Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə36/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

73 
 
rəisi  –  vükəla  Nəsib  bəy  Yusifbəyli,  məclisi-məbusan  əzasından  Musa  bəy 
Rəfiyevdən  ibarət  bir  heyət  Ənzəliyə  göndərildi.  Danışıq  əsnasında  Azərbaycan 
nümayəndələri  müttəfiq  nümayəndələrinə  Azərbaycandakı  idarə  və  bütün  işləri 
Azərbaycan  əlində  olduğu,  eyni  zamanda  bu  hökumətin  müttəfiqlər  tərəfindən 
tanımalarını  və  aradan  yanlış  və  ixtilaf  çıxarmaq  üçün  onlara  lazımi  əhvalı 
bildirmişlərdi.” (93.səh.91.). 
17 noyabr 1918-ci ildə Türk-Alman blokunun Birinci Dünya Müharibəsində 
məğlubiyyətinin  nəticəsi  kimi  Bakıya  ingilis  qoşunları  yeridildikdən  sonra  Nuru 
paşanın başçılığı ilə Qafqaz İslam Ordusu hissələri Azərbaycanı tərk etməli oldular. 
Nuru  paşanın  yazdığı  xatirələrindən  göründüyü  kimi,  Azərbaycanı  tərk  edib 
Batuma  –  Qars  yolu  ilə  Trabzona  çatdıqdan  sonra  o,  buradan  gəmi  ilə  İstanbula 
yola  düşmüş  və  mənzil  başında  gəmidən  çıxarkən  Hərbiyyə  Nəzarətinin  polisləri 
tərəfindən  tutulub  ingilislərə  təslim  edilmişdir.  İngilislərin  edam  etməyə 
hazırlaşdıqları  Nuru  paşanın  xatirələrini  oxuyuruq:  “İngilislər  məni  Batuma 
götürərək  beş  ay  Ərdəhan  qalasında,  bir  ay  da  Ağsuapovka  birliyində  saxladılar. 
Bu  arada  məni  qaçırmaq  istəyən  azərbaycanlılarla  batumluların  sözləşməsi 
nəticəsində bir xassə qaçdım.” (79.səh.141). 
1918-ci  ilin  sonunda  sərhəd  mübahisəsi  zəminində  Gürcüstan  ilə 
Ermənistan  arasındakı  müharibənin  Qafqazdakı  geostrateji  vəziyyəti  daha  da 
gərginləşdirdiyi  məqamda  Azərbaycan  hökuməti  məsələnin  Versal  sülh 
konfransında həllinə tərəfdar olduğunu bildirdi. Halbuki Qafqazdan gedən türklərlə 
onları  əvəz  edən  ingilislər  arasında  bağlanmış  müqaviləyə  baxmayaraq 
Ermənistandan gəlmiş çete dəstələrinin Qarabağda törətdikləri qırğınlarda günahsız 
müsəlmanlara – türklərə divan tutulurdu.  
15  yanvar  1919-cu  ildə  Xosrov  bəy  Sultanovun  Gəncə  qubernatorluğunun 
tabeliyindən  çıxarılıb  Zəngəzur,  Şuşa,  Cavanşir,  Cəbrayıl  qəzalarını  birləşdirən 
Qarabağın general-qubernatoru təyin olunması bölgədə rəsmi İrəvanın dəstəklədiyi 
erməni  separatçılığının  qarşısının  alınması  üçün  yeni  mərhələ  oldu.  Erməni  çete 
dəstələrinin  yerli  müsəlman  əhalisinə qarşı törətdikləri zorakılığın baş alıb getdiyi 
bir  şəraitdə  ittihadçı  Xosrov  bəy  Sultanovun  qətiyyəti  haqq-ədalətin  bərpasında 
əvəzsiz tol oynadı. 
18  yanvar  1919-cu  ildən  1920-ci  il  yanvarın  21-dək  Parisdəki  Versal 
sarayında  fasilələrlə  keçiriləcək  sülh  konfransında  müxtəlif  dövlətlərin  Denikin 
işğalı təhlükəsi ilə üzləşmiş Azərbaycanı tanıması üçün əlverişli məqam olduğunu 
hiss  edən  hökumət  bu  məsələnin  həlli  üçün  öz  diplomatik  nümayəndələrini  oraya 
göndərməyə  çalışırdı.  Nümayəndə  heyətinin  rəhbərliyinə  respublikada  ən  yüksək 
rəsmi  mövqe  tutan  parlament  sədri,  ictimai  xadim  Ə.Topçubaşov  təyin  olunur. 
Lakin onun respublikadan kənarda – İstanbulda olması səbəbindən nümayəndəliyə 
müvəqqəti  sədrliyi  həvalə  olunmuş  müsavatçı  deputat,  dövlət  müfəttişi 


74 
 
M.Hacınskiyə  150  min  manat  verilir.  İki  milyon  manat  vəsait  isə  Amerika  və 
Avropada  açılması  üçün  nəzərdə  tutulmuş  nümayəndəliklərin  hesabına  keçirilir. 
Müqayisə  üçün  qeyd  etmək  gərəkdir  ki,  pulun  kapital  dünyasında  oynadığı  rolu 
bilən ermənilər özləriylə on, gürcülər isə beş milyon  manat götürmüşdülər. Millət 
vəkili,  görkəmli  jurnalist  Əhməd  bəy  Ağaoğlu  və  “Azərbaycan”qəzetinin  baş 
redaktoru  Ceyhun  bəy  Hacıbəyli  (1892-1962),  “Hümmət”  firqəsinin  rəisi  Əkbər 
ağa Şeyxülislamov (1891-1961), sosialist Məmməd bəy Məhərrəmov, ittihadçı Mir 
Yaqub  Mir  Mehdiyevdən  (1891-1952)  ibarət  nümayəndə  heyətinin  İstanbulda 
ləngiməsi  Fransaya  daxil  olmaq  üçün  icazə  uzadıldığından  üç  ay  çəkdi.  Üstəlik 
Əhməd bəy Ağaoğlunun ingilislər tərəfindən həbs olunaraq yaxın olduğu “İttihad 
və tərəqqi” komitəsi üzvlərilə birlikdə Malta adasına sürgün edilməsi anlaşılmazlıq 
yaratdı.  Avropa  ölkələrinin,  xüsusən  Fransa  dövlətinin  təhriki  ilə  çoxsaylı 
maneələrlə  rastlaşan  nümayəndəliyin  çıxılmaz  vəziyyəti  barədə  professor 
C.Həsənlinin  “Azərbaycan  beynəlxalq  münasibətlər  sistemində  1918-1920” 
kitabında  tutarlı  faktları  yerinə  düşür:  “Bütün  sənədlərdən  aydın  olur  ki, 
ermənilərin  təsiri  altına  düşmüş  Fransa  siyasi  dairələrinin  süründürməçilikdə 
məqsədi  nümayəndə  heyətinin  başçısı,  görkəmli  Azərbaycan  siyasi  xadimi 
Ə.M.Topçubaşovu  Parisə  buraxmamaq  idi.  M.H.Hacınski  mart  ayının  30-da 
Tiflisdəki  Azərbaycan  daimi  nümayəndəsi  M.Y.Cəfərova  yazırdı  ki,  əvvəllər 
Ə.Ağaoğluna  qarşı  kompaniya  qaldırmışdılar,  indi  də  Topçubaşovu  ləkələmək 
istəyirlər, açıq surətdə bildirirlər ki, o, Parisə buraxılmamalıdır.” (28.səh.186). 
24 fevralda Şuranın 35 kilometrliyində 200 nəfərlik ingilis qoşunu bölməsi 
tərəfindən  Qarabağ  kəndlərini  talan  edən,  müsəlman  əhalisinə  qarşı  kütləvi 
qırğınlar  törədən  Andronikin  silahlı  quldur  dəstəsinin  qarşısının  alınması  tarixi 
hadisə oldu. Vəziyyətin ciddiliyini görərək Andronikin silahlı dəstəsinin mahaldan 
çıxarılmasını  israr  edən  müttəfiq  qoşunları  komandanlığının  3  aprel  bəyanatı  ilə 
Xosrov  bəy  Sultanovun  səlahiyətlərini  qəbul  etməsi  bölgədə  əmin-amanlığın 
bərpasını sürətləndirdi.  
12  aprel  1919-cu  ildə  franszılar  yalnız  M.H.Hacınski,  M.Məhərrəm, 
C.Hacıbəyliyə  Parisə  getməyə  icazə  verirlər.  17  aprel  Azərbaycan  hökuməti 
M.H.Hacınskinin  nümayəndə  heyətinə  rəhbərliyini  təcili  olaraq  rəsmi  təsdiq  edir. 
Tadeuş  Svyatoxovskinin  yazdığına  görə:  “Azərbaycanlılar  Parisə  yalnız  aprelin 
sonu  1919-cu  ildə  çatdılar.  Bu  isə  zəruri  işləri  görmək  və  konfrans 
nümayəndələrini  yola  gətirmək  üçün  gec  idi.  Qonşularından  fərqli  onlara  heç  bir 
kömək  göstərilmədi.  Qərbdəki  ermənipərəstlik  hərəkatı,  yaxud  gürcü 
menşeviklərinin  beynəlxalq  sosializm  ilə  əlaqələri  fonunda  azərbaycanlıların 
mövqeyi  zəif  idi.”  (82.səh.143).  Lakin  gec  də  olsa  Fransaya  getməyə  nail  olub 
Versal sülh konfransı çərçivəsində nümayəndə heyətinə rəhbərliyini həyata keçirən 
Ə.Topçubaşov həlli vacib işlər gördü. Professor C.Həsənovun yazdığı kimi: “May 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə