Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə35/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

71 
 
Ə.Rəsulzadənin M.Hacınskiyə yazdığı məktubundakı: “Əgər Bakı alınmasa 
hər  şey  bitdi.  Əlvida  Azərbaycan.”  (149)  sözləri  yaratdığı  bağın  məhsulunu  dərə 
bilməməkdən nigaran qalan bağbanın həyəcanını əks etdirir.  
4  sentyabr  1918-ci  ildə  yalnız  şəhərdaxili  asayiş  keşiyində  duran  ingilis 
hərbi  qüvvələri  Nuru  paşanın  tələbi  ilə  gəmilərə  minib  təcili  Bakını  tərk  edirlər. 
Nuru  paşanın  rəhbərliyi  altında  olan  türk-azəri  qoşunları  Bakını  mühasirəyə 
aldıqda  hələ  mart  qırğınlarında  əksəriyyəti  uşaqlardan  və  qocalardan  ibarət  otuz 
min  günahsız  insanı  qətlə  yetirmiş  erməni-rus  fəhlə  diktaturasının  hərbi  dəstələri 
onları  gözləyən  intiqam  cəzasından  qorxub    təşviş  keçirərək  qaçmaq  üçün  yol 
axtarırdı. Əslində Bakının alınması milli azadlıq inqilabının tərkib hissəsi olsa da, 
digər  tərəfdən  bu  məsələ  Birinci  dünya  Müharibəsində  qarşılaşmış  böyük 
dövlətlərin döyüşü idi. Alman-türk mənafeyi ilə üzləşən ingilis-rus cəbhəsi hələlik 
bu ərazidə gücsüzlük nümayiş etdirirdi. Almanların Qafqazdakı hərbi qüvvələrinin 
ali baş komandanı Kress fon Kressenştayna Tiflisdəki iqamətgahından müttəfiqi və 
dostu Nuru paşanın qələbə əzmini maraqla izləyirdi.  
1918-ci  ilin  martında  törədilən  qan  selindən  sonra  Azərbaycanda 
hakimiyyəti  erməni  daşnak  və  rus  bolşevikləri  ələ  keçirirlər.  1907-1908-ci  illərdə 
Stalinin  iştirakı  ilə  bütün  Qafqazı  terrora  məruz  qoyan,  sonradan  26-lar  kimi 
məşhurlaşan  kommuna  dəstəsinin  üzvlərindən  yalnız  təsadüf  nəticəsində  salamat 
qalmış,  Ermənistanın  diktatoru  və  Qafqaz  “ÇK”-sının  rəhbəri  olmuş  Mikoyanı 
Məhəmməd Əsəd bəy həmin hadisələrin “həyatda qalmış, bəlkə də, yeganə tərəfsiz 
adamı  kimi”  “Qaçqınlıq”  sənədli  hekayəsində  təsvir  edərək  komissarların 
yığıncaqlarını  belə  xatırlayır:  “Hərdən  inqilabda  əməyi  olan  gənc  kommunistlərə 
də  söz  verirdilər.  Sonuncuların  sırasında  insanın  tükünü  ürpədən  giclikləri 
danışmağa  xüsusi  qabiliyyət  sahibi  on  doqquz  yaşlı  bir  erməni  gədəsi  daha  çox 
nəzərə  çarpırdı,  o  vaxt  hələ  arıq,  sadə  və  səfeh  idi,  yalnız  sonralar  İttifaqın  daxili 
işlər naziri və ikinci qüdrətli kişisi olanda o, Stalinin şəxsi katibi yoldaş Mikoyan 
ağıllandı və piyləndi. Bir yığın şübhəli insan o vaxt komunist oldu.” (51.səh.78). 
15 sentyabr 1918-ci ildə beynəlxalq institutları qıcıqlandırmamaq üçün hələ 
şəhərə  girmək  istəməyib  ermənilərin  gəmi  ilə  Ənzəliyə  və  Həştərxana  qaçmasına 
şərait  yaradan  türklər  tərəfindən  nəhayət  Bakının  alınması  turançılığın 
gerçəkləşməsində həlledici addım kimi qəbul edildi. Məhəmməd Əsəd bəyin “26-
ların hekayəti”ndə yazdığı kimi: “Alman-türk qoşunları Azərbaycana girəndə vur-
tut  100.000  fəhlənin  gücünə  söykənən  kommunist  hökuməti  Bakıda  gizləndi. 
Cənubi  Qafqazın  aktivistləri,  Stalinlə  Leninin  ən  yaxın  dostları  və  məsləkdaşları 
özlərinin  pis  fəhlə  rəhbərləri  olduqlarını  biruzə  verdilər.  Lenin  “Bakı 
proletariatına” çağırışının, Moskva hökumətinin  “Şərqin ilk Soveti”nə  göndərdiyi 
salamların  xeyri  olmadı,  fəhlələr  “Şərqin  xilaskarları”ndan  (rəsmi  sənədlərdə  26-
lara verilən ad belə idi) üz döndərdilər. Bakı alman-türk qoşunları tərəfindən əhatə 


72 
 
ediləndə  mühasirədəki  şəhərin  ortasında  həmkarların  kommunistlərə  qarşı  üsyanı 
başladı.  Mühasirədən  qorxuya  düşən  26  rəhbər  öz  təəssübkeşlərini  darda  qoyub 
onları Rusiyaya aparmalı olan bir gəmiyə qaçdı. İndi rəsmən belə deyilir ki, dünya 
proletariatının  naminə  onlar  özlərini  təhlükəsizliyə  qovuşdurmaq  istəyiblər, 
gündəlik  danışıqda  bunu  o  vaxt  fərarilik  adlandırırdılar.  İçində  kommunist 
hökumətinin  olduğu  gəmi  yoxa  çıxdı,  26-lar  “İnternasional”ı  oxuyub  matroslara 
əmr  etdilər  ki,  Volqanın  mənsəbinə  kurs  götürsünlər.  Sovet  hökumətinin  özəyini 
təşkil edən qırmızı matroslar isə hökumətin əmrinə tabe olmaqdan qəflətən boyun 
qaçırdılar.  Onlar  şimala,  böyük  sovet  məmləkətinə  qayıtmaq  istəmirdilər.  Qan 
sızan, acından ölən, qətllər törədən Volqa sovetlərinə öz yardımlarını təklif etmək 
istəyirdilər.” (51.səh.89). 
O  ərəfədə  “Türkmən”  gəmisində  Həştərxana  qaçmaq  istəyən  iyirmi  altı  
komissarlar  Krasnovodska  aparılıb  ingilislərdən  yardım  alan  eserlər  tərəfindən 
səhrada məhv edildilər. Məhəmməd Əsəd bəyin qeyd etdiyi kimi: “26-ların ölümü 
ilə əlaqəsi olanların hamısı, hətta gəminin matrosları da ölülər cərgəsinə qatılıblar. 
Eləcə də onların qardaşları. Kuzenləri və dostları. Onların hamısı inqilab azarından 
öldü.  Sonralar  şimaldan  axıb  gəlmiş  qızıl  ordunun  güllələrindən  onlar  da  26-lar 
kimi qumda uyuyurlar.” (51.səh.93). 
Bakını  azad  etdikdən  sonra  Qafqaz  İslam  Ordusu  hissələri  ilə  Qarabağa 
göndərilən və qərargahını Ağdamda yerləşdirən Nuru paşa Azərbaycan milli ordu 
qüvvələrinə bu gözəl diyarın erməni çetelərindən azad edilməsində yardım göstərdi.  
30  sentyabr  1918-ci  ildə  Bolqarıstanın  ititrilməsindən  sonra  Rusiya  ilə 
Türkiyə  arasında  bufer rolu oynayacaq bir dövlətin  yaranması iflas etməkdə  olan 
Osmanlı imperiyasının taktiki marağına cavab verirdi.  9 oktyabr 1918-ci ildə on il 
ərzində Türkiyəni idarə edən “İttihad və tərəqqi” komitəsinin hökuməti süqut etdi. 
Əhməd  İzzətin  bağladığı  məcburi  sülh  sazişində  osmanlı  ordusunun 
Zaqafqaziyadan  çıxması  və  oranın  dəmiryolunu  nəzarət  altında  saxlayacaq 
müttəfiqlərin Bakını işğal etməsi də nəzərdə tutulurdu. 
30  oktyabr  1918-ci  ildə  Türkiyənin  Mudros  barışıq  müqaviləsinə  imza 
atmağa məcbur olması Azərbaycanın da beynəlxalq vəziyyətini ağırlaşdırdı.  
17  oktyabr  1918-ci  ildə  Azərbaycan  paytaxtına  ingilis  qoşununun 
yeridilməsi  xəbərinin  yaratdığı  gərginlik  barədə  Adil  xan  Ziyadxanov  yazır: 
“...böyük  bir  əhvalat  vaqe  oldu.  Böylə  ki,  həmin  bu  gündə  bizim  paytaxtımıza 
müttəfiq  ingilis,  Amerika  və  Fransa  ordusu  başda  general  Tomson  komandan 
olmaqla  varid  oldu.  Məlum  olduğu  üzrə  Ənzəlidəki  müttəfiq  ordu  nümayəndələri 
Bakıdakı  türk  komandasına  Türkiyə  ilə  bağlanan  əhdnaməyə  görə  türklərin 
Bakıdan  çəkilib  getmələri  olduqları  barəsində  bir  teleqram  göndərmişlərdi.  Bu 
əhvalat  məlum  olduqdan  sonra  Azərbaycan  hökuməti  tərəfindən  general  Tomson 
ilə  zəbanən  danışıqdan  ötrü  məşhur  ədib  mühərrir  Əhməd  bəy  Ağaoğlu,  hazırki 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə