq. 

 

Bundan  sonra  növbənöv  yeməlilər,  içməlilər  gətirildi.  Yedik,  içdik, 



mütəkkələrə  söykəndik.  Ona  dedim…  Məlum  olur  ki,  sən  burada 

sakin deyilsən. 

Dedi… Bəli, sənin görüşünə gəlmişəm ki, burada bir müddət istirahət 

edəsiniz. Bu xeyməni və onun əşyalarını da mən gətirmişəm. Bəlkə 

də,  dağın  başında,  ətəyində  gördüyün  xeymələrin  hamısı  təzə 

gələnləri  qarşılamaq  üçün  tapşırıq  alanlar  tərəfindəndir.  Bu  məhəl 

bağları ilə, ruh-reyhanı ilə, xoş-xürrəmliyi ilə onların vəqfi, Allahın 

mehmanxanasıdır.  Siz  buradan  gedəndən  sonra  mən  də  qaldığım 

yerə qayıdacağam. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  58 

Dedim… Mən bu bağlarda, xeymələr arasında, eniş-yoxuşda, göllər 

ətrafında  gəzmək,  vəziyyəti  bilmək  istəyirəm.  Bəlkə,  burada 

tanışlarımdan, dostlarımdan kimsəni gördüm. 

Dedi… Burada azadsan, nə istəsən hazırdır. Amma xeymələrə daxil 

olanda icazə və salam lazımdır. 

Mən buraya gələndə sizin böyük qızınızın xeyməsini gördüm. Sizinlə 

yaxınlıq  səbəbindən  xeyməsinə  daxil  oldum.  Onu  özümə  dost 

tutdum. Əgər istəyirsinizsə, oraya gedin, mən də sizinlə gələcəyəm. 

Dedim  ki,  əlbəttə,  gedək.  Qalxıb,  birlikdə  oraya  getdik.  Xeyməyə 

yaxınlaşanda salam verdim. Qızım səsimi tanıyıb, özü bayıra qaçdı. 

Bir-birimizi  ziyarət  edib,  Allaha  sonsuz  nemətləri  və  rəhmətlərinə 

görə  həmd  etdik  və  xeyməyə  daxil  olduq.  Zinətli  taxtlar  üstündə 

əyləşdik.  O  öz  rəfiqələri  ilə  bir  cərgədə,  mən  də  öz  yoldaşımla  bir 

cərgədə. 

“Taxtlara söykənib, bir-birləri ilə qarşı-qarşıya əyləşəcəklər.”

55

 

 



QIZIMLA SÖHBƏT 

 

Soruşdum… Səfərin necə keçdi? 



Dedi… Birinci mənzildə və həsəd ərazisində bir qədər təzyiq, çətinlik 

gördüm.  Bu  çətinliklər  başqaları  üçün  ağır  keçirdi.  Bəzi  yerlərdə 

anladım ki, mənim nicatım sizin tərəfinizdəndir. Buna görə də sizə 

xeyir-dua  etdim.  Hətta  bacım  bu  aləmə  gələndə  və  sizin  səfəriniz 

yaxınlaşanda  Allahdan  sizin  üçün  şəfa  istədim  ki,  anam,  o  biri 

bacılarım başsız qalmasınlar. 

Soruşdum… Bu aləmə gəlmiş o biri bacından nə xəbər var? 

Dedi…  Burada  bacımı  gördüm.  Cəlalı,  əzəməti  məndən  yüksəkdir. 

Ondan  halını,  yolda  başına  gələnlərdən  soruşdum.  Həmin 

çətinlikləri, piyada gedişləri görməmişdi. Yalnız kobudluq ərazisində 

olmuş,  onu  da  xoş  keçirmişdi.  Qalan  yolu  “teyyül-ərz”  ilə,  birbaşa 

gəlmişdi. 

                                                 

55“Vaqiə” surəsi, ayə 16. 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə